Məhkəmə qərarları › İş №2(027)-61/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-61/2024

22.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-61/2024 22.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X6 qarşı “torpaq sahəsindən paylarının naturada ayırlması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X6 qarşı “torpaq sahəsindən paylarının naturada ayırlması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 31 yanvar 2002-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu, İİ-Nügədi kəndində yerləşən 0,4060 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onlara-İddiaçı1, İddiaçı3 və İddiaçı2 düşən cəmi ¾ hissədə paylarının Cavabdeh çatası, hal-hazırda açıq saxlanılan və miras qoyan X4 adında qalan ¼ hissədə paydan naturada ayrılaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ataları X7 01 iyun 2021-ci il tarixdə vəfat etmişdir. Atalarının vəfatından sonra qanun üzrə birinci növbəli vərəsələr kimi onlar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh qalmışdır. X1 xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla Quba rayonu, İİ Nügədi kəndində 0,406 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. O, İddiaçı1 Quba regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən qeyd edilən miras əmlakın ¼ hissəsinə dair xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, digər iddiaçılar İddiaçı2 və İddiaçı3, o cümlədən Cavabdeh hər birinin ¼ hissədə payları isə açıq saxlanmışdır. Bundan sonra o, atasından miras qalmış qeyd edilən torpaq sahəsinin onun payına düşən ¼ hissəsinə dair hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, **********88 reyestr nömrəli çıxarış almışdır. Həmin çıxarışda torpaq sahəsinin ¾ hissəsi mərhum ataları X4 adında qeyd olunmuşdur. Bundan sonra digər iddiaçılar olan İddiaçı2 və İddiaçı3 da atalarından miras qalmış 0,406 ha torpaq sahəsindən özlərinə düşən paya dair hüquqlarını rəsmiləşdirərək Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 31 yanvar 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli çıxarış almışlar. Həmin çıxarışla, Quba rayonu, ll-Nügədi kəndində yerləşən 0,4060 ha torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında onlar-İddiaçı1, İddiaçı2, İddiaçı3 hər birinə ¼ hissədə məxsusdur. İş üzrə Cavabdeh isə vərəsə kimi ona düşən və notarius tərəfindən açıq saxlanılan payını bu günə kimi müvafiq orqanlara müraciət edərək öz adına keçirmədiyindən onun adına keçməli olan ¼ hissə hələ də məhrum ataları X4 adında qalmışdır. Göründüyü kimi Cavabdeh öz üzərinə düşən öhdəliyini yerinə yetirməyərək torpaq sahəsini öz adına keçirtmir, belə halda onlar paylı mülkiyyətin digər mülkiyyətçiləri də öz mülkiyyətlərində olan əmlakdan səmərəli surətdə istifadə edə və mülkiyyət hüquqlarını həyata keçirə bilmirlər. Ona görə də hal-hazırda mərhum X1 miras qalmış və Cavabdeh çatası və halhazırda açıq saxlanılan ¼ hissədə payın onların paylarından naturada ayrılmasını məhkəmə qaydasında tələb etməyə məcbur olmuşlar. Məhkəmə iclasında İddiaçı1, İddiaçı2 və İddiaçı3 səlahiyyətli nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. İş üzrə cavabdeh X9 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək ərizəsində iddianı etiraf etdiyini göstərmiş, mülki işə onun iştirakı olmadan baxıb nəticə verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, reyestr nömrəsi **********88 olan, çıxarışa əsasən Quba rayonu, İkinci Nügədi kəndində 0,406 ha torpaq sahəsi X4 adına qeydə alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, reyestr nömrəsi **********88 olan, çıxarışa əsasən Quba rayonu, İkinci Nügədi kəndində 0,406 ha torpaq sahəsi ¾ hissədə X8 və ¼ hissədə İddiaçı1 adına qeydə alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, reyestr nömrəsi **********88 olan, çıxarışa əsasən Quba rayonu, İkinci Nügədi kəndində 0,4060 ha torpaq sahəsi ¼ hissədə İddiaçı1, ¼ hissədə X7, ¼ hissədə İddiaçı3 və ¼ hissədə İddiaçı2 adına qeydə alınmışdır. İş materiallarında olan AZ-İİ seriyalı, 181222 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Quba RİHB-nın İkinci Nügədi kənd İƏD üzrə nümayəndəsinin 04 noyabr 2021-ci il tarixli 1541 №li arayışdan görünür ki, X2 rayonu, İkinci Nügədi kəndində qeydiyyatda olmuş, yaşamış və xx.xx.2021-ci ildə Quba rayonu, İkinci Nügədi kəndində vəfat etmişdir. İş materiallarında olan Quba Regional “ASAN XİDMƏT” X10 xx.xx.2022-ci il tarixli 3996 №li məktubundan görünür ki, xx.xx.2021-ci il tarixli V-437 nömrəli vərəsəlik işinə əsasən İddiaçı1, İddiaçı3, Cavabdeh, İddiaçı2 xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 vərəsəsidir. İş materiallarında olan məhkəmə ekspertizasının 13 dekabr 2023-cü il tarixli, 3-16-16/2- 10/8474 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin texniki Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 31 yanvar 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrə **********88 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu, ll-Nügədi kəndində yerləşən 0,4060 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ¾ və ¼ hissəyə bölünməsi mümkündür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlə Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin texniki Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, tərəflərindən hazırlanmış bölgüyə əsasən ¼ hissə çıxarışa əsasən torpaq sahəsinin cənub-qərb tərəfindən, ¾ hissə isə çıxarışa əsasən torpaq sahəsinin şimal-şərq tərəfindən ayrılmışdır. Sözügedən torpaq sahəsinin ¾ və ¼ hissəyə bölgüsü tərəflərindən hazırlanmış sxem tərtib olunmuş, koordinatlar və ortofoto görüntülər mütəxəssis rəyinə əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, reyestr nömrəsi **********88 olan, çıxarışa əsasən Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,4060 ha torpaq sahəsi ¼ hissədə İddiaçı1, ¼ hissədə X7, ¼ hissədə İddiaçı3 və ¼ hissədə İddiaçı2 adına qeydə alınmışdır. Hazırda iddiaçılarla cavabdeh tərəfindən Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,4060 ha torpaq sahəsinin birgə təsərrüfatda idarə edilməsi mümkün olmadığından iddiaçı tərəf həmin torpaq sahəsinin tərəflər arasında naturada bölünməsi tələbini qoymuşdur. İşin materiallarında olan ekspert rəyinə əsasən Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,4060 ha torpaq sahəsinin naturada ¾ və ¼ hissədə bölünməsi mümkün hesab edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, paylı mülkiyyətdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 31 yanvar 2002-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu, İİ-Nügədi kəndində yerləşən 0,4060 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 13 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/8474 nömrəli ekspert rəyinin bölgü sxemində göstərilmiş qaydada, naturada ayrılaraq ¼ hissə cənubqərb tərəfdən Cavabdeh, ¾ hissə isə şimal-şərq tərəfindən İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilməlidir. Bundan başqa, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci 50 (əlli) manat Cavabdeh aid edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/8474 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, hazırki iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manatdır. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən o cümlədən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aid edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 31 yanvar 2002-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu, İİ-Nügədi kəndində yerləşən 0,4060 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh, İddiaçı1, İddiaçı2 və İddiaçı3 arasında naturada ayrılsın. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 31 yanvar 2002-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu, İİ-Nügədi kəndində yerləşən 0,4060 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 13 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/8474 nömrəli ekspert rəyinin bölgü sxemində göstərilmiş qaydada, naturada ayrılaraq ¼ hissə cənub-qərb tərəfdən Cavabdeh, ¾ hissə isə şimal-şərq tərəfindən İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilsin. Məhkəmə- tikinti-texniki ekspertizasının xərci olan 50 (əlli) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** SFİFT BİK CTREAZ22 saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar