Məhkəmə qərarları › İş №2(029)-200/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-200/2022

29.09.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-200/2022 29.09.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 qarşı torpaq sahələrinə dair payın naturada ayrılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 qarşı torpaq sahələrinə dair payın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək paylı mülkiyyət hüququ üzrə ona və cavabdehlərə məxsus olan, xx.xx.2021-vci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən Qusar rayonu Quxur kəndində yerləşən 2.6048 ha, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən, Qusar rayonu Quxur kəndində yerləşən 1.1661 ha, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən, Qusar rayonu Quxur kəndində yerləşən 2.62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair onun 5/9 hissədə payının ayrılaraq onun ayrıca mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, xx.xx.2021-vci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qusar rayonu Quxur kəndində yerləşən 2.6048 ha, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qusar rayonu Quxur kəndində yerləşən 1.1661 ha, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qusar rayonu Quxur kəndində yerləşən 2.62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri xüsusi mülkiyyət hüququ üzrə onun və cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh4 adlarına qeydiyyata alınmışdır. Mülkiyyət hüquqları paylı mülkiyyət olmaqla onun həmin torpaq sahələrinə dair mülkiyyət payı 5/9 hissə, cavabdehlərin hər birinin mülkiyyət payları isə 1/9 hissə müəyyən olunmuşdur. Hal-hazırda torpaq sahələrinə dair onun mülkiyyət payının naturada ayrılması zərurəti yaranmışdır. Belə ki, həmin torpaq sahələrinə dair o, özünün sahiblik, istifadə və sərəncam hüquqularını həyata keçirmək barədə cavabdehlərlə razılığa gələ bilmir, o, özünə aid torpaq sahəsinin bir qismini satmaq istəsə də, cavabdehlər bu barədə öz razılıqlarını bildirmirlər. Nəticədə isə o, özünün mülkiyyət hüququnu sərbəst şəkildə həyata keçirə bilmir. Odur ki, hesab edir ki, yuxarıda göstərilən məlum torpaq sahələrinə dair onun 5/9 hissədə olan mülkiyyət payı naturada ayrılaraq onun ayrıca mülkiyyətinə verilməlidir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, məhkəmə tərəfindən iş üzrə məhkəmə-torpaqşünaqlıq ekspertizası təyin edilmiş və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsindən müvafiq mütəxəssis rəyi, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən müvafiq ekspert rəyi verilmişdir. Mütəxəssis rəyində hər bir torpaq sahəsinin bölgü variantının sxemi məhkəməyə təqdim edilmişdir. Həmin sxemlərə əsasən hər biri torpaq sahəsi 9 bərabər hissələrə bölünmüş, həmin hissələr “A”, “B”, “C”, “D”, “E”, “H”, “G”, “F”, “J” hərfləri ilə işarələnmişdir. Onun hər üç torpaq sahəsinə dair mülkiyyət payı 5/9 hissə təşkil edir. Odur ki, doqquz bərabər hissələrdən “E”, “H”, “G”, “F”, “J” hərfləri ilə işarələnmiş 5 ədəd hissələr olmaqla həmin torpaq sahələrinin hər birinin 5/9 hissəsinin onun ayrıca mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Bundan başqa, səhhəti və şəxsi işləri ilə əlaqədar təyin olunmuş məhkəmə iclasında iştirak edə bilmir və ona görə işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu Quxur kəndində yerləşən 2.6048 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh4 adlarına qeydiyyata alınmışdır. İddiaçı mülkiyyət payı 5/9 hissə, digər mülkiyyətçilərin hər birinin mülkiyyət payları isə 1/9 hissə təşkil edir. İşdə olan xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu Quxur kəndində yerləşən 1.1661 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh4 adlarına qeydiyyata alınmışdır. İddiaçı mülkiyyət payı 5/9 hissə, digər mülkiyyətçilərin hər birinin mülkiyyət payları isə 1/9 hissə təşkil edir. İşdə olan xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu Quxur kəndində yerləşən 2.62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh4 adlarına qeydiyyata alınmışdır. İddiaçı mülkiyyət payı 5/9 hissə, digər mülkiyyətçilərin hər birinin mülkiyyət payları isə 1/9 hissə təşkil edir. İşdə olan Seriya AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü ildə Qusar rayonu Sudur kəndində anadan olmuş, Qusar rayonu Quxur-oba kəndində yaşayır. İşdə olan Quba rayon İHB-nın Quxuroba kənd inzbati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 08 dekabr 2021-ci il tarixli 869 saylı arayışdan görünür ki, İddiaçı həmin kəndin sakini olmaqla və işləməməklə ailə tərkibi Cavabdeh1 ibarətdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********84 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli və ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlara əsasən iddiaçının və cavabdehlərin birgə mülkiyyətlərində olan, Qusar rayonu Quxur kəndində yerləşən 2.62 ha, 1.1661 ha və 2.6048 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin naturada bölünməsi texniki cəhətdən mümkündür (sxem tərtib olunmuş, paylı mülkiyyətin 1/9 hissəyə bölünmüş hər bir hissəsinin cizgiləri sxemdə göstərilmişdir). Qeyd olunan torpaq sahələrinin naturada bölünməsi tərtib olunmuş bölgü sxemində göstərilmişdir. Həmin rəyə əlavə olunmuş bölgü sxemlərindən görünür ki, Qusar rayonu Quxur kəndində yerləşən 2.62 ha, 1.1661 ha və 2.6048 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin hər biri 9 bərabər hissəyə bölünməklə həmin hissələr “A”, “B”, “C”, “D”, “E”, “H”, “G”, “F”, “J” hərfləri ilə işarələnmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş, tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 05 sentyabr 2022-ci il tarixli 10/4474 saylı ekspert rəyindən görünür ki, mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlara əsasən iddiaçının və cavabdehlərin birgə mülkiyyətlərində olan, Qusar rayonu Quxur kəndində yerləşən 2.62 ha, 1.1661 və 2.6048 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin naturada bölünməsi texniki cəhətdən mümkündür. Mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən qeyd olunan torpaq sahələrinin naturada bölünməsi tərtib edilmiş bölgü sxemində göstərilmişdir (Bölgü sxemi mütəxəssis rəyinə əlavə edilmişdir). İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2022-ci il tarixli 10/4474 saylı məktubundan görünür ki, eyni tarixli və saylı ekspert rəyi üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatdır. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********84 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi ilə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 05 sentyabr 2022-ci il tarixli 10/4474 saylı ekspert rəyi ilə razılaşaraq həmin rəyləri işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 214.2-ci maddəsinə əsasən paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. Həmin Məcəllənin 214.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlara əsasən iddiaçının və cavabdehlərin ümumi paylı mülkiyyətlərində olan, Qusar rayonu Quxur kəndində yerləşən 2.62 ha, 1.1661 ha və 2.6048 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin naturada bölünməsi texniki cəhətdən mümkün olduğundan İddiaçı iddia tələbi təmin olunmaqla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********84 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə və Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2022-ci il tarixli 10/4474 saylı ekspert rəyinə uyğun olaraq həmin torpaq sahələri naturada bölünməli, mütəxəssis rəyinə əlavə olunmuş torpaq sahələrinin bölgü variantına dair plan-sxeminə uyğun olaraq hər bir torpaq sahəsinin “E”, “H”, “G”, “F”, “J” hərfləri ilə işarələnmiş 5 ədəd hissələrdən ibarət 5/9 hissəsi naturada ayrılaraq İddiaçı ayrıca mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. İş üzrə məhkəmə ekspertizası iddiaçının təşəbbüsü ilə təyin edilmişdir. Bu səbəbdən, iş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X5, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********84 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əlavə olunmuş bölgü sxemlərinə uyğun olaraq xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlara əsasən İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh4 ümumi paylı mülkiyyətlərində olan, Qusar rayonu Quxur kəndində yerləşən 2.62 ha, 1.1661 ha və 2.6048 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin hər birinin “E”, “H”, “G”, “F”, “J” hərfləri ilə işarələnmiş 5 ədəd hissələrdən ibarət 5/9 hissəsi naturada ayrılaraq İddiaçı ayrıca mülkiyyətinə verilsin. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X5, Kodu- 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK- CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar