Məhkəmə qərarları › İş №2(027)-792/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-792/2021

07.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-792/2021 07.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı2 Cicəli qızının iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Cicəli qızının cavabdehlər, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı paylı mülkiyyətin naturada ayrılması tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 Cicəli qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 02.04.2018-ci il tarixdə İddiaçı1 adına verilmiş ******* və ******* saylı çıxarışlardan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adlarının xaric edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmədə İddiaçı2 iddia ərizəsini müdafiə edərək iddialarının təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. İddiaçılar iddia ərizəsində göstərmişdirlər ki, Quba AİK-nın 09 fevral 1998-ci il tarixli 03 saylı qərarı ilə onlara və cavabdehlərə Quba rayonu Ağbil kəndi ərazisindən 2,52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış, JN 165 Kod 30314018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Torpaq onlara təhvil verildikdən sonra bir müddət torpağı birgə istifadə ediblər. Sonradan cavabdehlər ailə qurublar. Ona görə də hər birinin torpağı ayırıb onlara verilb. Cavabdehlər hər biri onlara ayrılmış torpağdan, onlar isə öz torpağını ayıraraq öz adına 02 aprel 2018-ci il tarixli 0,56 ha və 0,54 ha torpağa çıxarış alaraq həmin torpağlara istifadə və sahiblik edirlər. DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsi onların adına verilən 02 aprel 2018-ci il tarixli çıxarışlarda cavabdehlərin də adları hüquq sahibləri kimi qeyd edilmişdir. Halbu ki, onların həmin torpaqlara heç bir hüquqları yoxdur. Onların hər birinin payı öz razılıqları ilə ayrılaraq özlərinə təhvil verilmişdir. Qeyd olunan uyğunsuzluğu aradan qaldırmaq üçün DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət ediblər. Həmin təşkilatdan onlar qeyd olunan uyğunsuzluğu məhkəmə qaydasında aradan qaldırmağı bildiriblər. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək qərarına gəliblər. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 02.04.2018-ci il tarixdə İddiaçı1 adına verilmiş ******* və ******* saylı çıxarışlardan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adlarının xaric edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdlər. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı1, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı1 və cavabdehlər məhkəməyə gəlməmiş və bu barədə heç bir üzrlü səbəb məhkəməyə təqdim etməmişdilər. Məhkəmə işə Azərbayan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, İddiaçı1un, cavabdehlər, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı2 dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli 03 saylı qərarı ilə verilmiş JN 165 Kod 30314018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən qeyd edilmiş 2,52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1 və onun digər ailə üzvlərinə əmlak payı kimi xüsusi mülkiyyətə verilib. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin RX seriyalı ******* saylı reyestr nömrəsi **********61, qeydiyyat nömrəsi **********, 02.04.2018-ci il tarixli çıxarışının surətindən görünürki, Quba rayon Ağbil kəndində yerləşən 0.5409 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə verilib. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin RX seriyalı ******* saylı reyestr nömrəsi **********62, qeydiyyat nömrəsi **********, 02.04.2018-ci il tarixli çıxarışının surətindən görünürki, Quba rayon Ağbil kəndində yerləşən 0.055 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə verilib. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin Xaçmaz Ərazi idarəsi tərəfindən verilmiş 02.04.2018-ci il tarixli 252663, 252728 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədlərinin surətindən görünürki, Quba rayonu Ağbil kəndi ərazisində ümumi sahəsi 0,5409 ha və 0.055 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüquq sahibliyi İddiaçı1 məxsusdur. İş materiallarında olan Quba RİHB-nın Vladimirovka İƏD-si üzrə nümayəndəliyinin 05.08.2020-ci il tarixli, 1041 nömrəli arayışdan görünürki, Əmiyev X1 qeydiyyatdadır və həmin kənddə yaşayır. İş materiallarında olan Quba RİHB-nın Vladimirovka İƏD-si üzrə nümayəndəliyinin 05.08.2020-ci il tarixli, 1042 nömrəli arayışdan görünürki, Əmiyeva X2 qeydiyyatdadır və həmin kənddə yaşayır. İş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünürki, Əmiyeva X2 qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmədə müəyyən edildi ki, Quba rayonu Hacıhüseynli kəndində yerləşən 0,9052 ha torpaq sahəsi xüsusi mülkiyyət olmaqla ümumi birgə mülkiyyət olmaqla beş nəfərə məxsusdur. Belə ki, sübuetmə yükü baxımından iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 02.04.2018-ci il tarixdə İddiaçı1 adına verilmiş ******* və ******* saylı çıxarışlardan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adlarının xaric edilməsini tələb etsələr də, istinad etdikləri halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçılar tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, iddiaçıların iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cicəli qızının Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 02.04.2018-ci il tarixdə İddiaçı1 adına verilmiş ******* və ******* saylı çıxarışlardan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adlarının xaric edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar