Məhkəmə qərarları › İş №2(027)-935/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-935/2023

26.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-935/2023 26.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X4 iştirakı ilə İddiaçı ilkin iddia üzrə cavabdeh X5 qarşı “əmlak” tələbinə dair, X4 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizələri üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 qarşı “əmlak” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 onun verdiyi 1940 ədəd çolpanın, əgər çolpaların qaytarılması mümkün olmazsa, onların dəyəri olan 9700 manat məbləğində pulun, çolpaların daşınması üçün cavabdehin əvəzinə daşıma xərci olaraq ödədiyi 140 manat məbləğində pulun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 120 manat dövlət rüsumunun və hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 50 manat məbləğində xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcmini artıraraq, cavabdeh X3 onun verdiyi 1940 ədəd çolpanın, əgər çolpaların qaytarılması mümkün olmazsa, onların dəyəri olan 9700 manat məbləğində pulun, çolpaların daşınması üçün cavabdehin əvəzinə daşıma xərci olaraq ödədiyi 140 manat məbləğində pulun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 120 manat dövlət rüsumunun və hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 50 manat və 300 manat məbləğində xidmət haqqının cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X4 isə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı ona vurduğu maddi ziyana görə 5200 manat və borclu olduğu 4300 manat, cəmi 9500 manat pulun alınıb ona verilməsinə və İddiaçı ona qarşı 9700 manat pul tələbinə dair iddiasının əsasssız olduğu üçün təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək, eyni zamanda qarşılıqlı iddiaya etiraz verərək bildirdi ki, o, Quba rayonu Xucbala kəndində özünə məxsus fərdi təsərrüfatında quşçuluqla məşğul olur. Quba rayonu Digah kənd sakini X6 təxminən dörd ilə yaxındır ki, tanıyır. 27 noyabr 2022-ci il tarixdə X7 ondan 9700 manat dəyərində 1940 ədəd çolpa almışdır. Həmin çolpaları alarkən Alibek Kurbanov 9700 manat məbləğində puldan 5000 manatı bir həftəyə, qalan pulu 15 dekabr 2022-ci il tarixə kimi ödəyəcəyini öhdəsinə götürmüşdür. X7 həmin çolpaları ondan alarkən aldığı malların daşınması üçün maşına verəcəyi 140 manat məbləğində pulu da ondan almışdır. Lakin üstündən uzun müddət keçməsinə baxmayaraq X7 aldığı malların dəyərini ona ödəməmişdir. O, Alibek Rzayeva dəfələrlə pulunu qaytarmasını bildirsə də, sonuncu hər dəfə müxtəlif bəhanələr ilə bundan imtina etmişdir. O, bundan sonra Quba rayon Polis şöbəsinə müraciət etmişdir. Cinayət işinin rədd edilməsi barədə 19 fevral 2023-cü il tarixli qərarla X4 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və ona mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir. X7 öz izahatında ondan 9700 manat məbləğində 1940 ədəd çolpa götürdüyünü etiraf etmişdir. Alibek Kurbanovun təqsirli əməlləri nəticəsində ona ziyan dəymişdir. Dəfələrlə cavabdehdən ona məxsus çolpaları və ya pulunu istəsə də, o müxtəlif bəhanələr ilə bundan imtina etmişdir. Çolpaların hər biri 5 manatdan hesablanmaqla Alibəkin ona ümumi 1940 ədəd çolpa üçün 9700 manat borcu vardır. Qarşılıqlı iddia tələbinə gəldikdə isə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassızdır. Göstərdiklərini nəzərə alaraq, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və səlahiyyətli nümayəndəsi Nümayəndə, ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək, bildirdi ki, X4 qarşılıqlı iddia tələbi əsassısdır. Belə ki, X13 Qocayevlə aralarında olan münasibərləri barədə, qarşılıqlı iddia ərizəsində qeyd etdiyi xüsusatlar barədə sübutları təqdim etməmişdir. X11 Kurbanov arasında yazılı razılaşma olmamışdır. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X7 qarşılıqlı iddia ərizəsini müdafiə edərək, ilkin iddianı qəbul etməyərək bildirdi ki, çoxdan tanıdığı Quba Rayon Xucbala kənd sakini quşçuluqla məşğul olan Turanın təsərrüfatı ilə maraqlanmış, Turan da hər şeyi, dərmanı, yemi, yumurtanı satmağı, toyuqlar yumurtadan dayananda toyuqları satmağı öz üzərinə götürmüşdür. Onlar bu işlə bağlı razılığa gəlmişlər. Turan ona bu işə başlamaq üçün pula ehtiyacı olduğunu demiş, o da 2020-ci ilin fevral ayında Turana 8300 manat nağd pul vermişdir. Həmin ilin iyul ayında Turan ona 2300 dənə 44 günlük cücə vermiş, həmin cücələr yumurtaya çıxanadək çox problemlər olmuş, cücələrin bir çoxu xəstələnib ölmüşlər. O, dəfələrlə Turana zəng edib bu barədə bildirsə də, 6 ay ərzində sonuncu bir dəfə də gəlib baxmamışdır. O, başqa baytarlarla əlaqə saxlamış, ona məlum olmuşdur ki, həmin cücələr damazlıq üçün deyil, ət əldə etmək məqsədləri üçün nəzərdə tutulub. Damazlıq üçün saxlanılan cücələrə fərqli vaksin, dərman vurulur, hansı ki, onun saxladığı cücələrə vurulmamışdır. O, 300 xoruzu ziyanı üçün satıb gedib Ucar rayonundan xoruzlar gətirmişdir. Lakin yenə də irkilərlə üzləşmişdir. Saxlamaq mümkün olmadığından yumurta ilə birlikdə 20 manata başa gələn toyuqları, 5-7 manata satmağa məcbur olmuşdur. Turan ona bu idea verəndə o, bankdan 76 min manat kredit almışdır. Həmin pulla böyük təsərrüfat tikmiş, toyuqlar almışdır. İndiyə qədər krediti ancaq borc-xərclə, qıraqdan qazanıb vermişdir. Toyuqlardan bir xeyir olmamışdır. Bu günədək həmin toyuqlara görə onun əlavə borcları vardır. 2022-ci ildə Turanın çolpa saxladığını görmüş və 27 noyabr 2022-ci il tarixdə Turandan 1940 ədəd çolpa almışdır. Səhər fermaya gəlmiş, çolpaların xəstə olmasını öyrənmişdir. Bununla bağlı Turana irad bildirmiş, sonuncunun məsləhəti ilə çolpalara başqa dərmanlar vermiş, lakin heç bir müsbət nəticə əldə edə bilməmiş, çolpalar tələf olmuşdur. O Turandan aldığı 1940 çolpanın saxlandığı müddətdə 5200 manat yemə pul verərək Turanın ona verdiyi xəstə toyuqlara yedirtmişdir. İddiaçı 1940 çolpanı xəstə halda ona verdiyindən həmin çolpalar tələf olmuş və nəticədə ona 5200 manat maddi ziyan dəymişdir. Həmçinin, İddiaçı ondan 2020-ci il tarixdə 8300 manat borc pul almış, həmin pulun 4300 manatını bu günə kimi qaytarmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Alibek Kurabnov bildirdi ki, çolpaların birini 5 manata danışmışdırlar. O, Turandan 1940 çolpa almış, lakin həmin çolpalar alınan gündən xəstə olduqları üçün gündə çox sayda çolpa tələf olmuş, qalanları isə vəhşiləşərək bir-birini parçalamışlar. Bununla da, çolpa qalmamış, o isə çolpaların qorunub saxlanılması üçün yem və dərmanlar almış, lakin bu heç bir müsbət nəticə verməmiş, çolpalar tələf olmuş və ona 5200 manat məbləğində ziyan dəymişdir. Həmçinin 2020-ci ildə Turana 8300 manat borc pul vermiş, Turanın həmin puldan ona 4300 manat borclu qalmışdır. Turanla aralarında bu barədə yazılı razılaşma olmamış, bu halı təsdiq edəcək hər hansı sənəd yoxdur. Turana pul verəndə yanlarında üçüncü şəxs olmamışdır. Göstərdiklərini nəzərə alaraq, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X7 ibtidai araşdırma zamanı izahatında 27 noyabr 2022-ci il tarixdə Alibek Turandan birini 5 manatdan 1940 ədəd ümumilikdə 9700 manat dəyərində çolpa götürdüyünü, pulu olmadığından çolpaları aparmaq üçün avtomobilin pulunu da, yəni 140 manatı Turan tərəfindən verildiyini, çolpaların ödənişini 15 dekabr 2022-ci il tarixdə edəcəyini və ona dəymiş ziyanı çıxacağını bildirmişdir. İşləri yaxşı olmadığından o, Turanın pulunu vaxtında qaytara bilməmişdir; hüquqi yardımın göstərilməsi haqqında 103 saylı müqavilənin və qəbzin surətindən görünür ki, İddiaçı ilə Quba ASAN vəkil bürosunun vəkili Nümayəndə arasında xx.xx.2023cü il tarixdə hüquqi yardımın göstərilməsi barədə müqavilə bağlanmış və bunun üçün İddiaçı tərəfindən Quba ASAN vəkil bürosunun hesabına 50 manat məbləğində ödəniş edilmişdir; hüquqi yardımın göstərilməsi haqqında 197 saylı müqavilənin və qəbzin surətindən görünür ki, İddiaçı ilə Quba ASAN vəkil bürosunun vəkili Nümayəndə arasında xx.xx.2023cü il tarixdə hüquqi yardımın göstərilməsi barədə müqavilə bağlanmış və bunun üçün İddiaçı tərəfindən Quba ASAN vəkil bürosunun hesabına 300 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə ilk növbədə ilkin iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. İşin tərəflər arasında mübahisə doğuran halı ondan ibarətdir ki, X8 ilə X7 arasında olan razılaşmaya əsasən İddiaçı Alibek Kurbanova cəmi dəyəri 9700 manat olan 1940 çolpa vermiş, Alibek Kurbanov isə öz növbəsində çolpaların dəyərini aralarında razılaşdırılmış müddət ərzində verəcəyinə dair vədlər vermiş, lakin üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Alibek Kurbanov özü məhkəmədə izahat verən zaman İddiaçı 1940 çolpanı almasını bildirmişdir. Eyni zamanda işin materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan göründüyü kimi, İddiaçı şikayət ərizəsi əsasında aparılan araşdırma zamanı Alibek Kurbanov izahatında Turandan ümumi dəyəri 9700 manat olan 1940 çolpanı aldığını, hətta çolpaların daşınması üçün İddiaçı tərəfindən 140 manat ödənildiyini və çolpaların dəyərini Turana vaxtında verə bilmədiyini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulması; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Odur ki, X1 olan İddiaçı məxsus 1940 ədəd çolpa sahibinə qaytarılmalı, çolpaların qaytarılması mümkün olmadıqda onların dəyəri (çolpanın biri 5 manatdan hesablanmaqla) 9700 manat məbləğində pul, çolpaların daşınması üçün İddiaçı tərəfindən ödənilmiş 140 manat X3 alınaraq İddiaçı verilməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, pozulmuş hüququnun bərpası ilə bağlı İddiaçı hüquqi yardım almaq üçün vəkil ilə iki ayrı tarixlərdə “Hüquqi yardım müqaviləsi” bağlamış və müqavilələr üzrə 50 manat və 300 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Odur ki, qeyd edilən 50 manat və 300 manat X3 tutularaq ona ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 120 manat məbləğində dövlət rüsumunun X3 alınaraq İddiaçı verilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə ilə bağlı qeyd edir ki, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X2 Turan Qəzənfər oğlundan tələb etdiyi pul məbləğini şərtləndirən halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçının tələbi ondan irəli gəlir ki, İddiaçı ilk dəfə ona çolpaları verəndə onu 4300 manat məbləğində yem və müəyyən baytarlıq dərmanlarını il təmin edəcəyini bildirsə də, verdiyi vədləri yerinə yetirməmiş, nəticədə çolpalar əksər hissəsi müxtəlif xəstəlikdən tələf olmuşdur. Həmçinin ona verilən çolpaların aralarında olan razılaşmaya əsasən damazlıq olmadığı da müəyyən edilmişdir. Bundan başqa qarşılıqlı iddia üzrə iddiaçı ikinci dəfə ona verilən çolpaların artıq ona verildiyi gün xəstə olduqlarından əksər hissəsinin tələf olduğunu iddia etmişdir. Bununla bağlı iddiaçı məhkəməyə tələf olunmuş çolpaların foto və video şəkillərini məhkəməyə təqdim etmişdir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Alibek Kurbanovun iddiasının əsasları ilə qətiyyən razılaşmır. Belə ki, həmin iddia üzrə cavabdeh İddiaçı həqiqətən də birinci dəfə Alibek Kurbanovun 8300 manat aldığını etiraf etsə də, bununla bağlı iddiaçıya həmin məbləğin dəyərində çolpa və yem verdiyini bildirmişdir. Alibek Kurbanov çolpaların həqiqətən ona verildiyini etiraf etsə də, 4300 manat dəyərində yemin verilmədiyini iddia etsə də, buna dair heç bir sübut təqdim edə bilməmişdir. Halbuki, həmin halların sübut etmə vəzifəsi bilavasitə onun üzərinə düşür. Çolpaların tələf olması nəticəsində Alibek Kurbanovun maddi iddia ziyana uğraması ilə bağlı məhkəmə qeyd edir ki, tərəflərin arasında hər hansı birgə işlərin görülməsi və ya birgə təsərrüfatın aparılması, podrat və tapşırıq müqavilənin aparılması mövcud deyil. Qarşılıqlı iddia üzrə cavabdehi isə çolpaların Alibek Kurbanova təhvil verildiyi andan onun üzərinə düşən öhdəliklərin başa çatdığını bildirmişdir. Alqı-satqı müqaviləsinin tələblərinə görə (Azərbaycan Respublikasının Mlki Məcəlləsinin 567-569-cu maddəllərində göstərilir ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Əgər alğı-satqı müqaviləsinin icrası müddətinin pozulduğu halda alıcının ona marağının itməsi müqavilədən aydın şəkildə irəli gəlirsə, belə müqavilə qəti müəyyənləşdirilmiş müddətədək icra edilmək şərti ilə bağlanmış sayılır. Satıcı müqavilədə müəyyənləşdirilmiş müddət çatanadək və ya müddət keçdikdən sonra həmin müqaviləni yalnız alıcının razılığı ilə icra edə bilər) göründüyü kimi, İddiaçı alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etmiş, lakin Alibek Kurbanov aldığı malın dəyərini ödəməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X4 ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İlkin iddia təmin edilsin. X1 olan İddiaçı məxsus 1940 ədəd çolpa sahibinə qaytarıslın. Çolpaların qaytarılması mümkün olmadıqda onların dəyəri (çolpanın biri 5 manatdan hesablanmaqla) 9700 manat məbləğində pul X3 alınaraq İddiaçı verilsin. Çolpaların daşınması üçün İddiaçı tərəfindən ödənilmiş 140 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi 120 manat və hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 50 manat və 300 manat məbləğində pul X3 İddiaçı xeyrinə tutulsun. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar