Məhkəmə qərarları › İş №2(028)-36/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-36/2025

28.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-36/2025 28.04.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X4 Mübariz oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Cavabdeh nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 400 manat pul vəsaiti və 30 manat dövlət rüsumunun xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən sadələşdirilmiş icraat qaydasında verilmiş ərizə ümumi müddəalara uyğun olaraq iddia icraatına keçirilmişdir. Məhkəməyə ünvanlanmış ərizədə iddiaçı işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə saat 09:00 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində Cavabdeh idarə etdiyi və tərəflərindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Hyundai Veracruz” markalı, **-EF- *** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz C220” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. DYPnin əməkdaşı tərəfindən tərtib edilmiş TP4526270 №-li İnzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6, 327.1-ci maddələri ilə (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib edilmiş Qüsur aktında göstərilmişdir ki, “Mercedes Benz C220” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 400 manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA196940/21 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 400 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, məhkəmədən rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İnzibati tənbeh vermə haqqında TP4526270 saylı xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.2021-ci il tarixli İXP4113072 saylı protokola əsasən Ceyranbatan qəsəbəsində “Hyundai Veracruz” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi Cavabdeh ara məsafəsi qaydalarını pozmaqla, yol hərəkəti qaydalarının pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan PXA********** saylı xx.xx.2020-ci il tarixli İcbari sığorta müqaviləsinə dair məlumatlardan görünür ki, Cavabdeh məxsus “Hyundai Veracruz” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC-də sığortalanmışdır. Müqavilənin qüvvədən düşmə tarixi – xx.xx.2021-ci il. "xxxx" MMC-nin 7138 saylı xx.xx.2021-ci il tarixli Qiymətləndirmə aktından görünür ki, “Mercedes Benz C220” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyat hissələri və görülən işlərə görə cəmi 400 manat ödənilməlidir. "xxxx" ASC-nin PXA96940 saylı xx.xx.2020-ci il tarixli sığorta aktından görünür ki, xx.xx.2021-ci il tarixdə saat 9:00-da Ceyranbatan qəsəbəsində sığortalanmış “Hyundai Veracruz” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz C220” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. "xxxx" MMC tərəfindən təqdim olunan aktdan görünür ki, 400 manat maddi ziyan vurulmuşdur. Sığorta məbləği alan X2. İş materiallarından olan "xxxx" ASC-nin Cari hesab çıxarışı və Sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının Təhvil-təslim aktından görünür ki, X1 400 manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2021-ci il tarixli xəbərdarlıqda göstərilir ki, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisindəidarə onun idarə etdiyi etdiyi və tərəflərindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Hyundai Veracruz” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz C220” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə dəymiş zərərə görə tərəflərindən 400 manat sığorta ödənisi edilmişdir. Ondan hadisə zamanı hadisə yerindən yayınması nəzərə alınaraq tərəflərindən ödənilmiş 400 manat pul vəsaiti subroqasiya qaydasında şirkətə ödənilməsi təklif edilir. Əks halda məhkəməyə müraciət edilməsi bildirilir. İş materiallarından görünür ki, "xxxx" ASC Qubadlı Rayon Məhkəməsinə qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 30 manat ödəniş etmişdir. İş materiallarında olan Cavabdeh Abşeron RPİ DYPŞ-də verdiyi izahatından görünür ki, o, xx.xx.2021-ci il tarixdə saat 09:00 radələrində etibarnamə əsasında idarə etdiyi “Hyundai Veracruz” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Ceyranbatan qəsəbəsində “Araz” marketdən əsas yola çıxan zaman qarşıdan sağ dönən “Mercedes Benz C220” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərt tormoz verməsi nəticəsində ona yüngül toxunmuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vəzifələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə müvafiq olaraq, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Abşeron DYPŞ-si tərəfindən Cavabdeh barəsində İXM-nin 327.1-ci və 327.6-cı maddələrini pozduğuna görə İnzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Həmin qərardan şikayət verilməmiş və qərar qüvvəyə minmişdir. Cavabdeh Abşeron RPİ DYPŞ-də verdiyi ifadəsində “Mercedes Benz C220” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmasını etiraf etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, bu səbəbdən iddiaçının cavabdehdən sığorta ödənişi tələb etməsi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 400 manat pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar