Məhkəmə qərarları › İş №2(027)-54/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-54/2024

15.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-54/2024 15.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Xüdbəddin oğluna qarşı ümumi paylı mülkiyyətdən payın naturada ayrılıb ona verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X8 xx.xx.2022 ci il tarixdə Qeydiyyat nömrəsi ********** Daşınmaz Əmlakın reyestr nömrəsi **********32 olan 0.309071 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı payının naturada ayrılması və ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 onun qohumlarıdır. Cavabdehlər qohumları olsalar da, dəfələrlə müraciət etməsinə baxmayaraq hərdəfə müxtəlif bəhanələr edərək paylı mülkiyyətini ayrılması üçün gəlmirlər. Hər dəfə müxtəlif bəhanələr gətirərək, onunla razılığa gəlmirlər, buna görədə o məhkəməyə mürtaciət etmək qərarına gəlmişdir. Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X8 xx.xx.2022 ci il tarixdə Qeydiyyat nömrəsi ********** Daşınmaz Əmlakın reyestr nömrəsi **********32 olan 0,309071 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi uzun müddət onun istifadəsində olmasına baxmayaraq həmən torpaq sahəsində demək olar ki, 20 ilə yaxındır ki, bağ sahəsi salaraq əziyyət çəkmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən mərhum anaları X1, X2 ümumi paylı mülkiyyətindədir. Qardaşının yoldaşı Cavabdeh3 vəfat etmişdir. Hal-hazırda o yuxarıda qeyd olunan Daşınmaz Əmlakın reyestr nömrəsi **********32, kənd təsərrüfatı təyinatı 0.309071 ha olan torpaq toıpaq sahəsindən payını ayırmaq istəyir. Amma cavabdehlə həmin torpaq sahəsinin bölünməsi və paylarının ayrılması şərtləri barədə razılığa (ümümiyyətlə yaxın ) gələ bilmirlər. Bu səbəbdən kənd təsərrüfatı təyinatı 0.309071 ha torpaq sahəsindən payının ayrılması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş, Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X6 iddianın təmin olunmasını xahiş etmiş, Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclaslarınin vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 Xüdbəddin oğlu məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə Cavabdeh2 Xüdbəddin oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş matariallarını tədqiq etməklə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X8 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2022 ci il tarixli, qeydiyyat nömrəsi ********** reyestr nömrəsi **********32 olan Quba rayonu, İqriq kəndi ərazisində yerləşən 0,309071 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi birgə paylı mülkiyyət hüququ əsasında 5/35 hissədə Cavabdeh1, 5/35 hissədə Cavabdeh2 Xüdbəddin oğlunun, 24/35 hissədə İddiaçı, 1/35 hissədə Cavabdeh3 adına qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İ 972221 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx.xx.2018-ci il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci ildə 0350 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 dekabr 2023-cü il tarixli rəyinə əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8in 5 saylı Xaçmaz Ərazi idarəsinin mühəndisi Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi ********** reyestr nömrəsi **********32 olan Quba rayonu, İqriq kəndi ərazisində yerləşən 0,309071 ha kənd təsərrüfatı təyinatlı birgə paylı mülkiyyət hüququ əsasında torpaq sahəsinin 5/35 hissədə Cavabdeh1, 5/35 hissəsə Cavabdeh2 Xüdbəddin oğlunun, 24/35 hissədə İddiaçı və 1/35 hissədə Cavabdeh3 paylarına uyğun naturada bölünməsi mümkündür. Sxem tərtib olunmuş və mütəxəssis rəyinə əlavə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İddiaçı kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona düşən payın naturada ayrılması və ona verilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ekspertizanın rəyinə əsasən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi ********** reyestr nömrəsi **********32 olan Quba rayonu, İqriq kəndi ərazisində yerləşən 0,309071 ha kənd təsərrüfatı təyinatlı birgə paylı mülkiyyət hüququ əsasında torpaq sahəsinin 5/35 hissədə Cavabdeh1, 5/35 hissəsə Cavabdeh2 Xüdbəddin oğlunun, 24/35 hissədə İddiaçı və 1/35 hissədə Cavabdeh3 paylarına uyğun naturada bölünməsi mümkündür, hər bir mülkiyyətçiyə paylarına uyğun bölgü aparılmış və sxem tərtib olunmuşdur. Göstərilənlərə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməli, Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X8 xx.xx.2022 ci il tarixdə Qeydiyyat nömrəsi ********** Daşınmaz Əmlakın reyestr nömrəsi **********32 olan 0.309071 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı payı naturada bölünməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X8 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2022 ci il tarixli, qeydiyyat nömrəsi ********** reyestr nömrəsi **********32 olan Çıxarışa əsasən, Quba rayonu, İqriq kəndi ərazisində yerləşən 0,309071 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı payı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 dekabr 2023cü il tarixli 3-16-16/2-10/8106 saylı ekspertiza rəyində istinad olunmuş mütəxəssis rəyinə əlavə olunmuş sxem və bölgü üzrə naturada ayrılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat İddiaçı, Cavabdeh1 və Cavabdeh2 Xüdbəddin oğlundan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar