Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-406/2020 05.03.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkəti- nin cavabdeh X3 qarşı “subroqasiya qaydasında pul tələbinə” dair mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3400 (üç min dörd yüz ) manat məbləğdə pul vəsaitininin və iddia ərizəsinin verilməsi ilə bağlı 30 manat məbləğində dövlət rüsumunu cavabdeh X1 ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkətinin xeyrinə tutularaq qətnamə çıxarılmasını xahiş etmişdir. ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkəti iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018- ci il tarixdə saat 20:00 radələrində Ouba rayonu H.Əliyev prospektiində cavabdeh X6 ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkəti tərəfindən icbari siğorta ilə sığortalanmış “Vaz-21154” minik markalı 90-RJ- 308 dövlət nömrə nişanlı avtomobili idarə edərkən yanlış manevr etmiş, nəticədə X4 idarə etdiyi “xxxxxxxxxxxx” MMC-yə məxsus” İSUZU” markalı **-JA-*** dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşmuş, daha sonra hadisə yerindən yayınmışdır. Quba rayon PŞnin xx.xx.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən, X6 AR İXM-nin 327.1, 327.6 maddələri ilə təqsirli bilinmişdir.Qiymətləndirmə aktında göstərilmişdirki, “xxxxxxxxxxxx” MMC-yə məxsus ”İSUZU” markalı **-JA-*** dövlət nömrə nişanlı yük avtomobilinə 3400 (üç min dörd yüz ) manat məbləğində maddi ziyan vurulmuşdu. Bunula əlaqədar olaraq, 0470/18 saylı işlərə dair sığorta aktı tərtib edilməklə, sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkəti tərəfindən avtomobilə dəyən zərərə görə “xxxxxxxxxxxx” MMC-yə 3400 (üç min dörd yüz ) manat sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkəti ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını və qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Yusifov X7 məhkəmə iclasına gəlməmiş və gəlməməyinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkəti ilə X5 arasında bağlanmış PST********** №li icbari siğorta müqaviləsindən görünürki, “Vaz-21154” minik markalı **-RJ-*** nömrə nişanlı minik avtomobili xx.xx.2017- ci ildə 1(bir) il müddətinə sığorta olunmuş, sığorta məbləği əmlaka və sağlamlığa vurulan zərərə görə 5000 (beş min) manat dəyərində müəyyən olunmuşdu. İş materiallarına əlavə olunmuş əmlaka dair qiymətləndirmə aktından görünürki, “xxxxxxxxxxxx” MMC-yə məxsus ”İSUZU” markalı **-JA-*** dövlət nömrə nişanlı yük avtomobilinə dəyən zərər umumi məbləği 3400 (üç min dörd yüz ) manat təşkil edir. İş materiallarına əlavə olunmuş Quba rayon PŞ-nin DYPİ-nin xx xxxx 2018-ci il tarixli İXP 068908 saylı inzibati xəta haqqında protokolunda göstərilir ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-ci maddələrində nəzərdə tutulmuş xəta törətmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən, X6 “Yol hərəkəti haqqında ” Azərbaycan Respublikası Qanunun 50.3 maddəsinin tələblərini pozaraq, qarşısında hərəkətdə olan X4 idarə etdiyi ”İSUZU” markalı **-JA-*** dövlət nömrə nişanlı yük avtomobilinin sola dönmə işarəsini yandıraraq dönmə anında həmin avtomaşına arxa tərəfinə çırpılaraq YNH-si törətmiş və hadisə yerindən yayınmışdır.Hadisə nəticəsində Yusifov Şıxsafa və ”İSUZU” markalı **-JA-*** dövlət nömrə nişanlı yük avtomobildə olan sərnişin İsmayılov Allahverdi dərəcəsi təyin olunmayan bədən xəsarətləri almışlar. Göründüyü kimi X2 əməlində cinayət tərkibi yoxdur, AR İXM-nin 327.1, 327.6- ci maddələrinin tərkibi vardır. İş materiallarına əlavə olunmuş Quba rayon PŞ-nin DYPİ-nin xx xxxx 2018- ci il tarixli 068908 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X6 İXM-nin 327.1 və 327.6- ci maddələri ilə 100 (bir yüz) mant məbləğində cərimə olunmuşdu. İş materiallarına əlavə olunmuş İC AA 0470/18 saylı söğorta aktına əsasən “xxxxxxxxxxxx” MMC-yə məxsus ”İSUZU” markalı **-JA-*** dövlət nömrə nişanlı yük avtomobilinə dəyən zərərə görə 3400 (üç min dörd yüz ) manat məbləğində pul hesablanmışdır. İş materiallarına əlavə olunmuş ödəniş tapşırığlarından görünür ki, ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkəti tərəfindən “xxxxxxxxxxxx” MMC-nin hesabına cəmi 3400 (üç min dörd yüz ) manat məbləğində vəsait ödənilmişdir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-6.2-ci maddələrinə görə icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 13.1-13.2-ci maddələrinə görə icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrindən istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, və xxxxxxxxxxxx” MMC-yə məxsus ”İSUZU” markalı **-JA-*** dövlət nömrə nişanlı yük avtomobillinə deyən zərərə görə 3400 (üç min dörd yüz ) manat məbləğində sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 30 manat məbləğində dövlət rüsumu cavabdeh X1 tutularaq, ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkətinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “xxxxxxxxxxxx” MMC-yə məxsus ”İSUZU” markalı **-JA-*** dövlət nömrə nişanlı yük avtomobillinə deyən zərərə görə 3400 (üç min dörd yüz ) manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 30 manat məbləğində dövlət rüsumu cavabdeh X1 tutularaq, ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-406/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-406/2020
05.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver