Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-13/2025 27.02.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Cavabdeh1 Sevləddin oğlunun etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X4 cavabdehlər Cavabdeh1 Sevləddin oğluna və Cavabdeh2 qarşı “torpaq sahəsinə dair payın naturada ayrılması” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X11 cavabdehlər Cavabdeh1 Sevləddin oğluna və Cavabdeh2 qarşı “torpaq sahəsinə dair payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ üzrə ona və Cavabdeh1 məxsus olan, xx.xx.2016-cı il tarixli seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən Qusar rayonu Qalacıq kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə dair onun mülkiyyət payı ½ hissə müəyyən olunmaqla mülkiyyət payının naturada ayrılaraq onun ayrıca mülkiyyətinə verilməsi, mülkiyyət hüququ üzrə ona və cavabdehlər Cavabdeh1, Cavabdeh2 məxsus olan, xx.xx.2022-ci il tarixli **********75 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən Qusar rayonu Qalacıq kəndində yerləşən 0.8069 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair onun mülkiyyət payı 1/3 hissə müəyyən olunmaqla mülkiyyət payının naturada ayrılaraq onun ayrıca mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı il tarixli Seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qusar rayonu Qalacıq kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə onun və Cavabdeh1 adına qeydiyyata alınmışdır. Həmin çıxarışda onun soyadı qızlıq soyadına uyğun olaraq Hacımuradova göstərilmişdir. Bundan başqa, Qusar rayonu Qalacığ kəndində yerləşən 0.8069 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə ona, Cavabdeh2 və Cavabdeh1 məxsusdur. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququ xx.xx.2022-ci il tarixli **********75 reyestr, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Hal-hazırda həmin torpaq sahələrinə dair onun mülkiyyət payının naturada ayrılması zərurəti yaranmışdır. Belə ki, həmin torpaq sahəsinə dair o, özünün sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirmək barədə cavabdehlərlə razılığa gələ bilmir, o, özünə aid həyətyanı torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmək istəsə də, cavabdehlər bu barədə öz fikirlərini bildirmir. Həmçinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən özünə çatan hissəsində istədiyi məhsulları əkib-becərmək istəyir. Cavabdehlərin bu barədə hər hansı razılıq bildirməmələri nəticəsində isə o özünün mülkiyyət hüquqlarını sərbəst şəkildə həyata keçirə bilmir. Yuxarıda qeyd etdiyi torpaq sahələrinə dair payların müəyyən olunmasına dair onunla cavabdehlər arasında hər hansı razılaşma da yoxdur. Ona görə də, onun payı bərabər olmaqla hər birinin payı ½ hissə hesab olunmalıdır. Yuxarıda göstərilən 0.12 ha həyətyanı torpaq sahəsinə dair onun 1/2 hissədə olan mülkiyyət payı naturada ayrılaraq onun ayrıca mülkiyyətinə verilməlidir. Həmçinin, 0.8069 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair onun mülkiyyət payı 1/3 hissə müəyyən olunmaqla həmin torpaq sahəsi naturada ayrılaraq onun ayrıca mülkiyyətinə verilməlidir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçı X11 iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasnda iddiaçı X6 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, iddianı müdafiə edir. Həmçinin bildirmişdir ki, o, işləri ilə əlaqədar olaraq məhkəmə iclaslarında iştirak edə bilmir. Həmçinin bildirmişdir ki, işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 Sevləddin oğlunun etibarnamə üzrə nümayəndəsi X2 iddianı qəbul etməmişdir. Cavabdehlər Cavabdeh1 Sevləddin oğluna və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4 və 185.5-cı maddəsinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu Qalacıq kəndində yerləşən 0.12 ha yaşayış məntqələri təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə paylar ümumi birgə olmaqla Cavabdeh1 Sevləddin oğlunun və X5 adlarına qeydiyyata alınmışdır İşdə olan xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu Qalacıq kəndində yerləşən 0.8069 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə payları ümumi birgə olmaqla, İddiaçı, Cavabdeh1 Sevləddin oğlunun və Cavabdeh2 adlarına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024-ci il tarixli 3-21-3-34/2-4212/2024 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, qərardadda mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə tərəflərin və mütəxəssisin iştirakı ilə mübahisələndirilən torpaq sahəsinin mövqeyi, ölçüləri və ərazinin koordinatlarını naturadan plana alınaraq kameral şəraitdə, torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirilmişdir, nəticədə müəyyən olunmuşdur ki, 13 may 2016-cı il tarixli Seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı və Cavabdeh1 birgə mülkiyyətlərində olan Qusar rayonu Qalacıq kəndində yerləşən 0.12 ha həyətyanı sahəsinin naturada bölünməsi texniki cəhətdən mümkündür. Qeyd olunan torpaq sahəsinin İddiaçı payına düşən ½ hissədə naturada 0.06 ha olmaqla bölünməsi mümkündür. 02 mart 2022-ci il tarixli **********75 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1, Cavabdeh2 və İddiaçı birgə mülkiyyətlərində olan Qusar rayonu Qalacıq kəndində yerləşən 0.8069 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada bölünməsi texniki cəhətdən mümkündür. Qeyd olunan torpaq sahəsinin İddiaçı payına düşən 1/3 hissədə naturada 0.269 ha olmaqla bölünməsi mümkündür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş, tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 13 avqust 2024-cü il tarixli 3-16-16/2-10/3761 saylı ekspert rəyindən görünür ki, Qərardadın 1-ci və 2-ci sualları üzrə: 13 may 2016-cı il tarixli Seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı və Cavabdeh1 birgə mülkiyyətlərində olan Qusar rayonu Qalacıq kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin dörd tərəfdən qonşu sahələrlə əhatə olunduğu və yolla (küçə) ilə mübahisəli 0.12 ha torpaq sahəsi arasında iddiaçı və cavabdehin xüsusi paylı mülkiyyətində olmayan 330.0 kv.metr torpaq sahəsi olduğuna görə X7 payına düşən 1/2 hissədə olan torpaq sahəsinin, eyni zamanda payçıların payına düşən hissələrdə payların texniki cəhətdən naturada ayrılmasının mümkün olmadığı müəyyən edilmişdir.Qərardadın 3-cü sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Babayev mütəxəssis rəyində qeyd edilir ki, 02 mart 2022-ci il tarixli **********75 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X3, Cavabdeh2 və X8 birgə mülkiyyətlərində olan Qusar rayonu Qalacıq kəndində yerləşən 0.8069 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada bölünməsi texniki cəhətdən mümkündür.Qərardadın 4-cü sualı üzrə:Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Babayev mütəxəssis rəyində qeyd edilir ki, qeyd olunan torpaq sahəsinin İddiaçı payına düşən 1/3 hissədə naturada bölünməsi mümkündür. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 14 avqust 2024-cü il tarixli 3-16-16/2- 10/3761saylı məktubundan görünür ki, eyni tarixli və saylı ekspert rəyi üzrə ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manatdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş, tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 22 yanvar 2025-ci il tarixli 10/8241 saylı ekspert rəyindən görünür ki, Qərardadın 1-ci və 2-ci sualları üzrə: 13 may 2016-cı il tarixli Seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı və Cavabdeh1 birgə mülkiyyətlərində olan Qusar rayonu Qalacıq kəndində yerləşən 0.12 ha həyətyanı sahəsinin planlı yerləşməsini, konfiqurasiyasını, üç tərəfdən (şimal, cənub və qərb) qonşu sahələr ilə, şərq istiqamətdə uzunluğu boyunca isə yol ilə həmsərhəd olmasını, yol ilə torpaq arasında qalan boş sahədən istifadə etməklə həmin torpaq sahəsinə giriş-çıxışın təmin olunmasının mümkün olmasını nəzərə alaraq 13 may 2016-cı il tarixli Seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı və Cavabdeh1 birgə mülkiyyətlərində olan Qusar rayonu Qalacıq kəndində yerləşən 0.12 ha həyətyanı sahəsinin ½ hissədə naturada bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Qərardadın 3-cü və 4-cü sualları üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-4212/2024 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən 02 mart 2022-ci il tarixli **********75 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X3, Cavabdeh2 və X8 birgə mülkiyyətlərində olan Qusar rayonu Qalacıq kəndində yerləşən 0.8069 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsininX4 payına düşən 1/3 hissədə naturada 0.269 ha olmaqla bölünməsinin mümkün olduğu müəyyən edilmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 22 yanvar 2025-ci il tarixli 10/8241saylı məktubundan görünür ki, eyni tarixli və saylı ekspert rəyi üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatdır. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə,13 avqust 2024-cü il tarixli 3-16-16/2-10/3761 saylı ekspert rəyini sübut kimi qəbul etmir, 22 yanvar 2025-ci il tarixli 10/8241 saylı ekspert rəyini və xx.xx.2024-ci il tarixli 3-21-3-34/2-4212/2024 saylı mütəxəssis rəylərini sübut kimi qəbul edir, Belə ki, xx.xx.2024-ci il tarixli 3-21-3-34/2-4212/2024 saylı mütəxəssis rəyi ilə 13 avqust 2024-cü il tarixli 3-16-16/2-10/3761 saylı ekspert rəyi arasında əsaslı ziddiyət mövcud olduğundan 13 avqust 2024-cü il tarixli 3-16-16/2-10/3761 saylı ekspert rəyində ziddiyyətli hallar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024-ci il tarixli 3-21-3-34/2-4212/2024 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi ilə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 22 yanvar 2025-ci il tarixli 10/8241 saylı ekspert rəyi ilə aradan qaldırıdığından məhkəmə 22 yanvar 2025-ci il tarixli 10/8241 saylı ekspert rəyini və xx.xx.2024-ci il tarixli 3-21-3-34/2-4212/2024 saylı mütəxəssis rəylərini sübut kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinəəsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünəüstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2.Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221.Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Məhkəmə hesab edir ki, xx.xx.2016-cı il tarixli Seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və xx.xx.2022-ci il tarixli **********75 reyestr, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qusar rayonu Qalacıq kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin və 0.8069 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin naturada bölünməsi texniki cəhətdən mümkün olduğundan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 14 avqust 2024-cü il tarixli 3-16-16/2-10/3761saylı məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyinə və Məhkəmə Ekspertizası Mərkəzinin 22 yanvar 2025-ci il tarixli 10/8241saylı ekspert rəyinə uyğun olaraq mülkiyyət hüququ üzrə X6 və Cavabdeh1 məxsus olan, xx.xx.2016-cı il tarixli Seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən Qusar rayonu Qalacıq kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə dair X4 mülkiyyət payı ½ hissə müəyyən olunmaqla mülkiyyət payının naturada ayrılaraq X4 ayrıca mülkiyyətinə verilməli, mülkiyyət hüququ üzrə X6 və cavabdehlər Cavabdeh1, Cavabdeh2 məxsus olan, xx.xx.2022-ci il tarixli **********75 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən Qusar rayonu Qalacıq kəndində yerləşən 0.8069 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X4 mülkiyyət payı 1/3 hissə müəyyən olunmaqla mülkiyyət payının naturada ayrılaraq X4 ayrıca mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. İddia tələbi təmin edildiyindən, iş üzrə 200 (iki yüz) manat məbləğində məhkəmə xərcləri cavabdehlər Cavabdeh1 Sevləddin oğlundan və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X10, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Mülkiyyət hüququ üzrə X6 və Cavabdeh1 məxsus olan, xx.xx.2016-cı il tarixli Seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən Qusar rayonu Qalacıq kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə dair X4 mülkiyyət payı ½ hissə müəyyən olunmaqla mülkiyyət payının naturada ayrılaraq X4 ayrıca mülkiyyətinə verilsin. Mülkiyyət hüququ üzrə X6 və cavabdehlər Cavabdeh1, Cavabdeh2 məxsus olan, xx.xx.2022-ci il tarixli **********75 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən Qusar rayonu Qalacıq kəndində yerləşən 0.8069 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X4 mülkiyyət payı 1/3 hissə müəyyən olunmaqla mülkiyyət payının naturada ayrılaraq X4 ayrıca mülkiyyətinə verilsin. İş üzrə 200 (iki yüz) manat məbləğində məhkəmə xərcləri cavabdehlər Cavabdeh1 Sevləddin oğlundan və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X10, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-13/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-13/2025
27.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver