Məhkəmə qərarları › İş №2(029)-248/2024

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-248/2024

15.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-248/2024 15.03.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağalıyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı X1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə Cavabdeh qarşı “dəymiş maddi, mənəvi ziyanın ödənilməsi və mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə Cavabdeh qarşı “dəymiş maddi, mənəvi ziyanın ödənilməsi və mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı X2 və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, iddiaçı X1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciə edərək bildirmişdir ki, Cavabdeh qarşı heç bir tələbi,şikayəti yoxdur. Mülkiyyətinə dəymiş maddi ziyan könüllü olaraq ödənilib. Bununla əlaqədar olaraq 15 mart 2024-cü il tarixə saat 11:00-a təyin olunmuş 18 yanvar 2021-cü il tarixli, 2(029)-248/2024 nömrəli iş üzrə icraata xitam verilməsini məhkəmdən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, iddiaçı X1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddiadan imtina etdiyinə görə, hazırki mübahisə üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı X1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə işə baxılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu (QƏBZ nömrəsi: 18949) iddiaçı Nümayəndə qaytarılmalı və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə Cavabdeh qarşı “dəymiş maddi, mənəvi ziyanın ödənilməsi və mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçı X1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə işə baxılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu (QƏBZ nömrəsi: 18949) iddiaçı Nümayəndə qaytarılsın və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar