Məhkəmə qərarları › İş №2(028)-388/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-388/2025

08.08.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-388/2025 08.08.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X11 Bəyistan oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli əmrin etibarsız hesab edilərək ləğv edilməsi, həmin tarixdən işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi, iddiaçının işə bərpa olunması və həmin tarixdən bugünə qədər məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2011-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Cavabdehndə musiqi müəllimi vəzifəsində işləmişdir. Onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İşdən çıxma barədə verilən mərlə razılaşmır. Belə ki, sosial şəbəkədən istifadə etdiyinə görə məktəb rəhbərliyi onu işdən azad etmişdir. Sosial şəbəkədə çıxış edərkən məktəbdə attestasiya ilə bağlı kitabların verilməsini, məktəbin direktoru və şöbə müdirinin də müəllimlərlə birlikdə attestasiya lunmasını bildirmişdir. Bu çıxışdan sonra rəhbərlik kollektivi onun üzərinə qaldırmış və heç bir əsas olmadan barəsində tənbeh tədbiri kimi “töhmət” və “şiddətli töhmət” verilmiş, sonradan işdən çıxması barədə xx.xx.2025-ci ildə əmr verilmişdir. İddiaçı məktəb üzrə həmkarlar təşkilatının üzvüdür. Əmr verilən zaman və ondan əvvəlki gün onun işdən çıxarılması barədə həmkarla təşkilatı yığıncaq keçirməmiş və o, həmin iclasa dəvət edilməmişdir. Halbuki qanunvericilik normalarına əsasən işəgötürən tərəfdən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Eyni zamanda məktəb direktoru ona şiddətli töhmət verməklə işdən azad etdiyini bildirmişdir. İşlədiyi dövrdə vəzifə təlimatına uyğun hərəkət etmiş, əmək funksiyalarına, əmək müqaviləsi üzrə öhdəliklərinə tam əməl etmişdir. İşlədiyi müddət ıərzində barəsində inzibati tənbeh verilməmiş, daimi nümunəvi işçi kimi təqdim olunmuşdur. Sadəcə iş yeri üzrə rəhbərliyi tənqid edib öz haqqını istədiyindən tənqid üstündə təqib olunmuş, işdən çıxarılmışdır. Bir il bundan əvvəl o, aliment artımı ilə bağlı məhkəməyə müraciət etdikdə məhkəmə tərəfindən ona əmək haqqısının 1600 manatdan çox olması bildirilmiş və bu səbəbdən aliment artırılması mümkün olmamışdır. Əslində iddiaçı şöbə müdiri Hürü adlı xanımdan hər ay 200 manat əlbəl pul almışdır. Əmək haqqısını və sosial şəbəkədə məktəbdə attestasiyanın keçirilməsini tələb etdiyinə görə rəhbərlik tərəfindən işdən xaric edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək bildirdi ki, mübahisələndirilən məsələ 10 yanvar 2025-ci il tarixli Əmrdir. Həmin Əmrdə iki əsas göstərilmişdir. Əvvəlcə əmrdə göstərilən ilk əsas “Tiktok” sosial şəbəkəsində məktəb kollektivi adına şər və böhtan xarakterli fikirlərin söylənməsi, məktəbin ümumi fəaliyyətini şübhə altına alma ilə bağlıdır. Cavabdeh ayıra bilmir ki, əmək funksiyasını pozmaq ilə şəxsin ünvanına söylənən hər hansı ifadələr eyni deyil və eyniləşdirilə bilməz. İddiaçı “Tiktok” sosial şəbəkəsində söylədiyi fikirlər şər və böhtan olması şübhə altındadır. Bu məsələni təsdiq edən məhkəmə qərarı yoxdur. İddiaçı məktəbdəki bəzi şəxslərlə konfliktinin olması və onlara söylədiyi hər hansı fikirlərin əmək funksiyasını pozmaqla, yəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əlaqəsi yoxdur. 07 yanvar 2025-ci il tarixli Pedoqoji Şuranın iclasındakı səsləri təqdim etmişlər. Səs yazısında İddiaçı olduqca təmkinli şəkildə deyir ki, “İlkin müəllim, (direktora) siz mənə əxlaqsız demisiniz”. İlkin müəllim isə deyir ki, bu söhbət iki il əvvəl olub. Deməli İddiaçı ilə məktəb kollektivi arasında şəxsi mübahisələr olduğu görünür. Digər məsələ Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndində göstərilən hal işçinin əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması halıdır. Cavabdeh tərəfin iddiasına görə guya İddiaçı 16 dekbar 2024-cü il tarixində töhmət verilmiş, 23 dekabr 2024-ci il tarixində isə şiddətli töhmət verilmişdir. Cavabdeh tərəf qeyd edir ki, 05 dekbar və 13 dekabr 2024-cü il tarixlərində İddiaçı iş saatı bitmədən iş yerini 1 saat erkən tərk edib. 20 dekabr 2024cü ildə isə bütöv iş günü işə gəlməmişdir. Bu əməllərə müvafiqdə töhmət və şiddətli töhmət verilmişdir. Bu əməllərdən sonra təkrarçılığa səbəb olan əməl nə olduğuna cavabdeh tərəfin gətirdiyi şahidlər də cavab verə bilməmişdir. Whatsapp yazışmalarından görünür ki, İddiaçı məktəbin direktoru İlkin müəllimə mesaj yazmışdır ki, o, üzrlü səbəbdən 20 dekabr 2024-cü ildə işə gələ bilməyəcəkdir. Məktəb direktorunun bir gündə iddiaçıya töhmət və şiddətli töhmət verməsi qanunsuzdur. İddiaçı işdən “X12”nə əməl etmədiyi üçün çıxarılmayıb, yəni 10 yanvar 2025-ci il tarixli Əmrin əsasını bu səbəb təşkil etmir. 10 yanvar 2025-ci il tarixli Əmr Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında verilmişdir. İddiaçı səs yazısına əsaslanılarsa, 07 yanvar 2025-ci il tarixli iclasda nalayiq ifadələr işlətməmişdir. Səs yazısından da bilinir ki, o, iclası tərk etdikdən sonra öz-özünə danışır və həmin nalayiq ifadələri iclas zalında səsləndirməmişdir. Göstərilənlərə əsasən xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi, iddiaçının işə bərpa olunması və həmin tarixdən bugünə qədər məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkilinin izahatına uyğun izahat verərək, kirayədə qaldığını, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını nəzərə alaraq iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Bundan əlavə İddiaçı ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, “TikTok” sosial şəbəkəsində məktəblə bağlı bir-iki dəfə çıxış etmiş, diskdə təqdim edilən çıxışları isə 2024-cü ilin dekabr ayının lap sonlarında, 28 və ya 29 dekabar 2024-cü il tarixlərin birində olmuşdur. Sosial şəbəkədə çıxış etməsinin səbəbi məktəbdə bəzi müəllimələrin ona haqsızlıq etmələri, onu təkləmələri ilə bağlı olmuşdur. O, heç vaxt iş yerini icazəsiz tez tərk etməmiş, ona daha öncə hər hansı töhmət və ya şiddətli töhmət verilməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə elektron kabinet vasitəsi ilə etiraz ərizəsi ünvanlayaraq, İddiaçı cavabdeh Qubadlı Şəhər Əbülfəz Mehdiyev adına Uşaq musiqi məktəbinə qarşı “Əmrin etibarsız hcsnb edilərək ləğv edilməsi, işə bərpa və məcburi proqula görə əmək haqqının ödənilməsi barədə” iddiasının rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, əmrin etibarsız hesab edilməsi və əmrin ləğv edilməsi hüquqi nəticələrinə görə tam fərqli anlayışlardır və tələblərdir. İddiaçı öz iddia ərizəsində mübahisələndirilən əmrin hansı səbəbə və əsasa görə etibarsız hesab edilməli olmasını izah etməmiş və əsaslandırmamış və əmrin etibarsız hesab edilməli olmasını təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddia ərizəsinin ilk “dəlili” ondan ibarətdir ki, “...Bildirirəm ki, mən 2011-ci il tarixdən xx.xx.2025-ci ilə kimi Qubadlı rayon Əbülfəz Mehdiyev adma Musiqi Məktəbində musiqi müəllimi vəzifəsində işləmişəm. Mənimlə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İşdən çıxmağım barədə verilən əmrlə razılaşmıram. Belə ki, mən sosial şəbəkədən istifadə etdiyimə görə məktəb rəhbərliyi məni işdən azad etmişdir. Mən sosial şəbəkədə çıxış edərək məktəbdə attestasiya ilə bağlı kitablar verilsin və məktəbin direktoru və şöbə müdiri bizimlə birlikdə atestasiya olunsun. Mənim bu çıxışımdan sonra məktəb rəhbərliyi kollektivi mənim üzərimə qaldırılmış və heç bir əsas olmadan barəmdə tənbeh tədbiri kimi “töhmət” və “şiddətli töhmət” verilmiş, sonradan mənim işdən çıxmağım barədə xx.xx.2025-ci ildə əmr verilmişdir...” Həmin “dəlil” tamamilə qanunsuz və əsassız, yəni heç bir əsası olmayan və heç bir sübutla təsdiq olunmayan uydurma və yalnız qərəzli subyektiv mülahizələrdən ibarətdir. Mübahisələndirilən əmrdə iddiaçının işdən azad edilməsinin konkret olaraq əsası, səbəbləri və həmin əsas və səbəbləri təsdiq edən kifayət qədər mötəbər sübutların məcmusu (məktub, cavab məktubu və sair sənədlər) qeyd edilmişdir. İddiaçı həmin əmrdə qeyd edilənlərə dair heç bir qanuni və əsaslı dəlil irəli sürə bilməmişdir, çünki iddiaçı hamı tərəfindən ağılabatanlıqla qəbul edilən dəlil irəli sürmək üçün əsasa, dəlilə və sübutlara malik olmamışdır. Buna görə də iddiaçı ən asan yolu seçərək heç bir inandırıcılığı olmayan, uydurma və yalnız qərəzli subyektiv “dəlillər” irəli sürmüşdür. İddiaçı əvvəlcə nə üçün məktəbin rəhbərliyinə, cavab verilmədiyi və ya mənfi cavab verildiyi halda yuxarı orqanlar olan X7 Mədəniyyət İdarəsinə və ya Mədəniyyət Nazirliyinə yazılı şəkildə ərizə ilə müraciət etmədiyini, guya attestasiyaya hazırlaşmaq üçün kitablar, özü də məhz hansı kitabları istəmədiyini və istənilən kitabların həmin məktəbdə, Regional İdarədə olubolmadığını izah etməmiş və əsaslandırmamışdır. Eyni zamanda iddiaçı qanunvericiliklə müəyyən olunmuş qaydada siyahısı əvvəlcədən dəqiqliklə müəyyən edilmiş bütün işçilər üçün məcburi olan attestasiyanın keçirilməsindən nə üçün narahat olduğunun səbəbini izah etməmiş və əsaslandırmamışdır. İddiaçı nə üçün məhz “məktəbin direktorunun və şöbə müdirinin bizimlə birlikdə attestasiya olunmasının” səbəbini zah etməmiş və əsaslandırmamışdır. O, hansı şöbə müdirinin, özü də niyə başqa şöbə müdirlərinin də deyil, məhz və yalnız həmin şöbə müdirinin attestasiya olunmasını tələb etdiyini izah etməmiş və əsaslandırmamışdır. Məgər iddiaçı bilmir ki, kimlərin, yəni hansı işçilərin nə vaxt attestasiya olunmasını məktəbin rəhbərliyi müəyyən etmir, attestasiya qanunvericiliklə dəqiq müəyyən olunmuş qaydada həyata keçirilir. Attestasiya kimlərinsə sifarişi, arzusu və ya tələbi əsasında həyata keçirilmir. İddia ərizəsinin digər “dəlili” ondan ibarətdir ki, “...Mən, məktəb üzrə həmkarlar təşkilatının üzvüyəm. Əmr verilən zaman və ondan əvvəlki günlər mənim işdən çıxmağım barədə həmkarlar təşkilatı yığıncaq keçirməmiş və məni həmin yığıncağa dəvət edilməmişəm. Halbuki ƏM-nin 80-ci maddəsinə görə “Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir”. Əmək Məcəlləsinin 9-cu maddəsinin “k” bəndinə görə işçi “qanunvericiliklə müəyyən olunmuş qaydada həmkarlar ittifaqlarının, ictimai birliklərin üzvü olmaq, habelə bu təşkilatların və ya əmək kollektivinin keçirdiyi tətillərdə, mitinqlərdə, toplantılarda və qanunvericiliklə qadağan olunmayan digər kütləvi tədbirlərdə iştirak etmək” hüququna malikdir...” Həmin “dəlil” də tamamilə qanunsuz və əsassız, yəni heç bir əsası olmayan və heç bir sübutla təsdiq olunmayan uydurma və yalnız qərəzli subyektiv mülahizələrdən ibarətdir və mübahisələndirilən əmrin özünə əlavə edilən sənədlərlə tam və mötəbər şəkildə təkzib olunur. Belə ki, məktəbin direktoru İlkin Bəhrəmli tərəfindən Qubadlı Şəhər Əbülfəz Mehdiyev adına Uşaq musiqi məktəbinin X10 komitəsinin sədri Çinarə Abbasovaya ünvanlanmış 01 nömrəli, 07 yanvar 2025-ci il tarixli məktubda deyilir ki, “..Məlumat üçün bildirmək istəyirəm ki, məktəbin nəzəriyyə şöbəsinin müəllimi Nuriyevə Sevda Əbil qızı sosial şəbəkələrdə məktəb kollektivinin ünvanına qeyri-etik və əsası olmayan böhtan xarakterli fikirlər səsləndirmişdir. O əvvəllərdə dəfələrlə iclaslarda, iş prosesi zamanı ayrı-ayrı müəllimlərin ünvanına təhqiramiz ifadələr səsləndirmiş məktəb kollektivinin ümumi fəaliyyətinə kölgə salmağa çalışmışdır. Sizdən xahiş edirəm ki, yerli komitə olaraq bu məsələ ilə bağlı iclas keçirəsiniz və İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirəsiniz..” Qubadlı şəhər Əbülfəz Mehdiyev adına Uşaq musiqi məktəbinin X10 komitəsinin sədri Çinarə Abbasova tərəfindən məktəbin direktoru İlkin Bəhrəmliyə ünvanlanmış 09 yanvar 2025-ci il tarixli cavab məktubunda deyilir ki, “...Hörmətli İlkin müəllim, Sizin 07 01.2025-ci il tarixli 01 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, xx.xx.2025-ci il tarixində iclas keçirilmiş və Qubadlı şəhər Əbülfəz Mehdiyev adına Uşaq musiqi məktəbinin nəzəriyyə şöbəsinin müəllimi Nuriyevə Sevda Əbil qızına əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini kobud şəkildə pozduğu üçün qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə etiraz etmir...” Göründüyü kimi məktəb tərəfindən iddiaçının istinad etdiyi və ya istinad etmədiyi müvafiq maddi hüquq normalarının tələblərinə tam əməl edilmiş və hər hansı bir pozuntuya yol verilməmişdir. İddia ərizəsinin digər “dəlili” ondan ibarətdir ki, “...Həmçinin bildirirəm ki, məktəbin direktoru mənə bildirmişdir ki, sizə “şiddətli töhmət” elan etməklə ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edirəm. Mən, işlədiyim müddət ərzində vəzifə təlimatına uyğun hərəkət etmiş, əmək funksiyalarıma, müqaviləsi üzrə öhdəliklərə tam əməl etmişəm. İşlədiyim müddət ərzində barəmdə inzibati tənbeh verilməmiş, daimi nümunəvi işçi kimi təqdim olunmuşam. Hesab edirəm ki, iş yeri üzrə rəhbərliyi tənqid edib öz haqqımı istədiyimdən tənqid üstündə təqib olunmuş, işdən çıxarılmışam. 1 il bundan əvvəl mən aliment artımı ilə bağlı məhkəməyə müraciət etdikdə məhkəmə tərəfindən mənə bildirmişlər ki “Sizin əmək haqqınız 1600 manatdan çoxdur, bu səbəbdən də aliment artırılması mümkün deyildir”. Əslində mənə şöbə müdiri Hürü adlı xanımdan hər ay 200 manat əlbəəl pul almışam. Əmək haqqımın tam ödənilməsini tələb etdiyimdən və sosial şəbəkədə məhkəbdə attestasiyanın keçirilməsini tələb etdiyimə görə məktəb rəhbərliyi tərəfindən işdən xaric edilmişəm...” Həmin “dəlil” də digər “dəlillər” kimi tamamilə qanunsuz və əsassız, yəni heç bir əsası olmayan və heç bir sübutla təsdiq olunmayan uydurma və yalnız qərəzli subyektiv mülahizələrdən və ziddiyyətlərdən ibarətdir. İddiaçının həmin “dəlil”indəki ziddiyyət ondan ibarətdir ki, iddiaçı öz iddia ərizəsində həm guya “onun bu çıxışından sonra məktəb rəhbərliyinin kollektivi onun üzərinə qaldırmasından və heç bir əsas olmadan onun barəsində tənbeh tədbiri kimi “töhmət” və “şiddətli töhmət” verilməsindən, sonradan onun işdən çıxmağı barədə xx.xx.2025-ci ildə əmr verilməsindən” bəhs edir, həm də guya “işlədiyi müddət ərzində barəsində inzibati tənbeh verilməməsindən, daimi nümunəvi işçi kimi təqdim olunmasından” bəhs edir. Bildirilir ki, İddiaçı 2011-ci ildən xx.xx.2025-ci il tarixinədək Qubadlı Şəhər Əbülfəz Mehdiyev adına Uşaq musiqi məktəbində Nəzəriyyə Şöbəsinin müəllimi vəzifəsində işləmişdir. İddiaçı işlədiyi müddətdə məktəbin kollektivi arasında özünü daima mənfi xarakterizə olunan işçi kimi aparmış, rəhbərliklə və məktəbin kollektivi ilə kobud davranmış və müxtəlif sosial şəbəkələrdə və platformalarda onları təhqir edən, onlar barəsində şər və böhtan xarakterli, məktəbin adına və işgüzar nüfuzuna xələl gətirən fikirlər səsləndirmiş, dəfələrlə müəllim adına yaraşmayan əməllərə yol vermiş, rəhbərlik və məktəb kollektivi tərəfindən ona edilən haqlı iradlara heç bir məhəl qoymayaraq səs-küy salmaqla və yüksək səslə qışqırmaqla və məktəb rəhbərliyinin və kollektivin ünvanına etikadan kənar ifadələr və sözlər işlətməklə məktəbin normal fəaliyyətini, iş rejimini və daxili intizam qaydalarını pozmuş və bununla da özünü mütamadi olaraq əmək müqaviləsi üzrə əmək funksiyasını düzgün yerinə yetirməyən və əmək vəzifələrini kobud surətdə pozan işçi kimi göstərmişdir və buna görə də onun barəsində məktəbin rəhbərliyi tərəfindən dəfələrlə müxtəlif intizam tənbeh tədbirləri (xəbərdarlıq, töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət) tətbiq edilmişdir. X7 Mədəniyyət İdarəsi Qubadlı şəhər Ə.Mehdiyev adına Uşaq Musiqi Məktəbinin direktoru tərəfindən verilmiş “İddiaçı intizam tənbehi verilməsi haqqında” 26 №-li, 16 dekabr 2024-cü il tarixli Əmrdə deyilir ki, “...Məktəbin nəzəriyyə şöbəsinin müəllimi İddiaçı xx.xx.2024-cü il tarixində iş vaxtı dərs cədvəlinə əsasən saat 18:30-da bitdiyi halda 17:30da icazəsiz olaraq məktəbi tərk etmişdir. 16 dekabr 2024-cü il tarixində məktəbin nəzəriyyə şöbəsinin müəllimi İddiaçı xx.xx.2024- cü il tarixində saat 17:30-da xəbərdarlıq etmədən işdən 1 saat tez getdiyi üçün məktəb rəhbərliyi tərəfindən izahat tələb edilmişdir. O, etik davranış qaydalarına uyğun olmayan formada kobud cavab vermiş və izahat verməkdən imtina etmişdir...” Həmin Əmrə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini düzgün yerinə yetirə bilmədiyi üçün və müəssisədaxili nizam-intizam qaydalarını pozduğuna görə, məktəbin nəzəriyyə müəllimi İddiaçı 16 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilməsi; gələcəkdə belə hallara yol verərsə, onun barəsində daha ciddi intizam tənbehinin tətbiq ediləcəyinin İddiaçı nəzərinə çatdırılması və Əmrin icrasına nəzarətin öz üzərində saxlaması əmr edilmişdir. (Əmrin verilməsinə Əsas: İddiaçı haqqında xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində tərtib edilmiş aktlar). X7 Mədəniyyət İdarəsi Qubadlı şəhər Ə.Mehdiyev adına Uşaq Musiqi Məktəbinin direktoru tərəfindən verilmiş “İddiaçı intizam tənbehi verilməsi haqqında” 27 №-li, 23 dekabr 2024-cü il tarixli Əmrdə deyilir ki, “...Məktəbin Nəzəriyyə şöbəsinin müəllimi İddiaçı üzrlü səbəb olmadan iş vaxtı rejiminin pozulması, işə gecikmə, icazə almadan işdən tez getmə hallarına yol vermişdir ki, bu da nəticədə dərs saatlarının pozulmasına gətirib çıxarmışdır. Bununla əlaqədar olaraq ona dəfələrlə şifahi xəbərdarlıq edilmiş və 16 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ a” bəndinə əsasən töhmət verilmişdir. Lakin, İddiaçı bundan heç bir nəticə çıxarmayaraq xx.xx.2024-cü il tarixində iş günü olmasına baxmayaraq, xəbərdarlıq etmədən bütöv iş günü işdə olmamışdır...” Həmin Əmrə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını düzgün yerinə yetirə bilmədiyi üçün İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmətin verilməsi, gələcəkdə belə hallara yol verərsə onun barəsində daha ciddi intizam tənbehinin tətbiq ediləcəyinin İddiaçı nəzərinə çatdırılması və Əmrin icrasına nəzarətin öz üzərində saxlaması əmr edilmişdir (Əmrin verilməsinə Əsas: İddiaçı haqqında 16 dekabr 2024-cü il tarixində verilmiş AR ƏMnin 186-cı maddəsinin 2-ci hissəsinin “ a” bəndinə əsasən verilmiş intizam tənbehi, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində tərtib edilmiş aktlar). Lakin, İddiaçı bu intizam tənbeh tədbirlərindən heç bir nəticə çıxarmamış və nəticədə X7 Mədəniyyət İdarəsi Qubadlı şəhər Ə.Mehdiyev adına Uşaq Musiqi Məktəbinin direktorunun 02 nömrəli, 10 yanvar 2025-ci il tarixli “İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında” Əmrinə əsasən onunla bağlanılmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixindən AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Həmin Əmrdə deyilir ki, “...Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, qanunvericiliyə uyğun olaraq qarşıdan gələn illərdə musiqi məktəbləri üçün keçiriləcək olan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi prosesinə etiraz məqsədilə, respublika üzrə bir qrup müəllim tərəfindən whatsapp, facebook, tik-tok sosial platformalarında qruplar yaradılmışdır. Qubadlı şəhər Ə.Mehdiyev adına Uşaq musiqi məktəbinin nəzəriyyə şöbəsinin müəllimi İddiaçı həmin qruplara qoşularaq (Tik-Tok sosial şəbəkəsində) canlı yayım zamanı məktəb kollektivinin adına heç bir əsası olmayan şər və böhtan xarakterli fikirlər səsləndirərək onları təhqir etmiş, məktəb rəhbərliyinin və kollektivinin ümumi fəaliyyətini şüphə altına alan fikirlər irəli sürmüşdür. Bu hal məktəb kollektivinin haqlı narazılığına səbəb olmuş və çoxsaylı müəllim heyəti tərəfindən məktəb rəhbərliyinə yazılı olaraq müraciət edilmişdir. Daha sonra xx.xx.2025-ci il tarixində məktəbin Pedaqoji şurasının iclası zamanı İddiaçı etik davranış qaydalarını və əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını kobud şəkildə pozmuşdur. İddiaçı 16 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə əsasən töhmət və 23 dekabr 2024-cü il tarixində isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət almışdır…” İddiaçının guya “Əslində ona şöbə müdiri Hürü adlı xanımdan hər ay 200 manat əlbəəl pul alması, əmək haqqının tam ödənilməsini tələb etdiyindən və sosial şəbəkədə məhkəbdə atesstasiyanın keçirilməsini tələb etdiyinə görə məktəb rəhbərliyi tərəfindən işdən xaric edilməsi barədə” irəli sürdüyü “dəlil” tamamilə yalandan və böhtandan ibarətdir. İddiaçı bu barədə hər hansı bir sübutu nə hal-hazırki mülki iş üzrə məhkəməyə, nə də məhkəmədən əvvəl şikayət etdiyi dövlət orqanlarına təqdim etməmişdir. İddiaçı öz iddia ərizəsində nə üçün Hürü adlı xanımdan 200 manat əlbəəl pul aldığını, bu pulun nə pulu olduğunu, nə üçün öz əmək haqqısının tam ödənilməsini məhz Hürü adlı xanımdan tələb etdiyini və Hürü adlı xanımın hansı vəzifədə işlədiyini və onunla hansı münasibətlərə malik olduğunu izah etməmiş və əsaslandırmamışdır. Sevil Nuriyevanın əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin istinad edilən normalarınınn bütün tələblərinə tam əməl edilmiş və hər hansı bir pozuntuya yol verilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı məktəb rəhbərliyi tərəfindən çağırılaraq, ondan iş yerini vaxtından erkən tərk etməsi ilə bağlı izahat verilməsi xahiş edilib. İddiaçı isə izahat verməkdən boyun qaçırıb və bununla bağlı akt tərtib edilib. İddiaçı işdən çıxarılması ilə bağlı Həmkərlar Təşkilatının verdiyi rəy təkcə Çinarə Abbasovanın imzasından ibarət deyi, həmin rəydə digər müəllimlərin də imzası mövcuddur. Whatsapp yazışmaları rəsmi sənəd deyil və sübut kimi qiymətləndirilməməlidir. Həmin təqdim edilən whatsapp yazışmaları onu göstərir ki, məktəb rəhbərliyinin iddiaçıya qarşı qərəzi olmamışdır. 10 yanvar 2025-ci il tarixli İddiaçı işdən azad olunması ilə bağlı Əmrin əsasını 16 dekabr 2024-ci il tarixli və 23 dekabr 2024-cü il tarixli əmrlər, Qubadlı rayon Ə.Mehdiyev adına Musiqi Məktəbinin Həmkərlar Təşkilatının Rəyi və İddiaçı barəsində tərtib olunmuş aktlardır. İddiaçı məktəb kollektivi ilə arasında olan mübahisələri “Tiktok” sosial şəbəkəsinə danışmaqla məktəbin nüfuzuna xələl yetirmişdir və bu müəllim etikasına yaraşmayan hərəkətdir. İddiaçı məktəb kollektivindən yalnız bir şəxsin adını çəkərək təhqir etməmişdir. O, Qubadlı rayon Ə.Mehdiyev adına Musiqi Məktəbinin müəllimlərini savadsız adlandırmışdır. İddiaçı dövlət müəssisəsində işləyir və o, etik davranış normalarına riayət etməlidir. İddiaçı “Tiktok” sosial şəbəkəsində və məktəbin iclaslarında işlətdiyi nalayiq ifadələr etik qaydalara uyğun deyil. 20 dekabr 2024-cü ildə İddiaçı bütöv iş günü işə gəlməməsi ilə bağlı 23 dekabr 2024-cü il tarixli Əmr verilmişdir və həmin əmrlə İddiaçı şiddətli töhmət almışdır. Məhz 20 dekabr 2024-cü ildəki əməldən sonra İddiaçı törətdiyi əməl 07 yanvar 2025-ci ildə Pedoqoji Şuranın iclasında müəllimlərin ünvanına nalayiq ifadələrin işlədilməsidir. “Uşaq incəsənət, rəssamlıq və musiqi məktəblərinin nümunəvi Əsasnaməsi”ndə müəllimin davranışı və etikası ilə şagirdlərə nümunə olması qeyd edilir. İddiaçı bu halları pozmuşdur. 10 yanvar 2025-ci il tarixli Əmri tamamilə qanuni, maddi və prosessual normalara uyğun hesab etdiyinə görə iddia tələbinin rəd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X3 bildirdi ki, iddiaçı ilə iş yoldaşı olublar. İddiaçı ilə iş günləri uzlaşır. Bu səbəbdən o, işə gəlməyəndə və iş yerini tez tərk etdikdə xəbəri olur. O, dəfələrlə iş yerini vaxtından erkən tərk edib. Hətta bəzən bütöv iş günü işdə iştirak etməyib. İddiaçı 16 dekabr 2024-cü il və 23 dekabr 2024-cü il tarixlərində müvafiq olaraq töhmət və şiddətli töhmət almışdır. 25 noyabr 2024-cü ildə 17:30-da iş saatı bitdiyi halda o, 16:30-da, 05 dekabr 2024-cü il, 16 dekabr 2024-cü il tarixlərində İddiaçı iş yerini vaxtından tez tərk etmiş, 20 dekabr 2024-cü ildə isə ümumilikdə işə gəlməmişdir. İddiaçı barəsində tərtib olunan bəzi Aktlarda onun da imzası var. Öz iradəsi ilə həmin aktlara imza çəkmişdir. İddiaçı iclaslarda, sosial şəbəkələrdə məktəb müəllimlərinin ünvanına “savadsızlar” ifadəsini dəfələrlə işlətmişdir. Bundan əlavə məktəb rəhbərliyi tərəfindən İddiaçı izahat verməsi və elan edilmiş töhmətlərlə tanış olub imzalaması tələb edilsə də, sonuncu izahat verməkdən və əmrlərlə tanış olmaqdan imtina etmişir. Məhkəmə iclasında şahid X5 bildirdi ki, sözügedən məktəbin fortepiano müəlliməsidir. 15 ildir ki, həmin məktəbdə işləyir. İddiaçı 16 dekabr 2024-cü il və 23 dekabr 2024-cü il tarixlərində müvafiq olaraq töhmət və şiddətli töhmət almışdır. Səbəb isə odur ki, İddiaçı 13 dekabrda işi erkən tərk etmiş, 20 dekabrda isə bütöv iş günü işə gəlməmişdir. 07 yanvar 2025-ci il tarixində Pedoqoji Şuranın iclası olmuşdur. İclasda iddiaçı “Tiktok“ sosial şəbəkəsində məktəb kollektivinin adına səsləndirdiyi nalayiq ifadələr müzakirə olunmuşdur. İddiaçı da həmin iclasda iştirak edib. O, “Tiktok” sosial şəbəkəsindəki çıxışlarında məktəbin müəllimlərini savadsız adlandırmışdır. 09 yanvar 2025-ci ildə X1 heyətinin iclası keçirilmişdir. X1 heyətinin üzvüdür. Sevda müəllimə iclasda iştirak etmişdir. Bu iclasda da o, “Tiktok” sosial şəbəkəsində çıxış edərək, məktəbin adına işlətdiyi nalayiq ifadələrdən peşman olmadığını söyləmiş, məktəbin müəllimlərini, eləcə də onu “savadsızlar və əxlaqı yerində olmayanlar” adlandırmışdır.13 dekabr 2024-cü ildə İddiaçı iş saatı 18:30-da bitdiyi halda o, 17:30-da iş yerini tərk etmişdir. İddiaçı işə gəlməyəndə Nəzəriyyə Şöbəsinin müdiri Çinarə Abbasova əvəz edib. İddiaçı ilə bağlı aktlar tərtib olunması səbəblərinin özləri şahid olublar. O, icazəsiz işdən tez çıxır, hətta bəzən bütöv iş günü işə gəlmirdi. Təxmin etdiyinə görə Sevda müəllimə ilə bağlı tərtib olunan 3 aktda imzası vardır. İddiaçı barəsində 10 yanvar 2025-ci il tarixli Akt 10 yanvar 2025-ci il tarixində saat 13:00-14:00 radələrində, 05 dekabr 2024-cü ildə İddiaçı iş saatı bitmədən iş yerini tərk etdiyi üçün dekabrın 6-sı 2024-cü ildə Akt tərtib olunmuşdur. İddiaçı dekabrın 6-sı 2024-cü ildə Nəzəriyyə Şöbəsinin müdiri Çinarə Abbasova tərəfindən çağırılaraq, işi tez tərk etmə səbəbi soruşulub. Lakin o , kobud şəkildə cavab verərək, dəqiq məlumat verməmişdir. Onun barəsində 06 dekabr 2024-cü ildə tərtib olunmuş Aktda şahid olaraq imzası var. Bundan əlavə məktəb rəhbərliyi tərəfindən İddiaçı izahat verməsi və elan edilmiş töhmətlərlə tanış olub imzalaması tələb edilsə də, sonuncu izahat verməkdən və əmrlərlə tanış olmaqdan imtina etmişir. Məhkəmə iclasında şahid X6 bildirdi ki, o, Qubadlı rayon Ə.Mehdiyev adına Musiqi Məktəbinin Nəzəriyyə Şöbəsinin müdiridir. İddiaçı 16 dekabr 2024-cü il və 23 dekabr 2024cü il tarixlərində müvafiq olaraq töhmət və şiddətli töhmət almışdır. Səbəb isə odur ki, İddiaçı 13 dekabr 2024-cü ildə dərs saatı 17:30- da bitdiyi halda, o, 16:45-də iş yerini tərk etmiş, 20 dekabrda isə bütöv iş günü işə gəlməmişdir.O, əvvəllər də intizam pozuntuları etmişdir. Belə ki, 25 noyabr 2025-i il tarixində iş saatı 18:00- da bitdiyi halda, İddiaçı iş yerini 16:20-də tərk etmişdir. 07 yanvar 2025-ci il tarixində Pedoqoji Şuranın iclası olmuşdur. İclasda İddiaçı “Tiktok“ sosial şəbəkəsində məktəb kollektivinin adına səsləndirdiyi nalayiq ifadələr müzakirə olunmuşdur. İddiaçı da həmin iclasda iştirak edib. O, “Tiktok” sosial şəbəkəsindəki çıxışlarında məktəbin müəllimlərini savadsız adlandırmışdır. İclasda isə üzr istəmək əvəzinə “Əcəb etmişəm” dedmişdir. 09 yanvar 2025-ci il tarixində Qubadlı rayon Ə.Mehdiyev adına Musiqi Məktəbinin müəllim kollektivi adından Həmkərlar Təşkilatına məktub ünvanlamışdır. Bununla əlaqədar 09 yanvar 2025ci ildə X1 heyətinin iclası keçirilmişdir. İddiaçı da iclasda iştirak etmişdir. Bu iclasda da o, “Tiktok” sosial şəbəkəsində çıxış edərək məktəbin adına işlətdiyi nalayiq ifadələrdən peşman olmadığını söyləmişdir. 10 yanvar 2025-ci ildə İddiaçı barəsində verilmiş Əmrlə tanış olması, imzalaması və surətinin təqdim olunması üçün təqdim olunsa da, onu imzalamaqdan imtina etmişdir.10 yanvar 2025-ci ildə məktəb kollektivinin 07 yanvar 2025ci ildə göndərdiyi məktuba Həmkərlar Təşkilatının sədri olaraq özü və digər müəllimlər rəy verərək cavab ünvanlamışdır ki, İddiaçı əmək funksiyalarını pozmasına şahidlik edir və işdən azad olunmasına razıdılar. O, dəfələrlə İddiaçı Qubadlı rayon Ə.Mehdiyev adına Musiqi Məktəbinin Nəzəriyyə Şöbəsinin müdiri olaraq, açıq dərs keçirilməsi ilə bağlı tapşırıq vermişdir. Lakin o, bundan imtina etmiş və öz peşə fəaliyyəti ilə bağlı vəzifələrini həyata keçirməmişdir. Hətta uşaqlara onun savadsız müəllimə olduğunu deyirdi. Məhkəmə iddiaçını, onun nümayəndəsi və vəkilini, cavabdehin nümayəndəsi və vəkilini, şahidləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli Akta əsasən Cavabdeh nəzəriyyə şöbəsinin müdiri X6, “X.Ç.A.” şöbəsinin müdiri X9, fortepiano üzrə müəllim X3 bu aktı tərtib edərək, məktəbin nəzəriyyə şöbəsinin müəllimi İddiaçı xx.xx.2024-cü iltarixdə dərs cədvəlinə uyğun olaraq iş vaxtı 17:30-da bitməli olduğu halda 16:20-də iş yerini heç bir məlumat vermədən tərk etməsini təsdiq etmişlər. xx.xx.2024-cü il tarixli Akta əsasən Cavabdeh “X.Ç.A” şöbəsinin müdiri Ziya Qasımov, “Fortepiano” şöbəsinin müdiri Hürü Musayeva, “Fortepiano” şöbəsinin müəllimi Tağıyeva İlhamə bu aktı tərtib edərək, məktəbin nəzəriyyə şöbəsinin müəllimi İddiaçı iş vaxtı dərs cədvəlinə əsasən 17:45-də bitdiyi halda 16:35-də iş yerini tərk etməsini təsdiq etmişdirlər. xx.xx.2024-cü il tarixli Akta əsasən Qubadlı şəhər Əbülfəz Mehdiyev adına Uşaq Musiqi Məktəbinin “X.Ç.A” şöbəsinin müdiri Ziya Qasımov, Nəzəriyyə şöbəsinin müdiri Çinarə Abbasova, fortepiano müəllimi Könül Əsgərova bu aktı tərtib edərək həqiqətən də məktəb rəhbərliyi tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixində nə üçün işdən tez getməsi ilə bağlı izahatın tələb olunmasını, İddiaçı həmin gün özünü yaxşı hiss etmədiyi üçün işdən icazəsiz olaraq tez getdiyini şifahi bildirməsini, yazılı izahat verməkdən imtina edərək kobud şəkildə məktəb rəhbərliyinə “gedin işinizlə məşğul olun” deyərək otaqdan çıxmasını təsdiq etmişlər. xx.xx.2024-cü il tarixli Akta əsasən Qubadlı şəhər Əbülfəz Mehdiyev adına Uşaq Musiqi Məktəbinin “X.Ç.A” müdiri Ziya Qasımov, müəllimlər Ozal Məmmədxanlı, Könül Əsgərova bu aktı tərtib edərək həqiqətən də məktəbin nəzəriyyə şöbəsinin müəllimi İddiaçı xx.xx.2024-cü il tarixdə iş vaxtı dərs cədvəlinə əsasən saat 18:30-da bitdiyi halda 17:30-da icazəsiz olaraq məktəbi tərk etdiyini təsdiq etmişlər. xx.xx.2024-cü il tarixli Akta əsasən Qubadlı şəhər Əbülfəz Mehdiyev adına Uşaq Musiqi Məktəbinin “X.Ç.A” şöbəsinin müdiri Ziya Qasımov və məktəbin müəllimləri Sevər Quliyeva, İlhamə Tağıyeva bu aktı tərtib edərək həqiqətən də xx.xx.2024-cü il tarixdə məktəbin nəzəriyyə şöbəsinin müəllimi İddiaçı xx.xx.2024-cü il tarixdə saat 17:30-da xəbərdarlıq etmədən işdən bir saat tez getdiyi üçün məktəb rəhbərliyi tərəfindən izahatı tələb edildikdə onun “Mən izahat filan yazmıram. Siz kimsiz məndən izahat tələb edirsiniz? Sizin başınıza özüm oyun açaçam.” deyərək izahat yazmaqdan boyun qaçırmasını təsdiq etmişlər. xx.xx.2024-cü il tarixli Akta əsasən Qubadlı şəhər Əbülfəz Mehdiyev adına Uşaq Musiqi Məktəbinin “X.Ç.A” müdiri Ziya Qasımov, müəllimlər Könül Əsgərova və Ozal Məmmədxanlı bu aktı tərtib edərək həqiqətən də məktəbin nəzəriyyə şöbəsinin müəllimi İddiaçı xx.xx.2024-cü il tarixdə iş günü olmasına baxmayaraq xəbərdarlıq etmədən bütöv iş günü işdə olmamasını təsdiq etmişlər. xx.xx.2024-cü il tarixli Akta əsasən Qubadlı şəhər Əbülfəz Mehdiyev adına Uşaq Musiqi Məktəbinin “X.Ç.A” şöbəsinin müdiri Ziya Qasımov və məktəbin müəllimləri İlhamə Tağıyeva və Ozal Məmmədxanlı bu aktı tərtib edərək həqiqətən xx.xx.2024-cü il tarixdə məktəbin nəzəriyyə şöbəsinin müəllimi İddiaçı xx.xx.2024-cü il tarixdə xəbərdarlıq etmədən bütöv iş günü işdə olmadığı üçün məktəb rəhbərliyi tərəfindən izahat tələb edildikdə onun izahat yazmaqdan boyun qaçırmasını təsdiq etmişlər. X7 Mədəniyyət İdarəsi Qubadlı şəhər Əbülfəz Mehdiyev adına Uşaq Musiqi Məktəbinin 26 saylı xx.xx.2024-cü il tarixli əmrindən çıxarışa əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini düzgün yerinə yetirə bilmədiyi üçün və müəssisədaxili nizmaintizam qaydalarını pozduğuna görə məktəbin nəzəriyyə şöbəsinin müəllimi İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Əmr bununla əsaslandırılmışdır ki, məktəbin nəzəriyyə şöbəsinin müəllimi İddiaçı xx.xx.2024-cü il tarixində iş vaxtı dərs cədvəlinə əsasən saat 18:30-da bitdiyi halda 17:30-da icazəsiz olaraq məktəbi tərk etmişdir. 16 dekabr 2024-cü il tarixdə məktəbin nəzəriyyə şöbəsinin müəllimi X2 xx.xx.2024-cü il tarixində saat 17:30-da xəbərdarlıq etmədən işdən 1 saat tez getdiyi üçün məktəb rəhbərliyi tərəfindən izahat tələb edilmişdir. O, etik davranış qaydalarına uyğun olmayan formada kobud cavab vermiş və izahat verməkdən imtina etmişdir. X7 Mədəniyyət İdarəsi Qubadlı şəhər Əbülfəz Mehdiyev adına Uşaq Musiqi Məktəbinin 27 saylı xx.xx.2024-cü il tarixli əmrindən çıxarışa əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini düzgün yerinə yetirə bilmədiyi üçün İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Əmr bununla əsaslandırılmışdır ki, məktəbin nəzəriyyə şöbəsinin müəllimi İddiaçı üzrlü səbəb olmadan iş vaxtı rejiminin pozulması, işə gecikmə, icazə almadan işdən tez getmə hallarına yol vermişdir ki, bu da nəticədə dərs saatlarının pozulmasına gətirib çıxarmışdır. Bununla əlaqədar olaraq ona dəfələrlə şifahi xəbərdarlıq edilmiş və 16 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Lakin İddiaçı bundan heç bir nəticə çıxarmayaraq xx.xx.2024-cü il tarixdə iş günü olmasına baxmayaraq, xəbərdarlıq etmədən bütöv iş günü işdə olmamışdır. xx.xx.2025-ci il tarixli Akta əsasən Qubadlı şəhər Əbülfəz Mehdiyev adına Uşaq Musiqi Məktəbinin müəlllimləri xx.xx.2025-ci il tarixdə məktəbin pedoqoji şurasının iclası keçirilməsini, iclasda məktəbin müəlliməsi İddiaçı sosial şəbəkədə məktəbin rəhbərliyi və müəllim kollektivi haqqında söylədiyi nalayiq sözlər, şər və böhtanların müzkirə olunmasını, İddiaçı iclas zamanı məktəb rəhbərliyinə və bütün müəllim kollektivinə qarşı təhqiredici ifadələrin işlətməsini, “Əcəb edirəm, yaxşı eləmişəm” deyərək müəllimlərin şərəf və ləyaqətini daha iclas zamanı alçaltmasını, nə sosial şəbəkədə, nə iclas zamanı söylədiyi alçaldıcı ifadələrə görə üzr istəməməsini, hədə-qorxu gəlməkdə davam etməsini təsdiq etmişlər. Qubadlı şəhər Əbülfəz Mehdiyev adına Uşaq Musiqi Məktəbi üzrə X10 Komitəsi Rəyasət Heyətinin xx.xx.2025-ci il tarixli protokoluna əsasən Qubadlı şəhər Əbülfəz Mehdiyev adına Uşaq Musiqi məktəbinin nəzəriyyə şöbəsinin müəllimi İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə etiraz edilmir. xx.xx.2025-ci il tarixli Akta əsasən Qubadlı şəhər Əbülfəz Mehdiyev adına Uşaq Musiqi Məktəbinin “X.Ç.A” müdiri Ziya Qasımov, müəllimlər Könül Əsgərova və İlhamə Tağıyeva bu aktı tərtib edərək həqiqətən də məktəbin nəzəriyyə şöbəsinin müəllimi İddiaçı xx.xx.2025-ci il tarixdə məktəbə dəvət edilməsini, əmək müqaviləsinnə xitam verilməsini əmr ilə tanış edilməsini, İddiaçı əmrin surətini istəməsini, əmrin aşağı hissəsində imzasını çəkilməsinə dair məlumatlandırılmasını, onunsa imzalamaqdan imtina etməsini təsdiq etmişlər. X7 Mədəniyyət İdarəsi Qubadlı şəhər Əbülfəz Mehdiyev adına Uşaq Musiqi Məktəbinin 02 saylı xx.xx.2025-ci il tarixli əmrinə əsasən İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndi ilə əvvəllər aldığı intizam tənbehindən nəticə çıxarmadığı üçün xx.xx.2025-ci il tarixdən Əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Əmr bununla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, qanunvericiliyə uyğun olaraq qarşıdan gələn illərdə musiqi məktəbləri üçün keçiriləcək olan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi prosesinə etiraz məqsədilə, respublika üzrə bir qrup müəəlim tərəfindən whatsapp, facebook, tik-tok sosial platformalarında qruplar yaradılmışdır. Qubadlı şəhər Ə.Mehdiyev adına Uşaq musiqi məktəbinin nəzəriyyə şöbəsinin müəllimi İddiaçı həmin qruplara qoşularaq (Tik-Tok sosial şəbəkəsində) canlı yayım zamanı məktəb kollektoivinin adına heç bir əsası olmayan şər və böhtan xarakterli fikirlər səsləndirərək onları təhqir etmiş, məktəb rəhbərliyinin və kollektivinin ümumi fəaliyyətini şübhə altına alan fikirlər irəli sürmüşdür. Bu hal məktəb kollektivinin haqlı narazılığına səbəb olmuş və çox saylı müəllim heyəti tərəfindən məktəb rəhbərliyinə yazılı olaraq müraciət etmişdir. Daha sonra xx.xx.2025-ci il tarixində məktəbin Pedoqoji şurasının iclası zamanı İddiaçı etik davranış qaydalarını və əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını kobud şəkildə pozmuşdur. X8 16 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə əsasən töhmət və 23 dekabr 2024-cü il tarixində isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət almışdır. İş materiallarına əlavə edilmiş diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, İddiaçı “TikTok” sosial şəbəkəsində “Xalqın haqq səsi” səhifəsində çoxsaylı insanların qoşulduğu online müzakirdə aşağıdakı ifadələri işlətmişdir: “bizim kadrlarda orada çoxsaylı savadsız müəllimlər var”, “onlar işverəndi”, “onlar şərəfsiz və ləyaqətsizdi”, “bizim məktəbimiz kolleqalar çox pis insanlardır”, “bizdə müəllimlər var A ilə B-ni qanmayanlar”. İş materiallarına əlavə edilmiş diskdə olan səs yazıları məhkəmə iclasında dinlənilərkən müəyyən edilmişdir ki, İddiaçı 07 yanvar 2025-ci ildə Pedoqoji Şuranın iclasında sosial şəbəkədə çıxışlarında haqlı olduğunu bildirir və müəllimlərin ünvanına nalayiq ifadələr işlədir. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışa əsasən mediasiya prosesinin keçirilməsinə dair xx.xx.2025-ci il tarixdə tərəflərə (İddiaçı nümayəndəsi və Cavabdeh direktoru X4) bildiriş göndərilmiş, hər iki tərəfin nümayəndəsi prosesdə iştirak etmişdir. Beləliklə də məhkəmə araşdırması zamanı tərəflərin izahatları, şahid ifadələri, təqdim edilmiş aktlar, video görüntlər və səs yazıları əsasında müəyyən edilmişdir ki, Qubadlı şəhər Əbülfəz Mehdiyev adına Uşaq Musiqi məktəbinin nəzəriyyə şöbəsinin müəllimi İddiaçı xx.xx.2024-cü il, 05 dekabr 2024-cü il və 13 dekabr 2024-cü il tarixlərdə iş yerini vaxtında əvvəl tərk etdiyinə və bununla bağlı izahat verməkdən imtina etdiyinə görə 16 dekabr 2024-cü il tarixli əmrlə ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmiş, İddiaçı həmin əmrlə tanış olmaqdan imtina etmişdir. Bundan sonra 20 dekabr 2024-cü ildə İddiaçı xəbərdarlıq etmədən bütöv iş günü işdə olmamış və bununla bağlı izahat verməkdən imtina etmişdir. Ona görə də 23 dekabr 2024cü il tarixli əmrlə ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, İddiaçı həmin əmrlə tanış olmaqdan imtina etmişdir. Bundan sonra 2024-cü ilin dekabr ayının sonlarında İddiaçı “TikTok” sosial şəbəkəsində “Xalqın haqq səsi” səhifəsində çoxsaylı insanların qoşulduğu online müzakirdə məktəbin müəllimləri barəsində aşağıdakı ifadələri işlətmişdir: “bizim kadrlarda orada çoxsaylı savadsız müəllimlər var”, “onlar işverəndi”, “onlar şərəfsiz və ləyaqətsizdi”, “bizim məktəbimiz kolleqalar çox pis insanlardır”, “bizdə müəllimlər var A ilə B-ni qanmayanlar”. Qeyd edilən səbəblərdən də xx.xx.2025-ci ildə məktəbin pedoqoji şurasının iclası keçirilmiş, həmin iclasda iştirak edən İddiaçı sosial şəbəkələrdə çıxışlarında haqlı olduğunu bildirmiş, həmçinin məktəbin kollektivi və ayrı-arı müəllimlərin ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə məktəb direktoru tərəfindən Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq həmin məktəbin həmkarlar ittifaqı komitəsinə müraciət edilərək İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılması məsələsinə münasibət bildirilməsi təklif edilmiş, bununla bağlı Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyətinin xx.xx.2025-ci il tarixli iclası keçirilmiş və İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə etiraz edilməməsi qərara alınmışdır. Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2025-ci il tarixli məktubunda İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə etiraz edilməməsi qeyd edilmişdir. Bundan sonra X7 Mədəniyyət İdarəsi Qubadlı şəhər Əbülfəz Mehdiyev adına Uşaq Musiqi Məktəbinin 02 saylı xx.xx.2025-ci il tarixli əmrinə əsasən İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndi ilə əvvəllər aldığı intizam tənbehindən nəticə çıxarmadığı üçün xx.xx.2025-ci il tarixdən Əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Əmr bununla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, qanunvericiliyə uyğun olaraq qarşıdan gələn illərdə musiqi məktəbləri üçün keçiriləcək olan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi prosesinə etiraz məqsədilə, respublika üzrə bir qrup müəəlim tərəfindən whatsapp, facebook, tik-tok sosial platformalarında qruplar yaradılmışdır. Qubadlı şəhər Ə.Mehdiyev adına Uşaq musiqi məktəbinin nəzəriyyə şöbəsinin müəllimi İddiaçı həmin qruplara qoşularaq (Tik-Tok sosial şəbəkəsində) canlı yayım zamanı məktəb kollektivinin adına heç bir əsası olmayan şər və böhtan xarakterli fikirlər səsləndirərək onları təhqir etmiş, məktəb rəhbərliyinin və kollektivinin ümumi fəaliyyətini şübhə altına alan fikirlər irəli sürmüşdür. Bu hal məktəb kollektivinin haqlı narazılığına səbəb olmuş və çox saylı müəllim heyəti tərəfindən məktəb rəhbərliyinə yazılı olaraq müraciət etmişdir. Daha sonra xx.xx.2025-ci il tarixində məktəbin Pedoqoji şurasının iclası zamanı İddiaçı etik davranış qaydalarını və əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını kobud şəkildə pozmuşdur. X8 16 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə əsasən töhmət və 23 dekabr 2024-cü il tarixində isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət almışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Qubadlı şəhər Ə.Mehdiyev adına Uşaq musiqi məktəbinin nəzəriyyə şöbəsinin müəllimi İddiaçı 16 dekabr 2024-cü il tarixdə töhmət, 23 dekabr 2024-cü il tarixdə isə sonuncu xəbərdarlıqla şiddətli töhmət verildikdən sonra sosial şəbəkələrdə çıxış edərək məkəbin, məktəbin kolektivinin və müəllimlərin ünvanına nalayiq ifadələr işlətməsi, məkətəbin pedoqoji kollektinin peşəkarlığına və nüfuzuna kölgə salan söz və ifadələrdən istifadə etməsi, həmçinin xx.xx.2025-ci il tarixdə məktəbin pedoqoji şuras şurasının iclasında sosial şəbəkələrdə çıxışlarında haqlı olmasını bildirməklə digər müəllimlərin ünvanına təkrar nalayiq ifadələr işlətməsi haqlı olaraq etik davranış qaydalarının və əmək funksiyalarının kobud şəkildə pozulması kimi qiymətləndirilmiş və onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə 02 saylı xx.xx.2025-ci il tarixli qanuni və əsaslı əmr verilmişdir. Belə ki, müəllimin qeyd edilən davranışları həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kollegiyasının 8 noyabr 2018-ci il tarixli 6/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin nümunəvi əsasnaməsi”nin 6-cı hissəsinin 3-cü bəndi ilə müəyyən edilmiş müəllimin vəzifələrinə uyğun olmamış və həmin davranışlar qeyd edilən əsasnamə ilə müəllimin üzərinə qoyulmuş vəzifələrin pozulması kimi qiymətləndirilməldir. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş qaydalara əməl edilərək işdən azad etmişdir. Bu səbəbdən iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Həmin Məcəllənin 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci bəndinə əsasən maddəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 186-cı maddəsinə əsasən maddəsinə əsasən əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri: 1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80-ci maddəsinin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 294-cü maddəsinin 1-ci bəndinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 294-cü maddəsinin 4-ci bəndinə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Həmin Məcəllənin 294-cü maddəsinin 5-ci bəndinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-ci bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kollegiyasının 8 noyabr 2018-ci il tarixli 6/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin nümunəvi əsasnaməs”inin 6-cı hissəsinin 3-cü bəndinə əsasən müəllimin vəzifələri: davranışı, geyimi, etikası, əməyi və şəxsi nümunəsi ilə şagirdlərə mənəvi dəyərlərə, milli və ümumbəşəri sərvətlərə hörmət və məhəbbət aşılamaq; əmək intizamına əməl etmək, müdiriyyətin əmr, sərəncam və tapşırıqlarını dəqiq və vaxtında yerinə yetirmək; məktəbin fəaliyyətini əhatə edən bütün işlərdə (şöbə və pedaqoji şuranın iclaslarında, akademik konsertlərdə, dinləmə, baxış, yoxlama-sorğu və imtahanlarda, açıq və nümunəvi dərslərdə, metodik məruzələrdə, məktəbdaxili və məktəbdənkənar tədbirlərdə, ictimai işlərdə və s.) fəal iştirak etmək. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kollegiyasının 29 iyul 2025-ci il tarixli 3-24/3-3-KQ-5/2025 nömrəli Qərarı ilə təsdiq edilmiş “İncəsənət məktəb və mərkəzlərinin nümunəvi əsasnaməsi”nin 4.1-ci bəndinə əsasən təhsilverənlərin vəzifələri aşağıdakılardır: 4.1.1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək; 4.1.2. təhsil proqramlarının mənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək; 4.1.3. etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək; 4.1.4. təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək; 4.1.5. Məktəbin daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək. Göründüyü kimi həm hazırki əmək mübahisəsi baş verdiyi vaxt, həm də hazırda qüvvədə olan əsasnamədə müəllimlərin, təhsilverənlərin vəzifələri kimi onların davranışı, etikası, şəxsi nümunəsi ön plana çəkilərək xüsusi vurğulanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi rədd edilsin. İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi, iddiaçının işə bərpa olunması və həmin tarixdən bu günə qədər məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar