Məhkəmə qərarları › İş №2(027)-455/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-455/2025

14.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-455/2025 14.03.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə İddiaçı Soltanməcid oğlunun Cavabdeh, üçüncü şəxslər X3, X2, X1, Qəniyeva (Rzayeva) Xuraman Adgözəl qızı, X4 və Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi və payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Soltanməcid oğlunun Cavabdeh, üçüncü şəxslər X3, X2, X1, Qəniyeva (Rzayeva) Xuraman Adgözəl qızı, X4 və Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi və payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı Soltanməcid oğlu ərizə ilə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanmasını və ərizəyə əlavə olunmuş sənədlərin qaytarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh və üçüncü şəxslər tərəfindən hazırki işin mahiyyəti üzrə həll olunması tələbi ilə bağlı məhkəmə müraciət edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Soltanməcid oğlunun Cavabdeh, üçüncü şəxslər X3, X2, X1, Qəniyeva (Rzayeva) Xuraman Adgözəl qızı, X4 və Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi və payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Soltanməcid oğlunun Cavabdeh, üçüncü şəxslər X3, X2, X1, Qəniyeva (Rzayeva) Xuraman Adgözəl qızı, X4 və Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi və payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətinə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar