Məhkəmə qərarları › İş №2(028)-334/2023

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-334/2023

22.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-334/2023 22.08.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X17 Ruvinov sədrliyi, Aynurə Akif qızı Mustafayevanın katibliyi, İddiaçı, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın və mənəvi zərərin ödənməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəyən 10000 manat maddi ziyan və 20000 manat mənəvi zərər, cəmi 30000 (otuz min) manat pulun tutulub ona ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi iddianı müdafiə edərək göstərdi ki, iddiaçı hazırda Abşeron rayonu, Nübar qəsəbəsində yerləşən Qubadlı rayonu Xanlıq kənd 3 saylı orta məktəbində ingilis dili müəlliməsi olaraq çalışır. X24 onun həyat yoldaşıdır. Cavabdeh isə həmin məktəbdə hərbi rəhbər kimi çalışır. Təxminən bir ilə yaxındır ki, Cavabdeh iddiaçıdan və məktəbdə işləyən müəllimlər barəsində prokurorluq və polis orqanlarına yalan məlumatlar vermişdir və bildirib ki, guya müəllimlər direktora rüşvət vermişlər, lakin araşdırma zamanı onun dediklərinin şər-böhtan olması müəyyən olmuşdur. Cavbadeh iddiaçı barəsində yalan məlumatlar vermişdir, məktəbdə keçirilən iclasda onun məktəbin direktoru ilə qeyri-rəsmi münasibətləri olduğunu demişdir, dərs saatlarında guya tədris sinifini nəzarətsiz qoyub digər yerlərdə hazırlıq kursu keçmək üçün getdiyini demişdir. Bu səbəbdən iddiaçı özünü öldürmək dərəcəsinə gəlmişdir. Cavabdeh iddiaçını qanuna zidd olaraq izləyib, getdiyi yerlər barədə məlumatlar yaymışdır. Belə ki, cavabdehin dediklərilə bağlı qeyd edir ki, direktorun kartına hər hansı pul vəsaiti köçürməmiş, eyni zamanda 2022-ci il oktyabr - noyabr aylarında iclasda ünvanına nalayiq sözlər deyilib və iddiaçı iclası tərk edib gedəndən sonra isə yenə də müəllimlərin yanında ünvanına nalayiq sözlər deyilmişdir və bunu direktor da təsdiq etmişdir. Məktəbdə təxminən 2015-2016-cı ildən başlayaraq dərsdən sonra məşqlər ümumi təhsil proqramına uyğun keçirilib. «Azadlıq» metrosu ətrafında bu kurslar keçirilir. Heç vaxt iddiaçı əsas dərs vaxtı sinifi boş qoymamış, məşğələlər nahardan sonra keçirilmişdir. Cavabdeh iddiaçını izləyib, hazırlıq dərsləri keçəndən balkona çıxarkən şəklini çəkib direktora verib. Bunu direktor da təsdiq etmişdir. 2022-ci ildə iddiaçı əməliyyat olunmuş, cavabdeh ona qarşı əxlaqa zidd hərəkətləri nəticəsində əsəb xəstəliyi tapmış, uzun müddət müalicə almış, maddi ziyana düşmüş və mənəvi əzab çəkmişdir. Buna görə də cavabdeh iddiaçıya dəyən maddi ziyan və mənəvi zərəri ödəməlidir. Cavabdeh polisdə araşdırılma zamanı qeyd etdiyi hərəkətləri qismən etiraf etmişdir. Belə ki, verdiyi izahatda qeyd etmişdir ki, ünvanına iclasda nalayiq sözlər demişdir və iddiaçını güdmüşdür. Araşdırma zamanı verdiyi izahatında Cavabdeh özü qismən etiraf edərək göstərib ki, 2022-ci il oktyabr ayında İddiaçı hazırlıq keçdiyi binada qohumunun evinə getdiyi zaman sonuncunu orada görmüşdür, xx.xx.2022-ci il tarixdə Lüdmila müəllimənin dərs vaxtı məktəbdən çıxdığını görüb arxasınca düşmüşdür və Binəqədi rayonunda hazırlıq keçdiyi məktəbə getdiyini görmüşdür. Bundan sonra o, binanın qarşısında dayanıb hazırlığa gələn tələbəni sorğu-sual edib. Orada gözləyib və Lüdmila müəllimə mənzilin balkonuna çıxanda onun şəklini çəkib və direktor Xürrəm Həsənova məlumat verib. Sonra iclasda öz iradını bildirib və prokurorluğa şikayət etmişdir. Bu hal cavabdeh tərəfindən iddiaçının şəxsiyyət azadlığına toxunması, qanunsuz onu güdməsini sübut edir. Cavabdeh Ş. Əhmədov qanunu pozur və ona maddi və mənəvi ziyan vurmuşdur. Polisdə araşdırma zamanı izahat verən digər müəllimlər X25, Həsənov Xürrəm Bəhlul oğlu - direktor, X12, X8 və X9 iddiaçının dediklərini tam təsdiq etmişdir. Belə olan halda Cavabdeh iddiaçıya maddi və mənəvi zərər vurması tam təsdiq olunub və ona dəyən maddi və mənəvi zərər ödənməlidir. Cavabdeh barəsində verdiyi şikayət ərizəsi Abşeron rayonu Pİ-nin İ şöbəsində araşdırılıb və Cavabdeh barəsində həmin şöbənin təhqiqatçısı polis kapitanı D.Piriyevin 26 fevral 2023-cü il tarixli, Hk-1/2576 saylı qərarı da cinayət işinin başlanması rədd olunub və toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığına görə material üzrə cinayət işinin başlanması rədd edilib. Həmçinin İddiaçı vurulmuş mənəvi zərərin ödənilməsi tələbilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Ona görə də Cavabdeh iddiaçıya dəyən maddi və mənəvi ziyanı ödəməlidir. İddiaçı ona dəyən maddi ziyanı 10000 manat və mənəvi ziyan da 20000 manat cəmi 30000 manat hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd olunan, mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsində qeyd olunur ki, delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsi ilə qeyd olunur ki, gizlin şəxsin onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlərin həmin məlumatları yaymış şəxs onların, həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsində qeyd olunur ki, şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış şəxsin şəxsin həmin məlumatların təkzibilə yanaşı onların yayılması nəticəisndə vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərdi ki, iddia qaldıran məktəbin ingilis dili müəllimi İddiaçı iddia ərizəsinin əvvəlindən ona şər, böhtan atır.İddiaçı qeyd edib ki, bir il əvvəl o guya məktəbdə işləyən müəllimlər barəsində prokurorluq və polis orqanlarına yalan məlumat vermişdir.Məktəbinin direktoru Həsənov Xürrəm Bəhlul oğlunun korrupsiya əməlləri ilə bağlı 2021-ci il dekabrın 6- da Azərbaycan Respublikası Baş Prokuroru cənab Kamran Əliyevə ərizə ilə müraciət etmişdir.Bu onun konstitusiyon hüququdur. Qubadlı rayon prokrorluğu araşdırma apararaq onun yazdığı faktların hamısının doğru olduğunu sübuta yetirmiş və nəticədə məsul şəxslərə cərimə ödətdirmişlər.Araşdırmalar davam edir. İddiasına cavab olaraq bildirir ki, guya o, iddiaçı barəsində yalan məlumatlar vermiş, onun məktəbin direktoru Xürrəm Həsənovla qeyri-rəsmi münasibətinin olması barədə məlumatlar vermişdir. 26 noyabr 2022-ci ildə məktəb direktorunun iştirakı ilə bütün məktəbin müəllimləri həmin iclasda iştirak ediblər, həmin sözü də o, iclas vaxtı demişdir. Xahis edir həmin iclasın protokolu tələb olunsun və məktəbin bütün müəllimləri məhkəməyə dəvət edib bu barədə sorğu alınsın. Bu Lüdmila müəllimənin ona qarşı şər, böhtandan başqa bir şeyi deyil. İddiaçı bu barədə Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinə ərizə ilə müraciət etmiş və həmin şikayət araşdırılaraq rədd edilmişdir.Bu iddiaçının öz ərizəsində bu fakt təsdiqini tapmışdır.Polisdə izahat verən müəllimlər məhkəmə zalına dəvət olunmalıdırlar. İddiaçının öz ərizəsindən məlum olur ki, o, 2015-ci ildən başlayaraq Bakı şəhəri Binəqədi rayon Azadlıq metrosu yaxınlığında kurs təşkil edərək şagirdləri həmin kurslara cəlb etmişdir. O, həmin binada yaşayan əmisigilə gedərkən Lüdmila müəllimənin dərs vaxtı orda kursda dərs keçdiyinin şahidi olmuşdur. O, kursa gələn şagirdlərdən həm söhbət aparmış və ona bildirmişlər ki, Lüdmila müəllimə hər həftənin 2-5-ci günləri üç qrupda dərs keçir. Bu barədə dərhal məktəbin direktoruna Xürrəm Həsənova məlumat vermiş, o isə buna inanmadığını bildirib və deyib ki, sübut üçün onun görüntüsünü mənə göstər ki, məndə özümdən yuxarı orqanlara məlumat verim. Bu faktı təsdiq etmək üçün məktəbin 10 В sinif jurnalında öz əksini tapmışdır. Həmin jurnalda həftənin 5-ci günü dərs cədvəlini və həmin sinif jurnalına baxmaq kifayət edər. Beləki, 10 В sinifində ingilis dili 5-ci gün saat 12:10-da başlayır və 12:55-də qutarır. O, Lüdmila müəlliməni saat 12:50-də həmin kursda görmüş, faktda telefon görüntüləri var. Lüdmila müəllimə dərsi boş qoyub dərs vaxtı kursda əlavə maaş alır. Dövlətinin ona verdiyi maaş alıb və məktəbdə həmin dərs vaxtlarını keçməyib, dövlətin pulunu mənimsəyib. Bu faktlardan sonra Lüdmila müəllimə məktəbin 2022-2023-cü dərs cədvəlində 5-ci gün dərsini pozaraq 4-cü günə keçirtmişdir. İddiaçının dəfələrlə dərsi nəzarətsiz qoyub getməsini məktəbin təlim tərbiyə işlər üzrə direktor müavini Telli Mehdiyeva da təsdiq edə bilər, onda bu barədə bir neçə təqdimat var. İddiaçı belə qanuni tələblərə tabe olmaq istəmir, ona görədə onu burada şərləyir. İddiaçı ona böhtan ataraq bildirir ki, o guya ona əxlaqi zidd hərəkətlər etmiş və əsəb xəstəliyi tapmışdır.O heç vaxt iddiaçıya qarşı hər hansı bir əxlaqə zidd hərəkət etməmiş, bunu sübuta yetirilməsini ondan tələb edir, nəyə görə o bu barədə polis və prokrorluq orqanlarına məlumat verməmişdir. O, iddiaçının 2019-2020-ci tədris ilində Türkiyə Respublikasında olan zaman ona məktəb rəhbərliyi tərəfindən qeyri-qanuni əmək haqqı yazılması haqda prokrorluğa məlumat vermişdir. Belə ki, müəllim xaricə səyahət edərkən onun dərsləri məktəbin digər ixtisasa uyğun müəlliminə həvalə edilməlidir və bu məktəbin əmr kitabında və buraxılan və əvəz olunan dərslərin uçotu kitabında qeyd olunmalıdır.Təəssüflər olsun ki, həmin vaxt məktəbin jurnalını qayıdarkən özü yazmışdır.Necə olur ki, xaricdə ola-ola dərs keçir, jurnal yazır və əmək haqqı alır. Məktəbin direktorundan soruşmaq lazımdır ki, nə üçün bu qanunsuzluğa göz yummuşdur. İddiaçını əsəb xəstəliyinə salan bu faktlardır. Dəfələrlə Lüdmila müəllimə bir neçə müəllimlə birlikdə Şərqi Zəngəzur təhsil idarəsinin rəisi X27 rayon İcra Hakimiyyətinə yazılı və şifahi şəkildə müraciət edərək onun və həmkarı Mübariz Hətəmxanovun işdən azad edilməsi barədə müraciət etmişdir. Görəsən onlar nə üçün əsəb xəstəliyə və digər xəstəliyə düçar olub Lüdmila müəlliməni məhkəməyə verib maddi hesab tələb etməmişdirlər. Bunu nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh vəkili və nümayəndəsi eyni məzmunlu izahat verərək iddianın rədd edilməsini xahiş etdi. X2 göstərdi ki, Abşeron rayonu, Nübar qəsəbəsində yerləşən Qubadlı rayonu Xanlıq kənd 3 saylı orta məktəbində müəllim işləyir.İddiaçı həmin məktəbdə ingilis dili müəllimi işləyir. Həmin məktəbdə keçirilən iclasda o iştirak etmişdir. İclas zamanı Cavabdeh iddiçının hazırlıq kurslarını keçirilməsi ilə əlaqədar məktəbdə dərs saatları buraxdığını və kursların keçirildiyi yerin şəkilini çəkdiyini bildirmişdir.Lakin Cavabdeh iddiaçının direktorla olan münasibətləri barədə heç nə eşitməmişdir. X3 göstərdi ki, Abşeron rayonu, Nübar qəsəbəsində yerləşən Qubadlı rayonu Xanlıq kənd 3 saylı orta məktəbində direktor vəzifəsində işləyir. İddiaçı həmin məktəbdə ingilis dili müəllim işləyir, cavabdeh isə hərbi üzrə müəllim işləyir. Həqiqətən də Cavabdeh Lüdmila müəllimi izləmiş və onun şəkillərini çəkmişdir. Həmçinin Cavabdeh prokurorluğa məktəbin dağıdıldığı və məktəbdə yeyinti olduğu barədə şikayət yazmışdır.Bununla bağlı araşdırma aparılımışdır. X5 göstərdi ki, Abşeron rayonu, Nübar qəsəbəsində yerləşən Qubadlı rayonu Xanlıq kənd 3 saylı orta məktəbində müəllim işləyir.İddiaçı həmin məktəbdə ingilis dili müəllim işləyir, cavabdeh isə hərbi üzrə müəllim işləyir. Həmin məktəbdə keçirilən iclasda o iştirak etmişdir. İclas zamanı Əhmədov X11 müəllimə bildirmişdir ki, o, dərsləri boş qoyur və Bakı şəhərində “Azadlıq” metrosunun yanında kurslarını keçirir.Lakin Cavabdeh iddiaçı barədə iclasda hər hansı təhqiredici sözlər dediyini eşitməmişdir. X4 göstərdi ki, Abşeron rayonu, Nübar qəsəbəsində yerləşən Qubadlı rayonu Xanlıq kənd 3 saylı orta məktəbində müəllim işləyir.İddiaçı və cavabdeh iş yoldaşlarıdır.O, məktəbdə keçirilən iclasda iştirak etmişdir. İclas zamanı Cavabdeh nə direktor haqqında, nə də Lüdmila xanım haqqında pis bir söz dediyini eşitməmişdir. Cavabdeh iclasda ancaq məktəbin problemləri və gündəlik işləri barədə danışmışdır.İclasda direktor və Lüdmila xanım arasında başqa münasibətlər olması barədə söhbət olmamışdır.O, Cavabdeh şəkil çəkməsi barədə heç bir söz eşitməmişdir. X1 göstərdi ki, Abşeron rayonu, Nübar qəsəbəsində yerləşən Qubadlı rayonu Xanlıq kənd 3 saylı orta məktəbində müəllim işləyir. İddiaçı və cavabdehi iş yoldaşları kimi tanıyır.O, hazırki iddia tələbi ilə tam tanışdır.İclas zamanı Şükür Lüdmila barəsində hər hansi pis söz deməsini eşitməmişdir.Şükürun direktorla mübahisə olduğunu bilir.X29 ilə mübahisə edilməsini eşitməmişdir. Məhkəmə iddiaçını, iddiaçının vəkili və nümayəndəsini, cavabdehi, cavabdehin vəkili və nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Pİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X10 tərəfindən tərtib edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış İddiaçı bildirmişdir ki, o, Abşeron rayonu, Nübar qəsəbəsində yerləşən Qubadlı rayon şəhid Həmidov adına Xanlıq kənd 3 saylı məktəbin İngilis dili müəllimi işləyir. X24 onun əridir. Barəsində şikayət etdiyi Cavabdeh adlı müəllim həmin məktbdə hərbi rəhbər işləyir. Təxminən il yarımdır sonuncu ondan və məktəbdə işləyən müəllimlər barəsində prokurorluğa yalan məlumatlar vermiş, guya onların məktəbin direktoruna rüşvət verdiyini bildirmiş, araşdırma zamanı isə Cavabdeh dediklərinin şər-böhtan olduğu məlum olmuşdur. Bundan sonra Şükür onun barəsində də yalan məlumatlar verməyə başlamış, məktəbdə keçirilən iclasda onun məktəbin direktoru ilə qeyri-rəsmi münasibətdə olduğunu, dərs saatlarında onun sinifi boş qoyub getdiyini, digər yerlərdə hazırlıq keçdiyini demişdir. Bu səbəbdən o, özünü öldürmə həddinə çatdığınıda bildirmişdir. O, Cavabdeh tərəfindən izləndiyini, məktəbdə hara getməsi barədə məlumatlar paylaşdığını görüb əri Həzi Hacıyevə bu barədə məlumat vermişdir. Buna görə də əri X24 şikayət etmək qərarına gəlmişdir. İzahatı alınmış X24, Həsənov Xürrəm Bəhlul oğlu, X12, X7 və X9 da eyni məzmunlu izahatlar verərək bir daha İddiaçı izahatında göstərdiyi xüsusatları təkrar və təsdiq etmişdir. İzahatı alınmış Cavabdeh bildirmişdir ki, o, Abşeron rayonu, Nübar qəsəbəsində yerləşən Qubadlı rayon şəhid Həmidov adına Xanlıq kənd 3 saylı məktəbin hərbi rəhbəri vəzifəsində işləyir. Barəsində şikayət edən İddiaçı onun iş yoldaşıdır. Aralarında heç bir düşmənçilik və ya ədavət yoxdur. Sadəcə olaraq məktəbdə təhsilin səviyyəsinin yüksəlməsini istəmişdir.2022-ci ilin oktyabr ayında İddiaçı hazırlıq keçdiyi binada qohumunun evinə getdiyi zaman sonuncunu orada görmüşdür. xx.xx.2022-ci il tarixdə Lüdmila müəllimənin dərs vaxtı məktəbdən çıxdığını görüb arxasınca düşmüş və Bakı şəhəri, Binəqədi rayonunda hazırlıq keçdiyi məktəbə getdiyini görmüşdür.Bundan sonra o, binanın qarşısında dayanıb hazırlığla gələn adını bilmədiyi şagirddən hara getdiyini soruşmuş, sonuncuda Lüdmila müəllimənin yanına getdiyini demişdir.Həmin vaxt o, orada gözləmiş və Lüdmila müəllimənin mənzilin eyvanına çıxdığı zaman şəklini çəkmiş və dirketor Xürrəm Həsənova məlumat vermişdir.Daha sonra o, məktəbdə keçirilən iclasda müəllimlərə öz iradını bildirmiş və Prokurorluğa şikayət etmişdir. O, əlavə olaraq İddiaçı direktor Xürrəm Həsənovla qeyri-rəsmi yaşaması barədə məlumat vermədiyini, heç kim tərəfindən izlətmədiyini, barəsində xoşagəlməz sözlər işlətmədiyini qeyd etmişdir. Araşdırma zamanı Cavabdeh mobil telefonuna baxış keçirilərək fotoşəkillər çəkilmiş və müvafiq qaydada protokol tərtib olunaraq toplanmış materiala əlavə edilmişdir. Beləliklə, aparılmış araşdırma zamanı toplanmış material üzrə Cavabdeh əməlində cinayətinin tərkib əlamətlərinin olması müəyyən edilmişdir. Belə ki, X16 müraciəti əsasında tərəfindən araşdırma aparılmış, 86 və 215.3.2-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixdə material aidiyyəti Abşeron rayon Prokurorluğuna göndərilmişdir. Lakin toplanmış material Abşeron rayon prokurorluğunda öyrənilən zaman materialda CM-nin 156-cı maddəsinin tərkibi əlamətləri olmadığı üçün qərar 25 yanvar 2023-cü il tarixdə ləğv edilmişdir. Belə olan halda toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığına görə material üzrə cinayət işinin başlanması rədd edilmiş, həmçinin İddiaçı vurulmuş mənəvi ziyanın ödənilməsi tələbi ilə əlaqədar olaraq mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin İX bölməsində mülki hüquq pozuntulardan (deliktlərdən) əmələ gələn öhdəliklər göstərilir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1.-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyət vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələnё pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən şəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 21-cı maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsrinin müddəaları yalnız real zərərin,habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) başa düşülür. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirilməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin qərarının 8-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarının 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.),habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2020-ci il tarixli qərarında göstərilir ki, Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. Hazırki işdə müəyyən olunmuşdur ki, zərərçəkənin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuş hadisə ehtiyatsızlıqla törədilmiş cinayət olmuşdur (Cinayət Məcəlləsinin 263.1.). Məhkəmə qeyd edir ki, təqsirkarın təqsirinin dərəcəsi də təzminatın miqdarının müəyyən edilməsində əhəmiyyət kəsb edir. Çünki ehtiyatsızlıqla cinayət törətmiş şəxsdən tutulan zərərin məbləği, qəsdən cinayət törətmiş şəxsdən tutulan zərənin məbləğindən fərqləndirilməlidir. Ona görə ki, ehtiyatsızlıqla cinayət törədən şəxs həmin əməlin ictimai-təhlükəli nəticələrini ya görmür, və yaxud arzu etmir, amma qəsdən cinayət törədən şəxslər əksinə, ictimai-təhlükəli nəticəni görür, arzu edir (daha təhlükəli əməl). “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqinda” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli qərarın 3-cü bəndində göstərilir, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması.Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır.Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Həmin qərarının 6-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. İddtiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçı cavabdehin əxlaqa zidd hərəkətləri nəticəsində əsəb xəstəliyi tapmasını, uzun müddət müalicə almasını və maddi ziyana düşməsinı göstərsə də, həmin zərərin real olduğunu təsdiq edən mötəbər, inandırıcı və təkzibolunmaz sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmədə ifadə verən şahidlər Cavabdeh tərəfindən iddiçının hazırlıq kursları keçirməsi ilə əlaqədar məktəbdə dərs saatlarını buraxdığını məktəbdə keçirilən iclasda öz çıxışlarında bildirməsini və kursların keçirildiyi yerin şəklini çəkməsini öz ifadələri ilə təsdiq etmişlər. Lakin Cavabdeh həmin iclasda iddiaçı ilə direktor arasında olan qeyrirəsmi münasibətlər barəsində heç bir söz deməmişdir. Məhkəmədə müəyyən olunub ki, Cavabdeh tərəfindən iddiçı İddiaçı barəsində doğru olmayan, iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlar yayılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Cavabdeh İddiaçı dəyən 10000 manat maddi ziyan və 20000 manat mənəvi zərər, cəmi 30000 (otuz min) manat pulun tutulub İddiaçı ödənməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qubadlı Rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar