Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-901/2023 27.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı “X2 MMC-nin nümayəndəsi qismində vəkili Nümayəndə, Cavabdeh, Onun nümayəndəsi qismində vəkili Vəkil iştirakı ilə, İddiaçı “X2 MMC-nin üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Reyestri və X3 Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi cəlb olunmaqla Cavabdeh qarşı torpaq sahəsinə istifadə hüququnun həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması, torpaq sahəsi üzərində tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair ilkin və iddiaçı Cavabdeh “X2 MMC-yə qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin torpaq sahəsinin istifadə və üzərində yerləşən tikilinin mülkiyyət hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: İddiaçı “X2 MMC-nin üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Reyestri və X3 Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi cəlb olunmaqla Cavabdeh qarşı torpaq sahəsinə istifadə hüququnun həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması, torpaq sahəsi üzərində tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı “X2 MMC iddia ərizəsi ilə müraciət edərək, Quba rayon XDS-nin Rəyasət Heyətinin 1992-ci il tarixli 107 nömrəli qərarı "xxxx" Kiçik Müəssisəsi MMC-nin daimi istifadəsinə verilmiş Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən 1.50 ha torpaq sahəsindən “Fərid" Kiçik Müəssisəsi MMC-nin istifadə edilməsinə cavabdeh X1 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, ’'Fərid" Kiçik Müəssisəsi MMC-nin istifadəsinə verilmiş 1,50 ha torpaq sahəsində tikilmiş və cavabdeh tərəfindən istifadə olunan Tofiq Əhmədov küçəsində yerləşən (Heydər Əliyev prospekti tərəfindən başlamaqla beşinci sırada) ümumi sahəsi təxminən 45 kv.m olan tikilinin (mobil telefonlar və aksessuarlar mağazası) onun öz hesabına sökülməsi, tikililərin "Fərid” Kiçik Müəssisəsi MMC-nin istifadəsinə verilmiş 1,50 ha torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin tam olaraq boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi qismində vəkili Vəkil ilkin iddia tələbinə qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, cavabdeh "X2" MMC-nin Quba rayon XDS-nin Rəyasət heyətinin 1992-ci il tarixli, 107 nömrəli qərarı əsasında Quba şəhəri, 29-cu məhəllə ünvanında daimi istifadəsinə verilmiş 1.50 ha torpaq sahəsindən 45 kv.metr torpaq sahəsinin istifadə hüququnun həmin torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən tikilinin cavabdeh tərəfindən ona satılması barədə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin torpaq sahəsinin istifadə və üzərində yerləşən tikilinin mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi qismində vəkili Nümayəndə tərəfindən təqdim edilmiş vəsatətdə göstərmişdir ki, iddia tələbinin baxılması üçün mülki məhkəməyə verilsə də, son zamanlar məhkəmələrin icraatında olan mülki işlər üzrə hər iki tərəfin VÖEN-nin olmasına görə işləri kommersiya məhkəməsinə aidiyyatı olması təcrübəsi formalaşmışdır. Hazırkı iş üzrə həm iddiaçının, həm də cavabdehin VÖEN-i vardır. Hazırkı iddia tələbi mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması olsa da, bu iddianın verilməsinə məqsəd sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zaman yaranmış maneələrdir. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 25-ci bəndində qeyd edilmişdir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə Kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə Kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. Göstərilənlərə əsasən işin məhkəmə aidiyyətinin Kommersiya məhkəməsi olduğundan, hazırkı iş məhkəmə hazırlıq icraatı mərhələsində olduğundan, mülki işin məhkəmə aidiyyətinin dəyişdirilərək, baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qismində vəkili Vəkil izahatında bildirmişdir ki, aidiyyat barədə vəsatət rədd edilməlidir. Hesab edir ki, mülki işə Quba məhkəməsində baxılmalıdır, Kommersiya məhkəməsinə onun heç bir aidiyyəti yoxdur. İddiaçının vəkili vəsatətdə Cavabdeh VÖEN-ü olduğunu təsdiq etmişdir. E. Rüstəmov həmin obyekti 21 ildir icarəyə vermiş və özü orda sahibkarlıq fəaliyyətilə məşğul olmamışdır. Qubada turizim fəaliyyətilə məşğuldur, ona görə vergi verir. İddiaçı “X2 MMC-nin tələbində torpaq sahəsi üzərində tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbi heç bir kommersiya xarakteri daşımır, həmçinin qarşılıqlı idda tələbində də tərəflərin iradə ifadə azadlığı əsasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsilə bağlıdır ki, bu da mülki hüquq münasibətlərini tənzimləyir və göstərilənlər nəzərə alınaraq vəsatətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə qarşı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, hesab edir ki, işin aidiyyəti üzrə göndərilməsi barədə vəsatət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 10-cu bəndinə əsasən 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Qeyd edilən Qərarın 16-cı əndinə əsasən işin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı kommersiya məhkəməsində baxılmalı olan işlərin mümkün subyekt tərkibi və predmeti ilə bağlı qiymətləndirmənin həyata keçirilməsi zamanı MPM-in 30-cu maddəsinin tələblərinin nəzərə alınmalı olması da diqqətdən kənarda qalmamalıdır. Belə ki, həmin maddənin əvvəlki redaksiyasından fərqli olaraq hazırda qüvvədə olan redaksiyaya əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə artıq ümumi deyil, kommersiya məhkəməsində baxılmalıdır. Qeyd edilən Qərarın 25-ci bəndinə əsasən qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə Kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə Kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, bir-biri ilə əlaqədar olan bir neçə tələb birləşdirilməklə onlardan bir qismi ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olmaqla tələblərə kommersiya məhkəməsində baxılmalılı olduğu üçün mülki iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 31, 44-45, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Vəsatət təmin edilsin. İddiaçı “X2 MMC-nin üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Reyestri və X3 Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi cəlb olunmaqla Cavabdeh qarşı torpaq sahəsinə istifadə hüququnun həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması, torpaq sahəsi üzərində tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair ilkin və iddiaçı Cavabdeh “X2 MMC-yə qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin torpaq sahəsinin istifadə və üzərində yerləşən tikilinin mülkiyyət hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia tələbinə dair 2(027)-901/2023 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-901/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-901/2023
27.12.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Torpaq mübahisələri - Qanunsuz tikilinin sökülməsi - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver