Məhkəmə qərarları › İş №2(029)-11/2023

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-11/2023

13.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-11/2023 13.10.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X3 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh və X1 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh və X1 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasılna gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan sığorta sektorunda ləğv edilmiş lisenziyalar barədə xx.xx.2020-ci il tarixli elektron məlumatdan görünür ki, İddiaçı Sığorta Şirkəti ASC-yə verilmiş 07 dekabr 2010-cu il tarixli 000386 saylı lisenziya ləğv edilmişdir. Azərbaycan Respublikası MPM-in 261.0.8-ci maddəsinə əsasən işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa hakim iş üzrə icraata xitam verir. Odur ki, məhkəmə hesab edir ki, işdə iştirak edən şəxs İddiaçı Sığorta Şirkəti ASCnin sığorta lisenziyası ləğv olunduğundan həmin ASC-nin cavabdehlər Cavabdeh və X1 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM–nin 261, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh və X1 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar