Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-816/2024 11.03.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh4 iştirakı ilə İddiaçı Quba Bələdiyyəsinin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Quba regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı maraqlı “torpaq hərracının və ya müsabiqənin nəticələrinin, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və istifadədə olan torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsinə Quba Rayon Məhkəməsində baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı Quba Bələdiyyəsi cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Quba regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı maraqlı “torpaq hərracının və ya müsabiqənin nəticələrinin, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və istifadədə olan torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Bələdiyyəsinə məxsus Quba şəhər ərazisində yerləşən 0,03 ha torpaq sahəsinin satılması ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər Torpaq hərrac və müsabiqə Komissiyasının (Təşkilatçının) torpaq hərrac və ya müqasibəqinin nəticələri barədə 19 yanvar 2013-cü il tarixli 125 nömrəli iclas protokolu, həmin 0,03 ha torpaq sahəsinin satılması barədə Quba Bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış 19 fevral 2013-cü il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bundan sonra həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh3 Quba şəhəri 223-cü Atıcı Diviziya küçəsində yerləşən 0,03 ha torpaq sahəsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli, **********36 reyestr nömrəli Çıxarışın ləğv edilməsi, Quba şəhər ərazisində yerləşən 0,009 ha torpaq sahəsinin satılması ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər Torpaq hərrac və müsabiqə Komissiyasının (Təşkilatçının) torpaq hərrac və ya müqasibəqinin nəticələri barədə 19 yanvar 2013-cü il tarixli 126 nömrəli iclas protokolunun, həmin 0,009 ha torpaq sahəsinin satılması barədə Quba Bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış 19 fevral 2013-cü il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bundan sonra həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh3 Quba şəhərində yerləşən 0,009 ha torpaq sahəsinə dair verilmiş çıxarışın ləğv edilməsi, Quba şəhər ərazisində yerləşən 0,0021 ha torpaq sahəsinin satılması ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər Torpaq hərrac və müsabiqə Komissiyasının (Təşkilatçının) torpaq hərrac və ya müqasibəqinin nəticələri barədə 18 fevral 2014-cü il tarixli 261 nömrəli iclas protokolunun, həmin 0,0021 ha torpaq sahəsinin satılması barədə Quba Bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış 04 mart 2014-cü il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bundan sonra həmin alğı-satqı müqaviləsi əsasənda Cavabdeh4 Quba şəhərində yerləşən 0,0021 ha torpaq sahəsinə dair verilmiş çıxarışın ləğv edilməsi və həmin torpaq sahələrinin Quba Bələdiyyəsinin mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Quba regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçı Quba Bələdiyyəsi məhkəməyə ərizə ilə müraciət edərək, hazırki işin məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 izahat verərək bildirmişdir ki, iddiaçı Quba Bələdiyyəsinin hazırki işin Sumqayıt Kommersiya Məhkəməsinə gönədərilməsi barədə ərizəsini qəbul etmir, bu işə mülki məhkəmə qaydasında baxılmalıdır. Məhkəmə tərəfi dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin yazılı və şifahi vəsatətləri təmin edilməli və iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. İş materiallarında olan vergi məlumatlarından çıxarışdan görünür ki, Cavabdeh3 və Cavabdeh4 vergi ödəyiciləridir. Beləliklə məhkəmə araşdırması zaman müəyyən edilmişdir ki, iş üzrə iddiaçı Quba Bələdiyyəsi və cavabdehlər Cavabdeh6, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Quba regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi hüquqi şəxslərdir. Həmçinin, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 vergi ödəyiciləridir. Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını tədqiq edərək belə qənaətə gəlir ki, iş üzrə tərəflərin hər biri vergi ödəyiciləridir və hazırki mübahisələr sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmış mübahisələrdir. Çünki, iş materiallarına əlavə edilmiş Cavabdeh4 adına verilmiş RX seriyalı ******* nömrəli və Cavabdeh3 adına verilmiş RX seriyalı ******* nömrəli çıxarışlardan görünür ki, Quba şəhəri, 223-cü atıcı diviziya küçəsindən onlar üçün ayrılmış torpaq sahələrinin təyinatı yaşayış məntəqələrinin torpaqları olsa da, məqsədli istifadə növü sahibkarlıqdır. Göründüyü kimi hazırki mübahisənin xarakteri də kommersiya xarakterlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 31.1-ci madddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 17.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsini qanunla müəyyən olunmuş qaydada həmin məhkəmənin tərkibinə seçilmiş hakimlər həyata keçirirlər. “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli, 3 saylı qərarının 1-ci bəndində göstərilir ki, aidiyyət qaydalarını pozmaqla işi öz icraatına qəbul etmiş məhkəmə Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən işi qərardadla qısa müddət ərzində aid olduğu məhkəməyə göndərməlidir. Mülki Prosessual Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinə uyğun olaraq, iddiaçı Quba Bələdiyyəsinin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Quba regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı maraqlı “torpaq hərracının və ya müsabiqənin nəticələrinin, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və istifadədə olan torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması” tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 25, 35, 44 və 45-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Quba Bələdiyyəsinin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Quba regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı maraqlı “torpaq hərracının və ya müsabiqənin nəticələrinin, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və istifadədə olan torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması” tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba rayon Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-816/2024
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-816/2024
11.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver