Məhkəmə qərarları › İş №2(029)-1161/2020

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-1161/2020

23.12.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-1161/2020 23.12.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu İddiaçı Qusar rayonu Kiriğ kənd bələdiyyəsinə qarşı sənədlərin əsllərinin alınması tələbinə dair iddia ərizəsinə baxaraq, Müəyyən etdim: İddiaçı Qusar rayonu Kiriğ kənd bələdiyyəsinə qarşı sənədlərin əsllərinin alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İş materiallarından görünür ki, Qusar rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(029)-1010/2020 saylı qərardadı ilə hazırkı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmuş və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmışdır. Həmçinin, İddiaçı iddia ərizəsində göstərilən sənədlərin əsllərinin təqdim olunması üçün bələdiyyəyə və ya müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququ izah edilmişdir. İddiaçı isə Qusar rayonu Həzrə bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 238 saylı məktubunu əlavə etməklə yenidən məhkəməyə müraciət etmişdir. Lakin, iddiaçı cavab məktubunu Həzrə bələdiyyəsindən əldə etdiyi halda, nə üçün Kirig bələdiyyəsinə qarşı iddia qaldırmasını əsaslandırmamış, bu barədə heç bir sənəd ərizəyə əlavə etrməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, bələdiyyədən və ya müvafiq icra hakimiyyəti orqanındən hər hansı sənədlərin əsllərinin tələb olunması vətəndaşla bələdiyyənin və ya müvafiq icra hakimiyyəti orqanının arasında olan ümumi (publik) hüquq münasibətlərinə aiddir və belə münasibətlərdən əmələ gələn mübahisələrə ümumi məhkəmədə baxıla bilməz, həmin mübahisəyə inzibati məhkəmələr tərəfindən baxılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 153.2, 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, hazırkı ərizədə göstərilmiş tələblərə məhkəmə qaydasında baxıla bilməz və bu səbəbdən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalı, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Həmçinin, iddiaçıya hazırkı iddia tələbi ilə əlaqədar müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 153.2.1, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Qusar rayonu Kiriğ kənd bələdiyyəsinə qarşı sənədlərin əsllərinin alınması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı iddia ərizəsində göstərilən sənədlərin əsllərinin təqdim olunması üçün bələdiyyəyə və ya müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar