Məhkəmə qərarları › İş №2(027)-93/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-93/2023

27.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-93/2023 27.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və X4 qarşı“ paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və X4 qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 23 mart tarixli 07 saylı qərarı ilə ona və ailə üzvlərinə ayrılmış JN-147 KOD 30313018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə mülkiyyəti tanınmış 1,00 ha torpaqdan ona düşən payların naturada ayrılması baradə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Quba Rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 23 mart tarixli 07 saylı qərarı ilə ona və ailə üzvlərinə Quba Rayon İ Nügədi kəndi ərazisində 1,00 ha kənd təsərrüfat məhsulları istehsalı üçün torpaq ayrılmış və adları mülkiyyətlərini təsdiq edən JN-147 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Qeyd olunan torpağın mülkiyyətçilərindən nənəsi X14 xx.xx.2012-ci il tarixdə, atası X5 xx.xx.2020-ci il tarixdə, anası X10 isə xx.xx.2018- ci il tarixdə vəfat etmişdir. O, ata, anası və nənəsinin dəfnlərində iştirak edib dəfn xərclərini ödəməkdə yardımçı olmuş və onlardan miras qalmış birgə mülkiyyətlərində olan əmlakları idarə edərək mirası sahiblik, faktiki idarə etməklə qəbul etmişdir. O, hal-hazırda öz payının və vərəslik üzrə düşən payın naturada ayrılmasını istəyir, lakin cavabdehlər Xəyalə və Cavabdeh2lər torpağın bölgüsünə gəlmirlər, ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul edərək, torpaq sahəsinin naturada ayrılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh X8 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 və xx.xx.2018-ci il tarixdə vəfat etmiş X6 qanun üzrə vərəsələri sırasına daxildir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. Onun atası X5, anası isə X9r. İş materiallarında olan JN:147 Kod 30319018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 07 saylı qərarına əsasən X5, X15, X10, İddiaçı, Cavabdeh2 və X4 Quba rayonu İ Nügədi kəndi ərazisində 1.00 ha kənd təsərrüfatı məhsullarını istehsalı məqsədilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/8543 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəyinə əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən və X5, X15, X10, İddiaçı, Cavabdeh2 və X4 məxsus olan 1.00 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 147N planşet nömrəli sxeminin (21 sot) faktiki istifadəsi TEKİUS məlumatlarına əsasən uyğunluq təşkil etdiyinə görə İddiaçı payının naturada ayrılması mümkündür. Torpağa Mülkiyyət hüquqna dair JN-147 KOD 30319018 saylı dövlət aktına əsasən Quba rayonu, Birinci Nügədi kəndində yerləşən və X5, X11, X12, Əsədullayeva Xəyalə Səfərəli qızı, İddiaçı məxsus olan 1.00 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 147M planşet nömrəli sxeminin (79 sot) naturadakı istifadəsi TEKİUS məlumatlarına əsasən uyğunluq təşkil edir, lakin torpaq sahəsinin faktiki yerində azalma mövcuddur və sahəsi 69 sot təşkil edir. Ona görə də azalma ərizəsi olacağı halda İddiaçı payının naturada ayrılması mümkündür. İşin mübahisəsiz halları ondan ibarətdir ki, JN:147 Kod 30319018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 07 saylı qərarı ilə X5, X15, X10, İddiaçı, Cavabdeh2 və X4 Quba rayonu İ Nügədi kəndi ərazisində 1.00 ha kənd təsərrüfatı məhsullarını istehsalı məqsədilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş üzrə təyin edilmiş və keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/8543 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəyinə əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən və X5, X15, X10, İddiaçı, Cavabdeh2 və X4 məxsus olan 1.00 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 147N planşet nömrəli sxeminin (21 sot) faktiki istifadəsi TEKİUS məlumatlarına əsasən uyğunluq təşkil etdiyinə görə İddiaçı payının naturada ayrılması mümkündür. Torpağa Mülkiyyət hüquqna dair JN- 147 KOD 30319018 saylı dövlət aktına əsasən Quba rayonu, Birinci Nügədi kəndində yerləşən və X5, X11, X12, X8, İddiaçı məxsus olan 1.00 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 147M planşet nömrəli sxeminin (79 sot) naturadakı istifadəsi TEKİUS məlumatlarına əsasən uyğunluq təşkil edir, lakin torpaq sahəsinin faktiki yerində azalma mövcuddur və sahəsi 69 sot təşkil edir. Ona görə də azalma ərizəsi olacağı halda İddiaçı payının naturada ayrılması mümkündür. Həmçinin, məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul edərək, təmin edilməsinə etiraz etmədiyini qeyd etmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən torpaq sahəsi bölünən və bölünməz ola bilər. Bölünən o torpaq sahələri hesab edilir ki, öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı hissələrə bölünə bilər və bölgüdən sonra bu hissələrin hər biri müstəqil torpaq sahələrinə çevrilməklə dövlət qeydiyyatından keçirilə bilər. Bölünməz o torpaq sahələri hesab edilir ki, onlar öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməzlər. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək hesab edir ki, Quba rayonu, İ Nügədi kəndi ərazisində yerləşən 1.00 ha torpaq sahəsinin naturada bölünməsi texniki cəhətdən mümkün olduğundan iddia təmin edilməli və İddiaçı Quba rayonu, İ Nügədi kəndi ərazisində yerləşən 1.00 ha torpaq sahəsində payı müəyyən edilməlidir. Həmçinin, İddiaçı xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 və xx.xx.2018-ci il tarixdə vəfat etmiş X6 qanun üzrə vərəsələri sırasına daxil olduğundan iddiaçının həmin hissədə də payı müəyyən edilməlidir. Belə ki, 1.00 ha torpaq sahəsinin 6/1 hissəsi (100:6=16,6) 16 sot təşkil edir. xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 və xx.xx.2018-ci il tarixdə vəfat etmiş X6 ümumilikdə payları isə 33 sot təşkil edir. Mərhumların üç vərəsi vardır: İddiaçı, Cavabdeh2 və X8. Həmin 33 sot torpaq sahəsinin 3/1 hissəsinə (11 sot) iddiaçının payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 220.1- və 220.2-ci maddələrinə əsasən Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər və paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göründüyü kimi mülki qanunvericilik paylı mülkiyyətin bölünməsi ardıcıllığının imperativ qaydasını müəyyən etmiş və bunu riayət olunması zəruri olan bir neçə mərhələyə ayırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə Mülki Məcəllənin 220-ci maddəsinin tələblərini və Konstitusiya Məhkəməsinin həmin maddə ilə bağlı hüquqi mövqelərini nəzərə alaraq hesab edir ki, qanunvericilik paylı mülkiyyətin bölünməsi mərhələlərinin mülkiyyətçilərlə bir icraat çərçivəsində müzakirə edilməsini istisna etmir. Sadəcə qanunun tələbi ondan ibarətdir ki, hər bir növbəti mərhələ üzrə tələbin təmin olunması üçün həmin icraat çərçivəsində daha əvvəlki mərhələlərin qeyri-mümkün olduğu müəyyən edilməlidir. Məhkəmə qeyd edilən normaların tələbini rəhbər tutaraq hesab edir ki, JN:147 Kod 30319018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Quba rayonu İ Nügədi kəndi ərazisində yerləşən 1.00 ha torpaq sahəsindən İddiaçı payına düşən 27.6 sot hissə naturada ayrılmalıdır. Bundan başqa 50 manat məbləğində ekspertiza xərci cavabdehlərdən müştərək qaydada alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin X3 xüsusi hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. JN:147 Kod 30319018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Quba rayonu, İ Nügədi kəndi ərazisində yerləşən 1.00 ha torpaq sahəsindən İddiaçı payına düşən 27,6 sot hissəsi naturada ayrılsın. Ekspertiza xərci olan 50 manat cavabdehlər Cavabdeh2 və X2 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin X7 (Kodu: 210005, VÖEN **********, MH: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar