Məhkəmə qərarları › İş №2(027)-800/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-800/2021

03.05.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-800/2021 03.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi İslamova (Nurəliyeva) Lalə Əlimirzə qızının iştirakı ilə İslamova (Nurəliyeva) Lalə Əlimirzə qızının Azərbaycan Respublikası İqtisaiyyat Nazirliyinin Daşınmaz Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Quba rayon Şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İslamova (Nurəliyeva) Lalə Əlimirzə qızı məhkəməyə ərizə ilə müraciət edərək, Quba rayon Aqrar İslahat Komissiyasının 20.06.1997-ci il tarixli, 14 saylı Qərarı ilə 0,20 ha torpaq sahəsi və onun üstündə olan fərdi yaşayış evi anası X10 mülkiyyətinə verilməsi, bu barədə 617-F nömrə ilə kitabda qeydə alınmış və JN-617 A-kod 30319018 sayla kodlaşdırılmış Şəhadətnamədə və Quba rayon Aqarar İslahat Komissiyasının 01.11.1997-ci il tarixli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0,73 ha torpaq sahəsi JN 2173 sıra nömrəli rəsmiləşdirilmiş və 30320018 sayla kodlaşdırılmış Dövlət Aktında anası X11 və qardaşı X1 yalnışlığın aradan qaldrılıb onların həmin sənədlərdə soyadlarının “Nurəliyev” rəsmiləşdirilməsi və həmin sənədlərin anası X17 və qardaşı X7 məxsus olması barədə qətnamə qəbul edilməsinin xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İslamova (Nurəliyeva) Lalə Əlimirzə qızı ərizəsini müdafiə edərək, onunla əsaslandırmışdır ki, anası X13 və qardaşı X7 Quba rayon AİK-nın 20 iyun 1997-ci il tarixli, 14 saylı qərarı ilə JN:617F, KOD 30319018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə əsasında Quba rayonu, 2-ci Nügədi kəndi ərazisindən 0,20 ha həyətyanı torpaq sahəsi və Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 saylı qərarı ilə JN: 2173, KOD ********** saylı Torpağa Mülkiyyət Hüququna X35 əsasında Quba rayonu, 2-ci Nügədi kəndi ərazisindən 0,73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Adlarına verilmiş JN-617F, KOD 30319018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə və JN: 2173, KOD ********** saylı Torpağa Mülkiyyət Hüququna X34 anası və qardaşı Əflatunun soyadı Nurəliyev əvəzinə səhvən Nuriyev kimi qeyd olunmuş, anasının soyadında düzəliş olunaraq Nurəliyev əvəzinə yenə də səhvən olaraq Nuraliyeva kimi göstərilərək möhürlə təsdiqlənmişdir. X5 08 oktyabr 1972-ci iləd, anası X18 18 iyul 2014-cü ildə vəfat etmişlər və qardaşı Əflatun anası X10 vərəsələridir. Onlar göstərilən pay və həyətyanı torpaq sahələrinə adına çıxrış almaq üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişlər, lakin DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 16 sentyabr 2019-cu il tarixli məktubu ilə aktda ad və soyadı uyğunsuzluq olduğundan məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Ona görə də, faktın müəyyən olunması ilə bağlı məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq anası X18 və qardaşı X6 adına verilmiş JN:617, KOD 30319018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə və JN: 2173, KOD ********** saylı Torpağa Mülkiyyət Hüququna X34 olan ad və soyadında uyğunsuzluğu aradan qaldırmaq sənədlərin anası X13 və qardaşı X7 məxsus olması faktının müəyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-2173 KOD 30320018 saylı Torpağa Mülkiyyət Hüququna X32 görünür ki, X23, X9 mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 saylı qərarı ilə 0,73 hektar torpaq sahəsi verilmiş, həmin dövlət aktında X4 Nuriyeva kimi qeyd olunmuşdur. İş materiallarında olan JN-617F KOD 30319018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədən görünür ki, X16 mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1997-ci il tarixli, 14 saylı qərarı ilə 0,20 hektar torpaq sahəsi verilmiş, həmin şəhadətnamədə X28 qızının soyadı Nuriyeva kimi qeyd olunmuşdur. İş materiallarında olan 02 iyun 1956-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, ərizəçi X15 xx.xx.1956-cı il tarixdə anadan olmuş, şəhadətnamənin anası qrafasında ərizəçinin anasının soyadı, adı və atasının adı X8 göstərilmişdir. İş materiallarında olan 25.08.1978-ci il tarixdə verilmiş İ-JQ seriyalı, 464997 №-li nikah haqqında şəhadətnamədən görünür ki, X19 ilə X12 arasında nikah 25.08.1978-ci il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1978-ci ilin mart ayının 25 günündə 63 № ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada İslamova soyadı verilmişdir. İş materiallarında olan 11 avqust 2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 695477 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X20 18.07.2014-cü il tarixdə ölmüşdür. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlarla Quba rayonu Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il il tarixli, 14 saylı qərarı ilə JN-2173 KOD 30320018 saylı Torpağa Mülkiyyət Hüququna X35 əsasında X10 mülkiyyətinə 0,73 hektar torpaq sahəsi və Quba rayonu Aqrar İslahat Komissiyasının 20 iyun 1997-ci il il tarixli, 14 saylı qərarı ilə JN-617F KOD 30319018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə əsasında isə X10 mülkiyyətinə 0,20 hektar torpaq sahəsinin verilməsi, həmin şəhadətnamə və dövlət aktında ərizəçinin mərhum anası X2 Nuriyeva kimi səhv qeyd olunması, X10 18.07.2014-cü il tarixdə vəfat etməsi, Quba rayon Aqrar İslahat Komissiyası və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduğu üçün ərizəçinin bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilməməsi, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etməsi və müraciətin cavablandırılmaması və bu faktın müəyyən edilməsinin ərizəçiyə həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüquqlarının qeydiyyatına dair Çıxarış almaq üçün lazım olması sübuta yetirilir. Məhkəmə, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə qismən təmin edilməli, hüquqmüəyyənedici sənəd olan Torpağa Mülkiyyyət Hüququna Dair JN-2173 Kod 30320018 saylı Dövlət Aktının və Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-617F Kod 30319018 nömrəli şəhadətnamənin X13 məxsus olması faktı müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, X3 aid hissədə təmin edilməməlidir. Belə ki, ərizənin tələb hissəsində Torpağa Mülkiyyyət Hüququna Dair JN-2173 Kod 30320018 saylı Dövlət Aktının və Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-617F Kod 30319018 nömrəli şəhadətnamənin X7 məxsus olması tələbi qoyulsa da, X6 özü və ya nümayəndəsi məhkəmədə belə tələblə çıxış etməmiş və ərizəyə dəqiqləşdirmə aparmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 218.3-cü maddəsinə əsasən isə hakim qanunda göstərilən müstəsna hallar olmadan iddia tələbindən kənara çıxa bilməz. Bu işdə də qanunda göstərilən müstəsna hallar yoxdur. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, X3 aid hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə qismən təmin olunsun. Torpağa Mülkiyyyət Hüququna Dair JN-2173 Kod 30320018 saylı Dövlət Aktının və Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-617F Kod 30319018 nömrəli şəhadətnamənin X13 məxsus olması faktı müəyyən edilsin. X3 aid hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar