Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-87/2022 03.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdehdan vurulmuş maddi zərərin əvəzi olaraq 21700 (iyirmi bir min yeddi yüz) manat, mənəvi zərərin əvəzi olaraq 250000 manat (iki yüz əlli min manat) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 24 avqust 2020-ci il tarixdə saat 00:30 radələrində Quba rayonu, Qələdüz kəndi ərazisində Quba şəhəri istqamətində olan hərəkətdə olan Quba rayonu,Əlibəyqışlaq kənd sakini Cavabdeh idarə etdiyi “Toyota Hilux” markalı, **-VX-*** qeydiyyat nişanlı avtomobillə onunla əks istiqamətində hərəkət edən onun idarə etdiyi “Wolkswagen Passat” markalı **-BU-*** qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində onun sağ gözdə buynuz qişasının zədələnərək dağılması nəticəsində görmənin tam itirilməsi burun üstündə sağda iki yerdə əzilmiş yara, sol dizdə qançır, sol baldırda öndə sıyrıqdan ibarət ümumi əmək qabiliyyətimin 1/3-dən çox hissəsinin uzun müddətə daimi itməsinə səbəb olduğundan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri almışdır. Bu fakt üzrə Quba rayon X6 Bölməsində CM-nin 263.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış, Quba RPŞ-nin İB-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə fakta dair cinayət işi araşdırılmış, Quba rayon Məhkəməsinin hökmünə əsasən Cavabdeh cəzalandırılmışdır. Yuxarıda qeyd olunan hadisənin baş verdiyi 26.08.2020-ci il tarixdə təcili surətdə Dünya göz Xəstəxanasına çatdırılmış, orada əməliyyat olunmuş və ilk dəfə olan göz əməliyyatına 5000 manat pul xərcləmişdir. Hadisə zamanı onun “Wolkswagen Passat” markalı **-BU-*** qeydiyyat nişanlı avtomobilinə 8200 manat ziyan dəymişdir. Həmçinin onun 2 dəfə əməliyyat olunmağı üçün 7000 manat vəsait tələb olunur, əgər əməliyyat olunmasa ömürlük kor vəziyyətdə qalacağdır. Ötən müddət ərzində Cavabdeh müalicələrinin, əməliyatlarının həyata keçirlməsi üçün heç bir vəsait ödəməmişdir. Özü subay olmaqla, himayəsində 1 azyaşlı övladı vardır. Qazana biləcəyi vəsait cavabdehin təqsiri üzündən əlindən çıxmışdır. Bundan sonra mülicələrinə də kifayət qədər yüksək vəsait tələb olunur. Qeyd edir ki, onun qəza etdiyi vaxt Soliton LTD-yə 2 müqavilə üzrə öhdəçiliyi olmuşdur. Hər iki müqavilə üzrə faizlə birgə 1000 manat borcu "xxxx" LTD-yə qalmışdır. Hal-hazırda əmək qabiliyyəti olmadığı üçün ödəniş edə bilmir və hesab edir ki, həmin məbləğlər cavabdehdən tutulmalıdır. Hesab edir ki, Cavabdeh törətdiyi cinayət nəticəsində ona vurduğu maddi zian 21700 manat, onun bir gözünün tam itirilməsi və digər gözünün yaralanması səbəbindən ona vurulan mənəvi ziyan isə 250000 manatdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində yazılanlara uyğun izahat verərək, həmçinin bildirmişdir ki, “Wolkswagen Passat” markalı **-BU-*** qeydiyyat nişanlı avtomobilinə dəymiş 7000 manat maddi ziyan sığorta şirkəti tərəfindən 5000 manat və 2000 manat olmaqla ona ödənilmişdir. Həmçinin iddia ərizəsində qeyd etdiyi 2 dəfə əməliyyat olunmağı üçün 7000 manat vəsaiti də, həkiminin bildirdiyinə görə həmin əməliyyatların effektinin olmayacağını nəzərə alaraq, tələb etmədiyini, iddianın qalan hissədə, yəni 7700 manat maddi və 250000 manat mənəvi ziyanın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, iddiaçının avtomobilinə dəymiş 7000 manat məbləğində maddi ziyanın sığorta şirkəti tərəfindən ödənildiyini, iddaçıya maddi ziyan və mənəvi ziyanın birlikdə 8000 manat məbləğində ödəməyə razı olduğunu bildirir, iddianın qalan hissələrdə rədd olunmasını xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 21.04.2021-ci il tarixli, 1(027)-37/2021 saylı hökmündən görünür ki, Cavabdeh 24 avqust 2020-ci il tarixdə saat 00:25 radələrində sürücülük hüququnu təsdiq edən AE N610801 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi X2 mülkiyyətində olan “Toyota Hilux” markalı **-VX-*** qeydiyyat nişanlı avtomobillə Quba rayonu, Qələdüz kəndi ərazisində Quba şəhəri istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır kimi tələblərinə riayət etməyərək cinayətkarcasına etinasızlıq edib əks istiqamətli nəqliyyat axınının yoluna - qarşı hərəkət zolağına çıxması səbəbindən avtomobilinin qabaq nisbətən sol hissəsi ilə əks istiqamətdə öz hərəkət zolağında hərəkətdə olan sürücü İddiaçı idarə etdiyi “Volkswagen Passat” markalı **-BU-*** qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsinin toqquşması nəticəsində sürücü zərərçəkmiş şəxs İddiaçı sağlamlığına sağ gözdə buynuz qişasının zədələnərək dağılması nəticəsində görmənin tam itməsi, burunun üstündə sağda iki yerdə əzilmiş yara, sol dizdə qançır, sol baldırında öndə sıyrıq kimi ümümi əmək qabiliyyətini 1/3-dən çox hissəsinin (33%) uzun müddətə daimi itirməsinə səbəb olan ağır, “Volkswagen Passat” markalı avtomobilin sərnişini zərərçəkmiş şəxs X1 sol qulaq seyvanının əzilmiş yarası, hər iki bazu və baldırında qançırlardan ibarət sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan və “Volkswagen Passat” markalı **-BU-*** qeydiyyat nişanlı avtomobili texniki cəhətdən yararsız vəziyyətə salaraq avtomaşının sahibi İddiaçı 8200 (səkkiz min iki yüz) manat məbləğində maddi ziyan vurmasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Həmçinin həmin hökmdən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06.07.2021-ci il tarixli, 1(105)-425/2021 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1–ci maddəsi ilə təqsirləndirilməsinə dair Quba rayon Məhkəməsinin 1(027)-37/2021 saylı 21 aprel tarixli hökmü dəyişdirilmiş, Cavabdeh təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə 01 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İş materiallarında olan 14.04.2020-ci il tarixli ziyan aktından görünür ki, «VOLKSVAGEN PASSAT minik» minik markalı, «**-BU-***» dövlət qeydiyyat nişanlı avtomaşın toqquşma nəticəsində, yanaraq tam yararsız olduğuna görə təmir etmək mümkün deyildir. İş materiallarında olan Milli Oftalmologiya Mərkəzinin 12 fevral 2021-ci il tarixli, tibbi rəyindən görünür ki, İddiaçı göz almasının subatrofiyası diaqnozu qoyulmuşdur. İş materiallarında olan Epikrizdən görünür ki, İddiaçı sağ göz xarici divarı parçalanma diaqnozu ilə 26.08.2020-ci il tarixdə Dünyagöz Xəstəxanasında əməliyyat olunmuşur. İş materiallarında olan "xxxx" MMC-nin ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 3600 manat məbləğində və 40 manat məbləğində pul “"xxxx" MMC-yə ödənilmişdir. İş materiallarında olan aptek qəbzlərdən görünür ki, İddiaçı müalicəsindən ötrü dərman preparatlarının alınmasına 105 manat, 35 manat, 23 manat olmaqla, cəmi 163 manat pul vəsaiti xərclənmişdir. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış XMK ******* saylı müqavilənin ödəniş cədvəlindən görünür ki, İddiaçı 15.11.2020-ci il tarixdən 15.08.2021-ci il tarixədək ayda 45 manat olmaqla, cəmi 450 manat məbləğində pulu "xxxx" MMC-yə ödəməlidir. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış XMK ******* saylı müqavilənin ödəniş cədvəlindən görünür ki, İddiaçı 23.09.2020-ci il tarixdən 23.06.2021-ci il tarixədək ayda 46 manat olmaqla, cəmi 460 manat məbləğində pulu "xxxx" MMC-yə ödəməlidir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 18 noyabr 2021-ci il tarixli, 11/371 saylı ekspert rəyindən görünür ki, İddiaçı 24.08.2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində sağlamlığına ağır zərər vurulması, əmək qabiliyyətinin 1/3dən çox hissəsinin uzun müddətə daimi itməsi, işləyə bilmədiyinə görə maddi çətinliklərinin yaranması, müalicəsini davam etdirməyə imkanının olmaması, Cavabdeh ona dəyən ziyanı qarşılamaması onun psixikasına neqativ təsir göstərmiş və o, halhazırda frustrasiya (insanın qarşılaşdığı şəraitdən asılı olaraq narazılıq və ya təmin olunmamaq səviyyəsinin, dözüm iradi səviyyəsindən üstün olması vəziyyəti) halını keçirir. İddiaçı emosional halında hadisədən əvvəl hər hansı əhəmiyyətli dəyişiklik baş verməmiş, hadisə,zamanı isə o, şok keçirərək qorxu ilə müşayiət olunan emosional-psixi gərginlik halında olmuşdur. İş materiallarında olan 26.05.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə bağlı 30 manat rüsum ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki hüquqi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqa və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Qanununvericiliyin tələbinə əsasən cavabdehin hərəkətləri nəticəsində iddiaçının hər hansı əmlakından məhrum olması ona dəymiş real zərər hesab edilir. Göstərilən qanun normalarının tələbinə görə iddiaçı tələb etdiyi məbləğdə cavabdeh tərəfindən ona maddi zərər vurulması, həmin zərərlə cavabdehin qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olması, bu zərərin vurulmasında cavabdehin təqsirli olması və cavabdehin həmin zərəri ona ödəmək öhdəliyi daşımasını sübut etməlidir. İşdəki sübutlardan görünür ki, Cavabdeh təqsiri üzündən baş vermiş avtoqəza nəticəsində İddiaçı xəsarətlər almış, aldığı xəsarətlərlə bağlı müalicə olunmasına və dərman preparatlarının alınmasına, ümumilikdə 3803 manat vəsait xərcləmiş, eyni zamanda "xxxx" MMC-də ödənilməmiş kreditləri cəmi 910 manat olmaqla, ona dəymiş real zərərin məbləği cəmi 4713 manat hesab edilməlidir. İddiaçı cavabdehin təqsiri üzündən baş vermiş avtoqəza nəticəsində aldığı xəsarətlə bağlı müalicə olunmasına, dərman və sair avadanlıqların alınmasına 7700 manat vəsait xərcləməsini göstərsə də, məhkəməyə 4713 manat məbləğində ziyan barədə sübutlar təqdim etmiş, qalan 2987 manat ziyanın dəyməsi barədə heç bir sübut təqdim etməmişdir. Halbuki göstərildiyi kimi, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbinin əsaslandırıldığı halları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Göstərilənlər iddianın həmin hissədə əsassız olmasını göstərir və onun rədd olunması nəticəsinə gəlməyə tam əsas yaradır. Həmçinin tərəflərin izahatından müəyyən olunur ki, sığorta şirkəti tərəfindən iddiaçıya 7000 manat məbləğində sığorta ödənişi edilmiş, iddiaçı hazırda gələcəkdə əməliyyat olunması üçün tələb etdiyi 7000 manat məbləğində pulu da tələb etmir. Həmçinin, iddiaçı, İddiaçı 250000 manat məbləğində mənəvi zərər tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 13 iyun 2002-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 2-ci bəndinə əsasən «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərərin vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü büruzə verir. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 7-ci bəndinə əsasən mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Məhkəmə onu da nəzərə çatdırır ki, mənəvi ziyanın ödənilməsi 3 əsas funksiyaya malikdir: 1) zərərçəkənin tələbinin təmin edilməsi; 2) zərər vuran şəxsə təsir göstərilməsi; 3) digər şəxslər tərəfindən şəxsiyyətin hüquqlarına qəsd edilməsinin qarşısının alınması. Mənəvi ziyanın ödənilməsinin başlıca məqsədi pozulmuş hüquqların restitusiyası deyil. Belə ki, vurulmuş zərər pul ekvivalentinə malik deyil və onun tamamilə kompensasiyası qeyri-mümkündür. Mənəvi ziyan tələbi ilə bağlı məhkəmə onu da nəzərə alır ki, iddiaçıya cavabdehin təqsiri üzündən baş vermiş avtoqəza nəticəsində mənəvi zərər vurulsa da mənəvi zərər tələbi şişirdilmiş və reallığa uyğun olmayan bir rəqəmdə ifadə olunmuşdur. Məhkəmə göstərilənləri nəzərə alaraq, ədalət və ağlabatanlıq meyarlarından çıxış edərək, İddiaçı 250000 manat mənəvi zərər tələbini qismən 10000 manat hissəsində təmin etmək, qalan mənəvi zərər tələbi hissəsində isə iddianı rədd etmək qərarına gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 18 noyabr 2021-ci il tarixli bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, 80 manat ekspertiza xərci Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu:142595 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikas MPM-nin 115.0.1-ci maddəsinə əsasən o cümlədən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh maddi ziyana görə 4713 (dörd min yeddi yüz on üç) manat və mənəvi ziyana görə 10000 (on min) manat alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İş üzrə ekspertiza xərcini təşkil edən 80 manat ekspertiza xərci Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu:142595 hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən iddia tələbini əsaslandıran halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 4713 (dörd min yeddi yüz on üç) manat və mənəvi ziyana görə 10000 (on min) manat alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza xərcini təşkil edən 80 manat ekspertiza xərci Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu:142595 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-87/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-87/2022
03.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver