Məhkəmə qərarları › İş №2(029)-26/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-26/2020

29.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-26/2020 29.10.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə X19 Mövlüd qızının nümayəndəsi Nurəhmədov Mübariz Mövlüd oğlunun iştirakı ilə, X19 Mövlüd qızının cavabdeh X4, üçüncü şəxslər X7 və X16 qarşı torpaq sahəsinə dair payların müəyyən olunması və payların naturada ayrılması tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X19 Mövlüd qızı cavabdeh X4, üçüncü şəxslər X7 və X16 qarşı torpaq sahəsinə dair payların müəyyən olunması və payların naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Seriya RX ******* saylı xx xxxxxx 2019-cu il tarixli Çıxarışa əsasən onun, cavabdehin və üçüncü şəxslərin birgə mülkiyyətlərində olan 0.20 hektar həyətyanı torpaq sahəsinə dair hər bir mülkiyyətçinin mülkiyyət payının ¼ hissə (0.05 hektar) müəyyən olunması və həmin payların naturada ayrılmaqla ayrıca hər birinin mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx xxxxxx 2017-ci il tarixdə keçirilmiş məhkəmə iclasında X19 Mövlüd qızı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, kodu 30113018 olan JN-014A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onun, cavabdehin və üçüncü şəxslərin birgə mülkiyyətlərində olan 0.20 hektar həyətyanı torpaq sahəsinə dair hər bir mülkiyyətçinin payının ¼ hissə (0.05 hektar) müəyyən olunması və həmin payların naturada ayrılaraq ayrıca hər birinin mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X19 Mövlüd qızının nümayəndəsi Nurəhmədov Mübariz Mövlüd oğlu məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, bölgü sxeminə əsasən mərkəzi yola paralel aşağıdan yuxarı istiqamətə, yəni soldan sağa olmaqla birinci torpaq sahəsinin yəni ölçüləri-uzunluğu 29,01 m, yuxarı tərəfdə eni 17,48 m və aşağı tərəfdə eni 17,32 m olan torpaq sahəsinin X19 Mövlüd qızının mülkiyyətinə, ikinci torpaq sahəsinin, yəni ölçüləri-uzunluğu 29,01 m, yuxarı tərəfdə eni 15,98 m, aşağı tərəfdə eni 16,65 m olan torpaq sahəsinin üçüncü şəxs Elvin Qazımətovun, üçüncü torpaq sahəsinin, yəni uzunluğu 29,01 m olan, yuxarıdan eni 17,38 m, aşağıdan 16,78 m olan torpaq sahəsinin üçüncü şəxs Elviyyə Qazımətovanın, dördüncü torpaq sahəsinin, yəni uzunluğu 31,05 m olan, yuxarı tərəfdə eni 16,43 m, aşağı tərəfdə eni 16,66 m olan torpaq sahəsinin isə cavabdeh Zamir Qazımətovun mülkiyyətinə verilməsi və DƏDRX tərəfindən hər torpağa dair ayrı-ayrı çıxarışların verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X19 Mövlüd qızının nümayənəsi Nurəhmədov Mübariz Mövlüd oğlu iddianı müdafiə edərək izahatında göstərdi ki, Seriya RX ******* saylı xx xxxxxx 2019cu il tarixli Çıxarışa əsasən 0.20 hektar həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçının, cavabdehin və üçüncü şəxslərin adlarına qeydiyyata alınmaqla həmin şəxslərin birgə mülkiyyətlərindədir. Hal-hazırda həmin torpaq sahəsinə dair payların müəyyən olunması və payların naturada ayrılması zərurəti yaranmışdır. Belə ki, həmin torpaq sahəsinə dair mülkiyyətçilərin öz sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirmək barədə razılıq yoxdur, bu barədə cavabdeh X11 ilə X19 Mövlüd qızı arasında mübahisə yaranmışdır. Ona görə də hesab edir ki, məlum torpaq sahəsinə dair hər bir mülkiyyətçinin payları bərabər şəkildə ¼ hissə müəyyən olunmalıdır. Həmin torpaq sahəsinin ¼ hissəsi 0.05 hektar təşkil edir. Bundan başqa, mülkiyyətçilərin payları naturada ayrılmalı və həmin torpaq sahəsinə dair hər bir mülkiyyətçinin ¼ hissədə olan payı, yəni 0.05 hektar torpaq sahəsi ayrılaraq onlara verilməlidir. Qusar rayon məhkəməsinin 2(029)-1566/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə məhkəmətorpaqşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxx 2018-ci il tarixli 4913 nömrəli rəy verilmiş, həmin rəyə əsasən JN—014A seriyalı, 30113018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə tərəflərə verilmiş torpaq sahəsinin 0.20 hektar olduğunun göstərildiyini X2, Qazımətova Elnarə Mövlud qızının, X5 və X12 hal-hazıra istifadə etdikləri torpaq sahəsinin 0.38 hektar təşkil etdiyini, JN-014A seriyalı 30113018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin elektron baza məlumatlarında qeydə alınmadığını və baxış zamanı təqdim edilmiş torpaq sahəsinin yerləşdiyi kontorun elektron baza məlumatlarında (327BB/047) bələdiyyə torpağı kimi göstərildiyini nəzərə alaraq, JN-014A seriyalı 30113018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 0.20 hektar torpaq sahəsini naturada texniki cəhətdən bölünüb-bölünməməsinin müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır. İddiaçı həmin rəy ilə razı olmamışdır, daha sonra həmin 0.20 hektar torpaq sahəsinə dair Qazımətova Elnarə Mövlüd qızının, X12, X5 və X2 adlarına RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış alınmışdır. Ona görə də hazırda həmin Çıxarış əsasənda torpaq sahəsinin naturada bölünüb-bölünməməsini müəyyən etmək üçün təkrar məhkəmə torpaqşünaslıq ekspertizası təyin olunmuş və Məhkəmə Ekpertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 278 nömrəli ekspert rəyinə əsasən Seriya RX ******* saylı, xx xxxxxx 2019cu il tarixli çıxarışa əsasən X19 Mövlüd qızına, cavabdeh X4, üçüncü şəxslər X8 və X16 məxsus ünvan 1iərazisində yerləşən 0.20 hektar həyətyanı torpaq sahəsinin naturada ölçülərinin 0.20 hektar olmaqla və həmin ölçülərin hüquqmüəyyənedici sənədlərə uyğun olduğu, həmin torpaq sahəsinin faktiki vəziyyətini, planlı yerləşməsini, iki tərəfdən girişçıxış yolu olduğunu nəzərə alaraq, tədqiq olunan torpaq sahəsinin iddia ərizəsində göstərilən hissələrdə, yəni ¼ hissələrə bölünməsi və ¼ hissənin ayrılması naturada təcrid şəklində bölünməsi (ayrılması) Məhkəmə X1 Metdolarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Ona görə də, torpaq sahəsi rəydəki bölgü sxeminə uyğun olaraq birinci torpaq sahəsi yəni ölçüləri-uzunluğu 29,01 m, yuxarı tərəfdə eni 17,48 m və aşağı tərəfdə eni 17,32 m olan torpaq sahəsi X19 Mövlüd qızının mülkiyyətinə, ikinci torpaq sahəsi, yəni ölçüləri-uzunluğu 29,01 m, yuxarı tərəfdə eni 15,98 m, aşağı tərəfdə eni 16,65 m olan torpaq sahəsi üçüncü şəxs Elvin Qazımətovun, üçüncü torpaq sahəsi, yəni uzunluğu 29,01 m olan, yuxarıdan eni 17,38 m, aşağıdan 16,78 m olan torpaq sahəsi üçüncü şəxs Elviyyə Qazımətovanın, dördüncü torpaq sahəsi, yəni uzunluğu 31,05 m olan, yuxarı tərəfdə eni 16,43 m, aşağı tərəfdə eni 16,66 m olan torpaq sahəsi isə cavabdeh Zamir Qazımətovun mülkiyyətinə verilməli və DƏDRX tərəfindən hər torpağa dair ayrı-ayrı çıxarışların verilməlidir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh X6, üçüncü şəxslər X13 və X18 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb işə cavabdeh X2, üçüncü şəxslər X5 və X12 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, işdə olan JN-014A KOD 30113018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon X14 xx xxxxxxx 1998-ci il tarixli 15/04 saylı qərarı ilə X2, Qazımətova Elnarə Mövlüd qızının, X5 və X12 mülkiyyətlərinə Qusar rayonu Zindan Muruq kəndi ərazisindən 0.20 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx xxxxxx 2019-cu il qeydiyyat tarixli Seriya RX № ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən **********97 reyestr nömrəli 0.20 hektar həyətyanı torpaq sahəsi Qazımətova Elnarə Mövlüd qızının, X9, X5 və X2 ümumi birgə mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X25 tərəfindən verilmiş A № 333628 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün təsdiq olunmuş surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən **********97 reyestr nömrəli 0.20 hektar həyətyanı torpaq sahəsinin hüquq sahibi Qazımətova Elnarə Mövlüd qızıdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X25 tərəfindən ünvan 1 sakini Qazımətova Elnarə Mövlüd qızına ünvanlanmış xx xxx 2017-ci il tarixdə **********73 nömrəli cavab məktubundan görünür ki,Qazımətova Elnarə Mövlüd qızının və ailə üzvlərinin adına olan 0.20 hektar torpaq sahəsinə verilmiş JN-014A KOD 30113018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında qeydiyyatdan keçmişdir. İşdə olan İİ-ЖГ № 461619 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Nurahmədova Elnarə Mövlud qızı xx xxxx 1974-cü il tarixdə anadan olmuşdur. Atası Nurahmədov Mövlud Güləhməd oğlu, anası X3r. İşdə olan AZ-T № 147491 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Nurahmədov Mübariz Mövlüd oğlu xx xxxxx 1970-ci il tarixdə anadan olmuşdur. Atası Nurahmədov Mövlüd Güləhməd oğlu, anası X3r. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxx 2018-ci il tarixli, 4913 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Qusar rayonunda yerləşən, X2, Qazımətova Elnarə Mövlud qızının, X5 və X12 hal-hazırda Kuzun kəndində 0.38 hektar torpaq sahəsindən istifadə etdikləri, X4, Qazımətova Elnarə Mövlud qızına, X7 və X16 verilmiş JN-014A seriyalı 30113018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin elektron baza məlumatlarında qeydə alınmadığı,mübahisəli torpaq sahəsinin yerləşdiyi konturun elektron baza məlumatlarında (327BB/047) bələdiyyə torpağı kimi göstərildiyi müəyyən edilir. JN-014A seriyalı, 30113018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə tərəflərə verilmiş torpaq sahəsinin 0.20 hektar olduğunun göstərildiyini, X2, Qazımətova Elnarə Mövlud qızının, X5 və X12 halhazırda istifadə etdikləri torpaq sahəsinin 0.38 hektar təşkil etdiyini, JN-014A seriyalı 30113018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin elektron baza məlumatlarında qeydə alınmadığını və baxış zamanı təqdim edilmiş torpaq sahəsinin yerləşdiyi konturun elektron baza məlumatlarında (327BB/047) bələdiyyə torpağı kimi göstərildiyini nəzərə alaraq, JN-014A seriyalı 30113018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 0.20 hektar torpaq sahəsinin naturada texniki cəhətdən bölünüb-bölünməməsinin müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 278 nömrəli ekspert rəyindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əsasən Seriya RX ******* saylı, xx xxxxxx 2019-cu il tarixli çıxarışa əsasən X19 Mövlüd qızına, cavabdeh X4, üçüncü şəxslər X8 və X16 məxsus Qusar rayonu Zindan Muruq kəndi ərazisində yerləşən 0.20 hektar həyətyanı torpaq sahəsinin naturada ölçülərinin 0.20 hektar olmaqla və həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğun olduğu müəyyən olunur. Qusar rayonunun Zindan Muruq kəndi ərazisində yerləşən 0.20 hektar torpaq sahəsinin faktiki vəziyyətini, planlı yerləşməsini, iki tərəfdən giriş-çıxış yolu olduğunu nəzərə alaraq, tədqiq olunan torpaq sahəsinin iddia ərizəsində göstərilən hissələrdə, yəni ¼ hissələrə bölünməsi və ¼ hissənin ayrılması naturada təcrid şəklində bölünməsi (ayrılması) Məhkəmə X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmiş və rəyə ünvan 1ində yerləşən 0.20 hektar torpaq sahəsinin plan sxemi əlavə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ********** qeydiyyat nömrəli, xx xxxxxx 2019-cu il qeydiyyat tarixli Seriya RX № ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən **********97 reyestr nömrəli 0.20 hektar həyətyanı torpaq sahəsi Qazımətova Elnarə Mövlüd qızının, X9, X5 və X2 ümumi birgə mülkiyyətindədir və iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyinə əsasən həmin torpaq sahəsinin naturada ayrılması mümkündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, ********** qeydiyyat nömrəli, xx xxxxxx 2019-cu il qeydiyyat tarixli Seriya RX № ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən X19 Mövlüd qızının, üçüncü şəxslər X9, X5 və cavabdeh X2 ümumi birgə mülkiyyətlərində olan ünvan 1i ünvanında yerləşən **********97 reyestr nömrəli 0.20 hektar həyətyanı torpaq sahəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 278 nömrəli ekspert rəyinə əlavə edilmiş torpaq sahəsinin plan sxeminə əsasən mərkəzi yola paralel aşağıdan yuxarı istiqamətə, yəni soldan sağa olmaqla birinci torpaq sahəsinin yəni ölçüləri-uzunluğu 29,01 m, yuxarı tərəfdə eni 17,48 m və aşağı tərəfdə eni 17,32 m olan torpaq sahəsi X19 Mövlüd qızının mülkiyyətinə, ikinci torpaq sahəsi, yəni ölçüləri-uzunluğu 29,01 m, yuxarı tərəfdə eni 15,98 m, aşağı tərəfdə eni 16,65 m olan torpaq sahəsi üçüncü şəxs Elvin Qazımətovun, üçüncü torpaq sahəsi, yəni uzunluğu 29,01 m olan, yuxarıdan eni 17,38 m, aşağıdan 16,78 m olan torpaq sahəsi üçüncü şəxs Elviyyə Qazımətovanın, dördüncü torpaq sahəsi, yəni uzunluğu 31,05 m olan, yuxarı tərəfdə eni 16,43 m, aşağı tərəfdə eni 16,66 m olan torpaq sahəsi isə cavabdeh Zamir Qazımətovun mülkiyyətinə verilməli və həmin torpaq sahələrinin hər birinə ayrı-ayrılıqda hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlar verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halların tam şəkildə sübut edildiyi qənaətinə gəlir. Məhkəmə hesab edir ki, iş üzrə 341.80 (üç yüz qırx bir manat səksən qəpik) manat təşkil edən ekspertiza xərcləri X19 Mövlüd qızındandan tutularaq 200 (iki yüz) manat Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlıq Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFИFT BИK-CTREAZ22) hesabınavə 141.80 (bir yüz qırx bir manat səksən qəpik) manat isə Kapital Bankın 1 saylı Xətai Filialı, Kod:200071 VÖEN (BANK) **********, Müxbir hesab: AZ37NABZ0135001**********1944, SWİFT: ALİİBAZ2X, Kadastr və Yerquruluğu Lahiyə-Təhqiqaq Mərkəzi MMC-VÖEN **********, Hesab N:AZ23AİİB******************** hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. ********** qeydiyyat nömrəli, xx xxxxxx 2019-cu il qeydiyyat tarixli Seriya RX № ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən X19 Mövlüd qızının, üçüncü şəxslər X9, X5 və cavabdeh X2 ümumi birgə mülkiyyətlərində olan ünvan 1i ünvanında yerləşən **********97 reyestr nömrəli 0.20 hektar həyətyanı torpaq sahəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 278 nömrəli ekspert rəyinə əlavə edilmiş torpaq sahəsinin plan sxeminə əsasən mərkəzi yola paralel aşağıdan yuxarı istiqamətə, yəni soldan sağa olmaqla birinci torpaq sahəsinin yəni ölçüləri-uzunluğu 29,01 m, yuxarı tərəfdə eni 17,48 m və aşağı tərəfdə eni 17,32 m olan torpaq sahəsi X19 Mövlüd qızının mülkiyyətinə, ikinci torpaq sahəsi, yəni ölçüləri-uzunluğu 29,01 m, yuxarı tərəfdə eni 15,98 m, aşağı tərəfdə eni 16,65 m olan torpaq sahəsi üçüncü şəxs Elvin Qazımətovun, üçüncü torpaq sahəsi, yəni uzunluğu 29,01 m olan, yuxarıdan eni 17,38 m, aşağıdan 16,78 m olan torpaq sahəsi üçüncü şəxs Elviyyə Qazımətovanın, dördüncü torpaq sahəsi, yəni uzunluğu 31,05 m olan, yuxarı tərəfdə eni 16,43 m, aşağı tərəfdə eni 16,66 m olan torpaq sahəsi isə cavabdeh Zamir Qazımətovun mülkiyyətinə verilsin və həmin torpaq sahələrinin hər biri ayrı-ayrılıqda hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlar verilsin. İş üzrə 341.80 (üç yüz qırx bir manat səksən qəpik) manat təşkil edən ekspertiza xərcləri X19 Mövlüd qızındandan tutularaq 200 (iki yüz) manat Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlıq Agentliyi, Kodu- 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFИFT BИK- CTREAZ22) hesabına və 141.80 (bir yüz qırx bir manat səksən qəpik) manat isə Kapital Bankın 1 saylı Xətai Filialı, Kod:200071 VÖEN (BANK) **********, Müxbir hesab: AZ37NABZ0135001**********1944, SWİFT: ALİİBAZ2X, Kadastr və Yerquruluğu Lahiyə-Təhqiqaq Mərkəzi MMC-VÖEN **********, Hesab N:AZ23AİİB******************** hesabına keçirilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar