Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-1010/2020 11.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu İddiaçı Qusar rayonu Kiriğ kənd bələdiyyəsinə qarşı sənədlərin əsllərinin alınması tələbinə dair iddia ərizəsinə baxaraq, Müəyyən etdim: İddiaçı Qusar rayonu Kiriğ kənd bələdiyyəsinə qarşı sənədlərin əsllərinin alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində göstərilən sənədlərin əsllərinin təqdim olunması məqsədilə cavabdeh Qusar rayonu Kiriğ bələdiyyəsinə və ya həmin sənədlərin saxlanıldığı digər müvafiq icra hakimiyyəti orqanına müraciət etməli olduğu halda, bunu etməmiş və həmin sənədlərin məhkəmədən kənar əldə olunmasının qeyri-mümkünlüyü barədə heç biri sənədi məhkəməyə təqdim etməmişdir. Belə olan halda həmin iddiaya məhkəmədə baxıla bilməz və həmin sənədlərin təqdim edilməsi üçün bələdiyyəyə və ya müvafiq icra hakimiyyəti orqanına müraciət olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 153.2, 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, hazırkı ərizədə göstərilmiş tələblərə məhkəmə qaydasında baxıla bilməz və bu səbəbdən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalı, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Həmçinin, iddiaçıya iddia ərizəsində göstərilən sənədlərin əsllərinin təqdim olunması üçün bələdiyyəyə və ya müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 153.2.1, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Qusar rayonu Kiriğ kənd bələdiyyəsinə qarşı sənədlərin əsllərinin alınması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı iddia ərizəsində göstərilən sənədlərin əsllərinin təqdim olunması üçün bələdiyyəyə və ya müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar.
Məhkəmə qərarları › İş №2(029)-1010/2020
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-1010/2020
11.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver