Məhkəmə qərarları › İş №2(027)-736/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-736/2021

09.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-736/2021 09.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi zərərin əvəzi olaraq 3500 (üç min, beş yüz) ABŞ dolları və mənəvi zərərin əvəzi olaraq 3000 (üç min) manat məbləğində pul vəsaitinin, Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı X4 iddianı müdafiə edərək göstərdi ki, Cavabdeh 2005-ci il tarixdə ona məxsus Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən həyətə gələrək, söhbət əsnasında bildirib ki, torpaq sahəni sənədləşdirə bilər. Cavabdeh bir müddət əvvəl “kənd soveti” işlədiyinə görə ona inanıb razılıq verib. O, bildirib ki, 4 ədəd torpaq şəhadətnaməsi üçün ondan ümumilikdə 3500 ABŞ dolları pul alacaq. O da onunla razılaşaq 3500 ABŞ doları pulu ona verib. Bu hadisədən 10 gün sonra Cavabdeh ona zəng vuraraq görüşməyi bildirib. Evin yaxınlığında olan məsçidin yanında Rizvanla görüşüb. Onun VAZ 2106 markalı avtomobilinə əyləşib. O, 4 ədəd şəhadətnaməni ona təqdim edib. Torpaq şəhadətnamələri onun, Əliyev Elçin, Əliyeva Nahidə və Əliyeva Rəsmiyyənin adına olub. Rizvan ona bildirib ki, şəhadətnamələrin surətini çıxardıb Firuduna verəcək ki, onlar kitaba qeyd olunsun, baş jurnalda Slavik yazıb imza edəcək. Bu hadisədən bir müddət sonra bələdiyyə sədri Ayəməzov Slavik ilə görüşüb və o bildirib ki, torpaq şəhadətnamələri kitabda qeydə alınıb. Bir müddət sonra 2005-ci ildən 2017-ci ilə kimi torpaq vergisi ödəyib. 2018-ci il tarixdə Quba rayon Daşınmaz Əmlakın dövlət Reyestri xidmətinə gedib və orada ona məlum olub ki, Cavabdeh ona saxta torpaq şəhadətnamələri verib. O, Cavabdeh zəng vurub onunla görüşüb və deyib ki, narahat olmasın, 2018-ci il tarixdə bütün sənədlər qaydasına düşəcək. onunla razılaşmayıb və tələb edib ki, 4 torpaq şəhadətnaməsinin alınması üçün ödədiyi 3500 ABŞ dolları pulunu geri qaytarsın. O, həmin pulu verməkdən imtina edib. Bu hadisədən sonra xatırlayıb ki, Cavabdeh 1985-1986-cı illərdə “kənd soveti” işləyərkən onların ata həyətindən bir hissəsinii qonşuya verib, onunəvəzindəonlara başqa birtorpaqsahəsi verəcək, lakin heç bir torpaq sahəsi verməmişdir. Bütün olanlardan sonra əmin olub ki Rizvan ona 3500 ABŞ dolar pulunu alaraq ona ziyan vurub. Həmin pulu qaytarıb, lakin ona dəyən zərərə görə həmən pulun 3000 (üç min) manat məbləğində faizini tələb edir. Göstərilənləri nəzərə alıb maddi zərərin əvəzi olaraq 3500 (üç min, beş yüz) ABŞ dolları və mənəvi zərərin əvəzi olaraq 3000 (üç min) manat məbləğində pul vəsaitinin, Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə iştirak edən zaman Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək göstərdi ki, Cavabdeh iddiaçıdan 3500 ABŞ dolar pulu almsını etiraf edir, lakin buna baxmayaraq o həmin pulu 2019-cu ildə qaytarıb və iddiaçıya heç bir borcu qalmayıb. Ona görədə göstərlənləri nəzərə alaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı X2 dinləyib və işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır və təmin olunmamalıdır. Belə ki, işdə olan kod 30319018 JN-1663F saylı, JN-1163F saylı, JN-2311F saylı, JN-2312F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdən görünür ki, həmin şəhadətnamələr Quba rayonu İ Nügədi kəndində X1, X3, İddiaçı və X5 adına olan həyətyanı torpaq sahələrinə verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu“N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il ı tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi İztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunur, digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan Qərarına əsasən “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun ve dəyər kəsb etməyən hüquq pozuntusudur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərerçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri ve dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması . zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır." Konstitusiya məhkəməsinin istinad olunan qərarında birbaşa göstərilir ki, ona maddi zərərin (real zərərin ve eldən çıxmış fayda) və mənəvi zərərin vurulmasını bu şəxs sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1096 və 1097-ci maddələrinin mənasından da görünür ki, maddi zərərin (real zərər və əldən çıxmış fayda) və mənəvi zərərin sübutetmə yükü ona zərərin vurulmasını iddia edən şəxsin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, babelə hüquqi şəxsin əmlakına ve ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmd ödənilməlidir. Məhkəmədə müəyyən edildi ki, İddiaçı Cavabdeh 3500 (üç min, beş yüz) ABŞ dolları məbləğində pul verib və 2019-cu ildə cavabdeh həmin məbləği qaytarıb, lakin iddiaçı həmin məbləğ ilə raılaşmır, həmin məbləğin əlavə faizini və mənəvi zərəri tələb edir. Cavabdeh tərəf isə bu tələbə etirazını bildirir, qeyd edir ki, 3500 (üç min, beş yüz) ABŞ dolları məbləğində pulu iddiaçıya qaytarıb.İddiaçı verdiyi pulu borca faiz ilə götürməsini bildirsə də, həmin pulun faiz ilə borca götürməsinə dair məhkəməyə sübut təqdim etmədi. Məhkəmədə iddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilmədi və o barədə sübutları məhkəməyə təqdim etmədi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə iş üzrə müəyyən olunmuş hallara tədbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar