Məhkəmə qərarları › İş №2(027)-62/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-62/2024

26.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-62/2024 26.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X8 qızının katibliyi, İddiaçı X3 nümayəndəsi Nümayəndə2 Mehman oğlunun və nümayəndəsi qismində vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı dəymiş maddi ziyan, əldən çıxmış fayda və mənəvi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş MA Seriyalı ******* nömrəli, **********66 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli Çıxarışla ona məxsus Quba rayonu 1 Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsindən olmuş 36 ədəd (6 alma, 10 ədəd armud, 9 ədəd gilas, 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və 3 ədəd üzüm tənəyi) meyvə ağaclarının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən kəsilərək məhv edilməsi nəticəsində ona dəymiş 26785 (iyirmi altı min yeddi yüz səksən beş) manat məbləğində maddi ziyanın, torpaq sahəsində qalan 15 ədəd ağaclardan 5 ədəd alma ağacı (1 ədəd Sosikol Reneti, 3 ədəd Cırhacı, 1 ədəd Aydored), 5 ədədi armud ağacı (2 ədəd Qırmızı Vilyams və 3 ədəd Gülşən), 3 ədədi albalı ağacı, 1 ədədi gavalı ağacından (Anjelino) 5 il ərzində əldə etdiyi gəlirə görə (əldən çıxmış fayda kimi) cəmi 2880 manat məbləğində pulun, ağacların kəsilməsinə görə keçirdiyi əsəb, mənəvi cəhətdən sarsıntılara və iztirablara görə ona dəymiş mənəvi ziyan olaraq 10000 (on min) manat məbləğində pulun, dövlət rüsumu olaraq ödədiyi 209 (iki yüz doqquz) manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Nadirov Cavabdeh3 oğlundan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş MA Seriyalı ******* nömrəli. **********66 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli Çıxarışla mənə məxsus Quba rayonu 1 Nügədi kəndində yerləşən 0.09 ha torpaq sahəsindən olmuş 54 ədəd meyvə ağacından kəsilən 36 ədəd (6 alma. 10 ədəd armud. 9 ədəd gilas. 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və 3 ədəd üzüm tənəyi) meyvə ağaclarının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən kəsilərək məhv edilməsi nəticəsində mənə dəymiş 21618 (iyirmi bir min altı yüz on səkkiz) manat məbləğində maddi ziyanın, torpaq sahəsində qalan 15 ədəd ağaclardan 5 ədəd alma ağacı (İ ədəd Sosikol Reneti, 3 ədəd Cırhacı, 1 ədəd Aydored), 5 ədədi armud ağacı (2 ədəd Qırmızı Vilyams və 3 ədəd Gülşən), 3 ədədi albalı ağacı, 1 ədədi gavalı ağacından (Anjelino) 5 il ərzində əldə etdiyi gəlirə görə (əldən çıxmış fayda kimi) cəmi 2880 manat, məbləğində pulun, ağacların kəsilməsinə görə keçirdiyi əsəb, mənəvi cəhətdən sarsıntılara və iztirablara görə mənə dəymiş mənəvi ziyan olaraq 10000 (on min) manat məbləğində pulun, dövlət rüsumu olaraq ödədiyi 209 (iki yüz doqquz) manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Nadirov Cavabdeh3 oğlundan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş MA Seriyalı ******* nömrəli çıxarışla Quba rayonu İ Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin torpaq sahəsində atası aldığı vaxtdan meyvə ağacları əkmiş, sonradan da isə o, həmin torpaq sahəsində meyvə ağacları əkməyə davam etmişdir. Təxminən 2018-ci ilin mart ayında o, özünə məxsus torpaq sahəsinə və orada olan ağaclara baxmaq üçün gedəndə görmüşdür ki, həmin torpaq sahəsinin dəmir tordan hasarının qapısını qıfıllamışlar. Cavabdehlərdən bunun səbəbini soruşduqda o qeyd edilən torpaq sahəsinə onu buraxmayacaqlarını bildirmişlər. Bundan sonra cavabdehlər ona qarşı torpaq sahəsinə dair çıxarışın ləğvi ilə bağlı Quba Rayon Məhkəməsinə müraciət etmişlər. Quba Rayon Məhkəməsinin 07 fevral 2019-cu il tarixli, 2(027)-325/2019 saylı qətnaməsi ilə cavabdehlərin iddia tələbi təmin edilməmişdir. Cavabdehlər həmin qətnamədən apellyasiya şikayəti vermiş, bu iş apellyasiya və Ali Məhkəmədə bir neçə dəfə baxılmışdır. Sonuncə dəfə Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(102)-6305/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2( 105)-1478/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə baxan Ali Məhkəmə işin həqiqi hallarına uyğun olaraq bir daha bildirmişdir ki, torpaq sahəsi əvvəlcə cavabdehlərin adına olmuş, daha sonra isə onun adına rəsmiləşdirilmiş, 22 ildir ki, o həmin torpaq sahəsindən istifadə etmiş, həmin torpaq sahəsi onun sahibliyində olmuşdur. Hazırkı torpaq sahəsinə dair ona məxsus Çıxarış ləğv edilməmişdir. Cavabdehlər Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(102)-6305/2021 saylı qərarından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 12 aprel 2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 və İ.Nadirovun şikayətinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun icraatına qəbul edilməsindən imtina edilmişdir. Torpaq sahəsi cavabdehlər zəbt edən vaxtı orada ən azında 54 ədəd ağac olmaqla bunlardan 16 ədədi alma ağacı (5 ədəd Qızıləhmədi, 2 ədəd Sosikol Reneti, 3 ədəd Cırhacı, 3 ədəd Aydored, 3 ədəd Vaqner), 15 ədədi armud ağacı ( 4 ədəd Berebosk, 4 ədəd Vilyams, 4 ədəd Qırmızı Vilyams və 3 ədəd Gülşən), 9 ədədi gilas ağacı (3 ədəd Romanovka, 3 ədəd Öküz Ürəyi, 3 ədəd Sarı Draqon), 3 ədədi albalı, 1 ədədi gavalı (Anjelino), 1 ədədi göyəm, 4 ədədi alça ( 2 ədəd Göyçə Soltanı, 2 ədəd Kazvin), 3 ədədi fındıq, 1 ədədi tut, 1 ədədi ərik və 3 ədədi (Ağadayı, Kişmişi və Qara Mahmudi) üzüm ağacları olmuşdur. 2018-ci ildən sonra cavabdehlər qəsdən ona ziyan vurmaq üçün torpaq sahəsindəki ağaclardan ən azından 36 ədədini hissə-hissə kəsmişlər. Halbuki o, həmin ağacların meyvəsini satmış, onlardan gəlir əldə etmişdir. Cavabdehlərin onun torpaq sahəsini zəbt etməsi və ona məxsus torpaq sahəsindəki ağacları məhv etməsi ilə bağlı Quba rayon Polis şöbəsinə müraciət etmişdir. Quba rayon Polis şöbəsində şikayəti üzrə araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd edilməsi barədə 19 iyun 2022-ci il tarixli qərarda ağacların kəsilməsi bir daha təsdiq edilmişdir. Həmin qərarda ağacların kəsilməsi, kəsilmiş ağaclara görə dəymiş maddi ziyanın vurulması ilə bağlı məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Bundan başqa məhkəməyə təqdim edəcəyi fotoşəkillərdən də görünür ki, bağ sahəsi cavabdehlər 2018-ci ildən bu vaxta kimi istifadə etmiş, böyüməsində əziyyət çəkdiyi meyvə bağındakı ağacları kəsərək viran qoymuşlar. Halbuki atası və o, meyvə ağaclarını böyütmək üçün illərdir əziyyət çəkmişlər. Onları sulamış, budamış, müvafiq qaydada aqrotexniki qulluq etmişlər. Cavabdehlər ona məxsus torpaq sahəsində olan ağacları kəsməklə ona ziyan vurmuşlar. Halbuki o, həmin torpaq sahəsində olan meyvə ağaclarının meyvəsini ailələrinin ehtiyacları üçün qarşılamış,, bazardan almamış, hətta artıq qalan meyvələri satırmışlar. Beləliklə ona məxsus torpaq sahəsində olan meyvə ağaclarından torpaq sahəsinə girib baxan vaxtı 2022-ci ilin sentyabr ayının sonuna kimi cavabdehlər həmin ağaclardan 36 ədədini (6 alma, 10 ədəd armud, 9 ədəd gilas, 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və 3 ədəd üzüm tənəyi) kəsib məhv etmişlər. Bundan əlavə cavabdehlər torpaq sahəmdə olan ağaclardan 36 ədədini kəsərək ziyan vurmaqdan başqa yerdə qalan 15 ədəd ağacdan (1 ədəd Sosikol Reneti, 3 ədəd Cırhacı, 1 ədəd Aydored), 5 ədədi armud ağacı (2 ədəd Qırmızı Vilyams və 3 ədəd Gülşən), 3 ədədi albalı, 1 ədədi gavalı (Anjelino) 2018-ci ildən 2022-ci ilə kimi 5 il ərzində qanunsuz istifadə etmiş, meyvələrini dərmiş, bəhrələnmişlər. Halbuki o, həmin ağaclardan istifadə etmişdir. Ailərinin ehtiyaclarına sərv etmişlər. Məhkəmə iclasında iddiaçı X3 nümayəndəsi qismində vəkili Nümayəndə1 izahatında bildirmişdir ki, mübahisə predmetini təşkil edən torpaq sahəsi iddiaçı tərəfindən 2015-ci ildən qarşılıqlı razılıq əsasında cavabdehlərin istifadəsinə verilmişdir. 2018-ci ildə tərəflər arasında yaranmış mübahisələrdən sonra cavabdehlərdən torpaq sahəsini tərk etmələri tələb edilsə də, çıxmamış və buna görə məhkəmə qətnaməsi əsasında həmin torpaq sahəsini geri ala bilmişdir. Həmin zaman torpaq sahəsində olan müxtəlif növdə ağacların cavabdehlər tərəfindən kəsildiyi iddiaçıya məlum olmuşdur. Məhkəmə iclasında iddiaçı X3 nümayəndəsi Nümayəndə2 Mehman oğlu eyni məzmunlu ifadə verərək izahatında bildirmişdir ki, torpaq sahəsində cavabdehlər tərəfindən kəsilmiş ağaclar təxminən 7-8 yaşlı və 8-9 yaşlı ağaclar olmuş olmuşdur. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəməyə eitraz ərizəsi ilə müraciət edərək, İddiaçı bu iddiasının əsassız olduğunu, torpaq sahəsinin 1989-cu ildən hal-hazıra qədər Daşınmaz Əmlak idarəsində onların adına qeydiyyata alındığını, torpağı mərhum qardaşı Mehmana 1996-cı ildə uzunmüddətli istifadə üçün verildiyini bldirmişlər. 2018-ci ildə aralarında İddiaçı ilə, yəni onun həyat yoldaşı Mehmanın kürəkəni Nümayəndə2la mübahisə yaranmışdır. İkisinin arasına girərək, araqızışdıran insanlar vasitəsi ilə mübahisələr olmuşdur. Həmin torpaq sahəsində ağacları torpağı alan gündən özü əkmişdir. Sahənin hərtərəfli də özü hasarlamışdır. Nümayəndə2 ağacların 11 ədədi quruduğuna görə onları özü kəsdirdiyi halda, onun üzərinə yıxmağa çalışır. O, ağaclardan 10 ədədi lətifə armud sortu, 1 ağac isə “siqanka” alma olmuşdur. Əgər o, bütün sahənin ağaclarını məhv etmək istəsəydi hamsını kəsərdi. Sahənin sağlam ağacları hamısı yerindədir. Boş yerlərdə isə Firuz gilas ağacları əkmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin, habelə cavabdehlərin izahatlarını dinləyib, iddiaçının ərizə və vəsatətini, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Quba rayon Polis Şöbəsinin TB-nin baş təhqiqatçısı, polis mayoru X1 HK-1/281 saylı, xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmış və mülki iddia qaydasında müraciət edilməsi hüququ izah olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Müraciət məktubunda qeyd edildiyi və sahibkarın həyat yoldaşının dediyinə görə 0,09 ha həyətyanı torpaq sahəsinə 3x3 metr əkin sxemi ilə 2000- 2006-cı illər ərzində toxmacar (cır) calaqaltılar üzərində yetişdirilmiş 16 ədəd alma (5 ədəd Qızıləhmədi, 2 ədəd Sosikol reneti, 3 ədəd Cırhacı, 3 ədəd Aydored və 3 ədəd Vaqner), 15 ədəd armud (4 ədəd Berebosk, 4 ədəd Vilyams, 4 ədəd Qırmızı Vilyams və 3 ədəd Gülşən), 9 ədəd gilas (3 ədəd Romanovka, 3 ədəd Öküzürəyi və 3 ədəd Sarı Draqon), 3 ədəd albalı, 1 ədəd gavalı (Anjelino), 1 ədəd göyəm, 4 ədəd alça (2 ədəd Göycə Soltanı və 2 ədəd Kazvin), 3 ədəd fındıq, 1 ədəd tut, 1 ədəd ərik olmaqla cəmi 54 ədəd meyvə bitkiləri tingləri və sahənin yol kənar çəpər hissəsinə isə 3 ədəd (Ağadayı, Kişmişi və Qara Mahmudi) üzüm tingləri əkilmişdir. Sahibkarın həyat yoldaşı onu da bildirdi ki, əkilmiş 54 ədəd müxtəlif meyvə tingləri və 3 ədəd üzüm tinglərində 100% bitiş əldə edilərək, onlara 2020-ci ilə qədər düzgün aqrotexniki qulluq edilmiş, hamısı da məhsul vermə qabiliyyətli olmaqla, məhsul verirdilər. Baxış zamanı, 23 noyabr 2022-ci il tarixədə, həyətyanı torpaq sahəsində müxtəlif yaşda 5 ədəd armud, 3 ədəd albalı, 10 ədəd alma, 2 ədəd gavalı ağacları və 1 ədəd fındıq kolunun mövcudluğu tərəfimizdən aşkarlandı və sahibkarın həyat yoldaşının dediyinə görə əkilmiş ağacların digər hissəsi, qonşuları Cavabdeh1 ailə üzvləri tərəfindən 2020-ci ildə kökləndirilərək həmin sahədə müxtəlif tərəvəz bitkiləri becərmişlər. Həyətyanı sahədə əkilərək yetişdirilmiş 54 ədəd müxtəlif meyvə bitkiləri ağaclarından 36 ədədi, o cümlədən 6 ədəd alma, 10 ədəd armud, 9 ədəd gilas, 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və həmçinin 3 ədəd üzüm tənəyi kökləndirilərək sahədən kənarlaşdırılmışdır. Meyvəçilikdə meyvə ağaclarının orta ömründənsə, onun orta istismar müddəti xüsusi əhəmiyyət kəsb edir və meyvə bağlı əkilərkən onun orta istismar müddəti bitkilərin cinsindən və calaqaltısından asılı olaraq 25- 30 il nəzərdə tutulur. Hazırki halda meyvə ağacları həyətyanı sahədə əkildiyinə görə onların istismar müddəti əkildiyi il daxil olmaqla 30 il götürülə bilər. Məlumdur ki, toxmacar calaqaltılar üzərində yetişdirilmiş meyvə bitkiləri tingləri bağa əkildikdən 5 il sonra məhsul verməyə başlayır və məhsuldar ağac hesab olunurlar. Buradan aydın olur ki, meyvə ağaclarının həyətyanı sahəyə 2000- 2006-cı illəldə əkilməsinə baxmayaraq, məhsul verməyə 2006-2012-ci illərdə başlanmış, onların istisimar müddəti 2030-2036-cı illərdə bitməklə, məhsul vermə dövrü 25 il təşkil edir. Ağacların ilkin və tam məhsuldarlıq dövrlərini nəzərə alaraq bir ildə orta hesabla təxmini olaraq bir ağacdan 20 kq alma, 18 kq armud, 15 kq gilas, 12 kq albalı, 22 kq ərik, 22 kq alça, 28 kq tut, 10 kq fındıq və 18 kq üzüm məhsulu istehsal etmək mümkündür. Əgər ağaclar 2020-ci ildə kökləndirilməsəydi, 2000-ci ildə əkilmiş 6 ədəd alma, 10 ədəd armud, 9 ədəd gilas, 2 ədəd üzüm, 1 ədəd tut ağaclarından daha 10 il, 2006-cı ildə əkilmiş 4 ədəd alça, 2 ədəd fındıq, 1 ədəd üzüm və 1 ədəd ərik ağaclarından daha 16 il məhsul istehsal etmək mümkün olardı. Ağacların ilkin və tam məhsuldarlıq dövründə bir ağacdan orta məhsuldarlıq göstəricilərini əsas götürərək kökləndirilmiş meyvə ağaclarından bir ildə:- 6 ağac x 25 kq =150 kq alma, 10 ağac x 22 kq= 220 kq armud, 9 ağac x 26 kq=234 kq gilas, 1 ağac x 26 kq=26 kq ərik, 4 ağac x 28 kq=l 12 kq alça, 1 ağac x 38 kq= 38 kq tut, 2 ağac x 10 kq =20 kq fındıq, 3 ağac x 20 kq= 60 kq üzüm məhsulu istehsal oluna bilərdi. Beləliklə, istisimar müddəti başa çatmadan 2020-ci ildə kökləndirilmiş və istisimar müddətinin bitməsinə 10 il qalmış meyvə ağaclarından 150 kq x 10 il =1500 kq alma, 220 kq x 10 il =2200 kq armud, 234 kq x 10 il = 2340 kq gilas, 38 kq x 10 il =380 kq tut və 40 kq x 10 il = 400 kq üzüm məhsulu, 16 il qalmış meyvə ağaclarından isə 112 kq x 16 il =1792 kq alça, 20 kq x 16 il = 320 kq fındıq, 26 kq x 16 il=416 kq ərik, 20 kq x 16 il = 320 kq üzüm məhsulu istehsal etmək mümkün olardı. İş üzrə keçilmiş və tədqiq olunmuş məhkəmə-bioloji ekspertizasının 3-16-16/2-7/975 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Quba rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq X2 Mühafizəsi şöbəsinin müdiri, a.e.ü.f.d. X7 xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən: İddiaçı məxsus Quba rayonu İ Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsində olmuş 36 ədəd meyvə ağaclarının (6 alma, 10 ədəd armud, 9 ədəd gilas, 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və 3 ədəd üzüm tənəyi) istismar müddəti (orta ömrü) bitkilər cır calaqaltısı üzərində olduqlarından və həyətyanı sahədə əkilib becərildiklərindən 30 il götürülməlidir. İddiaçı məxsus Quba rayonu İ Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsində olmuş 36 ədəd meyvə ağaclarının (6 alma, 10 ədəd armud, 9 ədəd gilas, 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və 3 ədəd üzüm tənəyi) məhsul vermə dövrü 25 il götürülməli olduğu müəyyən edilmişdir. İddiaçı məxsus Quba rayonu İ Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsində olmuş 36 ədəd meyvə ağaclarından (6 alma, 10 ədəd armud, 9 ədəd gilas, 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və 3 ədəd üzüm tənəyi) orta hesabla bir ildə bir alma ağacından 20 kq, bir armud ağacından 18 kq, bir gilas ağacından 15 kq, bir albalı ağacından 12 kq, bir ərik ağacından 22 kq, bir alça ağacından 22 kq, bir tut ağacından 28 kq, bir fındıq kolundan 10 kq və bir üzüm tənəyindən 18 kq məhsul almaq mümkün olduğu müəyyən edilmişdir. İddiaçı məxsus Quba rayonu İ Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsində olmuş 36 ədəd meyvə ağaclarından (6 alma, 10 ədəd armud, 9 ədəd gilas, 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və 3 ədəd üzüm tənəyi) 2020ci ildə kökləndirilməsəydi 16 il ərzində məhsul istehsal etmək mümkündür. İddiaçı məxsus Quba rayonu İ Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsində olmuş 36 ədəd meyvə ağaclarından (6 alma, 10 ədəd armud, 9 ədəd gilas, 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və 3 ədəd üzüm tənəyi) 2020-ci ildə kökləndirilmiş və istismar müddətinin bitməsinə 10 il qalmış meyvə ağaclarından 150 kq x 10 il =1500 kq alma, 220 kq x 10 il =2200 kq armud, 234 kq x 10 il = 2340 kq gilas, 38 kq x 10 il = 380 kq tut və 40 kq x 10 il = 400 kq üzüm məhsulu, 16 il qalmış meyvə ağaclarından isə 112 kq x 16 il = 1792 kq alça, 20 kq x 16 il = 320 kq fındıq, 26 kq x 16 il = 416 kq ərik, 20 kq x 16 il = 320 kq üzüm məhsulu istehsal etmək mümkün olardı. İş üzrə təyin edilərk keçilmiş və tədqiq olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/874 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, iş materillarında olan məlumatlardan istifadə edilməklə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş MA Seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011-cl il qeydiyyat tarixli Çıxarışla İddiaçı məxsus Quba rayonu İ Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsində olmuş 36 ədəd meyvə ağaclarından (6 alma, 10 ədəd armud, 9 ədəd gilas, 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və 3 ədəd üzüm tənəyi) 2020-ci ildə kökləndirilmiş və istismar müddətinin bitməsinə 10 il qalmış meyvə ağaclarının məhsulunun dəyəri 11040,00 manat təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş MA Seriyalı ******* nömrəli, **********66 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011-cl il qeydiyyat tarixli Çıxarışla İddiaçı məxsus Quba rayonu İ Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsində olmuş 36 ədəd meyvə ağaclarından (6 alma, 10 ədəd armud, 9 ədəd gilas, 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və 3 ədəd üzüm tənəyi) orta hesabla bir ildə bir alma ağacından 20 kq, bir armud ağacından 18 kq, bir gilas ağacından 15 kq, bir albalı ağacından 12 kq, bir ərik ağacından 22 kq, bir alça ağacından 22 kq, bir tut ağacından 28 kq, bir fındıq kolundan 10 kq və bir üzüm tənəyindən 18 kq məhsul almaq mümkündür. Həmin məhsulların bazar dəyəri 1257 manat təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.12-ci maddəsinə əsasən əşyanın verdiyi gəlir, artım və (və ya) üstünlük əşyanın bəhəridir. Ayrılanadək bəhər əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi kimdirsə, əşyanın təbii bəhəri də onun mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Məhkəmə ilk öncə onu qeyd edir ki, hazırki mülki iş üzrə iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçı tərəfin üzərinə düşür. Başqa sözlə, məhz iddiaçı iddia tələbinin əsası kimi istinad edilən halları sübut etmək öhdəliyi daşıyır. Məhkəmə qeyd edir ki, iş üzrə ekspertiza rəyləri mütəxəssisin sahibkarın həyat yoldaşının dedikləri əsasında sayı və növü qeyd edilməklə ümumilikdə ağacların bəhər və artımı üzrə nəticələri üzrə əldə olunmuş məbləğlər müəyyən olunmuş və torpaq sahəsində iddia ərizəsində qeyd olunmuş ağacların daha əvvəl hansı say və növdə olması, ahabelə yerləşmə vəziyyəti barədə iddiaçı tərəfindən sübut təqdim edilməmişdir. Həmin hissədə sübut növü kimi iş materiallarına əlavə edilmiş fotoşəkillər isə torpaq sahəsinin müxtəlif fəsilərdə əksi müəyyən olunmaqla qeyd edilən ağacların daha əvvəlki say, növ və yerləşmə vəziyyətinin əskikliyi dəqiq müəyyən oluna bilmir. Həmçinin iddia tərəfi ağacların 7-8 yaşlı ağaclar olduğunu bildirmiş və xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Nümayəndə2 izahatında 2015-ci idən bağ sahəsinin şifahi razılaşma əsasında cavabdehlərə verildiyini bildirmişdir. Göründüyü kimi,ağacların əkilmə dövrü cavabdehlərin sahibliyində olan dövrə təsadüf edir ki, cavabdehin ifadə etdiyi meyvə ağaclarının bəzilərinin fiziki təsirlərə görə aşınmaqla onun tərəfindən kəsilməsi təbii haldır. Habelə məhkəmənin yerində müayinəsi zamanı torpaq üzərində izlərinin itirilməsi kəsilmiş ağac kötükləri və hər hansı digər halda olan ağac qalıqları müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). İddiaçı həmçinin mənəvi ziyana görə isə 10000 manat cavabdehlərdən tutularaq ona ödənilməsini tələb etmişdir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı ona mənəvi zərərin vurulduğuna görə 10000 manat məbləğin cavbdehlərdən onun xeyrinə tutulmasını tələb etsə də, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissəsində də əsassız olmaqla, təmin olunmamalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı dəymiş maddi ziyan, əldən çıxmış fayda və mənəvi ziyan barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «dəymiş maddi ziyan, əldən çıxmış fayda və mənəvi ziyan» tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 209 (iki yüz doqquz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar