Məhkəmə qərarları › İş №2(027)-89/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-89/2025

13.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Torpaq mübahisələri - Maneənin aradan qaldırılması - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-89/2025 13.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahələrinə “mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması, dəmir tor hasarın sökülməsi və zəbt edilmiş torppaqlardan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: I. İşin mahiyyəti: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 25 sentyabr 2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən 1,5253 ha torpaq sahəsi və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 25 sentyabr 2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,0445 ha torpaq sahələrinə mülkiyyət hüququnun həyata keçirilməsinə Cavabdeh Əmri oğlu tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və Cavabdeh Əmri oğlunun torpaq sahələrindən çıxarılması, ona məxsus torpaq sahələrində olan Cavabdeh Əmri oğlu tərəfindən çəkilmiş tor hasarın cavabdehin öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 25 sentyabr 2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən 1,5253 ha torpaq sahəsi və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 25 sentyabr 2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,0445 ha torpaq sahəsi ona məxsusdur. O, mülkiyyətində olan torpaq sahələrinin koordinatlarının yerində dəqiqləşdirilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinə müraciət etmişdir. Lakin həmin müraciəti əsasında aparılmış araşdırma zamanı ona məxsus torpaq sahələrindən 0,0445 ha torpaq sahəsinin tamamilə, 1,5253 ha torpaq sahəsinin isə bir hissəsinin Cavabdeh tərəfindən qanunsuz şəkildə zəbt edildiyi müəyyən edilmişdir. Hətta iş üzrə Cavabdeh Əmri oğlu onun mülkiyyətində olan torpaq sahələrini qanunsuz şəkildə zəbt etməklə yanaşı tor hasara da almışdır. O, dəfələrlə cavabdehə torpaq sahələrindən çıxmasını bildirsə də, o, buna əməl etməmişdir. O, torpaq sahələri üzərində mülkiyyət hüququnu cavabdehin hüquqazidd əməlləri nəticəsində həyata keçirə bilmir. Göründüyü kimi o cavabdehdən qanunsuz heç bir şey tələb etmir. O, xüsusi mülkiyyətində olan torpaq sahələrinin qanunsuz şəkildə zəbt edilməsinə son qoyulmasını və həmin torpaq sahələrinin ona qaytarılmasını tələb edir. Bu tələblərini dəfələrlə cavabdehin özünə də bildirmişdir. Lakin cavabdeh öz hərəkətləri ilə heç bir hüquqi əsas olmadan onun mülkiyyətində olan torpaq sahələrindən istifadəni davam etdirməklə onun aralarında olan mübahisəni məhkəmədənkənar qaydada həll etməyinə imkan verməmişdir. Ona görə də cavabdehin qanunsuz əməllərinə son qoyulması və pozulmuş mülkiyyət hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olmuşur. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, torpağının cavabdehin torpağı ilə sərhəddə yerləşdiyini bildirmiş, Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 1,5253 ha torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən istifadə olunduğunu qeyd etmiş, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, iddianı əsassız hesab edərək, rədd olunmasını xahiş etdi. III. İşin faktiki halları: İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən verilmiş, reyestr nömrəsi **********25 olan, ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli Çıxarışdan görünür ki, Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 1,5253 ha torpaq sahəsi tam İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 215 nömrəli reyestr kitabın 49 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən verilmiş, reyestr nömrəsi **********26 olan, ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli Çıxarışdan görünür ki, Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,0445 ha torpaq sahəsi tam İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 215 nömrəli reyestr kitabın 48 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən verilmiş, reyestr nömrəsi **********26 olan, ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli Çıxarışdan görünür ki, Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,0445 ha torpaq sahəsi tam İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 215 nömrəli reyestr kitabın 48 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********28 olan, ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli Çıxarışdan görünür ki, Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,034 ha torpaq sahəsi ümumibirgə Cavabdeh və X1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 384 nömrəli reyestr kitabın 36 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə təyin edilmiş Məhkəmə Tikinti-Texniki Ekspertizasının 10/8777 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xodmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Beydulla Əlistanovun mütəxəssis rəyində qeyd edilir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Quba rayonu, İ Nügədi kəndində yerləşən 1.5253 ha torpaq sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********28 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Quba rayonu, İ Nügədi kəndində yerləşən 0.34 ha torpaq sahələrinin döngə nöqtələrinin koordinatları yerdə (naturada) üst- üstə düşmür. İddiaçıya məxsus **********25 reyestr nömrəli çıxarışa əsasən torpaq sahəsinin 0.1940 ha hissəsi faktiki olaraq cavabdeh tərəfindən metal torla hasara alınaraq istifadə olunur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Beydulla Əlistanovun mütəxəssis rəyində qeyd edilir ki, qeyd edilən torpaq sahələrinin döngə nöqtələrinin koordinatları hüquq müəyyənedici sənədlərlə və yerdə (naturada) bir birilə kəsişmir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Beydulla Əlistanovun mütəxəssis rəyində qeyd edilir ki, həmin topraq sahələrində hər hansı tikili mövcud deyil. Cavabdeh tərəfindən istifadə olunan yerin bir hissəsi metal torla hasara alınmışdır. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə müəyyən edilmiş hallara qiymət verərək hesab edir ki, işdəki sübutlarla Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Quba rayonu, İ Nügədi kəndində yerləşən 1.5253 ha torpaq sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********28 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Quba rayonu, İ Nügədi kəndində yerləşən 0.34 ha torpaq sahələrinin döngə nöqtələrinin koordinatları yerdə (naturada) üst- üstə düşməməsi, iddiaçıya məxsus **********25 reyestr nömrəli çıxarışa əsasən torpaq sahəsinin 0.1940 ha hissəsi faktiki olaraq cavabdeh tərəfindən metal torla hasara alınaraq istifadə olunması sübuta yetirilir. Ona görə də cavabdeh qanunsuz istifadə etdiyi iddiaçıya məxsus 1,5253 ha torpaq sahəsindən çıxarılmalı və bununla da həmin iddiaçıların zəbt olunmuş həmin torpaq sahələrinə mülkiyyət hüquqları tam şəkildə bərpa edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fizki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X3 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan Hüquqlarının və X2 Haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protkollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Məhkəmə hazırkı mübahisə ilə əlaqədar İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin aşağıdakı qərarlarına istinad etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Məhkəmə «Sporronq və Lonnrot İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus olan torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu qanun normasına görə mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi üçün həmin əmlak şəxsin mülkiyyətində olmalı, bu əmlak başqasının sahibliyində olmalı və başqasının həmin əmlaka sahibliyi qeyri-qanuni olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110-cu maddəsinə əsasən Bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə sübutların məcmusuna hüquqi qiymət verib, hesab edir ki, iddia qismən təmin edilməli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 25 sentyabr 2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən 1,5253 ha torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsinə Cavabdeh Əmri oğlu tərəfindən yaradılmış maneələrin aradan qaldırılmalı, Cavabdeh Əmri oğlu həmin torpaq sahəsindən çıxarılmalı, İddiaçı məxsus torpaq sahəsində Cavabdeh Əmri oğlu tərəfindən çəkilmiş tor hasar Cavabdeh Əmri oğlunun hesabına sökülməldir. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh Əmri oğludan alınaraq İddiaçı verilməlidir. İş üzrə keçirilmiş ekspertizanın xərci 100 manat Cavabdeh Əmri oğlundan alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/8777 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, hazırki iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 100 (yüz) manatdır. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən o cümlədən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aid edilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak eldən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V. Nəticə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 25 sentyabr 2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən 1,5253 ha torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsinə Cavabdeh Əmri oğlu tərəfindən yaradılmış maneələrin aradan qaldırılsın, Cavabdeh Əmri oğlu həmin torpaq sahəsindən çıxarılsın, İddiaçı məxsus torpaq sahəsində Cavabdeh Əmri oğlu tərəfindən çəkilmiş tor hasar Cavabdeh Əmri oğlunun hesabına sökülsün. İş üzrə keçirilmiş ekspertizanın xərci 100 manat Cavabdeh Əmri oğlundan alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh Əmri oğludan alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar