Məhkəmə qərarları › İş №2(028)-463/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-463/2021

23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-463/2021 23.08.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X4 Ruvinovun sədrliyi İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə» dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1100 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1130 manatın alınaraq xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “\/AZ 212140” markalı, **-MM-*** dövlət nömrə nişanlı avtomobil 15.04.2019-cu ildən 15.04.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır.Sığortalı ilə 15.04.2019-cu il tarixli PXA********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır.2019-cu il dekabrın 12-də Cavabdeh etibarnamə olmadan idarə etdiyi “VAZ 212140” markalı, **-MM-*** dövlət nömrə nişanlı avtomobillə Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə Lermontov küçəsinin kəsişməsində özündən qarşıda işıqforda dayanmış “SAİPA SAİNA” markalı, **-PD-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur.Həmin hadisə ilə bağlı Sumqayıt DYPŞ tərəfindən 14.12.2019-cu il tarixində AP0150352 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması hаlları istisna omaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə və 327.1-ci maddələri ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən 13.12.2019-cu il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “SAİPA SAİNA” markalı, **-PD-*** dövlət nömrə nışanlı avtomobilə 1100 manat məbləğində zərər dəymişdir.İddiaçı 27.01.2020-ci il tarixində həmin məbləği zərərçəkmiş şəxs "xxxx" MMC-yə ödəmişdir.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh ünvanlanmış məhkəmə bildirişi Qubadlı rayon İcra Hakimiyyəti vasitəsi ilə cavabdehin ünvanına çatdırılmış, lakin cavabdehdən məhkəməyə heç bir sənəd daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan İnzibati xəta haqqında AP ******* nömrəli, 14.12.2019-cu il tarixli protokoldan görünür ki, VAZ212140 markalı 99MM074 dövlət qeydiyyat nişanlı avtomobilin sürücü Cavabdeh Koroğlu - Lermontov küçəsinin kəsişməsində özündən qarşıda sfetoforda dayanan “SAİPA SAİNA” markalı, **-PD-*** dövlət nömrə nişanlı avtomaşınla lazımi ara məsafəsi saxlamayıb arxadan toqquşmuşdur. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.Araşdırma zamanı sürücününü avtomaşını etibarnaməsiz idarə etdiyi məlum olmuşdur. İcbari Sığorta Müqaviləsinə dair məlumatdan görünür ki, sığortalı X2 “VAZ 212140” markalı, **-MM-*** dövlət nömrə nişanlı avtomobili sığortaçı "xxxx" ASC-də sığortalamışdır. Sumqayıt şəhər Polis İdarəsi Dövlət X7 3903 saylı, 23.12.2019-cu il tarixli Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışından görünür ki, VAZ212140 markalı 99MM074 dövlət qeydiyyat nişanlı avtomaşının mülkiyyətçisi X1r.Hadisə baş verdiyi anda isə sürücü Cavabdeh olmuşdur.Yol-nəqliyyat hadisəsinin baş verdiyi anda “SAİPA SAİNA” markalı, **-PD-*** dövlət nömrə nişanlı avtomaşına zərər vurulmuşdur. Avtomobillərin Texniki Xidmət Mərkəzinin qüsur aktından görünür ki, “SAİPA SAİNA” markalı, **-PD-*** dövlət nömrə nişanlı avtomaşının ehtiyyat hissələrinə 760 manat və işçiliyə görə 340 manat, cəmi 1100 manat ziyan dəymişdir. "xxxx" ASC-nin PXA56466 saylı sığorta aktından görünür ki, 12.12.2019-cu il tarixdə 05:10 saatda Sumqayıt şəhəri Koroğlu küçəsində sığortalanmış (sığortalı X2) VAZ212140 markalı 99MM074 dövlət qeydiyyat nişanlı avtomobil “SAİPA SAİNA” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur.Qüsur aktına uyğun olaraq zərər 1100 manat təşkil edir.Sığorta ödəniş məbləği "xxxx" MMC-yə köçürülür. 02.02.2021-ci il tarixli ödəniş vərəqəsindən görünür ki, "xxxx" ASC PXA56466 saylı sığorta aktına əsasən "xxxx" MMC-nin xeyrinə 1100 manat sığorta ödənişi etmişdir. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin tələbinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinin tələbinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Azərbaycan Respublikası MM-nin 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ bu Məcəllənin 936.6-ci maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vəzifələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 284-1-284-6, 936-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1100 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 1130 manat iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar