Məhkəmə qərarları › İş №2(027)-882/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-882/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-882/2021 18.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı) Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hundai Tucson” markalı **-KT- *** dövlət nömrə qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə 1280 (bir min iki yüz səksən) manat və məhkəmənin hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “VAZ 21207” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı-də 26.06.2019-cu il tarixdən 26.06.2020-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” haqqında PAZ ********** nömrəli şəhadətnamə ilə sığortalanmışdır. Cavabdeh 04.01.2020ci il tarixdə spirtli içki qəbul edərək, həmin günü saat 19:15 radələrində idarə etdiyi “VAZ 21207” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz rayonu ərazisində yol nəqliyyat hadisəsi törədərək Anar Muradovun idarə etdiyi “Hundai Tucson” markalı **- KT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, həmin avtomobilə maddi ziyan vurmuşdur. Sonradan həmin avtomobilin sahibinə İddiaçı tərəfindən vurulmuş maddi ziyana görə 1280 manat məbləğində sığorta ödənişi edilmişdir. Hadisə ilə bağlı Azərbaycan Respublikası DİN-nin Xaçmaz RPŞ tərəfindən Cavabdeh barəsində İXP3024028 nömrəli, 04.01.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İddiaçı tərəfindən “Hundai Tucson” markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərək, maşına vurulmuş maddi ziyan 1280 manat məbləğində müəyyən edilmiş və həmin məbləğdə pul avtomobilin sahibinə ödənilmişdir. Cavabdeh “VAZ 21207” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edərək, nəqliyyat hadisəsi törədib, üçüncü şəxsin əmlakına ziyan vurduğu üçün İddiaçı-nin ziyana görə ödədiyi pula görə cavabdehə qarşı ödənilmiş məbləği subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Şəfahət Xudiyev ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı şirkətlərinin iddiasına iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Eynilə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1, 185.4 və 185.5-ci maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Mülki işin materiallarından görünür ki, X1 məxsus “VAZ 21207” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı-də 26 iyun 2019-cu il tarixdə 1 il müddətinə sığortalanmışdır. Mülki işin materiallarında olan Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən verilmiş 09.01.2020-ci il tarixli, 160-529-1220 nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, həmin arayışda hadisənin 04.01.2020-ci il tarixdə Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsində avtomobillərin toqquşması nəticəsində baş verməsi, “VAZ 21207” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin X2 olması, hadisə baş verdiyi anda avtomobilin sürücüsünün Cavabdeh olması, yol nəqliyyat hadisəsinin baş verməsində təqsiri olan Cavabdeh sərxoş vəziyyətdə olması, zərər vuran avtomobilin markasının “VAZ 21207”, dövlət qeydiyyat nişanının **-BS-*** olması, zərər dəyən avtomobilin markasının “Hundai-Tucson”, dövlət qeydiyyat nişanının **-KT-*** olması və avtomobilin X4 məxsus olması göstərilmişdir. Mülki işin materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 15.01.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Mülki işin materiallarında olan 24 yanvar 2020-ci il tarixli Sığorta aktından görünür ki, həmin aktda sığorta hadisəsinin 04.01.2020-ci il tarixdə Xaçmaz şəhərində avtomobillərin toqquşması nəticəsində baş verməsi, sığortalanmış “VAZ 21207” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin X2 olması, zərər vuran avtomobilin markasının “VAZ 21207” markalı, dövlət qeydiyyat nişanının **-BS-*** olması, “VAZ 21207” markalı, **- BS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləğinin 1280 manat təşkil etməsi göstərilmişdir. Mülki işin materiallarında olan 24.01.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Hundai Tucson markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyat hissələrinə dəymiş zərərin bazar qiyməti 710 (yeddi yüz on) manat, işçilik xidmətləri isə 570 (beş yüz yetmiş) manat olmaqla, avtomobilə dəymiş cəmi zərər 1280 (bir min iki yüz səksən) manat təşkil edir. Mülki işin materiallarında olan 24.01.2020-ci il tarixli hesabdan çıxarışdan görünür ki, İddiaçı tərəfindən X3 hesabına 1280 manat sığorta pulu ödənilmişdir. Mülki işin materiallarında olan 27.02.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, hazırki iddia ilə bağlı iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə təhqiqatı zamanı işdəki sübutlar əsasında müəyyən olunmuşdur ki, Cavabdeh, X4 məxsus “Hundai Tucson” markalı **-KT-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşaraq, həmin avtomaşını zədələmiş, bununla da sığorta hadisəsi baş vermiş, 15 yanvar 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati məsuliyyətə cəlb edilərək, təqsirli bilinmiş və inzibati qaydada cərimə olunmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün İddiaçı tərəfindən X4 1280 (bir min iki yüz səksən) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. “VAZ 21207” markalı, **-BS-*** qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında X1 məxsus olmuş, hadisə zamanı avtomobili etibarnamə əsasında, sərxoş vəziyyətdə Cavabdeh idarə etmişdir. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «Üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası Qaydaları»nın 12-ci bəndinə müvafiq olaraq sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunan və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.1, 926.2 və 926.3-cü maddələrinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir; sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 930.1-ci maddəsinə əsasən sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği həmin müqavilə üzrə verilmiş sığorta ödənişi həcmində azalmış hesab olunur. Sığorta qanunvericiliyində başqa hal nəzərdə tutulmamışdırsa, bu zaman sığorta müqaviləsinə sığorta məbləğinin azalması ilə bağlı dəyişiklik etimək vacib deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 933.1.1 və 933.1.2-ci maddələrinə əsasən sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi; sığorta hadisəsi hesab edilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənədə əsasən sığorta ödənişi həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiaçı) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Bu qanun normasına uyğun olaraq sığorta ödənişi verildiyi andan sığortaçı hadisənin baş verməsində təqsirli olan şəxsə qarşı zərərçəkənin-sığorta müqaviləsi üzrə faydalanan şəxsin tələb hüququnu əldə edir. Bu tələb hüququ isə «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq əmələ gəlir. Belə ki, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsində əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və sair istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və sair) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə ilə və sair) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqazidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqazidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqazidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqazidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə (zərər vurmuş şəxsə reqres hüququ) əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zəruri nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Yuxarıda istinad olunan qanun normaları ilə işin faktiki hallarına hüquqi qiymət verən məhkəmə hesab edir ki, hazırki işdə cavabdehin mülki-hüquq məsuliyyətinin yaranması üçün nəzərdə tutulmuş hallar mövcuddur. Belə ki, sığorta hadisəsi təqsiri qanuni qüvvəyə minmiş inzibati xəta haqqında iş üzrə 15 yanvar 2020-ci il tarixli qərarla müəyyən olunan Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində baş vermiş, bunun nəticəsində iddiaçıya tələb edilən 1280 manat məbləğində maddi zərər vurulmuş, həmin zərərlə Cavabdeh qanunazidd əməli arasında səbəbli əlaqə olmuş və bu zərərin vurulmasında cavabdehin təqsiri olmuşdur. Yuxarıda istinad olunan qanun normalarının tələbinə əsasən göstərilənlər cavabdehdən tələb olunan 1280 manat məbləğin ondan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, mülki işin materiallarında olan sübutları araşdırıb, onlara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1280 (bir min iki yüz səksən) manat məbləğində verilmiş sığorta ödənişi və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1280 (bir min iki yüz səksən) manat məbləğində verilmiş sığorta ödənişi və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar