Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-104/2025 10.04.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı yaşayış evinə təbii qazın verilişin bərpa edilməsi və qaz sayğacının quraşdırılmasına dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı yaşayış evimə təbii qazın verilişin bərpa edilməsi və qaz sayğacının quraşdırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 İstismarı İdarəsinin Qusar xidmət sahəsi tərəfindən qanunsuz olaraq dayandırılmış ünvan 1ində yerləşən fərdi yaşayış evinə verilən təbii qazın bərpa edilməsi və qaz sayğacının quraşdırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, ailəsilə birlikdə Qusar rayonu, Hil kəndində özünə məxsus fərdi yaşayış evində yaşayır. Fərdi istehlakçı kimi Cavabdeh İBnin X1 İstismar İdarəsinin Qusar XS ilə müqavilə bağlayaraq yaşayış evində təbii qazdan istifadə edir. Abonent kodu: **********05220. Digər abonentlər kimi o da, hər ay istifadə etdiyi qaz sərfıyyatına uyğun mütəmadi olaraq qaz borcu ödəmişdir. Ödənişləri həmişə vaxtında və tam şəkildə ödəmişdir. 02 oktyabr 2024-cü il tarixdə Xaçmaz RQİİ-nin Qusar xidmət sahəsinin əməkdaşları heç bir hüquqi əsası olmadan fərdi yaşayış evimə quraşdırılmış qaz sayğacını çıxarılaraq evinin qaz təchizatı dayandırılmışdır.Sayğacın çıxarılmasının səbəbi guya o, köhnə evin qaz sayğacı xidmət sahəsindən icazə alınmadan təzə evə quraşdırmışdır. O, hər iki evə ayrı-ayrılıqda layihə smetta sənədlərinə əsasən, texniki şərt alaraq qaz xətti çəkmişdir və dövlət vəsaiti hesabına qaz sayğacı quraşdırmışdır. Bu günə kimi qazı yandırmış və istifadə etdiyi qazın dəyərini ödəmişdir, indi isə heç bir tutarlı əssası olmadan onun qazını kəsiblər. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciə edərək bildirmişdir ki o, iddianı müdafiə edir, iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Həmçinin bildirmişdir ki, o, təyin olunmuş məhkəmə iclasına işləri ilə əlaqədar olaraq gələ bilmir. Odur ki, işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin Birliyin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan 02 oktyabr 2024-cü il tarixli ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan 1i ünvanda yerləşən fərdi yaşayış evinə quraşdırılmış G-4 markalı **********4 saylı Zenner tipli qaz sayğacı çıxarılmışdır. Azərbaycan Respublikası Nazirlər kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli “Qazdan istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Qərarın 6-cı bölməsinin 6.1-ci maddəsinə əsasən, qaz paylayıcı bu Qaydaların 3.1.4-cü yarım bəndinin (qazdan səmərəli istifadə,qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi, qaz paylayıcısmın illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işlərin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etməli) tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər. 6.1.1. istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2. təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.3. istehlakçının qaz qurğusu Xidmət müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.5. qaz paylayıcısı ilə müvafiq müqavilə bağlanılmadıqda; 6.1.5-1. istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda; 6.1.6. məhkəmənin qərarı ilə; Məhkəmə hesab edir ki, Xaçmaz RQİİ-nin Qusar xidmət sahəsinin əməkdaşları Qaz xətlərin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu Qaydaların 3.1.5-ci yarımbəndində nəzərdə tutulmuş hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır. Odur ki, iddiaçının iddiası təmin edilməli, cavabdeh X1 İstismarı İdarəsinin Qusar xidmət sahəsi tərəfindən qanunsuz olaraq dayandırılmış ünvan 1ində yerləşən fərdi yaşayış evinə verilən təbii qazın bərpa edilməli və qaz sayğacı quraşdırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 İstismarı İdarəsinin Qusar xidmət sahəsi tərəfindən qanunsuz olaraq dayandırılmış ünvan 1ində yerləşən fərdi yaşayış evinə verilən təbii qazın axını bərpa edilsin və qaz sayğacı quraşdırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-104/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-104/2025
10.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver