Məhkəmə qərarları › İş №2(029)-232/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-232/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-232/2021 23.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3850 (üç min səkkiz yüz əlli) manat məbləğində verilmiş sığorta ödənişinin və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “xxxx” ASC məhkəməyə ərizə göndərərək işə iddiaçı tərəfin nümayəndəsinin iştirakı olmadan baxıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı “xxxx” ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı “xxxx” ASC-nin məhkəməyə göndərmiş olduğu iddia ərizəsindən görünür ki, “xxxx” ASC-də xx xxxxxx 2017-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortlanmış “VAZ-2107” markalı ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx xxx 2018-ci il tarixdə Qusar şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X5 tərəfindən idarə olunan “Hyundai Accent” markalı ** BF *** dövlət qeydiyyat nişanlı və X6 tərəfindən idarə olunan “VAZ-21074” markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq onu zədələmişdir. Qusar rayon Məhkəməsinin qərarı ilə Cavabdeh qeyd olunan yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh avtomobili sərxoş halda idarə etmişdir. Zərərçəkənlərin avtomobillərinin zədələnməsi ilə əlaqədar cəmi 3850 (üç min səkkiz yüz əlli manat) sığorta ödənişi verilmişdir. Zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, xx xxx 2018-ci il tarixdə o, özünə məxsus “VAZ-21074” markalı ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə Qusar şəhəri Ç.Qurban küçəsində idarə edərkən X5 tərəfindən idarə olunan “Hyundai Accent” markalı ** BF *** dövlət qeydiyyat nişanlı və X6 tərəfindən idarə olunan “VAZ-21074” markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur. İddiaçının tələb etdiyi məbləği hazırda ödəməyə imkanı yoxdur, bütün imkanlarından istifadə edərək həmin məbləği ödəyəcəkdir. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və qərəzsiz araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan ********* saylı mədaxil qəbzindən görünür ki, “xxxx” ASC tərəfindən 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödənilmişdir. İşdə olan xx xxxxxx 2018-ci il tarixli PGU 181698 saylı Sığorta Aktından görünür ki, X4 350 manat zərər hesablanmışdır. İşdə olan xx xxxxxx 2018-ci il tarixli PGU 181694 saylı Sığorta Aktından görünür ki, X2 3500 manat zərər hesablanmışdır. İşdə olan xxxx tərəfindən tərtib edilmiş xx xxxxxx 2918-ci il tarixli dəymiş zərərin hesablanmasına dair Aktdan görünür ki, ** BF *** dövlət qeydiyyat nişanlı Hyundai Accent avtomaşına vurulmuş zərər 3500 manat təşkil edir. İşdə olan xxxx tərəfindən tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli dəymiş zərərin hesablanmasına dair Aktdan görünür ki, ** VL *** dövlət qeydiyyat nişanlı VAZ 21074 avtomaşına vurulmuş zərər 350 manat təşkil edir. İşdə olan xx xxxx 2018-ci il tarixli ********* saylı cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 261.1-ci maddəsinin tərkib əlamətləri olmadığından, onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi, X3 və X1 əməllərində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından, onların barələrində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilməsi nəzərə alınması qərara alınmışdır. İşdə olan Qusar rayon Məhkəməsinin 3(029)-201/2018 saylı xx xxxx 2018-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək, nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətə məhdudlaşdırılmaqla 15 gün müddətə inzibati həbs edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, “xxxx” ASC-nin xx xxxxxx 2017-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortlanmış “VAZ-2107” markalı ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx xxx 2018-ci il tarixdə Qusar şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X5 tərəfindən idarə olunan “Hyundai Accent” markalı ** BF *** dövlət qeydiyyat nişanlı və X6 tərəfindən idarə olunan “VAZ-21074” markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, yol nəqliyyat hadisəsi nəticəsində həmin maşınlara maddi zərər dəymişdir. Qusar rayon Məhkəməsinin 3(029)- 201/2018 saylı xx xxxx 2018-ci il tarixli qərarına əsasən, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanə törətməklə təqsirli bilinərək, nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətə məhdudlaşdırılmaqla 15 gün müddətə inzibati həbs edilməsi qərara alınmışdır. İddiaçı “xxxx” ASC tərəfindən zərərçəkənlərin avtomobillərinin zədələnməsi ilə əlaqədar cəmi 3850 (üç min səkkiz yüz əlli manat) sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin məcəllənin 883.1. maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ( iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ( və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən (Reqres tələbi hüququ) sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-i və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tədqiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə bu normaların tələblərindən çıxış edərək hesab edir ki, iddia tələbi təmin edilməli, iş üzrə tələb olunan 3850 (üç min səkkiz yüz əlli) manat məbləğində verilmiş sığorta ödənişi və ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i : İddia təmin edilsin. Cavabdeh 3850 (üç min səkkiz yüz əlli) manat məbləğində verilmiş sığorta ödənişi və ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar