Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-643/2020 05.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Quba rayonu, Qaraçay kəndi ərazisindən ona və ailə üzvlərinə verilmiş 1,09 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi verilmiş torpaq sahəsinə dair JN-161, KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının X3 və X4 məxsus olması faktının müəyyən edilməsi və miras qalmış həmin torpaq sahəsinin onun mirası qəbul etməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayon Aqrar İslahat komissiyasının xx xxxx 1997-ci ıl tarixli 06 №li qaran ilə ona və ailə üzvlərinə 1,09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış və adlarına mülkiyyətlərini təsdiq edən JN-1xx xxx 30319018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı verilmişdir. Torpağın mülkiyyətçilərindən atası İbrahimov İbrahim xx.xx.2012-ci il tarixdə, anası Halisə xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. O, hal-hazırda vərəsəlik məsələsini həll edib torpağı özgəninkiləşdirmək istəyir. Bununla əlaqədar hüquq müəyyənedici sənədləri DƏDRX-nın 5 saylı X12 və Quba Asan xidmət mərkəzində notariat kontoruna təqdim etmişdir. Mərhum atası İ.İbrahimovun Dövlət Aktında soyadı və adı düzgün olaraq yazılsa da, atasının adı “X5” əvəzinə səhvən “X1” kimi, anası “X6” əvəzinə səhvən “X2” kimi qeyd edildiyindən sənədlərni qəbul etmirlər. Həmçinin qeyd edilən uyğunsuzluqlar olduğu üçün Asan xidmətin notariat kontorundan vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Dövlət Aktının əsli naməlum şəraitdə itmişdir. Bu səbəbdən də o, qəzetə elan vermiş və ərizə ilə Polis Şöbəsinə müraciət etmişdir. Hazırda həmin Dövlət Aktını verən AR DT və XK-nın Quba rayon Şöbəsi ləğv olunaraq mövcud olmadığından həmin Dövlət Aktında olan yalnışlığı başqa yolla düzəliş etdirmək mümkün deyildir. Valideynləri vəfat etdikdən sonra o, onlardan miras qalmış yuxarıda istinad etdiyi Dövlət Akı üzrə torpaq sahəsini o, qəbul edərək faktiki idarə edir. Vergi borclarını da o ödəyir. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş “şəxsiyyət vəsiqəs”nin surətindən görünür ki, X5 xx.xx.1965-ci il tarixdə Özbəkistan Respulikasının Sırdərya vilayətində anadan olmuşdur. Həmin şəxsiyyət vəsiqəsində onun atasının adı “Zaadin” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş “şəxsiyyət vəsiqəs”nin surətindən görünür ki, X6 xx.xx.1969cu il tarixdə Özbəkistan Respulikasının Fərqanə vilayətində anadan olmuşdur. Həmin şəxsiyyət vəsiqəsində onun adı, soyadı və atasının adı “X6” olaraq qeyd edlmişdir. İş materiallarına əlavə edilmiş “ölüm haqqında tibbi şəhadətnamə”nin surətindən görünür ki, X6 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş “ölüm haqqında tibbi şəhadətnamə”nin surətindən görünür ki, X5 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Quba RPŞ-nin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Quba rayonu, İ Nügədi kəndində yerləşən torpaq sahəsi üçün verilmiş JN-161, KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı naməlum şəraitdə itmişdir. Qeyd olunan sənəd itmiş və ya tapılmış əşya kimi Quba RPŞ-nə daxil olmamışdır. İş materiallarına əlavə edilmiş “nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 ilə X6 qızı arasında xx.xx.1988-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Ərizəçi və onun ailə üzvlərinə Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli 06 saylı qərarına əsasən xx.xx.1997-ci il tarixdə JN-161, kod 30319018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edilərək 1.09 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi və onun ailə üzvlərinə Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli 06 saylı qərarına əsasən xx.xx.1997-ci il tarixdə 1.09 ha torpaq sahəsi verilmiş və bununla əlaqədar JN-161, kod 30319018 saylı Dövlət Aktı tərtib edilmişdir. Həmin Dövlət Aktında ərizəçinin mərhum ata və anasının adı “Ərizəçi” əvəzinə səhvən X5” əvəzinə səhvən “X1” kimi, anası “X6” əvəzinə səhvən “X2” kimi qeyd olunmuşdur. Ərizəçi məhkəmədən torpağa mülkiyyət hüququna dair JN-161, kod 30319018 saylı Dövlət Aktının atası X3 və anası X4 məxusus olması faktının müəyyən edilməsini və valideynlərindən ona miras qalmış həmin torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, ilk növbədə qeyd edilən dövlət aktının ərizədə göstərilən şəxslərə məxsusluğu müəyyən edildikdən sonra miras əmlakın qəbul faktına baxıla bilər. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçinin göstərdiyi hal, yəni torpağa mülkiyyət hüququna dair JN- 161, kod 30319018 saylı Dövlət Aktının Ərizəçi ilə yanaşı, onun mərhum atası X3 və mərhum anası X4 münasibətdə onlara məxsus olması faktı iş materialları ilə təsdiq olunur ona görə də ərizə həmin hissədə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi qismən təmin edilsin. JN-161, KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət AktınınX5 və X4 münasibətdə onlara məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-643/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-643/2020
05.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus o
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver