Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-941/2023 06.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, Ərizəçi İddiaçı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, qızı X4 20 iyun 2016-cı il tarixdə anadan olmasına dair Rusiya Federasiyası, Tatarıstan Respublikası, Privoljiv Kazan şəhər bələdiyyə qumunun icraiyyə komitəsinin VVAQ şöbəsində xx.xx.2017-ci il tarixində, 1021 saylı qeydə alınmış doğum haqqında akt qeydinin ləğv olunması, qızı X4 20 iyun 2016-ci il tarixdə Ukrayna Respublikası, Krım, Yalta şəhərində doğulması faktının bərpa olunması, qızı X8 Cavabdeh tərəfindən yeni doğum haqqında şəhadətnamə verilərkən, Cavabdehndə qeydə alınmış 139 saylı, 20.12,2018-ci il tarixli atalığın müəyyən edilməsinə dair akt qeydinə əsasən “vətəndaş” qrafasında X10, ata qrafasında “X12”, ana qrafasında “İddiaçı”, doğum yeri qrafasında Ukrayna Respublikası, Krım, Yalta şəhəri, “valideynlərin milliyyəti” qrafasında isə “azərbaycanlı” kimi qeyd olunmaqla yeni doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, 28 dekabr 2014-cü il tarixdə X12 ilə rəsmi nikah qeyd etdirmədən ailə qurmuşdur. Onlar faktiki nikah münasibətlərindən 20 iyun 2016-cı il tarixdə Gülzaman, 15 sentyabr 2018-ci il tarixdə Şəlalə adlı uşaqları doğulmuşdur. Onlar Gülzaman adlı övladı Krım Vilayəti, Yalta şəhərində anadan olmuş, qızı Gülzamanın doğumu Rusiya Federasiyası, Tatarıstan Respublikası Privoljye rayonu üzrə Kazan şəhəri bələdiyyə təşkilatı İcra Komitəsinin VVAQ idarəsini şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə ilə rəsmiləşdirilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 2017-ci ilin mart ayının 1-də 1021 nömrə ilə qeydiyyat aparılmışdır. Eldəniz Dadaşovla aralarında rəsmi nikah olmadığı üçün uşağa doğum haqqında şəhadətnamə verilərkən ata qrafası boş saxlanılmış, uşağın soyadı onun soyadı olan Mütəllimova kimi qeyd edilmişdir. X12 xx.xx.2018-ci il tarixdə vəfat etdikdən sonra o, Quba Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək atalığın etiraf olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş və Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(027)- 2833/2018 saylı qətnaməsi ilə X12 uşaqlarının atası kimi tanınmışdır. Bundan sonra Gülzaman adlı qızına doğum haqqında şəhadətnamə Rusiya Federasiyasının orqanları tərəfindən verildiyi üçün atalıq müəyyən edildikdən sonra yeni doğum haqqında şəhadətnamə verilməsi Federasiyasına göndərilmiş və təkrar onun qızına ata soyadı və atası qrafası qeyd edilməklə 16 iyun 2022-ci il tarixli, V-KB 636716 saylı doğum haqqında şəhadətnamə Tatarıstan Respublikası Privoljye rayonu üzrə Kazan şəhəri bələdiyyə təşkilatı İcra Komitəsinin VVAQ şöbəsi tərəfindən yenidən tərtib edilməklə göndərilmişdir. Yeni doğum haqqında şəhadətnamədə də uşağın doğum yeri kimi Rusiya, Krım Respublikası, Yalta şəhəri kimi qeyd edilmişdir. Hal-hazırda o, Azərbaycan Respublikasında övladı Gülzaman Dadaşovaya şəxsiyyət vəsiqəsi almaq istəyir. Lakin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Rusiya Federasiyası tərəfindən Krım Muxtar Respublikası ilə bağlı verilmiş heç bir sənədin qanuniliyini tanımadığı üçün qızı Gülzaman Dadaşova barəsində tərtib edilmiş V-KB 636716 saylı doğum haqqında şəhadətnaməni də tanımır və ona uşağın mənsubiyyətinə dair arayışı vermirlər. Bundan sonra o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat Qeydiyyat Baş İdarəsinə müraciət edərək onun uşağına verilmiş doğum haqqında şəhadətnamənin hüquqi qüvvəsinin olub-olmaması, olmadığı halda ona hüquqi yardım göstərilməsini xahiş etmişdir. Həmin qurumdan ona rəsmi şəkildə Krım Muxtar Respublikası ərazisində Ukrayna suvereniteti və Ukrayna qanunvericiliyinin qüvvədə olması və Rusiya Federasiyası hakimiyyət orqanları tərəfindən Krım Muxtar Respublikası ilə bağlı tərtib edilmiş sənədlərin etibarsız olduğu, edilməsindən asılı olmayaraq heç bir hüquqi nəticə yaratmadığı bildirilmişdir. Ona görə də qeyd edilən doğum akt qeydinin ləğv edilərək həmin doğuma dair məlumatların Cavabdehndə bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Artıq qızı Gülzamana şəxsiyyət vəsiqəsi ala bilmir, şəxsiyyət vəsiqəsi olmadığı üçün uşağı məktəbə gedə bilmir, uşağına ailə başçısını itirməyə görə sosial müavinət ala bilmir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Əvvəlki məhkəmə iclasında ərizəçinin nümayəndəsi İddiaçı ərizəyə uyğun izahat verərək, ərizənin təmin olunmasını xahişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs Cavabdeh məhkəmə iclasına öz nümayəndəsini göndərməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh 23 dekabr 2023-cü il tarixli arayışından görünür ki, X10 barəsində Cavabdehndə doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2018-ci il tarixdə Quba şəhərində vəfat etmişdir. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 20 iyun 2016-cı il tarixdə Rusiya Federasiyası, Krım respublikası, Yalta şəhərində anadan olmuşdur. Ata qrafasında X13, ana qrafasında isə İddiaçı olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Quba rayon Məhkəməsinin 2(027)-2833/2018 saylı, 31 oktyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, X9 20 iyun 2016-cı il tarixdə doğulmuş X2 və 15 sentyabr 2018-ci il tarixdə doğulmuş X3 atası olması faktı müəyyən edilmiş, X5 və X6 yeni doğum haqqında şəhadətnamə verilərkən, soyadları “Dadaşov”, atası qrafasında isə “X12” yazılması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, X1 Gülçinar Şəkərbəy qızından doğulmuş X4 atası hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 19 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.4.5-ci yarımbəndində şəxsin doğum haqqında şəhadətnaməsinin surətinin (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənədin) sorğuya əlavə olunması nəzərdə tutulur. Odur ki, qeyd olunan sənəd Dövlət Miqrasiya Xidmətinə təqdim olunduqdan sonra xx.xx.2016-cı il təvəllüdlü X4 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat davam etdirilə bilər. İş materiallarına əlavə edilmiş Cavabdeh məktubundan görünür ki, doğum faktının bərpa edilməsi ilə əlaqədar edilmiş müraciət təmin edilməmiş, bununla əlaqədar ərizəçiyə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Gülzaman Dadaşovanın doğumu Tatarıstan Respublikasının Privoljye rayonu Kazan şəhəri bələdiyyə təşkilatı İcra komitəsinin WAQ orqanında qeydə alınmışdır. Quba rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında həmin rayonun qeydiyyat şöbəsində Gülzaman Dadaşovanın atalığının müəyyən edilməsi qeydə alınaraq bu barədə şəhadətnamə verilmişdir. Gülzaman Dadaşovanın doğumu haqqında şəhadətnamədə Krım vilayəti Rusiya Federasiyasının ərazisinin tərkib hissəsi kimi göstərildiyindən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət təmin edilməmişdir. Krım Muxtar Respublikası ərazisində Ukrayna suvereniteti və Ukrayna qanunvericiliyi qüvvədədir. Rusiya Federasiyası hakimiyyət orqanları tərəfindən Krım Muxtar Respublikası ilə bağlı tərtib edilmiş sənədlər etibarsızdır, bilavasitə və dolayı yolla təqdim edilməsindən asılı olmayaraq heç bir hüquqi nəticə yaratmır. Beləliklə məhkəməyə təqdim edilmiş təkzibedilməz sübutlarla müəyyən olunmuşdur ki, X10 20 iyun 2016-cı il tarixdə Rusiya Federasiyası, Krım respublikası, Yalta şəhərində anadan olmuşdur. Ata qrafasında X13, ana qrafasında isə İddiaçı olaraq qeyd edilmişdir. Quba rayon Məhkəməsinin 2(027)-2833/2018 saylı, 31 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə, X9 20 iyun 2016-cı il tarixdə doğulmuş X2 və 15 sentyabr 2018-ci il tarixdə doğulmuş X3 atası olması faktı müəyyən edilmiş, X5 və X6 yeni doğum haqqında şəhadətnamə verilərkən, soyadları “Dadaşov”, atası qrafasında isə “X12” yazılması qərara alınmışdır. Gülzaman Dadaşovanın doğumu Tatarıstan Respublikasının Privoljye rayonu Kazan şəhəri bələdiyyə təşkilatı İcra komitəsinin WAQ orqanında qeydə alınmışdır. Quba rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında həmin rayonun qeydiyyat şöbəsində Gülzaman Dadaşovanın atalığının müəyyən edilməsi qeydə alınaraq bu barədə şəhadətnamə verilmişdir. Gülzaman Dadaşovanın doğumu haqqında şəhadətnamədə Krım vilayəti Rusiya Federasiyasının ərazisinin tərkib hissəsi kimi göstərildiyindən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət təmin edilməmişdir. Krım Muxtar Respublikası ərazisində Ukrayna suvereniteti və Ukrayna qanunvericiliyi qüvvədədir. Rusiya Federasiyası hakimiyyət orqanları tərəfindən Krım Muxtar Respublikası ilə bağlı tərtib edilmiş sənədlər etibarsızdır, bilavasitə və dolayı yolla təqdim edilməsindən asılı olmayaraq heç bir hüquqi nəticə yaratmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, X4 20 iyun 2016-cı il tarixdə anadan olmasına dair Rusiya Federasiyası, Tatarıstan Respublikası, Privoljiv Kazan şəhər bələdiyyə qumunun icraiyyə komitəsinin VVAQ şöbəsində xx.xx.2017-ci il tarixində, 1021 saylı qeydə alınmış doğum haqqında akt qeydi ləğv olunmalı, X4 20 iyun 2016-ci il tarixdə Ukrayna Respublikası, Krım, Yalta şəhərində doğulması faktı bərpa olunmalı, X8 Cavabdeh tərəfindən yeni doğum haqqında şəhadətnamə verilərkən, Cavabdehndə qeydə alınmış 139 saylı, xx.xx.2018-ci il tarixli atalığın müəyyən edilməsinə dair akt qeydinə əsasən “vətəndaş” qrafasında X10, ata qrafasında “X12”, ana qrafasında “İddiaçı”, doğum yeri qrafasında Ukrayna Respublikası, Krım, Yalta şəhəri, “valideynlərin milliyyəti” qrafasında isə “azərbaycanlı” kimi qeyd olunmaqla yeni doğum haqqında şəhadətnamə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X4 20 iyun 2016-cı il tarixdə anadan olmasına dair Rusiya Federasiyası, Tatarıstan Respublikası, Privoljiv Kazan şəhər bələdiyyə qumunun icraiyyə komitəsinin VVAQ şöbəsində xx.xx.2017-ci il tarixində, 1021 saylı qeydə alınmış doğum haqqında akt qeydi ləğv olunsun. X4 20 iyun 2016-ci il tarixdə Ukrayna Respublikası, Krım, Yalta şəhərində doğulması faktının bərpa olunsun. X8 Cavabdeh tərəfindən yeni doğum haqqında şəhadətnamə verilərkən, Cavabdehndə qeydə alınmış 139 saylı, xx.xx.2018-ci il tarixli atalığın müəyyən edilməsinə dair akt qeydinə əsasən “vətəndaş” qrafasında X10, ata qrafasında “X12”, ana qrafasında “İddiaçı”, doğum yeri qrafasında Ukrayna Respublikası, Krım, Yalta şəhəri, “valideynlərin milliyyəti” qrafasında isə “azərbaycanlı” kimi qeyd olunmaqla yeni doğum haqqında şəhadətnamə verilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-941/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-941/2023
06.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver