Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-21/2025 15.05.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi X20 və Cavabdeh Sevləddin oğlunun etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh Sevləddin oğluna qarşı “torpaq sahəsinə dair payın naturada ayrılması” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Sevləddin oğluna qarşı “torpaq sahəsinə dair payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat, **********68 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən, Qusar rayonu Qalacıq kəndində yerləşən 2.4139 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ona məxsus 1.44834 ha hissəsinin naturada ayrılaraq ayrıca mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat, **********68 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qusar rayonu Qalacıq kəndində yerləşən 2.4139 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə onun, Cavabdeh Sevləddin oğlunun və cavabdehlərin valideynləri X3, X11 adlarına qeydiyyata alınmışdır. Mülkiyyət hüququ paylı mülkiyyət olmaqla həmin torpaq sahəsinin 1.44734 ha hissəsi paylı mülkiyyət hüququ üzrə ona məxsusdur. 2.4139 ha torpaq sahəsinin 0.24139 ha hissəsi X17, 0.24139 ha hissəsi X5, 0.48278 ha hissəsi isə Cavabdeh Sevləddin oğluna məxsusdur. Torpaq sahəsi paylı mülkiyyət olsa da, mülkiyyətçilər arasında naturada bölünməmişdir. Hal-hazırda həmin torpaq sahəsinə dair onun mülkiyyət payının naturada ayrılması zərurəti yaranmışdır. Belə ki, həmin torpaq sahəsinə dair o, özünün sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirmək barədə digər mülkiyyətçilərlə razılığa gələ bilmir, dəfələrlə bu barədə müraciət etsə də, müraciətləri cavabsız qalmışdır. Torpaq sahəsinin paylı mülkiyyətçilərindən olan X18 xx.xx.2018-ci il tarixdə, X7 isə xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Beləliklə, torpaq sahəsinin naturada ayrılmasına dair cavabdehlərlə razılığa gələ bilmədiyinə görə və bu isə onun mülkiyyət hüququnu sərbəst şəkildə həyata keçirməyinə mane olduğundan hesab edir ki, yuxarıda göstərilən məlum torpaq sahəsinə dair onun 1.44834 ha hissədə olan mülkiyyət payı naturada ayrılaraq onun ayrıca mülkiyyətinə verilməlidir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X21 iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında Cavabdeh Sevləddin oğlunun etibarnamə üzrə nümayəndəsi X8 iddianı qəbul etməmiş, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh Sevləddin oğluna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4 və 185.5-cı maddəsinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli ********** qeydiyyat, **********68 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən 2.4139 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə 0.24139 ha hissədə X11, 0.24139 ha hissədə X4, 0.48278 ha hissədə Cavabdeh Sevləddin oğlunun və 1.44834 ha hissədə İddiaçı mülkiyyətindədir. İşdə olan 15 aprel 2023-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X6 və X1 rayonu Qalacıq kəndində yerləşən 2.4139 ha torpaq sahəsini İddiaçı 5000 manata satmışlar. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 14 fevral 2025-ci il tarixli 3-16-16/2-10/9752/2024 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, Qərardadda mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə mübahisələndirilən torpaq sahəsinin mövqeyi, ölçüləri və ərazinin koordinatlarını naturadan plana alınaraq kameral şəraitdə, TEKİUS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirilmişdir, nəticədə müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat, **********68 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən torpaq sahəsi naturada 2.41 hektar ölçüdə təşkil edir. xx.xx.2023-cü il tarixli ********** qeydiyyat, **********68 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasən X11, X4, Cavabdeh Sevlədin oğlunun və İddiaçı birgə mülkiyyətlərində olan, Qusar rayonu Qalacıq kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada bölünməsi texniki cəhətdən mümkündür. Qeyd olunan torpaq sahəsinin İddiaçı payına düşən 1.448 hektar hissədə naturada bölünməsinin 2 (iki) forması mövcuddur, (bölgü sxemin əlavə olunmuşdur) İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş, tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 14 fevral 2025-ci il tarixli 10/9752 saylı ekspert rəyindən görünür ki, Qərardadın 1-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi T.Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat, **********68 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən torpaq sahəsi naturada 2.41 hektar ölçüdə təşkil edir. Qərardadın 2-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi T.Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat, **********68 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X11, X4, Cavabdeh Sevlədin oğlunun və İddiaçı birgə mülkiyyətlərində olan, Qusar rayonu, Qalacıq kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada bölünməsi texniki cəhətdən mümkündür. Qərardadın 3-cü sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi T.Səfərovun mütəxəssis rəyində qeyd edilir ki,qeyd olunan torpaq sahəsinin İddiaçı payına düşən 1.448 ha hissədə naturada bölünməsinin 2 (iki) forması mövcuddur. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 14 fevral 2025-ci il tarixli 10/9752 saylı məktubundan görünür ki, eyni tarixli və saylı ekspert rəyi üzrə ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatdır. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə, 14 fevral 2025-ci il tarixli 10/9752 saylı ekspert rəyini və 14 fevral 2025-ci il tarixli 3-16-16/2-10/9752/2024 saylı mütəxəssis rəylərini sübut kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.5. Daşınmaz əmlaka mülkiyyət hüququ əmlakın fiziki cəhətdən bölünməsini nəzərdə tutmayan, lakin yaranacaq ümumi paylı mülkiyyətdə payların nisbətini faizlə müəyyənləşdirən bölünmə planı əsasında bölünə bilər. Mülkiyyətçi tərəfindən tərtib edilən belə bölünmə planı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edildikdən sonra mülkiyyətçinin bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat, **********68 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qusar rayonu Qalacıq kəndində yerləşən 2.4139 ha həyətyanı torpaq sahəsinin və 1.44834 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin naturada bölünməsi texniki cəhətdən mümkün olduğundan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 14 fevral 2025-ci il tarixli 3-16-16/2-10/9752/2024 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyinə və Məhkəmə Ekspertizası Mərkəzinin 14 fevral 2025-ci il tarixli 10/9752 saylı ekspert rəyinə uyğun olaraq mülkiyyət hüququ üzrə 0.24139 ha hissədə X17, 0.24139 ha hissədə X5, 0.48278 ha hissədə Cavabdeh Sevləddin oğluna və 1.44834 ha hissədə İddiaçı məxsus olan, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat, **********68 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən Qusar rayonu Qalacıq kəndində yerləşən 1.44834 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi naturada ayrılıb İddiaçı ayrıca mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. İddia tələbi təmin edildiyindən, iş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri Cavabdeh Sevləddin oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X16, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli ********** qeydiyyat, **********68 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən Qusar rayonu Qalacıq kəndində yerləşən 1.44834 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi naturada ayrılıb İddiaçı ayrıca mülkiyyətinə verilsin. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərci Cavabdeh Sevləddin oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X16, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
SƏDRLİK EDƏN ƏLİ CƏLİLOV