Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-87/2025 23.01.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçılar İddiaçı5, X1, İddiaçı2, İddiaçı6, İddiaçı7, İddiaçı4 və İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və İsmayıllı rayon Notariat Ofisinə qarşı torpaq alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqaviləyə əsasən yaranmış hüquqi nəticələrin ləğv olunması tələbinə dair mülki işə 23 yanvar 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı5, X1, İddiaçı2, İddiaçı6, İddiaçı7, İddiaçı4 və İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və İsmayıllı rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı5, X1, X3, X2, İddiaçı7 və İddiaçı4 ilə Bakı şəhər sakini Cavabdeh2 adından çıxış edən nümayəndəsi Cavabdeh4 ilə aralarında reyestr nömrəsi **********8, qeydiyyat nömrəsi ********** olan çıxarış üzrə birgə mülkiyyətlərində olan 0,0806 hektar həyətyanı torpaq sahəsinin alğı-satqısına dair bağlanmış, İsmayıllı rayonu Notariat Ofisində 07 noyabr 2014-cü il tarixdə təsdiq olunmuş və reyestrdə 4Ə-1157 nömrə ilə qeyd edilmiş AN-İ №1323085 olan “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi və həmin müqavilədən yaranan sonrakı hüquqi nəticələrin ləğv edilməsi və İddiaçı1 ilə reyestr nömrəsi **********5, qeydiyyat nömrəsi ********** olan çıxarış üzrə mülkiyyətində olan, İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsinin alğı-satqısına dair Bakı şəhər sakini Cavabdeh3 adından çıxış edən Cavabdeh4 ilə aralarında bağlanmış, İsmayıllı rayon Notariat Ofisində 24 iyul 2024-cü il tarixdə təsdiq olunmuş və reyestrdə 4Ə-703 nömrə ilə qeyd edilmiş AN-İ №1279226 olan “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi və həmin müqavilədən yaranan sonrakı hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Mülki iş üzrə məhkəmə prosesinin gedişində iddiaçılar ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iddiaçıların vəsatətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçılar iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etdiklərinə görə iddiaçıların vəsatəti ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı5 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu (Qəbzin nömrəsi:**********) tam şəkildə ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı5, X1, İddiaçı2, İddiaçı6, İddiaçı7, İddiaçı4 və İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və İsmayıllı rayon Notariat Ofisinə qarşı torpaq alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqaviləyə əsasən yaranmış hüquqi nəticələrin ləğv olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. İddiaçı5 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu (Qəbzin nömrəsi:**********) tam şəkildə ona qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-87/2025
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-87/2025
23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver