Məhkəmə qərarları › İş №2(027)-495/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-495/2024

29.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-495/2024 29.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan avtomobilin qanunsuz sahiblikdən geri qaytarılması və ya dəyərinin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, AC seriyalı 898510 saylı xx.xx.2017-ci il tarixli X1 Şəhadətnaməsinə əsasən “VAZ-21074” minik markalı 27 BS-085 qeydiyyat nişanlı avtomobilin Cavabdeh qanunsuz sahibliyindən alınıb İddiaçı qaytarılması, bu mümkün olmadıqda avtomobilin dəyəri 4500 (dörd min beş yüz) manat pulun Cavabdeh alınıb İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, AC seriyalı 898510 saylı xx.xx.2017ci il tarixli X1 şəhadətnaməsinə əsasən mülkiyyətçisi olduğu “VAZ-21074” minik markalı 27 BS-085 qeydiyyat nişanlı avtomobili Xaçmaz rayon 1 saylı Notariat ofisində xx.xx.2023-cü il tarixdə 7E-3030 reyestr nömrəsi ilə təsdiq edilmiş etibarnamə əsasında Quba rayonu, Hacıqayıb kəndində yaşayan və qeydiyyatda olan Cavabdeh vermişdir. 20 noyabr 2023-cü il tarixdə Xaçmaz rayon 1 saylı Notariat Ofisinə ərizə verib xx.xx.2023-cü il tarixdə 7E- 3030 reyestr nömrəsi ilə təsdiq edilmiş etibarnaməni ləğv etmişdir. Dəfələrlə ona məxsus avtomobilin sahibliyinə qaytarılmasını tələb etsə də, Cavabdeh avtomobili qaytarmaqdan imtina edir, avtomobili gizlədir, sahib kimi onun iradə ifadəsi olmadan həmin avtomobilə qanunsuz sahiblik edir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, VAZ-21074 minik markalı 27 BS-085 qeydiyyat nişanlı avtomobil AC seriyalı 898510 saylı xx.xx.2017-ci il tarixli X1 şəhadətnaməsinə əsasən İddiaçı məxsusdur. İş materiallarına əlavə olunmuş “elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı mülkiyyətçisi olduğu VAZ-21074 minik markalı 27 BS-085 qeydiyyat nişanlı avtomobili Xaçmaz rayon 1 saylı Notariat ofisində xx.xx.2023cü il tarixdə 7E-3030 reyestr nömrəsi ilə təsdiq edilmiş etibarnamə əsasında Quba rayonu, Hacıqayıb kəndində yaşayan və qeydiyyatda olan Cavabdeh vermişdir. İş materiallarına əlavə olunmuş 10 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Xaçmaz şəhəri, N.Ələsgərov küçəsi, ev 48-də yaşayan İddiaçı özünə məxsus VAZ-21074 minik markalı 27 BS-085 qeydiyyat nişanlı avtomobilin qaçırılması barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə etdiyi müraciət əsasında toplanmış materialda cinayət tərkibi olmadığına görə həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, VAZ-21074 minik markalı 27 BS-085 qeydiyyat nişanlı avtomobili İddiaçı mülkiyyətindədir. Həmin avtomobil iddiaçının mülkiyyətində olsa da, cavabdehin istifadəsindədir. İddiaçı mülkiyyətçisi olduğu VAZ-21074 minik markalı 27 BS-085 qeydiyyat nişanlı avtomobili Xaçmaz rayon 1 saylı Notariat ofisində xx.xx.2023-cü il tarixdə 7E-3030 reyestr nömrəsi ilə təsdiq edilmiş etibarnamə əsasında Quba rayonu, Hacıqayıb kəndində yaşayan və qeydiyyatda olan Cavabdeh vermiş, lakin 20 noyabr 2023-cü il tarixdə Xaçmaz rayon 1 saylı Notariat Ofisinə ərizə verib xx.xx.2023-cü il tarixdə 7E-3030 reyestr nömrəsi ilə təsdiq edilmiş etibarnaməni ləğv etmişdir. Cavabdeh iddiaçının mülkiyyətində olan mübahisə predmetini təşkil edən avtomobili iddiaçıya təhvil verməkdən boyun qaçırır. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan iddia təmin edilməlidir. İddiaçı yalnız mövcudluğu sübut olunan əmlakın qaytarılmasını tələb edə bilər, əks təqdirdə digər halların yoxlanılması zərurəti aradan qalxır. Tələb olunan əmlakın mövcudluğu sübut olunduqdan sonra iddiaçı həmin əmlakın ona məxsusluğunu sübut etməlidir. Çünki özgənin qanunsuz sahibliyindən əmlakı yalnız mülkiyyətçi və ya qanuni sahib tələb edə bilər. (Mülki Məcəllə, maddə 157.2, 157.8, 164.2.) Əmlakın mövcudluğunu və özünə məxus olduğunu sübut etmiş iddiaçı, növbəti mərhələdə tələb olunan əmlakın məhz cavabdehdə olmasını, başqa sözlə, cavabdehin həmin əmlakı özündə saxlamasını sübut etməlidir. Çünki qanunun mənasına görə iddia tələbinin yönəldiyi şəxs (fiziki və ya hüquqi), yəni irəli sürülmüş tələbə cavab verməli olan şəxs, başqa sözlə, mübahisənin həlli bilavasitə ixtiyarından və iradəsindən asılı olan şəxs cavabdeh hesab olunur. İddia tələbi iddiaya cavab verməli olmayan şəxsə qarşı verildikdə, iddia təmin oluna bilməz. (Mülki Prosessual Məcəllə, maddə 50.4, 54.1, 54.2.) Qanun yalnız qanunsuz sahiblikdən əmlakın geri tələb edilməsini nəzərdə tutur. (Mülki Məcəllə. 157.2 və 164.2-ci maddələr.) Mümkündür ki, iddiaçıya məxsus əmlak cavabdehdə olsun, lakin cavabdehin onu özündə saxlaması, başqa sözlə, cavabdehin həmin əmlaka sahibliyi qanuni olsun. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 maddəsinə müvafiq olaraq mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Eyni Məcəllənin 157.2-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyətçisi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddianın təmin edilməsi şərtləri ondan ibarətdir ki, iddiaçının iddia etdiyi avtomobilin məhz cavabdehin sahibliyində olması sübut edilməli, həmçinin cavabdeh avtomobili qaytarmaqdan imtina etməlidir. İddiaçının sözügedən avtomobilin mülkiyyətçisi olması mübahisəsizdir. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, “VAZ-21074” minik markalı 27 BS-085 qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı verilməli, bu mümkün olmadıqda avtomobilin dəyəri 4500 (dörd min beş yüz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “VAZ-21074” minik markalı 27 BS-085 qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı verilsin. Avtomobilin qaytarılması mümkün olmadıqda avtomobilin dəyəri olan 4500 (dörd min beş yüz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar