Məhkəmə qərarları › İş №2(061)-897/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-897/2025

30.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus o
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-897/2025 30.05.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi Ərizəçi Maraqlı şəxs3 iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Tərtər rayon Notariat Ofisi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi və Maraqlı şəxs3 qarşı “sənədin şəxsə məxsus olması və miras əmlakının qəbul edilməsi faktının müəyyən edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə 30 may 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Tərtər rayon Notariat Ofisi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi və Maraqlı şəxs3 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Tərtər rayon Qaradağlı kəndində yerləşən 0,25 ha pay torpaq sahəsinə görə JN-185F KOD 61107018 olan Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə üzrə torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi və JN-185F KOD 61107018 olan Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə mərhum anasının adı, soyadı və ata adı “X1” əvəzinə “X2” kimi, qardaşı oğlunun adı, soyadı və ata adı “X5” əvəzinə “Maraqlı şəxs3” kimi göstərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, maraqlı şəxslər Tərtər rayon Notariat Ofisi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxslər Tərtər rayon Notariat Ofisi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə təqdim edərək “sənədin şəxsə məxsus olması və miras əmlakının qəbul edilməsi faktının müəyyən edilməsi tələbi”nə dair ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun 24 dekabr 2021-ci il tarixli 12 nömrəli qərarı ilə yeni redaksiyada verilmiş “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcürbəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun 31 may 2011-ci il rarixli 3№-li qərarının 2-ci bəndinə görə məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikası MPM-nin 170-ci maddəsinə görə 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə iddia ərizəsi geri qaytarıla bilər. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Məhkəmə hesab edir ki, Ərizəçi məhkəmənin hazırlıq iclasında ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən ərizə Azərbaycan Respublikası MPM-nin 170-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1, 114.1.3-cü maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarıldıqda ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığı üçün iddia ərizəsinə baxılması üçün iddiaçı tərəfindən ödənilmiş 88,90 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 114.1, 114.1.3, 170, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxslər Tərtər rayon Notariat Ofisi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi və Maraqlı şəxs3 qarşı “sənədin şəxsə məxsus olması və miras əmlakının qəbul edilməsi faktının müəyyən edilməsi tələbi”nə dair ərizəsi geri qaytarılsın. Ərizəyə məhkəmədə baxılması ilə əlaqədar Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona geri ödənilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində dayandırılma hissəsindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar