Məhkəmə qərarları › İş №2(029)-133/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-133/2025

17.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-133/2025 17.01.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı X1 və üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı X1 cavabdehlər “Qusar Rayon Mərkəzi Xəstəxanası” X20ə və Qusar rayon Qeydiyat şöbəsinə və üçüncü şəxs X6 qarşı “doğum faktının təsdiq olunması və təhsil hüququnun təmin edilməsi” tələbinə dair iddia tələbi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı X4 cavabdehlər “Qusar Rayon Mərkəzi Xəstəxanası” X20ə və Qusar rayon Qeydiyat şöbəsinə və üçüncü şəxs X6 qarşı “doğum faktının təsdiq olunması və təhsil hüququnun təmin edilməsi” tələbinə dair ərizə ilə müraciət edərək, xx.xx.2016-cı ildə anadan olmuş X2 doğum faktına dair 00857732 nömrəli xəstəlik tarixində (“Yenidoğuşun inkişaf tarixi № AZS-097 sənəddə) qeyd edilmiş uyğunsuzluqları ləğv edərək, valideynləri qrafalarında anası X9 və atası İddiaçı kimi tanınması faktını təsdiq edən qətnamənin çıxarılmasına və X2 2024/2025-ci tədris ilində ümumtəhsil məktəbin 1-ci sinfinə qəbul edilməsinə dair xüsusi qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 07 iyul 2015-ci ildə Qusar rayonun Zindan Muruq kənd sakini X9 ilə valideynlərin razılığına əsasən ailə qurmuşdur. Bu onun ilk evliliyi, Nübar Sərkərovanın isə ikinci evliliyidir. Birgə yaşayışdan xx.xx.2016-cı il təvllüdlü qızı anadan olmuşdur. Övladları doğulduqdan sonra ailəsində yaranan söz-söhbətlərə və mübahisələrə görə onlar nikaha daxil olmamışlar və nikahları rəsmiləşdirməmişlər. Birgə yaşayışları demək olar ki, uğursuz olmuş və ailəsində olan narazılıq və mübahisələrə görə bir neçə dəfə ayrılaraq yenidən barışmışlar. Rəsmi nikah olmadan 8 (səkkiz) ilə yaxın bir müddətdə birlikdə yaşamışlar və hazırda birlikdə yaşayırlar. Ailələrində olan qeyri normal vəziyyətə görə onlar yeganə övladız olan X5 (soyad, ad və ata adı qeyri rəsmi verilib) vaxtında doğum haqqında şəhadətnaməsi çıxartmadığından onu məktəbə göndərə bilməmişlər. Ona görə də 8 (səkkiz) yaşında olan Sona hal hazırda məktəbdə oxumur və təhsildən kənarda qalmışdır. Övladı məktəbə göndərmək üçün Sonaya doğum şəhadətnaməsini çıxartmaq məqsədilə aidiyyatı üzrə Cavabdeh1nə ərizə ilə müraciət edilmişdir. Müraciətinə cavab olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 N-li Qərarına uyğun olaraq, uşaq xəstəxanada doğulduğundan, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nm doğumun qeydə alınması bölməsinin 2.5.4 bəndinə əsasən, doğumun qeydə alınmasına dair tibbi arayış tələb edilmişdir. Doğumun qeydə alınmasına dair tibbi arayışın verilməsi üçün “Qusar Rayon Mərkəzi Xəstəxanası”X20 direktoru Kamil Hacıyevə ərizə ilə müraciət edilmişdir. Müraciətinin nəticəsi haqqında verdiyi xx.xx.2024-cü il tarixli, 18-1-54/3- 2199/2024 nömrəli cavab məktubunda, xx.xx.2016-cı il tarixdə doğulmuş uşaq üçün açılmış “Yeni doğulmuşun inkişaf tarixi № AZS-097 forması üzrə ******* nömrəli sənəddə uşağın valideynləri haqqında qeyd olunmuş məlumatların onların şəxsiyyət vəsiqələrinə uyğun olmadığına görə Cavabdeh1 tələb etdiyi arayışı verə bilmədiyini bildirmişdir. Belə ki, həmin sənəddə uşağın atası haqqında məlumat qrafasında atanın adı, soyadı və atasının adı İddiaçı əvəzinə “X18” oğlu və ana haqqında məlumat qrafasında ananın ata adında səhvə yol verilərək, X9 əvəzinə “X13” yazılmışdır. Qeyd edilən problemlə bağlı azyaşlı övladı üçün doğum şəhadətnaməsinin çıxarılması mümkün olmamışdır. Azyaşlı uşağın anası X9 hazırda səhhətində yaranmış problemlərlə əlaqədar iki aydır ki, Baki şəhərində xəstəxanada müalicə alır. X7 doğum şəhadətnaməsi alması ilə bağlı yaranmış problemi bilir və özünün iştirakı olmadan məhkəmə qaydasında məsələnin həllini mümkün hesab edərək, notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında dövlət organlarında, idarə, təşkilat və müəssisələrində əri İddiaçı özünün vəkalətli nümayəndəsi kimi səlahiyyətlərin həyata keçirilməsinə razılığını vermişdir. xx.xx.2016-cı il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixində 8 (səkkiz) yaşı tamam olur. Yaşı 8-dən yuxarı olan uşaqlar Təhsil Nazirinin xx.xx.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar. 2024-2025-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu, o cümlədən tədris ili ərzində 8 yaşı tamam olan şagirdlər xx.xx.2024-cü il tarixədək elektron sistem vasitəsilə ümumtəhsil məktəbinin birinci sinfinə qəbul edilə bilər. X17 doğum şəhadətnaməsi olmadığından onun məktəbə qəbul üçün elektron sistemində qeydiyyatın aparılması mümkün olmamış və o, ümumi orta təhsil almaq hüququndan məhrum olmuşdur. Cari tədris ilində Sona Maliyeva ümumtəhsil məktəbin birinci sinfinə qəbul edilmədiyi halda o, mövcud qaydalara görə növbəti tədris ilində ümumtəhsil məktəbdə yalnız fərdi təhsilə cəlb oluna bilər. Məhkəmə iclasında İddiaçı X4 ərizəni müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat vermiş və ərizəsinin təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, işləri ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş, işə iştirakları olmadan qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh “Qusar Rayon Mərkəzi Xəstəxanası” X20ə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında üçüncü şəxs X10 iddianı qəbul etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və üçüncü şəxsin izahatlarını, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan “Qusar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 31 oktyabr 2024-cü il tarixli 18-1-54/3-2199/2024 saylı müraciətin nəticəsi haqqında məktubdan görünür ki, ******* nömrəli Səhiyyə Nazirliyinin xx.xx.2002-ci il tarixli 137 saylı əmri ilə təsdiq xəstəlik tarixində “Yeni doğulmuşun inkişaf tarixində № AZS-097” valideynləri barədə məlumatlar həqiqəti əks etdirmir, valideynləri haqında məlumatlar aşağıda göstərildiyi kimi qeyd olunmuşdur. Belə ki, atanın adı, soyadı və atasının adı stasionar xəstənin tibbi kartasında ata haqqında məlumat bölməsində "X11" olaraq göstərilir. Ana haqqında məlumat qrafasında isə ananın adı, soyadı və atasının adı "X13" olaraq göstərilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və sənədlərdə mövcud olan uyğunsuzluqlara görə uşağın dünyaya gətirilməsi barədə arayışı verə bilmirik. Bununla əlaqədar aidiyyəti orqanlara müraciət etməyinizi məqsədəuyğun hesab edilmişdir. İşdə olan ******* saylı Yeni doğulmuşun inkişaf tarixində AZS-097 saylı sənəddən görünür ki, atanın adı, soyadı və atasının adı stasionar xəstənin tibbi kartasında ata haqqında məlumat bölməsində "X11" olaraq göstərilir. Ana haqqında məlumat qrafasında isə ananın adı, soyadı və atasının adı "X13" olaraq göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən qanuvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, ddiaçı X4 07 iyul 2015-ci ildə Qusar rayonun Zindan Muruq kənd sakini X9 ilə valideynlərin razılığına əsasən ailə qurmuşdur. Birgə yaşayışdan xx.xx.2016-cı il təvllüdlü qızı X8 anadan olmuşdur. Ailələrində olan qeyri normal vəziyyətə görə onlar yeganə övladı olan X5 (soyad, ad və ata adı qeyri rəsmi verilib) vaxtında doğum haqqında şəhadətnaməsi ala bilməmişlər. Məhkəmə hesab edir ki, iddiaçının iddiası “doğum faktının təsdiq olunması” hissəsində əsaslı olduğundan təmin olunmalı, xx.xx.2016-cı ildə anadan olmuş X2 doğum faktına dair 00857732 nömrəli xəstəlik tarixində (“Yenidoğuşun inkişaf tarixi № AZS-097 sənəddə) qeyd edilmiş uyğunsuzluqları ləğv edilməli, valideynləri qrafalarında anası X9 və atası İddiaçı qeyd edilməklə - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh1 tərəfindən qeydiyyata alınması faktı müəyyən edilməlidir. İddia tələbində qeyd edilən X2 2024/2025-ci tədris ilində ümumtəhsil məktəbin 1-ci sinfinə qəbul edilməsinə dair xüsusi qərardadı çıxarılmasına münasibətdə məhkəmə iş materiallarının və qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, iddia həmin hissə də təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla qismən sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2016-cı ildə anadan olmuş X2 doğum faktına dair 00857732 nömrəli xəstəlik tarixində (“Yenidoğuşun inkişaf tarixi № AZS-097 sənəddə) qeyd edilmiş uyğunsuzluqlar ləğv edilsin, valideynləri qrafalarında anası X9 və atası İddiaçı qeyd edilməklə - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh1 tərəfindən qeydiyyata alınması faktı müəyyən edilsin İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar