Məhkəmə qərarları › İş №2(029)-25/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-25/2020

24.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-25/2020 24.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cəfərova Roza Şahismayıl qızının Cavabdeh Nemətova Elmira Həmdullah qızının Tərcüməçi Yüzbəyov Yalçın Şahbala oğlunun iştirakları ilə, İddiaçılar Kələntərova İndira Şahismayıl qızının və Cəfərova Roza Şahismayıl qızının cavabdehlər Nemətova Elmira Həmdullah qızına, Nemətov Alik Şahismayıloviçə, Nemətov Oleq Şahismayıloviçə və Nemətova Elvira Şahisayıl qızına qarşı torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar Kələntərova İndira Şahismayıl qızı və Cəfərova Roza Şahismayıl qızı cavabdehlər Nemətova Elmira Həmdullah qızına, Nemətov Alik Şahismayıloviçə Nemətov Oleq Şahismayıloviçə, və Nemətova Elvira Şahisayıl qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayonu Cibir kəndi ərazisində yerləşən və Seriya RX ******* saylı xx xxxxxxxx 2014-cü il tarixli çıxarışa əsasən onların və cavabdehlərin ümumi paylı mülkiyyətində olan 4.2226 hektar kənd təsərrüfatı təyinatla torpaq sahəsinə dair onların hər birinin 0.6871 hektar torpaq sahəsinin naturada ayrılaraq onların mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçı Cəfərova Roza Şahismayıl qızı iddianı müdafiə edərək izahatında göstərdi ki, Qusar rayonunun Cibir kəndi ərazisində yerləşən 4.2226 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ üzrə onlara, yəni iddiaçılar Kələntərova İndira Şahismayıl qızına, Cəfərova Roza Şahismayıl qızına və cavabdehlər Nemətova Elmira Həmdullah qızına, Nemətov Alik Şahismayıloviçə, Nemətov Oleq Şahismayıloviçə, Nemətova Elvira Şahisayıl qızına məxsusdur. Onların həmin torpaq sahəsinə dair mülkiyyət hüquqları Seriya RX ******* saylı, xx xxxxxxxx 2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. Həmin Çıxarışda onların, yəni iddiaçı Kələntərova İndira Şahismayıl qızının və onun hər birinin mülkiyyət payı 0.6871 hektar göstərilmişdir. Hal-hazırda onlar özlərinin mülkiyyət payının naturada ayrılmasını istəyirlər. Torpaq sahəsinin naturada ayrılması texniki cəhətdən mümkündür. Lakin cavabdehlər bundan yayındıqları üçün bunu edə bilməmişlər. Torpaq sahəsinə dair payları dəqiq müəyyən olunmuş və bu barədə Çıxarışda da qeyd olunmuşdur. Ona görə də hər birinin mülkiyyət payı, yəni hər birinin 0.6871 hektar torpaq sahəsi naturada ayrılmaqla onların ayrıca mülkiyyətinə verilməlidir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh Nemətova Elmira Həmdullah qızı iddianı qəbul etməyərək izahatında göstərdi ki, Qusar rayonunun Cibir kəndində yerləşən sözügedən 4.2226 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ ilə iddiaçılar Kələntərova İndira Şahismayıl qızına, Nemətova Elmira Həmdullah qızına, ona və digər cavabdehlər Nemətov Alik Şahismayıloviçə, Nemətov Oleq Şahismayıloviçə, Nemətova Elvira Şahisayıl qızına məxsusdur. Həmin torpaq sahəsinə dair onların mülkiyyət hüquqları Seriya RX ******* saylı, xx xxxxxxxx 2014-cü il tarixli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. Digər cavabdehlər də torpağın naturada ayrılıb iddiaçılara verilməsinə razı deyillər. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı Kələntərova İndira Şahismayıl qızı, cavabdehlər Nemətov Alik Şahismayıloviç, Nemətov Oleq Şahismayıloviç və Nemətova Elvira Şahisayıl qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb iddiaçı Kələntərova İndira Şahismayıl qızının, cavabdehlər Nemətov Alik Şahismayıloviçin, Nemətov Oleq Şahismayıloviçin və Nemətova Elvira Şahisayıl qızının iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı Cəfərova Roza Şahismayıl qızının və cavabdeh Nemətova Elmira Həmdullah qızının izahatlarını dinləyib, iş materiallarını tam, obyektiv və qərəzsiz araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX ******* saylı, xx xxxxxxxx 2014-cü il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu, Cibir kəndi ərazisində yerləşən **********51 reyestr nömrəli 4.5226 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə 1.0871 hektar Nemətova Elmira Həmdullah qızına, 0.6871 hektar Cəfərova Roza Şahismayıl qızına, 0.6871 hektar Kələntərova İndira Şahismayıl qızına, 0.6871 hektar Nemətov Alik Şahismayıloviçə, 0.6871 hektar Nemətov Oleq Şahismayıloviçə və 0.6871 hektar Nemətova Elvira Şahisayıl qızına məxsusdur. İşdə olan Qusar RİHB-nın İmamqulukənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxx 2017-ci il tarixli, 399 nömrəli Arayışdan görünür ki, Cəfərov Etibar Cəfər oğlu Qusar rayonunun İmamqulukənd kənd sakinidir və ailəsi həyat yoldaşı Cəfərova Roza Şahismayıl qızından, xx.xx.2005-ci il təvəllüdlü Cəfərov Zakir Etibar oğlundan və xx.xx.2008-ci il tarixli Cəfərov Şöhrət Etibar oğlundan ibarətdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən Qusar rayon məhkəməsinə ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli **********01 saylı məktubdan görünür ki, torpaq sahəsinin faktiki istifadə cizgiləri ilə hüquqmüəyyənedici sənədlərdəki cizgilər arasında fərqin müəyyən edilməsinin mümkün olmaması səbəbindən pay normasına uyğun payların tanıdılması və mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 10/1816 nömrəli ekspert rəyindən görünür ki, mübahisəli torpaq sahəsinə dair ərazinin baza məlumatlarının Mərkəzə təqdim olunması barədə xx xxxxxx 2020-ci il tarixli, 10/1816 nömrəli vəsatət verilməsinə baxmayaraq, ərazinin baza məlumatları (kompleks yerquruluşu xəritələri, torpaq sahələrinin bölgü layihəsi) Mərkəzə təqdim olunmamışdır. Buna görə də, ekspert tərəfindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Göründüyü kimi, Seriya RX ******* saylı, xx xxxxxxxx 2014-cü il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən iddiaçılar Nemətova Elmira Həmdullah qızına, 0.6871 hektar Cəfərova Roza Şahismayıl qızına, 0.6871 hektar Kələntərova İndira Şahismayıl qızına, 0.6871 hektar Nemətov Alik Şahismayıloviçə, 0.6871 hektar Nemətov Oleq Şahismayıloviçə və 0.6871 hektar Nemətova Elvira Şahisayıl qızına məxsus Qusar rayonu, Cibir kəndində yerləşən ümumi sahəsi 4.5226 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin istifadə cizgiləri ilə hüquqmüəyyənedici sənədlərdəki cizgilər arasındakı fərqin müəyyən edilməsinin mümkün olmaması səbəbindən pay normasına uyğun payların tanıdılması və mütəxəssiz rəyinin verilməsi mümkün olmamışdır. Beləliklə, iddiaçılar Kələntərova İndira Şahismayıl qızı və Cəfərova Roza Şahismayıl qızı öz tələblərini əsaslandırdığı hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişlər və bu hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçılar Kələntərova İndira Şahismayıl qızının və Cəfərova Roza Şahismayıl qızının cavabdehlər Nemətova Elmira Həmdullah qızına, Nemətov Alik Şahismayıloviçə, Nemətov Oleq Şahismayıloviçə və Nemətova Elvira Şahisayıl qızına qarşı torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddiası rədd edilməlidir. İş üzrə 50 (əlli) manat təşkil edən ekspertiza xərci iddiaçılar Kələntərova İndira Şahismayıl qızından və Cəfərova Roza Şahismayıl qızından müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlıq Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFИFT BИK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar Kələntərova İndira Şahismayıl qızının və Cəfərova Roza Şahismayıl qızının cavabdehlər Nemətova Elmira Həmdullah qızına, Nemətov Alik Şahismayıloviçə, Nemətov Oleq Şahismayıloviçə və Nemətova Elvira Şahisayıl qızına qarşı torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddiası rədd edilsin. İş üzrə 50 (əlli) manat təşkil edən ekspertiza xərci iddiaçılar Kələntərova İndira Şahismayıl qızından və Cəfərova Roza Şahismayıl qızından müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlıq Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFИFT BИK-CTREAZ22) hesabına keçirilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar