Məhkəmə qərarları › İş №2(029)-145/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-145/2021

22.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-145/2021 22.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakimi Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi Nümayəndə Cavabdehlər Cavabdeh1 sədri X2, Cavabdeh2 və Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, X5, Cavabdeh3, Cavabdeh4, X9, Balabəyova (Şirinova) Südabə Həmdulla qızına və Cavabdeh7 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1nə, X5, Cavabdeh3, Cavabdeh4, X9, Balabəyova (Şirinova) Südabə Həmdulla qızına və Cavabdeh7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1ndən, X3, Cavabdeh3, Cavabdeh4, X4, Balabəyova (Şirinova) Südabə Həmdulla qızından və Cavabdeh7 müştərək qaydada ona və ailə üzvlərinə vurduğu ziyana görə 3714 (üç min yeddi yüz on dörd) manat dəyərində maddi, hər birindən ayrı-ayrılıqda 3000 (üç min) manat dəyərində mənəvi zərərin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını və Cavabdeh2 dövlət orqanlarına verdiyi yalan məlumatlara görə barəsində xüsusi qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh1 keçmiş sədri Cavabdeh2 xx xxxxxx 2018-ci il tarixdə ərizə ilə Qusar rayon Polis İdarəsinə müraciət edərək iddiaçı ilə xxxx arasında bağlanmış müqavilənin qanunsuz olduğunu bildirmiş və iddiaçını dələduzluqda ittiham edərək ödənilmiş icarə haqqının iddiaçıdan alınmasını tələb etmişdir. İddiaçının müraciəti əsasında Qusar rayon Polis İdarəsində araşdırma aparılmış, ərizəçinin, iddiaçı və iddiaçının bacısı Könül Hacıyevanın (keçmiş bələdiyyə işçisi) izahatları alınmış, əməlində dələduzluq faktı aşkar olunmadığı üçün cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxxxx 2018-ci il tarixli qərar qəbul edilmişdir. Bundan sonra Cavabdeh2 iddiaçıya qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi və alınmış icarə haqqının qaytarılması tələbi”nə dair iddia ərizəsi ilə Qusar rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinə Əniq bələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli 01 saylı Protokoldan Çıxarış əlavə edilmişdir. Həmin Çıxarışın məzmunundan məlum olmuşdur ki, keçmiş bələdiyyə üzvləri hazırki iş üzrə cavabdehlər iclas keçirərək iddiaçı barədə məhkəməyə müraciət edilməsi üçün Qərar qəbul etmişlər. Cavabdeh2 iddia ərizəsində və iddiaya əlavə etdiyi Əniq bələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli 01 saylı Protokoldan Çıxarışdakı imzalarına fikir verdikdə həmin imzaların eyni olmadığı məlum olmuşdur. Yəni həmin sənədlərdəki imzalardan biri başqa şəxs tərəfindən icra edilmişdir. Məhkəmə iclaslarında sözügedən iclas protokolunun əslinin məhkəməyə təqdim olunması Cavabdeh2 tələb olunsa da, həmin sənədi hansısa səbəbə görə məhkəməyə təqdim etməkdən imtina etmişdir. Məhkəmə tərəfindən iş üzrə müvafiq ekspertizalar təyin edilmiş, aparılmış araşdırma nəticəsində iddia tələbinin əsassız olduğu müəyyən edilmiş və məhkəmənin 2(029)- 57/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamə ilə iş üzrə 124 manat məbləğində məhkəmə xərclərinin Qusar rayonu Əniq bələdiyyəsindən və iddiaçıdan müştərək qaydada tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına, iş üzrə 100 manat məbləğində məhkəmə xərcləri Qusar rayonu Əniq bələdiyyəsindən və iddiaçıdan müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi tələb olunmuşdur. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra iddiaçı, cəmi 114 manat pul vəsaitini qətnamədə göstərilən bank hesablarına ödəmişdir. İddiaçı iş üzrə təyin edilmiş məhkəmə iclaslarında iştirak etmək və məhkəmə ekspertizaları zamanı mübahisəli əraziyə baxış keçirmək üçün bütün işindən ayrılaraq faktiki yaşadığı Bakı şəhərindən dəfələrlə Qusar rayonu Əniq kəndinə və Sumqayıt şəhərinə gəlmişdir. Məhkəmə iclaslarında iştirak etmək üçün iddiaçı atasına bir neçə dəfə etibarnamə vermişdir. Etibarnamə və yol xərclərinə ümumilikdə təxminən 500 manat pul vəsaiti xərcləməli olmuşdur. Bələdiyyə tərəfindən iddiaçıya qarşı iddianın qaldırılmasına səbəb həmin bələdiyyədə 2010-2011-ci illər ərzində vergi auditi, 2011-2018-ci ilin fevral ayınadək xəzinədar vəzifəsində işləmiş iddiaçının bacısı Könül Hacıyevanın, bələdiyyə sədri olmuş Cavabdeh2 qanunsuz hərəkətlərinə görə məhkəməyə müraciət etməsi olmuşdur. Belə ki, Cavabdeh2 işlədiyi müddət ərzində bir sıra qanunsuzluqlara yol vermiş, cavabdehin bu qanunsuz əməllərinə baş əyəməyən iddiaçının bacısı Könül Hacıyevanı qanunsuz olaraq 2016-cı ildə işdən azad etmişdir. Müvafiq məhkəmə qətnaməsi ilə iddiaçının bacısı Könül Hacıyeva öz işinə bərpa olunması və ödənilməmiş əmək haqqının X6 ödənilməsi qət edilmişdir. İddiaçının bacısının tələbindən imtina etməsi üçün Cavabdeh2 tərəfindən iddiaçının bacısına və ailə üzvlərinə hədə-qorxular edilmişdir. Lakin iddiaçının bacısı haqlı tələbindən imtina etməmiş, əvvəlki işinə bərpa olunmuş və ödənilməmiş əmək haqqı Qusar rayon İcra və Probasiya Şöbəsinin məcburi tələbi ilə bələdiyyənin hesabından tutulmuşdur. Buna qəzəblənən Cavabdeh2 öz havadarları ilə birlikdə Hacıyevlər ailəsinə pisliklər etmək qərarına gəlmişdir. Həmin əməllərindən biri kimi, Qusar rayon Əniq kəndində yerləşən fərdi yaşayış evinin qarşısındaki ümumi istifadədə olan yol sahəsini qanunsuz olaraq xx xxxxxx 2017-ci il tarixdə iddiaçının qonşusuna satması və qonşusu mövcud darvazanın 12 metr yola tərəf çəkilməklə yol hissəsində darvaza quraşdıraraq fərdi evinə giriş-çıxışı bağlaması olmuşdur. İddiaçının qonşusu ilə aralarında mübahisə yaranmış, bələdiyyə sənədinin olduğunu əsas gətirərək tikintini davam etdirmək istəmişdir. İddiaçının 102 xidmətinə, Rayon İcra Hakimiyyətinə müraciətlərindən sonra İH-nin memarı əraziyə gəlmiş bələdiyyə qərarının qanunsuz olduğunu iddiaçının qonşusuna bildirilmiş, tikintinin aparılması dayandırılaraq darvaza əvvəlki yerinə qaytarılmış və ümumi istifadədə olan yol sahəsindən gediş-gəliş bərpa edilmişdir. Cavabdeh2 qanunsuz əməlləri nəticəsində iddiaçının qonşusu ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı iddiaçının anası stres keçirmiş və nevroz xəstəliyinə tutulmuş, bir ildən artıq kənd, rayon və Bakı şəhərində müxtəlif xəstəxanalarda müalicələr almışdır. İddiaçı bu müalicələrə təxminən 3000 manat pul vəsaiti xərcləmişdir. Kəndlərinə su xəttinin çəkilməsi məqsədilə 2019-cu ilin noyabr ayında Cavabdeh2 tərəfindən kənd üzrə 150 təsərrüfatdan ən azı 20 manat olmaqla pul vəsaiti yığılmışdır. Bələdiyyəyə ödədikləri 20 manat pul vəsaitinə dair qəbz bu günə kimi onlara verilməmişdir. Məhkəmə qətnaməsi ilə iddiaçının bacısına ödənilməli olan əmək haqqının tutulması üçün Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən bələdiyyənin bank hesabına inkasso sərəncamı qoyulsa da, Cavabdeh2 qərəzli şəkildə Azərbaycan Respublikasının adından çıxarılmış məhkəmə qətnaməsini icra etməmək üçün başqa bankda yeni hesab açaraq yığılmış vəsaiti həmin hesaba keçirmiş və eyni gündə pul vəsaitini hesabdan çıxarmışdır. Cavabdeh2 iddiaçını dələduzluqda ittiham edərək barəsində Qusar rayon Polis İdarəsinə şikayət etdikdən sonra cavabdehin qanunsuz şikayətlərinə obyektiv yanaşılması və pozulmuş hüquqlarının müdafiəsi üçün Respublikanın bir sıra direktiv orqanlarına poçt vasitəsi ilə çoxsaylı ərizələr və teleqramlar ünvanlamışdır. İddiaçı ərizə və teleqramların göndərilməsinə təxminən 100 manat pul vəsaiti xərcləmişdir. Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixli 01 saylı Protokolunun 04 saylı qərarı ilə iddiaçıya qarşı məhkəməyə müraciət edilməsi qərara alınmış, nəticədə iddiaçıya maddi və mənəvi zərər dəymişdir. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 sədri X10 iddianı qəbul etməyərək izahatında göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdən Əniq bələdiyyəsinin sədri vəzifəsində işləyir. Əniq Bələdiyyəsi İddiaçı və “xxxx” MMC-nə qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi, alınmış icarə haqlarının qaytarılması tələbinə dair iddiası üzrə xx xxxxxx 2020-ci il tarixdə məhkəmə iclasında iştirak etmişdir. Həmin məhkəmə iclasında iddianı qəbul etməmişdir. Lakin, Qusar rayon Məhkəməsinin 2(029)-57/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsinə əsasən Əniq Bələdiyyəsi İddiaçı və “xxxx” MMC-nə qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi, alınmış icarə haqlarının qaytarılması tələbinə dair iddiası rədd edilmişdir. Bələdiyyə tərəfindən həmin məhkəmə qətnaməsindən Apellyasiya şikayəti verilməmişdir. Bələdiyyə sədri işlədiyi müddət ərzində İddiaçı ilə Əniq bələdiyyəsi arasında heç bir mübahisə olmamışdır. İddiaçı hal-hazırda Əniq bələdiyyəsinə qarşı əsassız iddia qaldırmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, 2015-ci ildən 2020-ci ilədək Əniq Bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. 2008-ci ildə “xxxx” MMC əhatə dairəsini genişləndirmək və mobil rabitənin keyfiyyətini artırmaq məqsədilə Qusar rayonu Əniq kəndində yeni radio-baza stansiyasını istifadəyə verilmişdir. Qusar rayonu Əniq bələdiyyəsi tərəfindən həmin qurğunun yerləşdiyi ərazinin koordinatları müəyyən edilmiş və həmin ərazinin bələdiyyə mülkiyyətinə aid olması məlum olmuşdur. Həmin koordinatları Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən müəyyən edilmişdir. Bu səbəbdən o, iddiaçının həmin sahədən çıxarılması tələbi ilə Qusar RPŞ-yə müraciət etmişdir. Lakin bu məsələ mülki xarakter daşıdığından məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Həmin “xxxx” MMC-nin quraşdırdığı radio-dalğa otürücü qüllənin yerləşdiyi ərazinin kimə məxsus olması bələdiyyə iclasında müzakirə olunmuş və məhkəməyə müraciət edilməsi qərara alınmışdır. Bununla bağlı o, Qusar rayon Məhkəməsinə Əniq Bələdiyyəsi İddiaçı və “xxxx” MMC-nə qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi, alınmış icarə haqlarının qaytarılması tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Lakin onun səlahiyyət müddəti bitdiyinə görə məhkəmənin yekun qərarından məlumatı olmamışdır. İddiaçı hazırki tələblə məhkəməyə müraciət etdikdən sonra ona məlum olmuşdur ki, X8 Renad Fərhad oğluna və “xxxx” MMC-nə qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi, alınmış icarə haqlarının qaytarılması tələbinə dair iddiası rədd olunmuş, mübahisəli ərazinin iddiaçıya məxsus olması məlum olmuşdur. Onun, iddiaçıya və iddiaçının ailə üzvlərinə qarşı heç bir qərəzli hərəkəti olmamışdır. İddiaçı ona qarşı məhkəmədə əsassız iddia qaldırmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh4 iddianı qəbul etməyərək izahatında göstərdi ki, 2015-ci ildən 2020-ci ilədək Əniq bələdiyyəsinin üzvü olmuşdur. Bələdiyyə tərəfindən qərarların qəbul edilməsində iştirak etmişdir. “xxxx” MMC-nin Əniq kəndində quraşdırdığı radio-dalğa otürücü qüllənin yerləşdiyi ərazinin kimə məxsus olması bələdiyyə iclasında müzakirə olunmuş və həmin ərazinin kimə məxsus olmasını aydınlaşdırmaq üçün məhkəməyə müraciət edilməsi qərara alınmışdır. O, bələdiyyə tərəfindən qəbul olunmuş qərarı imzalamışdır. İddiaçı ona qarşı məhkəmədə əsassız iddia qaldırmışdır. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh3, X12, Balabəyova (Şirinova) Südabə Həmdulla qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh7 məhkəməyə ərizə göndərərək, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb cavabdehlər Cavabdeh3, X7, Balabəyova (Şirinova) Südabə Həmdulla qızının və Cavabdeh7 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 sədri X2, Cavabdeh2 və Cavabdeh4 izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Qusar rayon Məhkəməsinin 2(029)-57/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Qusar rayonu X8 Renad Fərhad oğluna və “xxxx” MMC-nə qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi, alınmış icarə haqlarının qaytarılması tələbinə dair iddiası rədd edilmişdir. İş üzrə 124 (yüz iyirmi dörd) manat məbləğində məhkəmə xərcləri Qusar rayonu Əniq bələdiyyəsindən və İddiaçı müştərək qaydada tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına (Kapitalbankın 1 saylı Xətai filialı, Kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT kod:AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN:**********, Hesab N:AZ23AİİB********************) keçirilməsi, iş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri Qusar rayonu Əniq bələdiyyəsindən və İddiaçı müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, HesabAZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməsi qət edilmişdir. İşdə olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-746/2019 saylı qətnaməsindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin imtinasının qanunsuz hesab edilməsi, Qusar rayon Əniğ bələdiyyəsinin xx xxxx 2007-ci il tarixli 05 saylı qərarı və xx xxxx 2007-ci il tarixdə Qusar rayon Torpaq şöbəsində 18 nömrə ilə qeydə alınmış Torpaqların alqı-satqısına dair Akt əsasında İddiaçı satılmış sahəsi 0.06 ha olan torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən qeydiyyat tarixi xx xxxxxxx 2007-ci il, reyestr nömrəsi **********12 olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatların dəyişdirilərək Əniğ kəndinin yerquruluşu xəritəsində göstərilən torpaq sahəsinin yerquruluşu planına, yəni, faktiki naturaya uyğun mərz nişanları qoyularaq koordinatlar verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsiə yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin uzərinə qoyulması qət edilmişdir. İşdə olan xx xxxxxx 2019-cu il tarixli 01 saylı Protokoldan Çıxarışdan görünür ki, İddiaçı bələdiyyə mülkiyyətində olan torpaq sahəsini qanunsuz olaraq istifadə etməklə və onun barəsində qanunsuz sərəncam verməklə oradan gəlir əldə etmiş və Əniq bələdiyyəsini həmin ərazidə istifadə etməklə qanunla müəyyən olunmuş qaydada gəlir əldə etmək imkanından məhrum etmişdir. Həmin icarə haqların İddiaçı alınaraq bələdiyyəyə qaytarılması və müqavilənin etibarsız hesab edilməsi üçün Qusar rayon məhkəməsinə müraciət olunması qərara alınmışdır. İşdə olan xx xxxxxxxx 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan görünür ki, Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi polis leytenantı Elvin Allahquliyevin topladığı material əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş. Qusar rayonu Əniğ kənd bələdiyyəsinin sədri Cavabdeh2 vətəndaş Renat Hacıyev tərəfindən torpaq sahəsinin buraxılmasına dair tələbi mülki mübahisəli olduğundan, həmin xüsusat üzrə mülki iddia qaydasında məhkəmə orqanlarına müraciət etmək hüququ izah edilmişdir. İşdə olan K**********37439 saylı qəbzdən görünür ki, Renad Nümayəndə oğlu tərəfindən Məhkəmə Ekspertiza Mərkəzinə 50 (əlli) manat ödənilmişdir. İşdə olan K**********37384 saylı qəbzdən görünür ki, Renad Nümayəndə oğlu tərəfindən Kadastr və Yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzinə 62 (altmış iki) manat ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh1, X11, Cavabdeh3, Cavabdeh4, X12, Balabəyova (Şirinova) Südabə Həmdulla qızı və Cavabdeh7 tərəfindən İddiaçı hər hansı maddi və mənəvi zərərin vurulması, onlar tərəfindən iddiaçı qarşısında mülki məsuliyyətin əmələ gəlməsinə səbəb olan hər hansı hərəkətlərə yol verilməsi halları aşkar olunmamış, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Həmçinin işə baxılarkən Cavabdeh2 hərəkətlində cinayət hüquqi xarakterli faktların müəyyən edilməsi aşkar olunmamış, ona görə Cavabdeh2 barəsində xüsusi qərardad çıxarılmasına zərurət yaranmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1nə, X5, Cavabdeh3, Cavabdeh4, X9, Balabəyova (Şirinova) Südabə Həmdulla qızına və Cavabdeh7 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə, X5, Cavabdeh3, Cavabdeh4, X9, Balabəyova (Şirinova) Südabə Həmdulla qızına və Cavabdeh7 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar