Məhkəmə qərarları › İş №2(075)-167/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-167/2021

04.03.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Torpaq mübahisələri - Qanunsuz tikilinin sökülməsi - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-167/2021 04.03.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadiqova Türkan Bəxtiyar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması və tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 mənzil ünvanda yerləşən tikilinin hamamından və tualetdən istifadəyə cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması, həmin ünvanda tikilinin yerləşdiyi torpaq sahəsinin bölünməsi, həmin ünvanda cavabdeh tərəfindən tikilmiş əlavənin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə məhkəmə hazırlıq iclası xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş, mülki işin məhkəmə baxışı iclası xx xxxxxx 2021-ci il tarixdə keçirilmiş, növbəti məhkəmə baxışı iclası bu günə, yəni xx xxxx 2021-ci il tarixə, saat 10:30-a təyin edilmiş, mülki proses tərəflərinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmişdir. Lakin xx xxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclasına mülki proses tərəfləri gəlməmiş, məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi işə onların iştirakı olmadan baxılmasını tələb etməmiş mülki proses tərəfləri məhkəməyə gəlməmişlər. Belə olan halda iddia ərizəsi baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ İddiaçı izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263- 264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması və tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar