Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-434/2020 19.11.2020 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Vladimir Yefimoviç Ruvinovun sədrliyi, Aynurə Akif qızı Mustafayevanın katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf Qubadlı rayon qeydiyyat şöbəsinə qarşı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi, doğum və nikah haqqında akt qeydlərinə düzəliş olunması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə müraciət edərək, Qubadlı rayon Xanlıq icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 01 saylı xx.xx.1977-ci il tarixli doğum haqqında akt qeydində doğulduğu yer Qubadlı rayon, Qubadlı şəhərindən Qubadlı rayon, Xanlıq kəndinə və Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş 63 saylı xx.xx.1997-ci il tarixli nikah haqqında akt qeydində nikahdan əvvəlki soyadının Abbasovadan Bayramovaya, doğulduğu yerin Qubadlı rayon, Hal kəndindən Qubadlı rayon, Xanlıq kəndinə düzəliş edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək göstərdi ki, o, xx.xx.1976-cı ildə Qubadlı rayon, Xanlıq kəndinə anadan olmuşdur. Qubadlı rayon, Hal kəndində qeydiyyatdadır. Onun soyadı Bayramova, doğulduğu yer isə Qubadlı rayon, Xanlıq kəndi olmuşdur. xx.xx.1997-ci il tarixdə o, X5 ilə ailə həyatı qurmuş və həyat yoldaşının soyadına keçmişdir. Nikah haqqında şəhadətnamədə onun nikahdan əvvəlki soyadı səhvən Abbasova, doğulduğu yer isə Qubadlı rayon, Hal kəndi kimi qeyd olunmuşdur. Əslində isə onun nikahdan əvvəlki soyadı Bayramova, doğulduğu yer isə Qubadlı rayon, Xanlıq kəndi qeyd olunmalı idi. O, Qubadlı rayon qeydiyyat şöbəsinə müraciət edərək Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş 63 saylı xx.xx.1997-ci il tarixli nikah haqqında akt qeydində nikahdan əvvəlki soyadının Abbasovadan Bayramovaya, doğulduğu yerin Qubadlı rayon, Hal kəndindən Qubadlı rayon, Xanlıq kəndinə düzəliş edilməsini xahiş etmiş, lakin onun xahişi təmin edilməmiş və ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Buna görə o, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Azərbaycan Respublikası MPM-nin 339-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 340-ci maddəsinə əsasən ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bunları nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etdi. İş üzrə maraqlı tərəf olan Qubadlı rayon qeydiyyat şöbəsi məhkəməyə ünvanlanmış ərizədə işə onların iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçini dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan və xx.xx.2012-ci il tarixdə verilmiş vətəndaşın şəxsiyyət vəsiqəsinin kserosurətində göstərilir ki, Ərizəçi xx.xx.1976-cı il tarixdə Qubadlı rayon, Xanlıq kəndində doğulmuşdur. İş materiallarında olan Qubadlı rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X2 xx.xx.1976-ci il tarixdə doğulmuşdur. X3ü, anası X1r. İş materiallarında olan Qubadlı rayon VVAQ şöbəsi tərəfindən verilmiş nikahbağlanması haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X5 və X4 xx.xx.1997-ci ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 63 № ilə qeyd edilmişdir. İş materiallarında olan Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 05/Q-49/62 nömrəli məktubda göstərilir ki, Qubadlı rayon Xanlıq icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 01 saylı xx.xx.1977-ci il tarixli doğum haqqında akt qeydində doğulduğu yer Qubadlı rayon, Qubadlı şəhəri, Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş 63 saylı xx.xx.1997-ci il tarixli nikah haqqında akt qeydində nikahdan əvvəlki soyadı Abbasova, doğulduğu yer Qubadlı rayon, Hal kəndi kimi qeyd edilmişdir. Buna baxmayaraq Sumqayıt ŞPİ QŞVŞ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş (AZE № 0*******) şəxsiyyət vəsiqəsində isə doğulduğu yerin Qubadlı rayon, Xanlıq kəndi kimi qeyd olunduğu müəyyən olunmuşdur. Bundan əlavə xx.xx.2000-ci il tarixdə Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş İ-AZ N 128736 saylı təkrar doğum haqqında şəhadətnamədə soyadı Bayramova, doğulduğu yer Qubadlı rayon, Xanlıq kəndi kimi yazılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Doğum və nikah haqqında akt qeydində düzəliş edilməsi üçün zəruri olan sənədləri təqdim etməklə bu barədə ərizə daimi yaşadığınız yerin qeydiyyat şöbəsinə, akt qeydinə qeydiyyat şöbəsi tərəfindən düzəlış edilməsinə kifayət qədər əsas olmadıqda isə məhkəməyə müraciət edə bilərsiniz. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəci həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Qubadlı rayon Xanlıq icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 01 saylı xx.xx.1977-ci il tarixli doğum haqqında akt qeydində doğulduğu yer Qubadlı rayon, Qubadlı şəhərindən Qubadlı rayon, Xanlıq kəndinə və Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş 63 saylı xx.xx.1997-ci il tarixli nikah haqqında akt qeydində nikahdan əvvəlki soyadın Abbasovadan Bayramovaya, doğulduğu yerin Qubadlı rayon, Hal kəndindən Qubadlı rayon, Xanlıq kəndinə düzəliş edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-434/2020
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-434/2020
19.11.2020 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver