Məhkəmə qərarları › İş №2(029)-251/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-251/2023

25.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-251/2023 25.05.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanda yerləşən ona məxsus olan yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, ailəsilə birlikdə Qusar şəhəri, Atabala Ağabalayev küçəsindəki 1 saylı evdə yaşayır. Ailəsi həyat yoldaşı X4, oğlu Urfan İddiaçı oğlu, gəlini X7, nəvələri X23, X8, oğlu Orxan İddiaçı oğlu, gəlini X11, nəvəsi X12 və oğlu Elvin İddiaçı oğlundan ibarəttir. Həmin ev onun mülkiyyətindədir, mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli 25 iyul 2014-cü il tarixdə qeydiyyata alınmış, ******* nömrəli daşınmaz əmlakın reyestr nömrəli çıxarışla qeydiyyata alınmışdır. Mülkiyyətində olan evdə ş/v AZE ******** seriya nömrəli 3FCOTC5 FİN kodlu xx xxxxxx 1966-ci il təvəllüdlü Cavabdeh qeydiyyatdadır. Cavabdeh onun bacısıdır. O, 1993-cü ildə ailə həyatı qurub ərə getmişdir. Cavabdehin ona məxsus evdə qeydiyyatda olması mülkiyyətçi kimi onun bir sıra hüquqlarının məhdudlaşdınlmasma gətirib çıxarmışdır. “ Elektron notariat” X1 Çıxarışdan görünür ki, cavabdeh onun mülkiyyətində olan Qusar şəhər, Atabala Ağabalayev küçəsindəki 1 saylı evdə qeydiyyatdadır. Cavabdehin ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi kimi onun hüquqlarını pozur, həmçinin cavabdehin həmin mənzildə qeydiyyatda qalması əlavə kommunal xərclərin ödənilməsi zərurətini yaradır. Ona görədə Cavabdeh Qusar şəhəri, Atabala Ağabalayev küçəsindəki 1 saylı evdən qeydiyyatdan çıxarılmalıdır. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı müdafiə edir. Həmçinin bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar 25 may 2023-cü il tarixə saat 11:30-a təyin olunmuş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi və çağırış vərəqəsi göndərilməsinə baxmayaraq həmin şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən 0.1010 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli ümumi sahəsi 164.2 kv/m, yaşayış sahəsi 36.1 kv/m, yardımçı sahəsi 128.1 kv/m olan fərdi yaşayış evi tam xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli “Elektron notariat” X1 çıxarışdan görünür ki, Qusar şəhəri Atabala Ağabalayev küçəsi ev 1 ünvanında İddiaçı, X20, X21, X9, Cavabdeh, X22, X13, X10 qeydiyyatdadırlar. İşdə olan Qusar RİHB-nın Qusar şəhər İƏD üzrə nümayəndəliyindən verilmiş 25 yanvar 2021-ci il tarixli 231 saylı arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanda yaşayır və aşağıdakı ailə tərkibi vardır. X5, X21, X9, X27, X10, X22, X14, X12 və X20. İşdə olan X6, X2 və X19 tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh 1993-cü ildə ailə həyatı qurduqdan sonra Qusar şəhəri Atabala Ağabalayev küçəsi ev 1 ünvanında yaşamır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Cavabdeh həmin evdə qeydiyyatdadır, lakin həmin evdə yaşamır və onun həmin evə olan qeydiyyatı formal xarakter daşıyır. Uzun müddətdir ki, həmin evdə cavabdehə məxsus heç bir əmlak yoxdur, özünün başqa daimi yaşayış yeri vardır. Bununla da, həmin şəxsin həmin ünvana olan qeydiyyatı uzun müddətdir ki, formal xarakter daşıyır, faktiki olaraq isə həmin evə dair istifadə hüququnu itirmişdir. Cavabdehin həmin ünvana formal qeydiyyatı isə iddiaçının həmin evə dair mülkiyyət hüququnu pozur, evə dair sahiblik, istifadə və sərəncam hüquqlarını məhdudlaşdırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1 və 5-ci bəndlərinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh uzun müddətdir ki, İddiaçı məxsus mübahisəli evdə yaşamadığından, həmin evdə ona məxsus heç bir əmlaklar olmadığından, onun formal olaraq pasport qeydiyyatında qalması mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozduğundan və evə dair mülkiyyət hüququnun həyata keçirilməsinə maneçilik törətdiyindən onun ünvan 3 ünvanda yerləşən yaşayış evinə dair istifadə hüququ itirilmiş hesab edilməklə həmin hüququna xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Qusar şəhəri Atabala Ağabalayev küçəsi ev 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilməklə həmin hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar