Məhkəmə qərarları › İş №2(027)-522/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-522/2023

04.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-522/2023 04.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Cavabdeh "X14 Xidmət Mərkəzi" -nin Notariat Kontoruna qarşı ünvan 2 evə vəsiyyətnamə üzrə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin (publik şəxs) 5 saylı Xaçmaz Ərazi İdarəsi qarşı 0.06 ha həyatyanı torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən evə mülkiyyət hüququmun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın Qeyd olunan hüquq normasının tələblərinə əsasən İddiaçı məhkəməyə ərizə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh "X14 Xidmət Mərkəzi" -nin Notariat Kontoruna qarşı ünvan 2 evə vəsiyyətnamə üzrə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən və İbrahim Cavad oğluna məxsus 2.0 hektar torpaq sahəsi 06 dekabr 1925-ci il tarixli həmin dövrün qəzalığı ( notariusu) tərəfindən təsdiq edilən sənədə əsasən atamın babası Nurməmməd Seyidqulu oğlunun adına sənədləşdirilmişdir. Nurməmməd Seyidqulu oğlu həmin torpaq sahəsinin 600 kv/m hissəsində ev tikmişdir. 26 mart 1973-cü il tarixində ev X2nun adına dövlət qeydiyyatına alınmış və ev dəftəri ilə təmin edilmişdir. Bundan başqa Quba RTDİ və MHQİ-nin 04 may 2009-cü il tarixli 398 nömrəli arayışından təsdiq olunur ki, evin yaşayış sahəsi 35.8 kv.m, ümumi sahəsi 96.1 kv.m olmaqla torpaq sahəsi 600 kv.m -dir. X2 mülkiyyətində olan evi 04 avqust 2014-cü il tarixli reyestr Jk-2709 nömrə ilə qeyd edilən vəsiyyətnaməyə əsasən ona vəsiyyət etmişdir. Cavabdeh Quba "Regional Asan Xidmət Mərkəzində” fəaliyyət göstərən Notariat Kontoruna vəsiyyətnamə üzrə vərəsəlik şahadətnaməsini almaq üçün müraciətinə 27 vefral 2022-ci il tarixli 3146 nömrəli cavabla vərəsəlik şəhadətnaməsinin verilməsi üçün vərəsələrin miras paylarının müəyyən edilməsi mümkün olmadığından mirası qəbul etmək faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmək izah edilmişdir. Həmin faktı başqa yolla təsdiq etmək mümkün deyildir. Bu fakt yalnız məhkəmə vasitəsilə müəyyən edilməlidir. Əvvəlki məhkəmə iclasında ərizəçi İddiaçı ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs Quba Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinin nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, İş materiallarında olan ev dəftərinin surətindən görünür ki, ünvan 2 mənzil X5 adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan xx.xx.2004-cü il tarixli, JK-2706 saylı vəsiyyətnamədən görünür ki, X3 şəhəri, Y.Qasımov küçəsi (keçmiş Sülh prospekti) 1 A ünvanında yerləşən mənzili İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1966-cı ildə anadan olmuşdur. Onun atası – X6, anası isə X7 olmuşdur. İş materiallarında olan ölüm haqqına şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2009-cu ildə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X14 Xidmət Mərkəzində Notariat Konturunun 3146 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, vərəsələrin miras paylarını müəyyən etmək mümkün olmadığından, hüquqmüəyyənedici sənədləri təqdim etmədiyindən ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmədə müəyyən olundu ki, ünvan 2 ünvan 2 mənzil, ərizəçinin xx.xx.2009-cu ildə vəfat edən X1 miras qalmışdır. Həmin evdə ərizəçi atası X9, anası X7 yaşamışdır. Ərizəçinin X2 vəfat etməzdən əvvəl mülkiyyətində olan ünvan 2 mənzili vəsiyyətnamə əsasında ərizəçi İddiaçı vəsiyyət etmişdir. Hal-hazırda ərizəçi, ünvan 2 yaşayış evinin X5 ölümündən sonra, vəsiyyətnamə əsasında vərəsəsi İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməsini məhkəmədən xahiş edir. İddiaçı mərhum X4 qalmış miras əmlaka dair vergiləri ödəmiş, təsərrüfatı o idarə etmişdir. Lakin, ərizəçi İddiaçı qanunu bilməməzlikdən və savadsızlıqdan anası vəfat etdikdən sonra notariat kontorunda miras qəbul edilməsi barədə ərizə verməmişdir. X1 qalmış əmlakı vərəsəlik yolu qəbul etmək üçün Quba regional “ASAN xidmət” mərkəzinin notariat kontoruna müraciət etmiş, oradan mirası qəbul edilməsi barədə sübutlar təqdim edilmədiyindən miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Qanunun 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (maddə 1243.2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə sayılırlar. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçi İddiaçı göstərdiyi hallar, yəni xx.xx.2009-cu il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 2 yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakı babasının ölümündən sonra, onun yəni, İddiaçı qəbul etmiş hal-hazırda həmin əmlak onun faktiki sahibliyi və istifadəsindədir. Göstərilənləri nəzərə alaraq, ərizə əsaslı olduğu üçün təmin edilməli, xx.xx.2009-cu il tarixdə vəfat etmiş X1 qalmış miras ünvan 2 yaşayış evi vərəsəliyin açılma yeri Quba şəhəri olmaqla, İddiaçı tərəfindən qəbul etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi İddiaçı ərizəsi təmin edilsin. Ərizəçinin X2nun mülkiyyətində olan ünvan 2 yaşayış evi vərəsəliyin açılma yeri Quba şəhəri olmaqla, İddiaçı tərəfindən vərəsəlik qaydasında mirası qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar