Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-42/2023 13.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ qanunsuz zəbt edilmənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun mülkiyyətindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini dəqiqləşməsinə dair ərizə ilə müraciət edərək, cavabdeh X3 tərəfindən mülkiyyətində olan evin həyətində açdığı qapı və pəncərənin bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Göstərilənləri nəzərə alaraq, hazırki işlə bağlı məhkəmə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı tərəfindən iddia tələbinin əsasını dəyişməsini qanunauyğun sayır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanı onun ata mülkiyyəti olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya RX ******* saylı Hüquqların X10 daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən həmin əmlak onun mülkiyyətindədir. Həmin Çıxarışa əsasən ümumi sahəsi 0,02459 hektar olan ərazi onun mülkiyyətində olmaqla onun sahibliyində, istifadəsində və sərəncamındadır. Nəzərə çatdırır ki, bu sahə ilə və ümumiyyətlə onların dalanla heç bir hüquqi bağlılığı olmayan, əslində ünvan 2 ünvanında yaşayan, faktiki həmin küçə ilə bağlı olan, həyət qapısı da həmin küçəyə çıxan Cavabdeh yaşadıqları evə onların ailəsindən çox-çox sonra köçsələr və yaşasalar da, onların heç bir əxlaqi, mənəvi və hüquqi əsası olmadan, artıq bir müddətdir vicdansızlıqla hüquqdan suiistifadə edir. 1940-cı illərdə X13 iştirakçısı onun mərhum atası X6 və mərhum babası X8 ailəlikcə Quba şəhərinə yuxarıda göstərilən ünvana köçmüşlər və burada ayrı-ayrı evlər tikərək məskunlaşmışlar. O, 1948-ci il 17 noyabr tarixində hal-hazırda mülkiyyət hüququ ilə ona məxsus evdə anadan olmuş və onlar ailəlikcə ömrü boyu həmin ünvanda yaşamışlar. Bu mülkün onun üçün maddi dəyərindən daha çox böyük mənəvi dəyəri var, çünki burada onun uşaqlığı keçmişdir və onların bütün xatirələri bura ilə bağlıdır. Əfsuslar olsun ki, faktiki onlardan aralıda yaşayan və ev ünvanıının onların dalanla əlaqəsi olmamalı olan cavabdeh, qeyd etdiyi kimi, heç bir əxlaq və hüquq normasına sığmayan mənəviyyatsızlıqla və vicdansızlıqla cinayətkarcasına onları cinayətə sövq edir, faktiki özbaşınalıqla onun mülkiyyət hüquqlarını pozur. Belə ki, bir müddət əvvəl, yəni 2020-ci ilin sentyabr ayında o, bilmişdir ki, cavabdeh tamahkarlıqla ona heç bir aidiyyatı olmayan onalrın tərəfə qapı və pəncərə açıb, faktiki onun mülkiyyətində olan yeri zəbt edərək qanunsuz istifadə edir. Qeyd etməyi vacib hesab edir ki, o, həmin köhnə həyətlərində təmir-bərpa işləri gördürür və özü buna görə çox vaxt Xaçmaz şəhərində göstərdiyi ünvanda olur. Ona görə də, o cavabdehdən qanunsuz hərəkətlərinə son qoymasını, qapını bağlatmasını dəfələrlə xahiş etdi, o isə dava-dalaş salmağa, onu da davaya təhrik etməyə çalışırdı. O, ona görə Quba bələdiyyəsinə evlər müdirinə və sahə inspektoruna müraciət etdim, ona qanuni kömək etmələrini xahiş etdi. Onlar isə yerində yoxlama aparıb onun haqq olduğunu bir daha əyani gördülər. Lakin bu günəcən cavabdeh öz qanunsuz əməllərindən əl çəkmir, onun mülkiyyət hüququnu, əmlakından faktiki sahiblik etməyinə, əmlakından istifadəyə maneçilik törədir, onun burada faktiki yoluna da və iş görməyinə də maneçilik törədir, faktiki onun əmlakından qeyri-qanuni istifadə edir, burada əsassız hərəkətlərə yol verir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılnalara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, ona məxsus olan ünvan 5 ünvanında yerləşən yaşayış evi 1939-cu ildə tikilmişdir. İddiaçı iddia etdiyi sahə həmişə açıq olub, həmin yeri iddiaçı özü zəbt etmişdir. Qapı, pəncərə və əvvəldən olub, o qapı və pəncərəni təzə açmamışdır. İddiaçının göstərdikləri həqiqətə uyğun deyildir. Onda görə də, iddianı əsasız hesab edir və rədd olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dinlirilmiş X12 mütəxəsis rəyini təsdiq edərək ifadəsində göstərmişdir ki, mübahisəli sahəyə baxış keçirib rəy vermişdir. Üç bucaq sahə 27 kv-metrdir, 16 kv.m İddiaçı məxsusdur. Baxış istiqaməti iddiaçıya məxsus tərəfdir, mübahisəli qapıdan Mariyaya məxsus sahədən keçməklə istifadə olunur. Mübahisəli qapı Mariyanın mülkiyyətinə aid sahəyə açılır. Məhkəmə, tərəfləri dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan texniki pasportdan görünür ki, İddiaçı adına ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 41,3 kv.metr, yaşayış sahəsi 18,6 kv.metr, köməkçi sahəsi 22,7 kv.metr olan 2 otaqlı 1 mərtəbəli yaşayış evi vardır, fərdi yaşayış evinə bitişik hüquqmüəyyənedici sənədlərdə əksini tapmayan tikintialtı sahəsi 21,9 kv.metr, ümumi sahəsi 19,2 kv.metr olan əlavə tikili mövcuddur. Torpaq sahəsinin ön tərəfində fiziki sərhəd yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların X10 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li, reyestr nömrəsi **********70-10301 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2015 tarixli Çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən, 0,2459 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 41,3 kv metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 36 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Quba rayon İcra Başçısı aparatının 16 iyun 2021-ci il tarixli, 1373/2 №li məktubundan görünür ki, Cavabdeh məxsus, ünvan 7 ünvanında terləşən fərdi yaşayış evinin əsas giriş-çıxış qapısının həmin ünvanda yerləşməsinə baxmayaraq, evin N.ünvan 8diaçı İddiaçı mülkiyyətində olan 0,02459 ha yaşayış məntəqələri kateqoriyasına aid torpaq sahəsinə 1 ədəd birtaylı qapının və 1 ədəd pəncərənin açıldığı müəyyən edilmişdir. Həmin qapı və pəncərə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə dair verilmiş Texniki pasportda göstərilmiş və torpaq sahəsinin 1:500 miqyaslı planında hüdudları şərti sərhədlə işarələnmiş əraziyə açılmışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 14 oktyabr 2022-ci il tarixli 2(027)-76//2022 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinin texniki Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, bu sualın cavablandırılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinin texniki Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, Cavabdeh tərfindən inşa edilmiş qapı və pəncərənin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların X10 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li Çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində deyil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların X10 Daşınmaz Əmlakın, Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2021 tarixli, **********76-10301 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh Xanməd qızının xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsində inşa olunmuş yaşayış evində quraşdırılmışdır. Qeyd edir ki, cavabdehə məxsus fərdi yaşayış evində quraşdırdığı pəncərənin çölə baxış istiqaməti və qapının giriş-çıxış istiqaməti RX-seriyalı, ******* №-li Çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinə tərəfdir. Cavabdeh tərəfindən fərdi yaşayı evində quraşdırılmış qapı və pəncərənin normativlərə uyğun olubolmamasının cavablandırılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinin texniki Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların X10 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, 0782800 Ns-li Çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan, Quba şəhəri, Nəriman Nərimanov küçəsi, dalan 1, ev 5 ünvanda yerləşən 0.02459 ha torpaq sahəsinin sərhədləri yerində müəyyən edildi (Məlumatlara dair sxem tərtib edilmişdir. Mübahisəli torpaq sahəsinin (Ümümilikdə 27 kv.m təşkil edir) 16 kv.m hissəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* N°-li Çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsidir Ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyindəyazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Kovensiyası) 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X7 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan Hüquqlarının və X7 Haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh Xanməd qızının özünə məxsus fərdi yaşayış evində quraşdırdığı pəncərənin çölə baxış istiqaməti və qapının giriş-çıxış istiqaməti RX-seriyalı, ******* №-li Çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinə tərəfdir. Cavabdeh Xanməd qızı özünə məxsus fərdi yaşayış evində quraşdırdığı qapıdan İddiaçı məxsus torpaq sahəsindən keçməklə istifadə edir. Bununla da Cavabdeh Xanməd qızı tərəfindən İddiaçı torpaq sahəsinə mülkiyyət hüququna maneələr yaradılır. Məhkəmə araşdırması zamanı həmçinin, müəyyən edilmişdir ki, Cavabdeh Xanməd qızının evində mübahisəli pəncərəni açdırmasının İddiaçı torpaq sahəsinə mülkiyyət hüququna hər hansı təsiri yoxdur və həmin pəncərə İddiaçı heç bir maneçilik yaratmır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, Avropa Konvensiyasının mülkiyyət hüququ ilə bağlı bu normaları baxımından da iddia qismən təmin olunmalı, cavabdeh X3 tərəfindən giriş-çıxış istiqaməti RX-seriyalı, ******* №-li Çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinə açılmış qapı cavabdeh X2 hesabına bağlanmalı, iddia qalan hissədə təmin olunmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5551 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, hazırki iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manatdır. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən o cümlədən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aid edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş 50 (əlli) manat ekspertiza xərci cavabdeh X1 alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X4,KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh X3 tərəfindən giriş-çıxış istiqaməti RX-seriyalı, ******* №-li Çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinə açılmış qapı cavabdeh X2 hesabına bağlansın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş 50 (əlli) manat ekspertiza xərci cavabdeh X1 alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X4,KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesabına dənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-42/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-42/2023
13.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver