Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-122/2022 10.03.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 09.09.2019-cu il təvəllüdlü X15 və 20.04.2021-ci il təvəlüdlü X8 adlı uşaqların yetkinlik yaş həddinə çatana qədər hər uşağa görə 15000 (on beş min) manat olmaqla cəmi 30000 (otuz min) manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Fizuli Hərbi Məhkəməsinin 27 iyul 2021-ci il tarixli №1(97)-33-2021 saylı hökmündən göründüyü kimi Cavabdeh müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 23 noyabr 2020-ci il tarixdə saat 09:00 radələrində AR Silahlı Qüvvələrinin atıcı silahların uçotu, saxlanılması və verilməsinin təşkili üzrə təlimatının 20.08-ci maddəsinin “atışlarda və təlimlərdə silahı hədəf istiqamətində yana, arxaya və adamlara yönəltmək qadağandır” kimi tələblərini pozaraq silahın lüləsini düz, yəni qarşıda dayanmış müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu –kiçik çavuş X21 Feyzulla oğluna “girişi qarnının ön divarında, çıxışı bel nahiyyədə ortada 1 bel fəqərəsi səviyyəsində, istiqaməti öndən arxaya, soldan-sağa, yuxarıdan aşağıya olmaqla gedişi boyunca nazik bağırsağın aşağıya olmaqla gedişi boyunca nazik bağırsağın, müsariqənin, sol sidik axarının, periton arxası, damarların, fəqərələrin sol yan çıxıntılarının zədələnmələri ilə müşayiət olunan, qarın boşluğuna massiv qanaxma (4000 ml), peritonarxası sahəsinin geniş hematoması ilə nəticələnmiş, dəlib keçən bir ədəd odlu silah –güllə yaralanması” ilə müşahidə olunan ağır dərəcəli bədən xəsarəti yetirməklə silahla davranış qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Qanuni qüvvəyə minmiş Fizuli Hərbi Məhkəməsinin 27 iyul 2021-ci il tarixli №1(97)-33-2021 saylı hökmündən göründüyü kimi həmin cinayət işi üzrə zərərçəkmiş şəxsin X3 ailələrinin başçısı olmuş, o öldüyü ana qədər AR Silahlı Qüvvələrində hərbi qulluqçu kiçik çavuş vəzifəsində xidmət göstərmişdir. X9 hərbi xidmətinə görə 750 (yeddi yüz əlli) manat əmək haqqı almış, ailəsinin yeganə təminatçısı olmuşdur. Onunla birgə nikahlarından iki uşaqları- 09.09.2019-cu il təvəllüdlü Ümid və 20.04.2021-ci il təvəlüdlü Fəxrəddin adlı uşaqları olmuşdur. Cavabdehin onun ərini öldürməsi səbəbindən ailə öz başçısını itirməklə əlverişsiz maddi şəraitə məruz qalmışdır. X3 öldürülməsəydi ailənin büdcəsinə hər ay 750 (yeddi yüz əlli) manat məbləğində pul vəsaiti daxil olardı, ailə bundan faydalanardı. Lakin, cavabdehin günahı səbəbindən ailəsi (o özü və iki uşaqları) həmin faydadan məhrum olmuşdur. Hesab edir ki, 09.09.2019-cu il təvəllüdlü Ümid və 20.04.2021-ci il təvəllüdlü Fəxrəddinin yetkinlik yaşına çatana kimi Cavabdeh hər ay 750 manat məbləğində pul alınaraq ona verilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, onun həyat yoldaşı X1 23 noyabr 2020-ci il tarixdə Cavabdeh ehtiyatsızlığı nəticəsində silahdan atəş açılaraq ölmüşdür. Füzuli Hərbi Məhkəməsinin 27 iyul 2021-ci il tarixli hökmü ilə Cavabdeh 3 il müddətinə azadlıqdan məhrum edilmiş, Azərbaycan Respublikasının CM-nın 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 3 il müddətə azadlıqdan məhrum etmə cəzası 1 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Onun maddi vəziyyəti çox ağırdır. Onun himayəsində 2 azyaşlı uşaqları vardır, 2-ci uşaq əri rəhmətə gedən 6 aydan sonra dünyaya gəlmişdir. Hazırda o, heç bir yerdə işləmir. Nənəsinin evində yaşayır, yaşamağa evi yoxdur. Cavabdeh və onun valideynləri hökm çıxana kimi, hər cür köməklik edəcəyini vəd etmişlər, lakin heç bir köməklik və maddi yardım göstərməmişlər. Ailə başçısını itirdiyinə görə o, 1146 manat pensiya alır. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi-atası X10 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddia ərizəsində yazılanlar düz deyil. Hadisənin olduğu yeri düz yazılmamış, hadisə Cəbrayıl rayonu Daşkəsən kəndində baş vermişdir. X1 ilə Cavabdeh münasibətləri çox yaxşı olmuş, bir-biri ilə qardaş kimi olmuşlar. Onlar 8 gün mühasirədə qalmış, mərhum 2 dəfə yaralanmış, hər dəfə də oğlu Şəmistan ona kömək etmiş, mühasirədən çıxarmışdır. Hadisə ehtiyatsızlıqdan baş vermişdir. Silahı təhvil verəndə içində güllə qalmış, mərhum silahın qabağına gəlmiş, həmin vaxt güllə qəfildən açılmış və X7 yaralamışdır. Mərhum Füzuli rayon xəstəxanasına aparılmış və xəstəxanada vəfat etmişdir. O, iddiaçının həyətinə dəfələrlə getmiş, ona ömrünün axırına kimi bir ata kimi arxa olacağına və ona mənəvi dəstək göstərəciyini bildirmiş, lakin iddiaçı onu qəbul etməmişdir. İddiaçının qardaşı da hərbiçidir, oğlu Şəmistan ilə eyni batalyonda xidmət etmiş, iddiaçının qardaşı oğlunun yanına getmiş, onunla mübahisə etmiş və öldürməklə hədələmiş, buna görə də oğlunun yerini dəyişmişdir. Onun maddi imkanı çox aşağıdır. O və oğlu heç bir yerdə işləmir, oğlunun böyrəkləri xəstədir. Oğlu 2-ci Qarabağ müharibəsinin iştirakçısıdır. Xocavəndin azad olunmasına görə medal verilmişdir. İddiaçıya dövlət tərəfindən 11000 manat bir dəfəlik müavinət verilmiş, yaşat fondu tərəfindən 6000 manat verilmiş, sosial müdafiə fondu tərəfindən də yardım edilmişdir. Bir ata kimi, iddiaçıya mənəvi dəstək verməyə hazırdır. İddiaçıya heç bir pul verməmiş, ərzaq aparmış, lakin iddiaçı qəbul etməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Füzuli Hərbi Məhkəməsinin 27 iyul 2021-ci il tarixli 1(97)-33-2021 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 350.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməklə təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cavabdeh barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq etməklə ona təyin olunmuş 3 il müddətə azadlıqdan məhrumetmə cəzası 1 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Həmin hökmün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Cavabdeh Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun 11-ci bölüyünün 1-ci tağımının 2-ci manqasının komandiri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmətdə olarkən 23 noyabr 2020-ci il tarixdə saat N radələrində həmin hərbi hissənin Cəbrayıl rayonunun Daşkəsən kəndinin ərazisində yerləşdiyi yerləşmə məntəqəsində şəxsi heyətlə birlikdə silah təmizləmə zamanı özünə təhkim edilmiş AK-74M markalı AA0025 nömrəli avtomat silahla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul xidməti nizamnaməsinin 106-cı maddəsinin “silah doldurularkən və boşaldılarkən onun lüləsi 45-60 dərəcəli bucaq altında yuxarıya, ətrafdakı yaşayış binalarından və mühafizə olunan obyektlərdən yana yönəldilməli” və “Azərbaycan Respublikası Müdafiə nazirinin 25 noyabr 2016-cı il tarixli 23 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində atıcı silahların uçotu, saxlanması və verilməsinin təşkili üzrə təlimat”ının 20.8-ci maddəsinin “atışlarda və təlimlərdə silahı hədəf istiqamətindən yana, arxaya və adamlara yönəltmək qadağandır” kimi tələblərini pozaraq silahın lüləsini düz, yəni qarşıda dayanmış hərbi qulluqçulara tərəf tutub əvvəlcədən atəşə hazır vəziyyətdə olan silahın birbaşa tətiyinə basmaqla bir dəfə atəş açaraq qarşısında ayaq üstə dayanmış həmin tağımın 1-ci manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-kiçik çavuş X6 “girişi qarnın ön divarında, çıxışı bel nahiyədə ortada İ bel fəqərəsi səviyyəsində, istiqaməti öndən-arxaya, soldan-sağa, yuxarıdan-aşağıya olmaqla gedişi boyunca nazik bağırsağın, müsariqənin, sol sidik axarının, periton damarların, fəqərələrin sol yan çıxıntılarının zədələnmələri ilə müşayiət olunan, qarın boşluğuna massiv qanaxma (4000 mn), peritonarxası sahənin geniş hematoması ilə nəticələnmiş, dəlib keçən bir ədəd odlu silah-güllə yaralanması” ilə müşahidə olunan ağır dərəcəli bədən xəsarəti yetirməklə silahla davranış qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 yanvar 2021-ci il tarixli AZ-İİ№142026 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 23.11 2020-ci il tarixdə odlu silahdan atəş açılması nəticəsində ölmüşdür. İşdə olan AZİİ-№272993 saylı nikah haqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X18 arasında 22.06.2018-ci il tarixdə Xaçmaz rayon İHB-nın Xudat şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində nikah bağlanmışdır. Nikahdan sonra Xəyalə Əhmədova “Fərəcova” soyadını qəbul etmişdir. İşdə olan AZ-İV361843 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 09.09.2019-cu ildə anadan olmuş, atası X9, anası isə İddiaçıdır. İşdə olan AZ-İV3567312 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür kİ, Fərəcov Fəxrəddin Fəxrəddin oğlu 20.04.2021-ci ildə anadan olmuş, atası X9, anası isə İddiaçıdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi 651 saylı Hərbi Hissəsi tərəfindən verilmiş 02.03.2022-ci il tarixli 1393 saylı məktubdan görünür ki, həmin hərbi hissənin sabiq hərbi qulluqçusu MAHHXHQ kiçik çavuş X5 aylıq pul məvacibi 795.14 (qeddi yüz doxsan beş manat on dörd qəpik) manat məbləğində olmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən verilmiş 18 fevral 2022-ci il tarixli **********7 saylı məktubdan görünür ki, İddiaçı 1146.53 manat məbləğində ailə başçısını itirməsinə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Həmin Məcəllənin 1118.2-ci maddəsinə əsasən itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Həmin Məcəllənin 1118.3-cü maddəsinə əsasən bu Məcəllənin 1118-ci maddəsinə uyğun olaraq zərərçəkənə ödənilməli zərərin əvəzinin həcmi və miqdarı qanunla və ya müqavilə ilə artırıla bilər. Həmin Məcəllənin 1119.1-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. Həmin Məcəllənin 1119.2-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi qazancın (gəlirin) tərkibinə onun həm əsas iş yerində, həm də əvəzçilik üzrə əmək və mülki hüquq müqavilələri əsasında əməyinin ödənilməsinin gəlir vergisi tutulan bütün növləri daxil edilir. Birdəfəlik xarakterli ödənclər, o cümlədən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və işdən azad edilərkən işdənçıxma müavinəti nəzərə alınmır. Müvəqqəti əmək iqtidarsızlığı və ya hamiləliyə və doğuşa görə məzuniyyət dövrü üçün ödənilmiş müavinət nəzərə alınır. Sahibkarlıq fəaliyyətindən götürülən gəlir, habelə müəllif qonorarı itirilmiş qazancın tərkibinə daxil edilir, bu zaman sahibkarlıq fəaliyyətindən götürülən gəlir müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən daxil edilir. Qazancın (gəlirin) bütün növləri vergilər tutulanadək hesablanmış məbləğlərdə nəzərə alınır. Həmin Məcəllənin 1119.3-cü maddəsinə əsasən zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır. Həmin Məcəllənin 1119.4-cü maddəsinə əsasən zərərin vurulduğu an zərərçəkənin işləmədiyi halda öz arzusu ilə onun işdən azad edilənədək əldə etdiyi qazanc və ya həmin ərazidə onun ixtisasından olan işçiyə verilən muzdun adi miqdarı, lakin altı manatdan az olmamaqla, nəzərə alınır. Həmin Məcəllənin 1119.5-ci maddəsinə əsasən əgər xəsarət yetirilənədək və ya sağlamlığı başqa şəkildə pozulanadək zərərçəkənin qazancında (gəlirində) onun əmlak vəziyyətini yaxşılaşdıran sabit dəyişikliklər baş vermişdirsə (tutduğu vəzifə üzrə əmək haqqı artırılmışdırsa, daha yüksək maaşlı işə keçirilmişdirsə, əyani təhsil aldığı təhsil müəssisəsini bitirdikdən sonra işə girmişdirsə və zərərçəkənin əməyinin ödənilməsində dəyişikliyin və ya dəyişiklik imkanının sabitliyinin sübuta yetirildiyi başqa hallarda), onun orta aylıq qazancı (gəliri) müəyyənləşdirilərkən yalnız müvafiq dəyişiklikdən sonra aldığı və ya almalı olduğu qazanc (gəlir) nəzərə alınır. Həmin Məcəllənin 1121.1, 1121.1.1-1121.1.4-cü maddələrinə əsasən zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır: ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; şəxsin ölümündən sonra doğulmuş uşağı; ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq; ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş şəxslər. Həmin Məcəllənin 1121.2-ci maddəsinə əsasən işləməyən və ölənin uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və qulluq etdiyi dövrdə əmək qabiliyyətini itirən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü zərərin əvəzinin ödənilməsi hüququnu həmin şəxslərə qulluq qurtardıqdan sonra da saxlayır. Həmin Məcəllənin 1121.3, 1121.3.1-1121.3.5-ci maddələrinə əsasən zərərin əvəzi aşağıdakılara ödənilir: yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək; on səkkiz yaşından yuxarı tələbələrə - əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək; əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə - ömürlük; əlilliyi olan şəxslərə - əlillik müddəti üçün; ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvünə - qulluq etdikləri on dörd yaşına çatanadək. Həmin Məcəllənin 1122.1-ci maddəsinə əsasən ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir. Həmin Məcəllənin 1122.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi miqdarı müəyyənləşdirilərkən ailə başçısının ölümü ilə əlaqədar şəxslərə təyin edilmiş pensiyalar və həm ailə başçısı ölməzdən əvvəl, həm də öldükdən sonra təyin edilmiş digər növ pensiyalar, habelə həmin şəxslərin götürdükləri qazanc (gəlir) və aldıqları təqaüd onlara zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1, 76.1.2-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, əlavə olaraq qeyd edilməlidir ki, ölənin yaxınının mənəvi təzminat tələbi ailə başçısını itirməyə görə zərərin əvəzi tələbi ilə eyniləşdirilməməlidir. Belə ki, Mülki Məcəllənin 1121-ci maddəsi ilə tənzimlənən ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məhz maddi zərərin qarşılanması məqsədli olub müvəqqəti əvəzləşdirici xarakter daşıyır. Həmin Məcəllənin 1122.1-ci maddəsinə əsasən, ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir. Qeyd olunmalıdır ki, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyini səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Göründüyü kimi, Cavabdeh Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun 11-ci bölüyünün 1-ci tağımının 2-ci manqasının komandiri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmətdə olarkən 23 noyabr 2020-ci il tarixdə saat N radələrində həmin hərbi hissənin Cəbrayıl rayonunun Daşkəsən kəndinin ərazisində yerləşdiyi yerləşmə məntəqəsində şəxsi heyətlə birlikdə silah təmizləmə zamanı özünə təhkim edilmiş AK-74M markalı AA0025 nömrəli avtomat silahın lüləsini düz, yəni qarşıda dayanmış hərbi qulluqçulara tərəf tutub əvvəlcədən atəşə hazır vəziyyətdə olan silahın birbaşa tətiyinə basmaqla bir dəfə atəş açaraq qarşısında ayaq üstə dayanmış həmin tağımın 1-ci manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-kiçik çavuş X6 ağır dərəcəli bədən xəsarəti yetirməklə silahla davranış qaydalarını pozaraq ehtiyatsızlıqdan həmin şəxsin ölümünə səbəb olmuşdur. Bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 350.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş, Füzuli Hərbi Məhkəməsinin 27 iyul 2021-ci il tarixli hökmü ilə həmin cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin olunmuş cəzası şərti hesab edilmişdir. Fəxrəddin Fərəcov ölməmişdən əvvəl onun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi aylıq pul məvacibi 795.14 manat təşkil etmişdir. Həmin şəxs İddiaçı ilə rəsmi nikahda olmaqla ailəli olmuş, ölənədək 09.09.2019-cu il təvəllüdlü Ümid adlı bir uşağı olmuş, öldükdən sonra isə 20.04.2021-ci il təvəllüdlü Fəxrəddin adlı daha bir uşağı anadan olmuşdur. Fəxrəddin Fərəcovun ölməsi nəticəsində onun ailəsi başsız qalmış və ailə üzvləri onun qazancından öz dolanışıqları üçün aldıqları, həmçinin gələcəkdə alacaqları gəlirdən məhrum olmuşlar. Belə ki, onun uşaqlarının əsas dolanışığı onların valideyni olmuş mərhum Fəxrəddin Fərəcovun gəliri hesabına olmuş, Ailə Məcəlləsinin müvafiq tələblərinə uyğun olaraq uşaqların onun gəlirinin 1/3 hissəsini almaq hüquqları olmuşdur. Beləliklə, Fəxrəddin Fərəcovun ölməsi nəticəsində onların Cavabdeh zərərin əvəzinin ödənilməsi hüquqları, sonuncunun isə onların qarşısında öhdəliyi əmələ gəlmişdir. Həmin şəxslərin (mərhum Fəxrəddin Fərəcovun azyaşlı uşaqlarının) zərərin əvəzinin ödənilməsi hüquqları isə mübahisə olunmayan və sübuta ehtiyacı olmayan hüquqdur. Məhkəmə mərhum Fəxrəddin Fərəcovun öldüyü günədək aldığı məvacibin miqdarını, hüquq pozuntusu törətmiş Cavabdeh təqsirinin dərəcəsini və s. halları nəzərə alaraq iddiaçı Fərəcovanın tələb etdiyi miqdarda zərərin ödənilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh dəymiş zərərin əvəzi kimi X1nun uşaqları-09 sentyabr 2019-cu il təvəllüdlü X12 on səkkiz yaşına çatanadək cəmi 15000 (on beş min) manat məbləğində pul vəsaiti və 20 aprel 2021-ci il təvəllüdlü X2 on səkkiz yaşına çatanadək cəmi 15000 (on beş min) manat məbləğində pul vəsaiti, ümumilikdə isə 30000 (otuz min) manat məbləğində pul vəsaiti illər üzrə hər ay bərabər şəkildə bölünməklə tutularaq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh dəymiş zərərin əvəzi kimi X1nun uşaqları-09 sentyabr 2019-cu il təvəllüdlü X12 on səkkiz yaşına çatanadək cəmi 15000 (on beş min) manat məbləğində pul vəsaiti və 20 aprel 2021-ci il təvəllüdlü X2 on səkkiz yaşına çatanadək cəmi 15000 (on beş min) manat məbləğində pul vəsaiti, ümumilikdə isə 30000 (otuz min) manat məbləğində pul vəsaiti illər üzrə hər ay bərabər şəkildə bölünməklə tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-122/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-122/2022
10.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver