Məhkəmə qərarları › İş №2(041)-472/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-472/2023

25.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Torpaq mübahisələri - Maneənin aradan qaldırılması - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-472/2023 25.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Xalıq oğlunun sədrliyi, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən məcburi qaydada çıxarılma, maneələrin aradan qaldırılması, qanunsuz hərəkətlərə qadağa qoyulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayonunun Cəyli kənd sakini Cavabdeh onun istifadəsində olan torpaq sahəsindən məcburi qaydada çxıarılması və istifadəyə edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Kürdəmir rayon Aqrqr İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 03 saylı qərarı ilə iddiaçının ailəsinə 5.22 ha torpaq sahəsi ayrılmış və torpaq sahəsini həmin tarixdən istifadə etməyə başlamışdır. Lakin 2002-ci ildən başlayaraq cavabdeh torpaq sahəsini qeyri-qanuni istifadə etdiyi üçün kadast idarəsinə müraciət etmiş, torpaq sahəsi ölçülüb ona verilmişdir. Nəticədə torpaq sahəsinin 1 ha hissəsinin cavabdeh tərəfindən istifadə olunduğu məlum olmuşdur. Bu barədə cavabdehə məlumat verərərk onun torpaq sahəsindən çıxmasını xahiş etmiş, lakin cavabdeh torpaq sahəsinin ona aid olduğunu və torpaq sahəsindən çıxmayacağını bildirmişdir. Cavabdeh zəbt etdiyi torpaq sahəsini boşaltmadığı üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddia tələblərini qəbul edərək izahatında göstərdi ki, kənd təsərrüfatı məhsullarının becərəilməsi üçün ona torpaq sahəsi lazım olmuş, bu məqsədlə xx.xx.2010-cu ildə Kürdəmir rayon Cəyli kənd bələdiyyəsinə müraciət etmiş, onun müraciəti əsasında Kürdəmir rayon Cəyli bələdiyyəsinin xx.xx.2010-cu il tarixli tarixli 22 saylı icarə müqaviləsinə əsasən 11 ay müddətinə onun icarəsinə verilmişdir. Həmin vaxtdan qeyd edilən torpaq sahəsindən qanuni şəkildə istifadə edir. Sonradan ona məlum olmuşdur ki, istifadə etdiyi torpaq sahəsi iddiaçının və onun ailə üzvlərinin istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Mübahisəli torpaq sahəsində istənilən vaxt çıxa bilər. Lakin hazırda həmin torpaq sahəsində arpa əkmişdir. Məhsulu götürdükdən sonra həmin torpaq sahəsindən çıxacaqdır. İşdə olan, JN-264 KOD 90609018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, İddiaçı və onun 5 nəfərdən ibarət ailə üzvlərinə Kürdəmir rayon Aqrar İslahat komissiyasının xx.xx.1999-cu il tarixli 03 nömrəli qərarı ilə 5.22 ha torpaq sahəsi verilmişdir. İşdə olan Kürdəmir rayon Cəyli bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli 22 saylı icarə müqaviləsinin surətindən görünür ki, Cavabdeh icarəsinə Kürdəmir rayon Cəyli kəndi ərazsindən 11 ay müddətinə 2 ha torpaq sahəsi verilmişdir. İşdə olan Kürdəmir rayon polis şöbəsinin sorğusuna əsasən verilmiş xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, naturada göstərilən 1.08 ha torpaq sahəsinin 0,98 ha hissəsi elektron bazada mövcud olan AZ CAD məlumatlarına əsasən JN-264 torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 5.22 ha torpaq sahəsi ilə (İddiaçı və ailə üzvləri) 0.08 ha hissəsi JN-263 nömrəli dövlət aktı ilə verilmiş torpaq sahəsinin 263 A hissəsinin 0.61 ha torpaq sahəsi ilə (X1 və ailə üzvləri) 0.02 ha hissəsi isə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 103-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Məhkəmə araşdırması zamanı məlum oldu ki, Kürdəmir rayon Aqrar İslahat komissiyasının xx.xx.1999-cu il tarixli 03 nömrəli qərarı ilə iddiaçının ailə üzvlərinə verilmiş 5.22 ha torpaq sahəsinin 0,98 ha hissəsi cavabdeh tərəfindən tutularaq qeyri-qanuni istifadə olunur. İddiaçı cavabehin onun torpaq sahəsindən məcburi qaydada çıxarılmasını tələb edir, cavabdeh isə iddianı qəbul etdiyini bildirir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Kürdəmir rayon Cəyli kənd sakini Cavabdeh İddiaçı istifadəsində olan 0,98 ha hissəsindən məcburi qaydada çıxarılsın və cavabdeh tərəfindən istifadəyə edilən maneələr aradan qaldırılsın. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Kürdəmir rayon Cəyli kənd sakini Cavabdeh İddiaçı istifadəsində olan 0,98 ha hissəsindən məcburi qaydada çıxarılsın və cavabdeh tərəfindən istifadəyə edilən maneələr aradan qaldırılsın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar