Məhkəmə qərarları › İş №2(027)-824/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-824/2025

12.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-824/2025 12.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı1 Cəbrayıl oğlunun iştirakı ilə iddiaçılar İddiaçı1 Cəbrayıl oğlu, İddiaçı2 və İddiaçı3 Səlahətdin qızının Cavabdeh qarşı “həyətyanı 0,20 ha torpaq sahəsinin bölünməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 Cəbrayıl oğlu, İddiaçı2 və İddiaçı3 Səlahətdin qızının Cavabdeh qarşı “həyətyanı 0,20 ha torpaq sahəsinin bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həyətyanı 0,20 ha torpaq sahəsindən onun, mərhum həyat yoldaşının və qızının payının bölünərək onlara verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı1 Cəbrayıl oğlu ərizəsi onunla əsaslandırmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1997-ci il tarixli 06 saylı qərarı ilə ailəsinə 0,20 ha həyətyanı torpaq sahəsi verilmiş və buna uyğun JN-2156F, Kod: 30319018 torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə mərhum anası X4, qardaşı X5, Cavabdeh, İddiaçı3 Səlahətdin qızının, X6, X10, qızı İddiaçı2 və onun adları qeyd olunmuşdur. Ancaq sözügedən torpaq sahəsi koordinatı üzrə düzgün bölünməmişdir. Həmin torpaq sahəsindən mərhum yoldaşı İddiaçı3 Səlahətdin qızı və qızı İddiaçı2 sözügedən 0,20 ha torpaqdan pay ala bilməmişlər. Verilmiş torpaq haqqında şəhadətnamədə adları olsa da, xx.xx.2021-ci ildə Quba rayon məhkəməsinin çıxardığı qətnamədə həyat yoldaşı və qızı Çiçəyə 0,20 ha torpaqdan pay ayrılmamışdır. O cümlədən, vəfat etmiş anası X4 da payında olan torpaqdan da paylarına düşən hissəsinin onlara bölünərək verilməsini xahiş etmişdir. Atasından qalan 0,20 ha torpaq sahəsi vəsiyyətnamə ilə Bədəlova Gülcamal, İddiaçı1 və Bədəlov Fərruxa verilmişdir. X18 vəfat etdiyinə görə ona düşən pay da onlar, yəni iki qardaş arasında bölünməlidir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçılar İddiaçı2 və Cavabdeh məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakları olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında müəyyən edildi ki, İddiaçı3 Səlahətdin qızı vəfat etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmənin elekron sistemindən əldə edilmiş məlumata əsasən, iddiaçılar İddiaçı1 Cəbrayıl oğlunun, X1, İddiaçı2, cavabdehlər X12, X11, X15, X2 və üçüncü şəxs Quba Regional ASAN xidmət Mərkəzində Notariat ofisinə qarşı vərəsəliyin qəbul edilməsi, miras əmlakdan paylarının müəyyən olunması və həmin payların naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin hakimi Vüqar Seyidovun icraatında baxılaraq, iddia qismən təmin olunmuş, X3 qalmış mirasın X7, İddiaçı1 Cəbrayıl oğlu və X8 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməsi, Quba rayonu İ Nügədi kəndində yerləşən JN-2156F, KOD 30319018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə göstərilən 0,20 ha torpaq sahəsinin X4 payına düşən 1/8 hissəsinin X7 və İddiaçı1 Cəbrayıl oğlunun hər birinə 1/3 hissəsinə və X13, X11 və X10 hər birinə 1/9 hissəsinə və Quba rayonu İ Nügədi kəndində yerləşən JN-153 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X22 göstərilən 1,26 ha torpaq sahəsinin X4 payına düşən 1/6 hissəsinin X7 və İddiaçı1 Cəbrayıl oğlunun hər birinə 1/3 hissəsinə və X13, X11 və X10 hər birinə 1/9 hissəsinə vərəsəlik payları müəyyən edilməsi barədə, iddianın naturada bölünməsi hissəsində təmin olunmaması barədə 2(027)-1556/2021 saylı xx.xx.2021-ci il tarixli qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, iddiaçı eyni iddia tələbi ilə cavabdehə qarşı eyni əsaslarla iddia qaldırmış və bununla bağlı müvafiq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəsini alan qətnaməsi olduğundan, hazırki mülki işə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 Cəbrayıl oğlu, İddiaçı2 və İddiaçı3 Səlahətdin qızının Cavabdeh qarşı “həyətyanı 0,20 ha torpaq sahəsinin bölünməsi” tələbi ilə bağlı mülki işin icraatına xitam verilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Quba Rayon Məhkəməsinə verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar