Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-84/2023 04.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı“ paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN:0089 Kod 30312048 saylı Torpağa Mülkiyyət Hüququna X20 ilə ona və ailə üzvləri olan cavabdehlər- Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Tacı oğlu, X10 və X3na Quba rayonu Xanagahyolu kəndi ərazisində kənd təsərrüfatı məhsullarını istehsalı məqsədilə verilmiş 2,23 ha torpaq sahəsindən payına düşən 0,446 ha torpaq sahəsinin naturada ayrılması baradə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, X19 Komissiyasının 30 mart 2002-ci il tarixli 03 saylı qərarı ilə ona və ailə üzvləri olan cavabdehlər-X8, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Tacı oğlu, X9 Quba rayonu Xanagahyolu kəndi ərazisində 2,23 ha kənd təsərrüfatı məhsullarını istehsalı məqsədilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış və adlarına JN:0089 Kod 30312048 saylı Torpağa Mülkiyyət Hüququna X20 verilmişdir. JN:0089 Kod 30312048 saylı Torpağa Mülkiyyət Hüququna X20nda Cavabdeh2 adı səhvən X4 qeyd olunmuşdur. X6 və Cavabdeh2 eyni şəxsdir. Bununla bağlı Quba rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-520/2019 saylı müvafiq qətnaməsi mövcuddur. Qətnaməyə əsasən JN:0089 Kod 30312048 saylı Torpağa Mülkiyyət Hüququna X20nın Cavabdeh2 məxsus olmasına dair hüquqi fakt müəyyən edilmişdir. X3 05 noyabr 2001-ci ildə dünyasını dəyişmişdir. Torpaq sahəsində meyvə ağacları əkilməyib. Əkin sahəsi kimi istifadə olunmayıb. Otlaq sahəsi kimi istifadə olunub. Hazırda birgə mülkiyyətdə olan 2,23 ha torpaq sahəsindən ona məxsus 0,446 ha torpaq sahəsi naturada ayıraraq istifadə etmək istəyi. Cavabdehlərlə bölgüdə anlaşılmazlıq yaranmışdır. Cavabdehlərdən Cavabdeh2 könüllü bölgüyə etiraz edir. Hesab edir ki, məhkəmə qətnaməsinə əsasən paylı mülkiyyətində olan 2,23 ha torpaq sahəsindən 0,446 ha torpaq sahəsi naturada ayrılaraq ona verilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN:0089 Kod 30312048 saylı Torpağa Mülkiyyət Hüququna X20ndan görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 30 mart 2002-ci il tarixli, 03 saylı qərarına əsasən X8, Cavabdeh1, Cavabdeh2, İddiaçı, Cavabdeh3 Tacı oğlu, X9 Quba rayonu Xanagahyolu kəndi ərazisində 2,23 ha kənd təsərrüfatı məhsullarını istehsalı məqsədilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2001-ci il tarixli, AZ 132870 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətamələrdən görünür ki, xx.xx.2001-ci il tarixdə vəfat etmiş X5 vərəsələri arvadı Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 Tacı oğlu, İddiaçı miras əmlakdan ¼ hissədə pay almalıdır. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1483 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi M.Məmmədovun mütəxəssis rəyində qeyd edilir ki, JN: 0089 Kod 30312048 saylı Dövlət aktına əsasən Quba rayonu, Xanagah yolu kəndi ərazisində yerləşən 2.23 ha torpaq sahəsindən İddiaçı payının naturada və ümumi mülkiyyət hüququndakı paya uyğun bölgüsü mümkündür. Məhkəmə qeyd edir ki, iddianın əsaslı olub-olmaması ilk növbədə iddiaçının məhkəməyə bildirdiyi faktiki hallar əsasında iddia tələbinin özlüyündə əsaslılığının yoxlanılmasını zəruri edir. Bunun üçün ilk növbədə tələbin qanuni əsası tapılmalıdır. İddianın qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə, qarşı tərəfdən icranı, müəyyən hərəkətin edilməsini və ya həmin hərəkətdən çəkinməyi tələb etmək imkanı verir. Yəni qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün. İddia tələbinin qanuni əsası tapıldıqdan sonra iddiaçının dəlilləri ilə iddianın qanuni əsasını təşkil edən hüquq normasının dispozisiya şərtlərinin uyğunluğu müəyyən edilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, JN:0089 Kod 30312048 saylı Torpağa Mülkiyyət Hüququna X20na əsasən, Quba rayon Aqrar İslahat Komissiyasının 30 mart 2002-ci il tarixli, 03 saylı qərarına əsasən X8, Cavabdeh1, Cavabdeh2, İddiaçı, Cavabdeh3 Tacı oğlu, X9 Quba rayonu Xanagahyolu kəndi ərazisində 2,23 ha kənd təsərrüfatı məhsullarını istehsalı məqsədilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. X8 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətamələrdən əsasən xx.xx.2001-ci il tarixdə vəfat etmiş X5 vərəsələri arvadı Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 Tacı oğlu, İddiaçı miras əmlakdan ¼ hissədə pay almalıdır. İş üzrə təyin edilmiş və keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1483 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi M.Məmmədovun mütəxəssis rəyində qeyd edilir ki, JN: 0089 Kod 30312048 saylı Dövlət aktına əsasən Quba rayonu, Xanagah yolu kəndi ərazisində yerləşən 2.23 ha torpaq sahəsindən İddiaçı payının naturada və ümumi mülkiyyət hüququndakı paya uyğun bölgüsü mümkün olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən torpaq sahəsi bölünən və bölünməz ola bilər. Bölünən o torpaq sahələri hesab edilir ki, öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı hissələrə bölünə bilər və bölgüdən sonra bu hissələrin hər biri müstəqil torpaq sahələrinə çevrilməklə dövlət qeydiyyatından keçirilə bilər. Bölünməz o torpaq sahələri hesab edilir ki, onlar öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməzlər. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək hesab edir ki, Quba rayonu, Xanagah yolu kəndi ərazisində yerləşən 2.23 ha torpaq sahəsinin naturada bölünməsi texniki cəhətdən mümkün olduğundan iddia təmin edilməli və İddiaçı Quba rayonu, Xanagah yolu kəndi ərazisində yerləşən 2.23 ha torpaq sahəsində payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 220.1- və 220.2-ci maddələrinə əsasən Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər və paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göründüyü kimi mülki qanunvericilik paylı mülkiyyətin bölünməsi ardıcıllığının imperativ qaydasını müəyyən etmiş və bunu riayət olunması zəruri olan bir neçə mərhələyə ayırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə Mülki Məcəllənin 220-ci maddəsinin tələblərini və Konstitusiya Məhkəməsinin həmin maddə ilə bağlı hüquqi mövqelərini nəzərə alaraq hesab edir ki, qanunvericilik paylı mülkiyyətin bölünməsi mərhələlərinin mülkiyyətçilərlə bir icraat çərçivəsində müzakirə edilməsini istisna etmir. Sadəcə qanunun tələbi ondan ibarətdir ki, hər bir növbəti mərhələ üzrə tələbin təmin olunması üçün həmin icraat çərçivəsində daha əvvəlki mərhələlərin qeyri-mümkün olduğu müəyyən edilməlidir. Məhkəmə qeyd edilən normaların tələbini rəhbər tutaraq hesab edir ki, JN:0089 Kod 30312048 saylı Torpağa Mülkiyyət Hüququna X20na əsasən Quba rayonu Xanagah yolu kəndi ərazisində yerləşən 2,23 ha torpaq sahəsindən İddiaçı payına düşən 0.371 ha hissə naturada ayrılmalıdır. Bundan başqa 50 manat məbləğində ekspertiza xərci cavabdehlərdən müştərək qaydada alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin X1 xüsusi hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. JN:0089 Kod 30312048 saylı Torpağa Mülkiyyət Hüququna X20na əsasən Quba rayonu Xanagah yolu kəndi ərazisində yerləşən 2,23 ha torpaq sahəsindən İddiaçı payına düşən 0.371 ha hissəsi naturada ayrılsın. Ekspertiza xərci olan 50 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin X2 (Kodu: 210005, VÖEN **********, MH: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-84/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-84/2023
04.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver