Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1006/2022 13.12.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Xudaverdiyev Namik Əhməd oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur və həmin evə mülkiyyət hüququ 01,04.2022-ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********84-10301 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Həmin evə mülkiyyət sənədini aldıqdan sonra İddiaçı məlum olmuşdur ki, iş üzrə Cavabdeh həmin evdə qeydiyyatda qalmışdır. Cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 1 saylı fərdi yaşayış evinin əvvəlki mülkiyyətçilərindən birinin ailə üzvlərindəndir, çoxdandır həmin evdə yaşamır və hal-hazırda həmin evdə cavabdehə aid heç bir əşya yoxdur, onun hal-hazırda formal olaraq İddiaçı məxsus evdə qeydiyyatda qalması isə mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozur və məhdudlaşdırır. İddiaçı mənzilə dair sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst şəkildə həyata keçirə bilmir, həmin evə dair əlavə kommunal və digər xərclər ödəməli olur. Göründüyü kimi, Cavabdeh özünə başqa daimi yaşayış sahəsi seçdiyindən, hazırda həmin evdə ona aid heç bir əmlakı olmadığından onun İddiaçı məxsus evdə qeydiyyatda qalması formal xarakter daşıyır və bu da İddiaçı mülkiyyət hüququnu pozur və məhdudlaşdırır. Ona görə də hesab edir ki, Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair istifadə hüququ itirilmiş hesab edilməlidir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək bildirmişdir ki, iddianı müdafiə edir, təmin edilməsini məhkəmədən xahiş edir. Bundan əlavə bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar 13 dekabr 2022-ci il tarixə saat 12:30-a təyin olunmuş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi və çağırış vərəqəsi göndərilməsinə baxmayaraq həmin şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi tam xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli “Elektron notariat” X1 vasitəsilə Yaşayış yeri zrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, ünvan 4 ünvanında X3 və Cavabdeh qeydiyyatdadırlar. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Cavabdeh həmin evdə qeydiyyatdadır, lakin həmin evdə yaşamır və onun həmin evə olan qeydiyyatı formal xarakter daşıyır. Uzun müddətdir ki, həmin evdə cavabdehə məxsus heç bir əmlak yoxdur, özünün başqa daimi yaşayış yeri vardır. Bununla da, həmin şəxsin həmin ünvana olan qeydiyyatı uzun müddətdir ki, formal xarakter daşıyır, faktiki olaraq isə həmin evə dair istifadə hüququnu itirmişdir. Cavabdehin həmin ünvana formal qeydiyyatı isə iddiaçının həmin evə dair mülkiyyət hüququnu pozur, evə dair sahiblik, istifadə və sərəncam hüquqlarını məhdudlaşdırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1 və 5-ci bəndlərinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh uzun müddətdir ki, İddiaçı məxsus mübahisəli evdə yaşamadığından, həmin evdə ona məxsus heç bir əmlaklar olmadığından, onun formal olaraq pasport qeydiyyatında qalması mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozduğundan və evə dair mülkiyyət hüququnun həyata keçirilməsinə maneçilik törətdiyindən onun ünvan 5 ünvanda yerləşən yaşayış evinə dair istifadə hüququ itirilmiş hesab edilməklə həmin hüququna xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə dair istifadə hüququ itirilmiş hesab edilməklə həmin hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-1006/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1006/2022
13.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver