Məhkəmə qərarları › İş №2(029)-140/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-140/2021

18.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-140/2021 18.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X17rşı evin və həyətyanı sahənin mütəxəssislər tərəfindən ölçülərək müvafiq sənədlərin tərtib olunmasına olan maneçiliyin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X17rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 Müqtədir) 161 saylı ünvanda yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.06 hektar həyətyanı torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X22 əməkdaşları tərəfindən müayinə aparılmasına cavabdehlər Cavabdeh1 Nadir oğlu və Cavabdeh2 tərəfindən edilən maneçiliklərin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, onun X3 xx xxxxxx 1951-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə X6 ilə evlənmiş, həmin nikahdan anadan olmuş uşaqları o, yəni İddiaçı, qardaşları Cavabdeh2 və X24 yetkinlik yaşlarına çatmışlar. X3 ilə X6nun birgə yaşadıqları dövrdə Qusar rayon ZDS İcraiyyə Komitəsinin xx xxxx 1966-cı il tarixli 14 saylı qərarı ilə X15 ünvan 2 saylı ünvanda 0.04 hektar həyətyanı torpaq sahəsi verilmişdir. 1969-cu ildə X7 və X20 həmin torpaq sahəsində iki mərtəbəli, dörd otaqlı yaşayış evi tikmişlər. Həmin vaxtdan etibarən adı çəkilən şəxslər bu evdə yaşamışlar. Qusar şəhər ZDS İcraiyyə Komitəsinin xx xxxxxx 1976-cı il tarixli 6 saylı qərarı ilə X15 ünvan 3 saylı ünvanda verilmiş həyətyanı torpaq sahəsinin ölçüsü 0.06 hektara çatdırılmışdır. Ailə münasibətləri pozulduğu üçün X1 Nadir Turab oğlundan ayrılmış, Qusar rayon məhkəməsinin xx xxx 2006-cı il tarixli qətnaməsinə əsasən nikahları ləğv edilmişdir. Həmin vaxtdan ünvan 3 saylı ünvanda yerləşən evdə X7 və X20 ayrı yaşamışlar. Göstərilən yaşayış evi X7 və X12 birgə nikahda olarkən əldə etdiklri ümumi mülkiyyətidir, lakin həmin yaşayış evinə qeydiyyat vəsiqəsi alınmamış, yalnız texniki pasportu olmuşdur. xx xxxxxxxx 2008-ci il tarixdə anası Ziyarət Nadirova vəfat etmişdir. Atası isə anasından əvvəl, yəni xx xxxx 2008-ci il tarixdə vəfat etmişdir. X6 özünə məxsus əmlakları Cavabdeh2 oğlu Cavabdeh1 vəsiyyət etmişdir. X3 isə öz əmlaklarını ona vəsiyyət etmişdir. Hal-hazırda o, qardaşı Cavabdeh2 ilə mübahisəli evi faktiki olaraq müvafiq layihəyə uyğun olaraq bölüşdürmüşlər, hər ikisi həmin evdə qeydiyyatdadır. Bununla da, o, özünə vəsiyyət olunmuş mirası qəbul etmişdir. Lakin Cavabdeh2 həmin mirası razılaşdıqları qaydada adlarına rəsmiləşdirməkdən yayınır. Bu yaxınlarda o, notariat kontorunun məktubuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X22 Qusar rayon şöbəsinə müraciət edərək miras əmlaka dair mərhum valideynlərinin adına mülkiyyət sənədinin, yəni çıxarışın verilməsini xahiş etmişdir. Həmin idarənin mühəndisləri həmin ünvana gedib oranı ölçmək istəsələr də, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 buna mane olmuşlar, orada əsassız mübahisə yaratmışlar. Nəticədə isə mühəndislər tərəfindən orada müayinə işlərinin aparılması və sənədlərin hazırlanması mümkün olmamış, bu barədə DƏDRX-nin 5 saylı X27 tərəfindən xx xxxxxx 2020-ci il **********75 saylı məktub verilmişdir. Cavabdehlər həmin hərəkətləri ilə onun həmin evə və torpaq sahəsinə dair vərəsəlik hüququnu pozmuşlar, əsassız olaraq sənədlərin hazırlanmasına mane olmuşlar. Bu səbəbdən də, həmin şəxslər tərəfindən edilən maneə məhkəmə qaydasında aradan qaldırılmlaıdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul edərək izahatında göstərdi ki, mübahisə edilən evdə özü ailə üzvləri ilə birlikdə yaşayır. O, 2020-ci ilin fevral ayında evə gələrkən bir neçə şəxs tərəfindən evin ölçüldüyünü görmüş, onlardan kim olduqlarını soruşduqdan sonra reyestr xidmətinin əməkdaşları olduğunu və İddiaçı tərəfindən dəvət olunduqlarını bilmişdir. İddiaçı onun xəbəri olmadan evi ölçmək üçün Reyestr Xidmətinin əməkdaşlarını dəvət etmişdir, lakin buna baxmayaraq, o, həmin vaxt heç bir maneçilik törətmədən həmin şəxslərə ölçüləri çıxartmaları üçün evin otaqlarını, həyəti göstərmişdir. Həmin vaxt evin 3 otağı İddiaçı tərəfindən bağlanılmışdır. Sözügedən fərdi yaşayış evini rəsmiləşdirməmişlər. Onun oğlu Cavabdeh1 isə səhər işə gedib axşam evə qayıdır, iddiaçının qeyd etdiyi maneçiliyi törətməyə vaxtı belə yoxdur. İddiaçı onun xəbəri və icazəsi olmadan evdə ölçü işləri aparmaq istədiyi üçün o, buna mane olmuşdur. Lakin hazırda evin və həyətyanı torpaq sahəsinin mütəxəssislər tərəfindən ölçülməsinə etiraz etmir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnmə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənlərə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, işə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, X20 ilə X11 arasında xx xxxxxx 1957-ci il tarixdə 72 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Nadirova soyadı verilmişdir. İşdə olan Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 757 nömrəli Arayışdan görünür ki, İddiaçı ünvan 5 saylı evdə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz rayon Ərazi İdarəsi tərəfindən Qusar rayon məhkəməsinə ünvanlanmış xx xxxxxxxx 2006-cı il tarixli 28/173 nömrəli cavab məktubundan görüqnür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz rayon Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən ünvan 5 saylkı ünvanda yerləşən fərdi yaşayış evi X12 adına qeydə alınmışdır, lakin ona qeydiyyat vəsiqəsi verilməmişdir. İşdə olan Qusar rayon Notariat Ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli X-1259 nömrəli cavab məktubunun təsdiq olunmuş görünür ki, Qusar rayon Notariat Ofisinə xx xxxx 2008-ci il tarixdə vəfat etmiş X12 və xx xxxxxxxx 2008-ci il tarixdə vəfat etmiş X5 ölümündən sonra miras qalmış əmlaklara dair vərəsəliyin qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün X16 və İddiaçı müraciəti daxil olmuşdur. X24 və İddiaçı mərhum X12 və X5 vərəsələri sırasına daxildir. İşdə olan AZ-İ № 990087 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 xx xxxxxxxx 2008-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxxx 2008-ci il tarixdə 129 nömrə ilə qeyd edilmişdir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş Arayışın təsdiq olunmuş surətindən görünür ki, X20 xx xxxx 2008-ci il tarixdə Qusar şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2008-ci il tarixdə 106 nömrə ilə qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən İddiaçı verilmiş xx xxx 2008-ci il tarixli Arxiv Çıxarışının təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon ZDS İcraiyyə Komitəsinin xx xxxx 1966-cı il tarixli qərarı ilə Qusar şəhəri, Kommunist küçəsindəki 84 nömrəli evdə yaşayan X15 0.04 hektar torpaq sahəsinin təhkim edilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən İddiaçı verilmiş xx xxxx 2009-cu il tarixli 468 nömrəli Arxiv Çıxarışının təsdiq olunmuş surətindən görünür ki, Qusar şəhər ZDS İcraiyyə Komitəsinin xx xxxxxx 1976-cı il tarixli qərarına əsasən ünvan 5 nömrəli evdə yaşayan X12 istifadə etdiyi artıq torpaq sahəsindən başqa məqsəd üçün istifadə edilməsi mümkün olmadığından həmin torpaq sahəsinin 6 sota çatdırılması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X27 tərəfindən İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli **********75 nömrəli cavab məktubundan görünür ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət edilmiş mərhum X15 məxsus fərdi yaşayış evi üzərində digər şəxs tərəfindən mübahisə mövcud olduğundan müayinə işlərinin aparılması mümkün olmamışdır və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu səbəbdən də, fərdi yaşayış evinin texniki göstəricilərini əks etdirən texniki pasportun və dövlət reyestrindən çıxarışın hazırlanması mümkün olmamışdır. İşdə olan 10 mart 200-ci il tarixli vəsiyyətnamənin təsdiq edilmiş surətindən görünür ki, X2 şəhəri, M.Vəliyev küçəsi, ev 161 ünvanda yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evini qızı İddiaçı vəsiyyət etmişdir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, ünvan 1 Müqtədir) 161 saylı ünvanda yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.06 hektar həyətyanı torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X22 əməkdaşları tərəfindən müayinə aparılmasına cavabdehlər Cavabdeh1 Nadir oğlu və Cavabdeh2 tərəfindən maneçiliklər törədilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququnun yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarının nəticə hissəsinin 3-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllə qüvvəyə mindiyi gündən yaranır” müddəası Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun hesab edilsin. Məhkəmə qeyd edilənlərə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1 Müqtədir) 161 saylı ünvanda yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.06 hektar həyətyanı torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X22 əməkdaşları tərəfindən müayinə aparılmasına cavabdehlər Cavabdeh1 Nadir oğlu və Cavabdeh2 tərəfindən edilən maneçiliklər aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsasən kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 Müqtədir) 161 saylı ünvanda yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.06 hektar həyətyanı torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X22 əməkdaşları tərəfindən müayinə aparılmasına cavabdehlər Cavabdeh1 Nadir oğlu və Cavabdeh2 tərəfindən edilən maneçiliklər aradan qaldırılsın. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar