Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-26/2025 27.05.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 və cavabdeh Əmrahova (Tağıyeva) Larisa Gülağa qızının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Əmrahova (Tağıyeva) Larisa Gülağa qızına qarşı "əsassız varlanma nəticəsində dəymiş zərərin qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Əmrahova (Tağıyeva) Larisa Gülağa qızınaqarşı "əsassız varlanma nəticəsində dəymiş zərərin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Əmrahova (Tağıyeva) Larisa Gülağa qızı və Cavabdeh1 əsassız varlanma nəticəsində vurduqları 49.658 (qırx doqquz min altı yüz əlli səkkiz) manat pul vəsaitinin və 240 manat dövlət rüsumunun, ümumilikdə 49.898 (qırx doqquz min səkkiz yüz doxsan səkkiz) manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, cavabdehlər Əmrahova (Tağıyeva) Larisa Gülağa qızı keçmiş gəlini, Cavabdeh1 isə övladıdır. Onlar 2012-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X6 adında iki övladları olmuşdur. 2015-ci ildə oğlum Cavabdeh1 həyat yoldaşı Larisa ilə birlikdə onun şəxsi vəsaitim hesabına aldığı VAZ-2107 markalı, ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobili torpaq sahəsi ilə dəyişdirib, Qusar şəhərində 0.05 ha həyətyanı torpaq sahəsi əldə etmişlər. Bundan sonra cavabdehlər ondan həmin torpaq sahəsində ev tikdirməyini və çəkdiyi xərcləri mütəmadi olaraq hissə-hissə qısa müddət ərzində ödəyəcəklərini bildirmişlər. O da, cavabdehlərə inamından və nəvə sevgisindən heç bir şübhə olmadan uzun illər özüm üçün (xəstəliyinə, qocalığına, dar gününə və s.) topladığı vəsaiti onların avtomaşınla dəyişdirib əldə etdikləri (yəni torpaq sahəsini satan şəxsə pul əvəzinə avtomaşın verilmişdir) 0.05 ha həyətyanı torpaq sahəsində 12 x 14 ölçüdə, 3 otaq, 1 zal, mətbəx, hamam və sanitar qovşağından ibarət səkili- kürsülü evin bünövrəsindən tikintisinə başlamışdır. Bununla bağlı sərf olunan bütün tikinti materiallarını özü almış, usta və fəhlələrin haqları onun tərəfidən ödənilmişdir. Evin tikintisinə çəkdiyi xərclər və qoyduğu vəsait, ustalara və onlarla işləyən digər işçilərə ödədiyim vəsaitlər aşağıdakı kimi olmuşdur: Evin tikilməsinə çəkilən xərclər: Torpağın alınması üçün (barter yolu ilə 4000 manatlıq 07 markalı Jiquli avtomobili və , 1000 manat nağd pul), bünövrənin qazılması və daşla doldurulması (100 kvm x 10 manat)= 1000 manat, bünövrə üçün çay daşı-400 manat, sement 30 kisə x 6 manat= 180 manat, mişar daşı 1700 ədəd x 0.56 qəp = 952 manat, beton kəməri üçün armatur, alt və üst, beton kəmər üçün taxta 1,5 m3 x 240 manat=360 manat, asept qum 2 maşın x 200 manat=400 manat, sokolun doldurulması üçün çınqıl-6 maşın x 30 manat= 180 manat, çınqılın dağıdılmasına sərf olunan məbləğ traktor üçün 50 manat, monolit üçün beton 24 m3 x 85 manat= 2040 manat, monolit üçün armatur 1000 m x 1.3= 1300 manat, katinka 100 metr x 0.20 = 20 manat, fəhlələrə ödənilmiş məbləğ-4100 manat, qırmızı kərpicə ödənilmiş məbləğ 8000 ədəd x 0.40 qəpik = 3200 manat, sement 60 kisə x 6 amnat = 360 manat, qum 2 maşın-400 manat, taxta 5x20 ölçüdə 6 metr uzunluğunda 80 ədəd=l 152 manat, taxtanın döşəməyə vurulması üçün material 400 manat, ustaya ödənilmiş məbləğ-400 manat, mismar 20 kq x 1,20 = 24 manat, katinka məftil 200 x 0.20 qəpik = 40 manat, 1 maşın torpaq qara pol üçün 50 manat, tol-15 top-150 manat, dam örtüyünə sərf olunan taxta 4m3 x 240 = 960 manat, dəmir çerepitsa (Koreya) material = 4000 manat, usta və fəhlə haqqı = 3500 manat, xarici mala işləri (sement- 50 kisə=300 manat, qum 1 maşın=200 manat), fəhlə pulu-1500 manat, binanın daxili mala işləri (ağ daş-200 kisə x 4m = 800 manat, mayak 100 manat, şpaklyovka-200x4m=800 manat), usta və fəhlə pulu-3000 manat, pəncərələr-2000 manat, qapılar-3500 manat, alçipan və dəmir aksesuar-1000 manat 3 5. Usta və fəhlə pulu-1000 manat, alçipan üçün mala işləri-300 manat, usta və fəhlə pulu-700 manat, döşəmə üçün taxta-1600 manat, lak-200 manat, usta haqqı-1000, evin tikilməsinə sərf olunmuş vəsait cəmi 49.658 manat. Cavabdeh Əmrahova (Tağıyeva) Larisa Gülağa qızının etbarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə etiraz ərizəsni onunla əsaslandırmışdır ki, qeyd edəcəyi əsaslara görə iddia tələbinə etiraz edir. Belə ki,Cavabdeh2 xx.xx.2012-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə Cavabdeh1 ilə evlənmiş və birgə nikahlarından xx.xx.2014cü il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Cavabdeh1 2015-ci il tarixdə yəni,birgə nikah dövründə Qusar rayon Hil kənd sakini X1 Qusar rayon Dövlət Notariat Kontorunun təsdiq etdiyi 03 dekabr 2015-ci il tarixli,4Ə-1130 reyestr nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən Qusar şəhərində yerləşən 0.05 ha yaşayış tipli torpaq sahəsini satın almış və həmin torpaq sahəsi **********18reyestr nömrəli xx.xx.2021-ci il tarixli,********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarış”-a əsasən Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Cavabdeh2 Cavabdeh1 ilə birgə nikah dövründə əldə etdiyi 0.05 ha torpaq sahəsində birgə vəsaiti hesabına fərdi yaşayış evi inşa etmiş və bir müddət həmin evdə yaşamışlar. Cavabdeh1 ilə aralarında bağlanmış nikah müqaviləsi Qusar rayon Məhkəməsinin 2(029)- 518/2022 saylı,xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bundan sonra o, Cavabdeh1 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz ərazi idarəsinə qarşı birgə nikah dövründə Cavabdeh1 adına rəsmiləşdirilmiş Qusar şəhərində yerləşən 0.05 ha yaşayış tipli torpaq sahəsinin aralarında bölünməsi və qeyd olunan torpaq sahəsinin ikidə bir hissəsinə mülkiyyət hüququnun tanınmasına dair iddia ərizə ilə Qusar rayon Məhkəməsinə müracitə etmiş və Qusar rayon Məhkəməsinin 2(029)-594/2022 saylı,xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2021-ci il tarixli,**********18 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh1 adma rəsmiləşdirilmiş Qusar şəhərində yerləşən 0.05 ha yaşayış məntəqələri torpaqlarına aid torpaq sahəsi Cavabdeh2 ilə Cavabdeh1 arasında bərabər şəkildə bölünməklə həmin torpaq sahəsinin ½ hissəsinə dair onun, yəni Cavabdeh2,qalan ½ hissəsinə dair isə Cavabdeh1 mülkiyyət hüququnun müəyyən edilməsinə dair qətnamə qət edilmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi guya özü tərəfindən tikdirdiyi ev əslində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə nikah dövründə birgə vəsaitləri hesabına tikdikləri evdir və həmin evlə bağlı Cavabdeh2 mülkiyyət hüququqndan məhrum etmək məqsədi ilə hazırki iş üzrə İddiaçı göstərişi ilə cavabdeh onun oğlu Cavabdeh1 tərəfindən evin texniki sənədləri qeydiyyat orqanına təqdim edilmədiyindən evin mülkiyyətçiləri qeydiyyata alınmamışdır. Hazırki saxta, əsassız iddianın əsas məqsədi də, məhz Cavabdeh2 keçmiş əri Cavabdeh1 birgə vəsaitləri hesabına tikdikləri evin mülkiyyət hüququndan məhrum etməyə yönəlmiş tələb kimi qiymətləndirilməlidir. İddiaçı iddia ərizəsində qeyd etdiyi guya özü tərəfindən tikdirdiyi əslində isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə nikah dövründə birgə vəsaitləri hesabına tikdikləri evlə bağlı Daşınmaz Əmlakın Reyestr Xidmətində evin mülkiyyətçilərinin mülkiyyət hüququ qeydiyyata alınmadığından İddiaçı hazırki saxta tələbi üzrə iddiası rədd edilməlidir. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əsassız varlanma nəticəsində dəymiş zərərin qaytarılması tələbinə dair iddismın rədd edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında İddiaçı iddianı müdaifə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, cavabdeh Əmrahova (Tağıyeva) Larisa Gülağa qızı keçmiş gəlini, Cavabdeh1 isə övladımdır. Onlar 2012-ci ildə rəsmi nikah qeyd etdirməklə evləniblər. Birgə nikahlarından iki uşağı olub. 2015-ci ildə oğlu Cavabdeh1 həyat yoldaşı Larisa ilə birlikdə onun şəxsi vəsaiti hesabına aldığı VAZ- 2107 markalı, ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobili torpaq sahəsi ilə dəyişdirib, Qusar şəhərində 0.05 ha həyətyanı torpaq sahəsi almışdır. Bundan sonra cavabdehlər ondan həmin torpaq sahəsində ev tikdirməyini və çəkdiyi xərcləri mütəmadi olaraq hissəhissə qısa müddət ərzində ödəyəcəklərini bildirmişlər. O da, cavabdehlərə inamından və nəvə sevgisindən heç bir şübhə olmadan uzun illər özü üçün topladığı vəsaitilə 0.05 ha həyətyanı torpaq sahəsində 12 x 14 ölçüdə, 3 otaq, 1 zal, mətbəx, hamam və sanitar qovşağından ibarət səkili- kürsülü evin bünövrəsindən tikintisinə başlamışdır. Bununla bağlı sərf olunan bütün tikinti materiallarını özüm almış, usta və fəhlələrin haqları o ödəmişdir. Evin tikintisinə çəkdiyi xərclər və qoyduğu vəsait, ustalara və onlarla işləyən digər işçilərə ödədiyi vəsaitlər aşağıdakı kimi olmuşdur. Evin tikilməsinə çəkilən xərclər torpağın alınması üçün 5000 manat, bünövrənin qazılması və daşla doldurulması 1000 manat, bünövrə üçün çay daşı 400 manat, sement 180 manat, mişar daşı 952 manat, beton kəməri üçün armatur 360 manat, asept qum 400 manat, sokolun doldurulması üçün çınqıl 180 manat, çınqılın dağıdılmasına sərf olunan məbləğ traktor üçün 50 manat,monolit üçün beton 2040 manat, monolit üçün armatur 1300 manat, katinka 20 manat, fəhlələrə ödənilmiş məbləğ 4100 manat, qırmızı kərpicə ödənilmiş məbləğ 3200 manat, sement 360 manat, qum 400 manat, taxta 152 manat, taxtanın döşəməyə vurulması üçün material 400 manat, ustaya ödənilmiş məbləğ 400 manat, mismar 24 manat, katinka məftil 40 manat, maşın torpaq qara pol üçün 50 manat, tol150 manat, dam örtüyünə sərf olunan taxta 960 manat, dəmir çerepitsa 4000 manat, usta və fəhlə haqqı 3500 manat, xarici mala işləri 300 manat, qum 200 manat, fəhlə pulu1500 manat, binanın daxili mala işləri 800 manat, mayak 100 manat, şpaklyovka800 manat, usta və fəhlə pulu3000 manat, pəncərələr2000 manat, qapılar3500 manat, alçipan və dəmir aksesuar 1000 manat,usta və fəhlə pulu 1000 manat, alçipan üçün mala işləri300 manat, usta və fəhlə pulu700 manat, döşəmə üçün taxta1600 manat, lak200 manat, usta haqqı1000, evin tikilməsinə sərf olunmuş vəsait cəmi 49.658 manat təşkil edir. O, evi cavabdehlərə pulla vermişdir, bağışlamamışdır. Cavabdehlər işləyib pulu ona qaytarmalı idilər, indi cavabdehlər ayrılıblar, o da, pir qəpiksiz qalmışdır. Torpaq sahəsinin çıxarışı var, lakin evin sənədi yoxdur. Torpaq sahəsində ev var, evdən hələlik heç kim istifadə etmir, orada ev olmasını şahidlər də təsdiq edə bilər. Ev tikəndən sonra oğlundan və gəlinindən pulu alacaqdı, bu barədə aralarında hər hansı yazılı müqavilə yoxdur. Torpaq sahəsi Elnurun adındadır, ev heç kimin adında deyil, evə sənəd çıxartmağa imkanı yoxdur, öz gözünü əməliyyat etdirə bilmir. Torpağı alanda o, Bakı şəhərində xəstəxanada olmuşdur, İİ qrup əlildir, ona görə oğlunun adına alıb. Ev tikiləndə onunla cavabdehlər arasında gələcəkdə pulun qaytarılması barədə hər hansı yazılı müqavilə olmayıb. Cavabdehlər ayrılmasaydı o, onlardan pul tələb etməzdi. Buna görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edirəm. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilən xüsusatları, iddiaçının dediklərini təsdiq etmiş və izahatında bildirmişdir ki, Cavabdeh1 iddiaçının oğludur, digər cavabdeh Larisa Tağıyeva isə gəlini olub, nəvələrin anasıdır. Tərəflərin hazırki mübahisə ilə bağlı öz aralarında hər hansı yazılı razılaşması olmamasının səbəbi də tərəflərin arasında olan etibarlı ailə münasibətlərdən irəli gəlib.Cavabdehlərin öz aralarında mübahisə olmasaydı iddiaçı cavabdehlərdən pul da tələb etməzdi. Torpaq sahəsinə cavabdehlərin ½ hissədə pay müəyyən olunub, sonradan da torpaq sahəsində inşa edilmiş evə də cavabdehlərin ½ hissədə pay müəyyən olunacaqdır. İddiaçı torpaq sahəsinin pul əvəzinə avtomobil verib. Beş sot torpaq sahəsi cavabdehlər birgə nikah dövründə əldə olunub, torpaq sahəsinə və onun üzərində olan hər şeyə də gözlənti hüquqları onlarındır. İddiaçının yaşından istifadə edərək onun həyatdan köçməsini gözləyib sonra da rəsmiləşdirə bilərlər. Vəsait qoyulmuş dəyəri olan əmlak ortadadır. Tərəf 10-15 il ərzində rəsmiləşdirməyə bilər, iddiaçı kifayət qədər yaşı olan şəxsdir, özü də xəstədir. İddiaçı özündən çox arvadından daha çox narahatdır. Qanunvericilikdən əlavə adət ənənələrdən gələn hallardır, iddiaçının ümidləri olub, ümidlərdən də mərhum olunub. Evin tikilməsini və evə həmin məbləğdə pulun xərclənməsini evdə işləyən ustalar təsdiq edə bilərlər. Onların aralarında yazılı müqavilə olmayıb, etibarlı ailə əlaqələrinə istinad edərək pul tələb edirlər. Odur ki, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdeh Əmrahova (Tağıyeva) Larisa Gülağa qızının etbarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, hazırki iddia ərizəsi kifayət qədər müzakirə olunmuş, işin halları araşdırılmış, lakin o, xüsusi hallara nəzər yetirməsini istəyir. Torpaq sahəsinin və evin tikilməsi ilə əlaqədar tərəflər arasında hər hansı bir müqavilə yoxdur. Evin mövcudluğunu onlar inkar etmirlər, ev var, lakin həmin evə dair Larisanın həmin evə mülkiyyət hüququ yoxdur. Buna görə də hazırda Larisadan pul təlb etməsi düzgün deyildir. Olmayan əmlaka görə gələcək gözlənti hüququna görə pul tələb etmək düz deyil, bəlkə Larisa gələcəkdə həmin evi istəməyəcək. Hazırki iddia tələsik verilmiş iddiadır, birinci cavabdehləri ev üzərində mülkiyyət hüquqları qeydiyyata alınmalıdır. Torpaq sahəsini alınması və evin tikilməsi ilə bağlı tərəflər arasında yazılı razılaşma yoxdur. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmiş və izahatında bildirmişdir ki, həmin evi atası tikib, neçəyə tikdiyini bilmir. Evin tikintisinə çəkilən xərcləri atası ödəyib. Həmin vaxt o, işləmirdi, evi atası saxlayırdı, az-maz da o orda-burda işləyib evə pul gətirirdi, ayda 100-200 manat pul qazanırdı. Arvadı da o vaxtları 120 manat əmək haqqı alırdı. Mübahisəli evə uşaqları olandan sonra köçmüş və bir müddət həmin evdə yaşamışlar. O və Larisa razılaşmışlar ki, atası onlara ev tiksin pulu isə sonra yavaş-yavaş qaytararlar, atası da buna razı olmuşdur. Atası tərəfindən evin tikintisi üçün çəkilmiş xərci o, imkan daxilində qaytaracağanı, işləyib ödəyəcəkdir, hazırda imkanı yoxdur. Larisa ilə bir yerdə işləyib qaytaracaqdılar. Hazırda həmin məbləği ikisidə ödəməlidirlər. Hazırda həmin evdə heç kim qalmır. Ev tikilən vaxtı o oraya getməmişdir, evin tikintisi ilə maraqlanmamışdır. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, tərəfləri tanıyır, onlarla qohumluğu və düşmənçiliyi yoxdur. İslamın göstərişinə əsasən onun üçün ev tikmişdir. Evin tikintisi üçün usta və fəhlə pullarını onlara İslam ödəyib. O, evin hörgü işlərini, suvaq işlərini, taxta işlərini görmüşdür. Usta kimi onun əvvəllər vöeni olub, sonradan bağlatdırmışdır. Evin tikilməsi ilə bağlı İslam ilə onun arasında hər hansı yazılı müqavilə olmayıb. İslam tərəfindən ona ödənilmiş əmək haqları barədə sənədi yoxdur. İslam pulları ona nəğd formada ödəyib. Hörgünü kvadratı 5-6 manata görür. Ondan başqa fəhlələr də olub, işi onlar bir yerdə görmüş, fəhlələrə verilən pul da ümumi verilmiş pulun içində olub. Onların İslamdan narazılıqları olmayıb, pulu vaxtında verib. Elnur və Larisa tərəfdən onlara hər hansı məbləğdə pul verilməyib. O, ev tikən vaxtı Elnuru orada heç görməmişdir, evə baxmağa ancaq İslam gəlib. Ev səkili bir mərtəbəli ev olub, üç otaqdan və bir eyvandan ibarət olub. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, tərəfləri tanıyır, onlarla qohumluğu və düşmənçiliyi yoxdur. İslam və Elnur onun uzaq qonşusudur. O, günə muzd fəhlə işləyir, ev tikən ustalar onu çağıranda fəhlə kimi gedir və günə 10 manat pul qazanır. İslamın evin tikintisində də fəhlə kimi işləmişdir. Onun evi Qusar şəhərində Konsev zavod deyilən ərazidədir. Ev bir mərtəbəlidir, ev neçə otaqdan ibarət olduğunu xatırlamır.Ev tikən Usta Mehdi olub. Evin sahibi ilə danışıqları Mehdi aparıb, evin sahibindən pulu Mehdi alıb, ona pulu Mehdi verib. İşə görə pulu onlara İslam verirdi, Elnur və Larisa isə ora gəlib onlara pul verməyib. Evin sahibi kimi evə baxmağa İslam gəlib, oraya başqa heç kim gəlməyib. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, tərəfləri tanıyır, onlarla qohumluğu və düşmənçiliyi yoxdur, İslam onun qonşusudur, aralarında boş üç sot torpaq sahəsi var, İslam orada ev tikəndə o görürdü. O, orada evə baxan tək İslamı görmüşdür. İslamın oğlu Elnuru nadir hallarda görmüş olar, orada işlədiyini görməmişdir, maşınla gəlib gedən görmüşdür. Sonuncu məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasında cavabdeh Əmrahova (Tağıyeva) Larisa Gülağa qızının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etməmiş və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Əmrahova (Tağıyeva) Larisa Gülağa qızına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar şəhərində yerləşən 0.05 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarı: Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz Məhkəmə öz mövqeyini aşağıdakı kimi əsaslandırır. İddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Belə ki, İddiaçı sözü gedən fərdi yaşayış evini iş üzrə cavabdehlər olan oğlu Cavabdeh1 və keçmiş gəlini Əmrahova (Tağıyeva) Larisa Gülağa qızına görə tikmişdir. Həmin fərdi yaşayış evinə dair çıxarış çıxarılmamış, Cavabdeh1 ilə Əmrahova (Tağıyeva) Larisa Gülağa qızının aralarında olan nikahları pozulmuşdur. Məhkəmə hesab edir ki, hazırkı mərhələdə iddiaçının subyektiv hüququnun olmaması səbəbindən verilən iddia tələbi rədd edilməlidir. İddiaçı cavabdehlər Cavabdeh1 və Əmrahova (Tağıyeva) Larisa Gülağa qızına qarşı "əsassız varlanma nəticəsində dəymiş zərərin qaytarılması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə, iddiaçının iddia ərizəsində tələb etdiyi dövlət rüsumuna isə münasibətdə belə hesab edir ki, iddia tələbi təmin olunmadığından 240 (iki yüz qırx) manat dövlət rüsumuna dair hissədə tələb İddiaçı özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Əmrahova (Tağıyeva) Larisa Gülağa qızına qarşı "əsassız varlanma nəticəsində dəymiş zərərin qaytarılması” tələbinə dair iddiası təmin edilməməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-26/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-26/2025
27.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver