Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-825/2025 16.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak bölgüsü tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxıb, məhkəmə m ü ə y y ə n e t d i: İ. İşin mahiyyəti: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli **********984 reyestr nömrəli Çıxarışa əsasən ümumilikdə 0.42 ha torpaq sahəsinin İddiaçı və Cavabdeh arasında bərabər olmaqla hər birinə 1/2 hissədə paylarının müəyyən edilib həmin torpaq sahəsinin 0.21 ha hissəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına, həmçinin hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosuna ödənilmiş 520 manat və iddianın verilməsi üçün ödənilmiş 100 manat olmaqla, ümumilikdə 620 manat pulun Cavabdeh xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, torpaq sahəsinə dair DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən A№893753 saylı xx.xx.2023-cü il tarixli torpaq sahəsinin Plan və Ölçü sənədi tərtib olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 222.1ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Payların müəyyən edilib ayrılması üçün Cavabdeh göndərilmiş könüllü razılaşma təklifinə cavabdeh tərəfindən müsbət cavab verilməmişdir. Buna görə də bölgünün məhkəmə qaydasında aparılmasını tələb etmək məcburiyyətində qalmışdır. Bununla bağlı Quba rayon Vəkil bürosuna 520 manat hüquqi xidmətə görə və 100 manat hazırkı iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə elektron kabinetinə iddianın həcminin azaldılması barədə ərizə ünvanlayaraq 0.42 ha torpaq sahəsinin 0.1945 ha hissəsinə İddiaçı, 0.2225 ha hissəsinə isə cavabdehin mülkiyyət hüquqlarının müəyyən edilib, DƏDRX-də qeydiyyata alınması, Vəkil Bürosuna ödənilmiş 520 manat və iddianın verilməsi üçün ödənilmiş 100 manat olmaqla, ümumilikdə 620 manat pulun Cavabdeh tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Göstərilənləri nəzərə alaraq, hazırki işlə bağlı məhkəmə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı tərəfindən iddia tələbinin əsasını dəyişməsini qanunauyğun sayır. İİ. Tərəflərin mövqeləri: İş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil sözügedən əmlakın X1 və Cavabdeh ümümbirgə mülkiyyətdə olduğunu, bununla bağlı xx.xx.2020-ci il tarixdə çıxarış verildiyini və iddianı müdafiə etdiyini bildirmişdir. İş üzrə İddiaçı iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İİİ. İşin faktiki halları: -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli İddiaçı adına verilmiş Çıxarışına əsasən 0.42 ha kənd təsərrüfatlı torpaq sahəsi İddiaçı və Cavabdeh ümümbirgə mülkiyyətindədir. -Nigahın pozulması haqqında xx.xx.2005-ci il tarixdə verilmiş şəhadətnaməyə əsasən xx.xx.2003-cü il tarixdə İddiaçı və Cavabdeh arasında nikah pozulmuşdur. -Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən iddiaçının adına verilmiş çıxarışın alınmasına əsas olan sənəd olaraq torpağın mülkiyyət hüququna dair JN-1585 nömrəli akt təqdim olunmuşdur. Akta əsasən Quba Rayon Aqrar İslahat Komissiyasının 1999-cu il tarixli, 07 saylı qərarı ilə İddiaçı və Cavabdeh mülkiyyətinə 0.42 ha torpaq sahəsi verilmişdir. -xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən 0.42 ha torpaq sahəsinin İddiaçı düşən hissəsinin naturada bölünməsi mümkündür. Həmin sahə metal tor ilə hasarlanaraq ayrı-ayrılıqda istifadə olunur. Hər iki hissəsinin yola çıxışı var. Faktiki vəziyyətdə torpaq sahəsinin sənəd üzrə 0.1945 ha hissəsini iddiaçı, 0.2255 ha hissəsini cavabdeh istifadə edir. - təqdim edilmiş xx.xx.2025-ci il tarixli qəbzə əsasən iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. -xx.xx.2024-cü il tarixli qəbzə əsasən İddiaçı hüquqi xidmətlərin göstərilməsi üçün Quba rayon Vəkil Bürosuna 520 manat məbləğində ödəniş etmişdir. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə aşağıda göstərilən qanun normalarına istinad edərək, hesab edir ki, iddia predmetini təşkil edən torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** Qeydiyyat nömrəli, **********84 reyestr nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən tərəflərin ümümbirgə mülkiyyətində olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət-dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. -29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. - 152.1 maddəsi mülkiyyət hüququnu subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüqüqu kimi müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. - 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan Hüquqları Haqqında Ümumi Bəyənnamənin 17-ci maddəsində, İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun xx.xx.2024-cü il tarixli Qərarının 6-ci bəndinə əsasən Nikah pozulduqdan sonra isə bir qayda olaraq qanuni rejimə daxil olan aktivlər və passivlər nəzərə alınmaqla, bütün əmlakın bölgüsü aparılır. Bununla belə, ər-arvad hansısa predmetləri bölgüyə daxil etmədən mövcud hüquqi rejimdə saxlaya bilər, yaxud konkret əmlak dəyər(lər)i üzərində paylarını müəyyən etməklə paylı mülkiyyətçi vəziyyətinə keçə bilərlər. Bunun üçün hər iki tərəfin (ərin-arvadın) razılığı tələb olunur. Onlardan birinin razılığı olmadıqda ümumi əmlaka daxil olan hər bir aktiv (passiv) bölünmənin predmeti olur. Ər-arvadın ümumi əmlakının bölünməsi onlardan birinin (və ya hər ikisinin), eləcə də ödəməni ər-arvadın ümumi əmlakında onlardan birinin payına yönəltmək istəyən kreditorun (kreditorların) tələbi ilə həyata keçirilə bilər (Ailə Məcəlləsi, 36.1-ci maddə). Tərəflər bölünmə deyil, yalnız paylarının müəyyən olunmasını tələb etdikdə bölgü aparılmır. Diqqət yetirilməlidir ki, bu tələb, ümumiyyətlə, ər-arvadın əmlakının bölünməsi haqqında deyil, mübahisəli əmlak üzərindəki hüquqi vəziyyətin (məsələn, əşyanın birgə mülkiyyət olması) və pay nisbətinin təsbit edilməsi, beləliklə tərəflərin birgə mülkiyyətdən (qanuni rejimdən) paylı mülkiyyətə keçmələri barədə iddia sayılır. Belə iddia tərəflərdən biri bölgü tələb etmədiyi halda əhəmiyyət kəsb edir. Çünki ər (arvad) mübahisəli əmlakda yalnız payının tanınmasını tələb edərkən, arvad (ər) qarşılıqlı iddia irəli sürərək əmlakın bölünməsini tələb etdikdə, əmlakın paylı mülkiyyət rejiminə keçirilməsi yolverilməzdir. Bu halda qarşılıqlı iddia əsasında tərəflərin payları müəyyən edilməklə, qarşılıqlı iddia əsasında müvafiq bölgü aparılmalıdır. İddia predmetini təşkil edən Quba rayonu, İ Nügədi kəndində olan 0.42 ha torpaq sahəsinin tərəflərin birgə mülkiyyətdə olduğu sənədlərlə aydın görünür. Həmçinin mütəxəssis rəyi ilə torpağın bölgüsü mümkün sayılmış, faktiki istifadə etdikləri sahə də göstərilmişdir. Məhkəmə cavabdehin təqdim etdiyi müraciətlərə əsasən qeyd edir ki, müvafiq sənədlərin inzibati məhkəmədə mübahisələndirilməsi hazırkı mübahisəyə yenidən baxılmasını istisna etmir. Məhkəmə yuxarıda qeyd olunan qanun normalarına əsasən hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** Qeydiyyat nömrəli, **********84 reyestr nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan 0.42 ha torpaq sahəsi ekspert rəyində göstərilən sxematik plan əsas götürülməklə tərəflərin faktiki istifadəsində olan vəziyyətdə yəni 0.1945 ha hissəsi İddiaçı, 0.2255 ha hissəsi Cavabdeh Cəlal oğluna aid olmaqla naturada ayrılmalıdır. Həmçinin İddiaçı tərəfindən hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosuna ödənilmiş 520 manat və iddianın verilməsi üçün ödənilmiş 100 manat olmaqla, ümumilikdə 620 manat pul Cavabdeh Cəlal oğlundan alınaraq İddiaçı ödənilməlidir. İddia tələbinə digər hissədə yəni “DƏDRX-da qeydiyyata alınması” ilə bağlı hissədə Quba Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli 2(027)-825/2025 saylı qərardadı ilə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməsi nəzərə alınmalıdır. Belə ki, tələbin DƏDRX-də qeydiyyata alınma hissəsi rayon-şəhər məhkəməsinin səlahiyyətində deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** Qeydiyyat nömrəli, **********84 reyestr nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan 0.42 ha torpaq sahəsi ekspert rəyində göstərilən sxematik plan əsas götürülməklə tərəflərin faktiki istifadəsində olan vəziyyətdə yəni 0.1945 ha hissəsi İddiaçı, 0.2255 ha hissəsi Cavabdeh Cəlal oğluna aid olmaqla naturada ayrılsın. İddiaçı tərəfindən hüquqi xidmətə görə Quba rayon Vəkil Bürosuna ödənilmiş 520 manat və iddianın verilməsi üçün ödənilmiş 100 manat olmaqla, ümumilikdə 620 manat pul Cavabdeh Cəlal oğlundan alınaraq İddiaçı ödənilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №2(027)-825/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-825/2025
16.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver